Behram Mirzeyev - Wikipedia
Mirzəyev Bəhram Rüstəm bəy oğlu (1891–1974) — professor (1960), pedaqoq, əməkdar elm xadimi.
Bəhram Mirzəyev | |
---|---|
Bəhram Rüstəm bəy oğlu Mirzəyev | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Uşağı | Rüstəm bəy |
Atası | Rüstəm bəy Mirzəyev |
Təhsili | Peterburq Universiteti (1910)[1] |
Fəaliyyəti | fizik |
Mükafatları |
Həyatı
redaktəRüstəm bəyin dördüncü oğlu Bəhram bəy 16 aprel 1891-ci ildə Şuşa şəhərində dünyanı tanımışdı. Bəhram bəy haqqında tədqiqatçı-jurnalist Vasif Quliyev araşdırma aparıb. Həmin araşdırmanı yazımızda verməyi gərəkli bildik.
Vasiq Quliyev yazır: "Bütün ziyalılar kimi rus ordusunun polkovniki Rüstəm bəy Mirzəyev də oğlu Bəhram bəyi orta təhsil almaq üçün Şuşada dövrün ən nüfuzlu təhsil müəssisələrindən sayılan real məktəbə qoymuşdu. O, oğlunu da özü kimi hərbçi görmək istəyirdi. Ona görə də tətillərdə, istirahət günlərində, xüsusi ilə də, yay aylarında Bəhram bəyi özü ilə Xankəndində xidmət etdiyi qərargaha aparır, oğlunu hərbi işə alışdırmağa çalışırdı. Bəhram bəy hələ lap balacaykən artıq at minməyi, silahla davranmağı, güllə atmağı bacarırdı. Lakin sinifdən-sinifə keçdikcə onda dəqiq elmlərə, xüsusən də, fizika və riyaziyyat fənlərinə meyl daha da artırdı. Bu meylin də əsas səbəbi bir tərəfdən müəllimlərinin maraqlı dərs keçməsi, digər tərəfdən də məktəbdə müasir avadanlıqla və cihazlarla təchiz olunmuş fizika və riyaziyyat kabinetləri idi. Bəhram bəy dəqiq elmləri xoşlayan digər siiif yoldaşları ilə dərsdənkənar vaxtlarda bu kabinetlərdə müəllifmlərinin və yuxarı sinif şagirdlərinin birlikdə apardıqları təcrübələri, sınaqları diqqətlə izləyir, onlardan görüb-götürməyə, nəsə öyrənməyə çalışır, evdə fizikaya aid əlavə kitablar da oxuyurdu. Ona gör də o, hələ realnı məktəbin birinci sinifində oxuyarkən gələcəkdə tutacağf yolu müəyyənləşdirmişdi.
Lakin 1905–1906-cı illərdə Şuşada baş verən erməni-müsəlman davası realnı məktəbdə oxuyan bütün azərbaycanlı uşaqlar kimi oranı bitirməyə Bəhram bəyə də imkan vermədi. Məktəb şəhərin ermənilər yaşayan hissəsində olduğu üçün azərbaycanlı ailələr öz övladlarını məktəbdən çıxarırdılar, çünki bilirdilər ki, çörəkləri dizləri üstündə olan murdar ermənilər onların uşaqlarına hər cür sədəmə toxuya bilirlər. Bəhram bəy də məktəbi yarımçıq qoydu və təhsilini davam etdirmək üçün bir çox həmyerliləri kimi Bakı Real Məktəbinə dəyişildi.
Bəhram bəy Mirzəyev Bakıda da Şuşadakı kimi eyni həvəslə, eyni şövqlə oxudu, fizika fənnindən biliyini daha da zənginləşirdi, ümumiyyətlə, bütün fənlər üzrə uğur qazandı, adı əlaçı şagirdlər siyahısına yazıldı. Nəhayət, 1909-cu ildə o, Bakı Real Məktəbini başa vurub, ali təhsil dalınca getməyə hazırlaşdı.
1911-ci ildə Bəhram bəy Mirzəyev arzularının qanadında Rusiyanın paytaxtına yola düşdü. İmatahanlarını uğurla yola verib, Peterburq universitetinin fizika-riyaziyyat fakültəsinə daxil oldu. Valideynlərinin varlı olmasına, vaxtlı-vaxtında pul göndərmələrinə baxmayaraq, onlara maddi zərər vurmaq istəmədi, oxuya-oxuya gah şəhər bələdiyyə idarəsində kömür qəbulçusu, gah kəndli bankında mühasib, gah da Fyodoranın məşhur qız gimnaziyasında müəllim işlədi. 1916-cı ildə ali təhsilini başa vuran Bəhram bəy gimnaziyada qalıb, pedaqoji fəaliyyətlə məşğul olmağa başladı.
O vaxtlar Rusiyada siyasi çarpaşmalar artıq son həddə çatmışdı. Peterburqa artıq son həddə çatmışdı. Peterburqda aləm bir-birinə qarışmışdı, hərc-mərclik baş alıb-gedirdt. Bu çarpışmalar da oktyabr inqilabı ilə başa çatdı və nəticədə bir çox müəssisilər, o cümlədən də, Fyodoravanın qız gimnaziyası bağlandı. Bəhram bəy Mirzəyev də məktəbdəki fəaliyyətini dayandırdı, 1917-ci ilin oktyabr ayında Donetsk şəhərinə üz tutdu. Ukranyalı həmkarları bu azərbaycanlı mütəxəssisin savadına, bilik və bacarığına bələd olandan sonra onu Donetsk vilayətinin Drujovski şəhərindəki zavodların nəzarətində məktəb kombinatının təşkilatçı-müdir vəzifəsinə layiq bildilər. Bəhram bəy həmkarlarının etimadını doğrultmaq və özünün təşkilatçılıq qabiliyyətini göstərmək üçün necə deyərlər, əl-qolunu çırmalıyıb, işə başladı, tapşırılan vəzifəni qısa müddətdə uğurla yerinə yetirdi. Üç ayın içərisində, 1918-ci ilin yanvarında o, artıq üç məktəb açmağa nail oldu.
Lakin Rusiyada başlanan vətəndaş müharibəsinin qara tüstülü alovu Ukranyanı da bürüdu. Yenə də hərc-mərclik, özbaşınalıq başladı. Bolşeviklər artıq müəllimləri də, mühəndisləri də, həkimləri də, ümumiyyətlə, sənətindənn asılı olmayaraq hamını səfərbərliyi alırdılar. 1919-cu ildə Bəhram bəy Mirzəyev də orduya çağrıldı, XIII Qızıl Ordu hissələri tərkibində xidmətə başladı, əlinə silah alıb, ağqvardiyaçıları qarşı döyüşdü. Və nəhayət, Vətəndaş müharibəsi başa çatandan sonra bu gəng azərbaycanlı müəllim-döyüşçü də ordudan buraxılaraq özünün əvvəl iş yerinə qayıtdı.
Azərbaycanda Sovet hakimiyyətinin ikinci ili idi. Yenicə qurulmuş gənc respublikada universitetlə bərabər, müxtəlif institutlar, texnikumlar da fəaliyyətə başlamış və təhsil ocaqları öz qapılarını hamının üzünə taybatay açmışdı. Lakin xalq maarifinin yenidən qurulduğu bir dövrdə ali təhsilli mütəxəssislərə böyük ehtiyac duyulurdu. Milli kadrların çatışmazlığı üzündən elmlər rus dilində tədris olunur, mütəxəssizlər başqa yerlərdən dəvət edirdilər. Tədrisin Azərbaycan dilində aparılması isə qarşıda duran əsas vəzifələrdən idi. O vaxtlar isə ikicə nəfər ali təhsilli azərbaycanlı fizik vardı: Biri Rəhim bəy Məlikov, o biri isə Bəhram bəy Mirzəyev, Kazan universitetinin fizika-riyaziyyat fakültəsinin məzunu Rəhim bəy Məlikov Pyatiqorsk şəhərində birinci dərəcəli nümunəvi məktəbdə müəllim işləyirdi, Bəhram bəy Mirzəyev isə hələlik Ukranyada idi. Onların ikisini də Bakıya dəvət etmək lazım idi. Lakin Bəhram bəy özü 1921-ci ildə dəvətsiz-filansız Bakıya döndü.
1922-ci ilin yazında Bəhram Mirzəyev Bakı Xalq Maarif Şöbəsinin 2 nömrəli məktəbinə göndərildi. Bir il burda şagirdlərə fizika və riyaziyyat elmlərinin sirlərini öyrədən gənc müəllim eyni zamanda fəhlə fakültələrində və texnikumlarda da dərs deməyə başladı. Sonra isə Azərbaycan Dövlət Universitetinə göndərildi. Bu vaxt Rəhim bəy universitetinə göndərildi. Bu vaxt Rəhim bəy Məlikov da Respublikaya dəvət olundu. Bəhram bəy isə 1923-cü ildən başlayaraq Azərbaycan Ali pedaqoji Institutunda fizika və riyaziyyat elmlərinin tədrisi işinin təşkili və təkmilləşdirməsi ilə məşğul olmağa başladılar.
Bəhram bəy Mirzəyev Azərbaycan Dövlət Universitetinin fizika kafedrasında tələbə labaratoriyaları təşkil elədi, fizika-riyaziyyat fakültəsində optikaya dair ilk dəfə olaraq Azərbaycan dilində mühazirələr oxumağa başladı. Məhz bu mühazirələrin nəticəsində də o, ana dilində təcrübi məşğələlər üzrə azərbaycanca tədris vəsaiti hazırlayıb, 1930-cu ildə nəşr elədi və bu işinə görə ona dosent vəzifəsi verildi. Bəhram bəy Mirzəyev elə həmin il N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Instutuna göndərildi. Burda o, çoxlaboratoriyalı fikika kafedrası təşkil elədi. Eyni zamanda Azərbaycan Politexnik Institutu üçün molekulyar fizikaya, Azərbaycan Dövlət Universiteti üçün dalğalara və rəqslərə aid dərsliklər yazdı və bu dərsliklərdən digər ali məktəblərdə də istifadə olunmağa başladı. 1935-ci ildə Bəhram bəy Mirzəyev yenidən Azərbaycan Dövlət Universitetinə qayıtdı, 1936–1938-ci illər ərzində burda yeni labarotriyaların təşkili işinə başladı, böyük zəhmət bahasına xüsusi labarotoriyalar, nümayiş müzeyi, fiziya kabineti yaratdı. Bu barədə elmi məqalələri mətbuat səhifələrində və elmi jurnallarda dərc olundu, elmi ədəbiyyatda təcrübi işlərinin nəticələri vəfizika nəzəriyyəsinə aid üç dərs vəsaiti nəşr edildi. Elə həmin il elm sahəsində qazandığı uğurlara görəona fizika elmləri namizədi alimlik dərəcəsi verildi. Elə həmin il elm sahəsində qazandığı uğurlara görə ona fizika elmləri namizədi alimlik dərəcəsi verildi. 1941-ci ildə isə təcrübi fizika kafedrasına müdir vəzifəsinə irəli çəkildi. Gənc alim bundan sonra tədqiqatlarını daha da genişləndirməyə, yarımkeçiricilər sahəsində araşdırmalar aparmağa başladı. 1942–1946-cı illər arasında onun elmi-tədqiqat işlərinin həcmi daha da genişlədi. Kafedranın on beş nəfər üzvü Bəhram bəy Mirzəyevin rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə elədi. Qayğıkeş alimin səyi və köməyi nəticəsində yüksək ixtisaslı kadrlar hazırlanması məqsədilə neçə-neçə aspirant Moskva, Leninqrad, Kiyev və SSRI-nin digər böyük elmi mərkəzlərinə oxumağa göndərildi.
Əlinci illərdə Bəhram bəy Mirzəyevin bilavasitə təşəbbüsü ilə təcrübi fizika kafedrasına yarımkeçiricilər fizikası üzrə elmi-tədqiqat işləri daha da genişləndi və 1960-cı ildə yarımkeçiricilər fizika kafedrası təşkil olundu və o, həmin kafedranın müdiri vəzifəsinə seçildi. Elə həmin vaxtdan da universitetin fizika fakültəsində zəhmətkeş alimin rəhbərliyi ilə yarımkeçiricilər fizikası problemləri elmi-tədqiqat laboratoriyası fəaliyyətə başladı. 1969-cu ildə Bəhram bəy Mirzəyevə professor vəzifəsi verildi.
Əllidən çox elmi əsərin, iki ixtiranın, Böyük Vətən müharibəsi illərində iki hərbi təklifin müəllifi olan Bəhram bəy Mirzəyev Azərbaycan elmi qarşısında xüsusi xidmətlərinə görə 1954-cü ildə Lenin ordeninə layiq görülmüş, 1969-cu ildə ona əməkdar elm xadimi adı verilmiş, bir neçə medalla və Azərbaycan SSRI Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmişdir. Onun ali təhsilli fiziki və fizika elmimizin yaradıcısı kimi daxil olmuşdur. Həyatı və yaradıcılığı hər bir adam üçün böyük bir məktəb olan Bəhram bəy Mirzəyevin xatirəsi həmkarları və onu tanıyanlar tərəfindən həmişə tutulur, daim yad edilir. 1991-ci ildə Azərbaycan Dövlət Universitetinin fakültəsində görkəmli fizikin anadan olmasınının 100 illiyinin qeyd olunması onun adının yaddaşlarından silinmədiyinin, daim ürkələrdə yaşadığının bir daha əyani sübutdur.
Bəhram bəyin Rüstəm bəy adlı oğlu vardı.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Mirzəyevlər. "Soy" dərgisi, 8 (16), Bakı, 2008, səh.17–27.
Həmçinin bax
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-26.