Berpa Olunan Enerji Menbeleri Dovlet Agentliyi Azerbaycan - Wikipedia
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA və ya BOEMDA) — Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturuna daxil olan qurumdur.
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi | |
---|---|
(AREA) | |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 22 sentyabr 2020 |
Tabelik | Energetika Nazirliyi (Azərbaycan) |
Ünvan | Hökumət Evi, Ü.Hacıbəyli küç. 84, Bakı, AZ 1000 |
Rəhbərlik | |
Direktor | Cavid Abdullayev |
|
|
Rəsmi saytı | area.gov.az |
Tarixi
redaktə16 iyul 2009-cu ildə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb.[1]
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 iyun 2012-ci il il Fərmanı ilə yaradılıb.[2]
Şirkət Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əsasında yaradılıb. Ləğv edilmiş Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əmlakı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinə verilib. Şirkətin yenidən təşkili və (və ya) ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilirdi.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 01 fevral tarixli, 810 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.
2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla agentlik ləğv olunub.[3]
22 sentyabr 2020-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında və "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb. Fərmana əsasən, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb.[4]
Agentlik beynəlxalq münasibətlərində "AREA" akkronimindən istifadə edir. Akkrominim açıqlaması ingilis dilində belədir: Azerbaijan Renewable Energy Agency.
Eyni zamanda, dövlət proqramlarında "Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası"nda "BOEMDA" akkronimindən istifadə olunub.
Vəzifələri
redaktə- müvafiq sahədə normativ hüquqi aktların layihələrinin, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, hazırlanmış layihələrə dair rəy və təkliflərini Nazirliyə təqdim etmək;
- dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahədə fəaliyyətini əlaqələndirmək;
- Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlərlə bağlı Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
- Azərbaycan Respublikasının ayrı-ayrı regionları üzrə bərpa olunan enerji mənbələrinin potensialını və onlardan istifadə üçün əsas istiqamətləri müəyyənləşdirmək;
- müvafiq sahədə məlumatların toplanılmasını, emalını, saxlanılmasını və paylaşılmasını təmin edən bərpa olunan enerji mənbələrinə dair elektron məlumat sistemini yaratmaq;
- bərpa olunan enerji mənbələri üzrə ölçmə müşahidə avadanlığının quraşdırmasını və istismarını təmin etmək, Nazirliyin müəyyən etdiyi qaydalara uyğun olaraq toplanılmış və emal edilmiş məlumatlardan istifadəni təşkil etmək;
- müvafiq sahədə mühəndis-axtarış, kəşfiyyat, layihələndirmə işlərinin aparılmasını, perspektivli layihələrin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasını təşkil etmək;
- müvafiq sahədə istehsalın və istehlakın proqnoz göstəriciləri barədə təklifləri Nazirliyə təqdim etmək;
- bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və dəstəklənməsi üçün müvafiq fondlar yaradılması, yeni energetika obyektlərinin layihələrinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
- müvafiq sahənin investisiya qoyuluşu üçün cəlbediciliyinin təmin edilməsi, habelə dəstək mexanizmlərinin tətbiqi qaydalarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, təkliflər vermək və qəbul olunmuş qərarların icrasını təmin etmək;
- bərpa olunan enerji mənbələri üzrə potensiala malik ərazilərin müəyyənləşdirilməsini və prioritetləşdirilməsini təmin etmək, prioritetləşdirilmiş ərazilərdə elektrik enerjisi istehsalı ilə bağlı Nazirliyə təkliflər vermək, seçilmiş ərazilərin investorlara təqdim edilməsi üçün hazırlıq işlərini həyata keçirmək;
- bərpa olunan enerji mənbələri potensialı olan ərazilərdə torpaq sahələrindən (su obyektlərindən) səmərəli istifadə ilə bağlı Nazirliyə təkliflər vermək, onların qorunması üçün tədbirlər görmək, bərpa olunan enerjidən istifadə potensialının qiymətləndirilməsi üzrə monitorinqlər keçirmək;
- elektrik enerjisinin satın alınması müqaviləsi əsasında həyata keçirilən bərpa olunan enerji mənbələri layihələrinin icrası ilə bağlı monitorinq aparmaq və nəticələri barədə Nazirliyə məlumat vermək;
- bərpa olunan enerjinin istehsalı, ötürülməsi (nəqli), paylanması sistemlərinin optimallaşdırılması və səmərəli istifadəsi üçün Nazirliyə təkliflər vermək, həyata keçirilən tədbirlərdə iştirak etmək;
- müvafiq sahədə tariflərin formalaşdırılmasında və tariflərin müəyyənləşdirilməsi metodologiyasının hazırlanmasında iştirak etmək, tariflərin təkmilləşdirilməsi və tətbiqi ilə bağlı təkliflər vermək;
- müvafiq sahədə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, insanların həyatına, sağlamlığına və dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər vura bilən avadanlıq və qurğulardan istifadənin qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərdə iştirak etmək;
- bərpa olunan enerji mənbələrindən enerji resurslarının istehsalı, ötürülməsi, paylanması və istehlakı sahəsində texnoloji itkilərin və enerji sərfinin azaldılmasına yönələn tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etmək, ölkənin enerji təhlükəsizliyinin təmin olunması tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- müvafiq sahədə innovasiya fəaliyyətinin təşkili, innovasiyaların inkişafı və tətbiqi istiqamətində Nazirliyə təkliflər vermək, qəbul edilmiş qərarların icrasında iştirak etmək;
- bərpa olunan enerji mənbələrindən istifadə sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərdə iştirak etmək;
- qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
- müvafiq sahədə sərgilər keçirilməsini təşkil etmək;
- müvafiq sahədə elmi tədqiqat, tədris və sınaq işlərinin həyata keçirilməsi məqsədilə infrastruktur yaratmaq və müasir avadanlığın, texnologiyaların, texniki və digər vasitələrin alınmasını və onlardan istifadəni təşkil etmək;
- dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
- Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
- kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentlik əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
- Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
- Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
- Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
- Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;
- Agentliyin fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;
- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Fəaliyyət istiqamətləri
redaktə- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak edir;
- müvafiq sahənin inkişafı və bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadənin təmin edilməsi üçün tədbirlər görür;
- müvafiq sahədə fəaliyyətin təşkilinin və tənzimlənməsinin təmin edilməsi üçün tədbirlər görür;
- müvafiq sahənin investisiya cəlbediciliyini artırmaq üçün tədbirlər görür.
Strukturu
redaktəBərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi — Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli, 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında yaradılmışdır. Energetika Nazirliyinin strukturuna daxil olan qurumdur. Dövlət Agentliyi 4 şöbədən ibarətdir və 40 ştat vahidi mövcuddur.
Layihələr
redaktə- "ACWA Power" şirkəti (Səudiyyə Ərəbistanı) — qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi
- "Masdar" şirkəti (BƏƏ) — qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyası layihəsi
- "British Petroleum" (BP) — Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi
- "TEPSCO" şirkəti (Yaponiya) — işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması
- Asiya İnkişaf Bankı (AİB) — üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi
- Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) — Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək
- Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) — Azərbaycanda kiçikmiqyaslı bərpa olunan enerji layihələri üçün lazımi normativ çərçivənin tətbiqinin dəstəklənməsi
- Beynəlxalq Maliyyə Korporasiyası — Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi
- Almaniya Enerji Agentliyi (DENA) — Azərbaycanın seçilmiş ərazilərində bərpa olunan enerji texnologiyalarının tətbiqi ilə mərkəzləşdirilməmiş enerji təchizatının təşviqi çərçivəsində Əməkdaşlıq
Tabeliyindəki qurumlar
redaktə"Azalternativenerji" MMC
- Azərbaycan Respublikasının Prezidentinin 01.02.2013-cü il tarixli 810 nömrəli Fərmanı ilə yaradılıb və 05.08.2023-cü il tarixli 2294 nömrəli Fərmanı ilə ləğv edilib.
- Fəaliyyəti belə idi — Cəmiyyət bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində bərpa olunan enerji mənbələri üzrə kəşfiyyat, işlənmə, enerji istehsalı, nəqli, paylanması, enerji alınması üçün avadanlıqların, qurğuların və obyektlərin layihələndirilməsi, istehsalı, tikintisi, istismarı və infrastruktur təminatı üzrə işləri aparırdı.
- Şirkətin balansında olan 1 Hibrid və 5 Günəş Elektrik Stansiyalarında ümumi olaraq günəş panelləri ümümi 12.54 MVt gücündə və 3 ədəd Külək Turbini (2.7 MVt) quraşdırılmışdı.
İstismar olunmuş elektrik stansiyaları aşağıdakı idi:
redaktə- Qobustan HES — 18.04.2013-cü ildən istismar olunurdu;
- Sahil GES — 28.08.2018-ci ildən istismar olunurdu;
- Suraxanı GES — 22.05.2014-cü ildən istismar olunurdu;
- Samux GES — 11.01.2015-ci ildən istismar olunurdu;
- Sumqayıt GES — istismar edilməsi üçün yeni avadanlıqların quraşdırılması nəzərdə tutulurdu;
- Pirallahı GES — 15.10.2014-cü ildən istismar olunurdu;
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması haqqında". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.
- ↑ Prezident idarəetmədə ciddi struktur islahatlarına başladı Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine virtualaz.org
- ↑ "Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
Xarici keçidlər
redaktə- Veb Səhifəsi
- Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin ƏSASNAMƏSİ
- Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının Qanunu
- Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu
- Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin facebook səhifəsi
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |