Besirbeyli - Wikipedia
Bəşirbəyli — Azərbaycan Respublikasının Salyan rayonunun Qaraçala qəsəbəsi inzibati ərazi vahidində kənd.
Bəşirbəyli | |
---|---|
39°51′ şm. e. 48°55′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Cənub-Şərqi Şirvan düzündədir.
Yaşayış məntəqəsi XIX əsrin 70-ci illərində Pirsaat çayı yaxınlığında yaşamış 22 ailədən ibarət qubalı bəşirbəyli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Bəşirbəy həmin tirənin başçısının adı olmuşdur. Kəndin adı etnotoponimdir.[1]
Tədbirlər
redaktəSalyan rayonunun Bəşirbəyli kəndinə mavi yanacaq verilmişdir.
2016-10-10
Dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun qazlaşdırılması davam etdirilir. Bu gün rayonda mavi yanacaq verilən yaşayış məntəqələri sırasına 1115 nəfər əhalisi olan Bəşirbəyli kəndi də əlavə olunmuşdur. 231 abonenti olan kəndin təbii qazla təmin olunması məqsədilə 25 min 532 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 231 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd və qəsəbələrin qazlaşdırılmasını prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən infrastruktur layihələrin davamı olduğunu vurğulamış, kəndə təbii qazın verilməsi münasibətlə sakinləri təbrik etmişdir.[mənbə göstərin]
İstinadlar
redaktə- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Salyan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |