Beyler Aslanov - Wikipedia
Bəylər Aslanov (16 mart 1957, Laçın rayonu) — Azərbaycanlı alim, geologiya-minerologiya elmləri doktoru.
Bəylər Aslanov | |
---|---|
Doğum tarixi | 16 mart 1957 (67 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
Partiyası |
Həyatı
redaktəBəylər Aslanov 16 mart 1957-ci ildə Azərbaycan Respublikası, Laçın rayonu, Fərəcan kənd sovetliyinin Səfian kəndində anadan olmuşdur. 1975-ci ildə Laçın şəhər orta məktəbini qurtararaq həmin ildə M. Əzizbəyov adına Neft və Kimya (hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyası) (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) institutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş, institutu qırmızı dıplomla qurtararaq "Dağ mühəndisi-geofizik" ixtisası almış və həmin institutun aspirantura şöbəsinə qəbul olunmuşdur. 1990-cı ildə "Geofiziki məlumatlara görə Orta Xəzərin dərinlik quruluşu" mövzusunda namizədlik (geologiya-mineralogiya elmləri namizədi), 2010-cu ildə "Azərbaycanın əsas geostruktur elementlərinin tektonikası və onların qravitasiya sahəsində ifadəsi" mövzusunda doktorluq (geologiya-mineralogiya elmləri doktoru) dissertasiyası müdafiə etmişdir. 2007-ci ildə geoloji-geofiziki məlumatların interpretasiyası fənni üzrə ixtisas dosenti elmi adı almışdır.
2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var.
Əmək fəaliyyəti
redaktə1975–1984 — M. Əzizbəyov adına Neft və Kimya institutunun tələbəsi; 1976–1978 — SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət; 1978–1982 — Milli Elmlər Akademiyası "Geofizika" Elmi Mərkəzi, texnik; 1982–1983 — Milli Elmlər Akademiyası Geologiya institutu, böyük texnik; 1983–1995 — "Xəzərdənizneftgeofiz-kəşfiyyat" tresti, böyük texnik, geofizik, böyük geofizik; 1995–2004 — "Azərneft-geofizika" tresti (hal-hazırda Kəşfiyyat Geofizikası idarəsi) böyük geofizik, aparıcı geofizik; 2004–2010 — Zəlzələlərin Proqnozu və Öyrənilməsi Elmi-tədqiqat İnstitutu, "Geofiziki tədqiqatlar" laboratoriyasının müdiri, elmi işlər üzrə direktor müavini, paralel olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Elmi mərkəzində bölmə rəisi (Aspiranturanın direktoru); 04 iyun 2010-cu il tarixdən hal-hazıra qədər Respublika Dövlət Neft Şirkəti, "Neftqazelmitədqiqatlayihə" institutu, "Geoloji-geofiziki məlumatların ümumiləşdirilməsi" laboratoriyasının aparıcı elmi işçisi, sonradan həmin laboratoriyanın müdiri, paralel olaraq Bakı Dövlət Universiteti, "Seysmologiya və Yer təkinin fizikası" kafedrasının dosenti vəzifələrində işləyir.
Elmi fəaliyyəti
redaktə90-dan çox elmi məqaləsi, o cümlədən iki monoqrafiya, iki dərs vəsaiti, iki patenti var.
Elmi istiqaməti
redaktəElmdə müdafiə etdiyi aspektlərdən başqa ilk dəfə isbat etmişdir ki, İran körfəzi nefti ilə Cənubi Xəzər çökəkliyinin nefti arasında tam bağlılıq mövcuddur və Yer qabığının quruluşundan asılı olaraq neftin əsas kütləsi İran körfəzinə "axır".
Xarici keçidlər
redaktə- [www.lacin.info/ziyalilar/alimler/202-aslanov-bjyljr-sgleyman-odlu.html ]