Beydovul - Wikipedia
Bəydövül — Azərbaycan Respublikasının Göyçay rayonunun Bəydövül kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Bəydövül kəndi Alpout kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bəydövül kənd inzibati ərazi vahidi yaradılmşdır.[2]
Bəydövül | |
---|---|
40°30′40″ şm. e. 47°54′04″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponomikası
redaktəOykonim Bəydəvil, Bədəvil (1917), Bədövül (1961) variantlarında da işlənir. "Bədo" (Azərbaycan dilində "qaçağan at"; "pis iyli su") və "vil" (yer, məkan, inzibati ərazinin bir hissəsi) sözlərindən düzəldilib, "pis qoxulu suyu olan yer" mənasındadır. Azərbaycanın Şirvan zonasında yayılmış müalicəvi kükürdlü soyuq su mənbələrindən biri kəndin ərazisində olduğu üçün belə alanmışdır. Toponim "bəy dövləti", "bəyə məxsus olan mülk" mənasında da yozulur.[3]
Tarixi
redaktəCoğrafiyası və iqlimi
redaktəKənd rayon mərkəzindən cənub-şərqdə, Şilyançayın sol sahilində, Alpout, Alıkənd və Veysəlli kəndlərinin yaxınlığında, Şirvan düzündə yerləşir.
Əhalisi
redaktəƏhalisi 1422 (2009) nəfərdir.
Tanınmış şəxsləri
redaktə- Sabir Adil (Sabir Xasay oğlu Əhmədov) — Azərbaycan Yazıçılar İttifaqının üzvü, Teatr Xadimləri İttifaqının üzvü, Kinematoqraflar İttifaqının üzvü.
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, pambıqçılıq və bağçılıqdır.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ Bəydövül // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 35. ISBN 978-9952-34-155-3.
Həmçinin bax
redaktə Göyçay rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |