Besir Atalay - Wikipedia
Bəşir Atalay (1 aprel 1947) – 2011–2014-cü illərdə Rəcəb Tayyib Ərdoğan hökumətində Türkiyə Baş nazirinin müavini olmuş türk siyasətçidir. O, əvvəllər 28 avqust 2007-ci ildən 14 iyul 2011-ci ilədək daxili işlər naziri olub.
Bəşir Atalay | |
---|---|
türk. Beşir Atalay | |
Türkiyə baş nazirinin müavini | |
14 iyul 2011 – 29 avqust 2014 | |
Baş nazir | Rəcəb Tayyib Ərdoğan |
Əvvəlki | Cəmil Çiçək Əli Babacan Bülənt Arınc |
Sonrakı | Əli Babacan Bülent Arınç Yalçın Akdoğan Numan Qurtulmuş |
Türkiyənin Daxili İşlər naziri | |
28 avqust 2007 – 14 iyul 2011 | |
Baş nazir | Rəcəb Tayyib Ərdoğan |
Əvvəlki | Abdülkadir Aksu |
Sonrakı | İdris Naim Şahin |
Türkiyənin Dövlət naziri | |
19 noyabr 2002 – 28 avqust 2007 | |
Baş nazir | Rəcəb Tayyib Ərdoğan |
Türkiyə Böyük Millət Məclisinin üzvü | |
1 noyabr 2015 – 24 iyun 2018 | |
14 noyabr 2002 – 7 iyun 2015 | |
Seçki dairəsi | 2002 – Ankara 2007 – Ankara 2011 – Kırıkkale |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 aprel 1947 (77 yaş) |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yaşamı və akademik karyerası
redaktəBəşir Atalay Kırıkkale bölgəsinin Keskin rayonunda doğulub, Ankara Universitetinin hüquq fakültəsini bitirib və Ərzurumda yerləşən Atatürk Universitetində müəllim vəzifəsində çalışıb. O, daha sonra Dövlət Planlaşdırma Təşkilatında (DPT), Mərmərə Universitetində və YUNESKO-nun Türkiyə Milli Komissiyasında çalışıb. Atalay 1997-ci ildə Türkiyə hərbi memorandumundan sonra dövlətin maraqlarına zidd fəaliyyətlərdə iştirak etdiyi səbəbilə Ali Təhsil Şurası (YÖK) tərəfindən vəzifəsindən uzaqlaşdırılana qədər Kırıkkale Universitetinin təsisçisi və rektoru olub.[1]
Siyasi karyerası
redaktə2002-ci ilin ümumi seçkilərində o, AKP-dən[2] Ankaranı təmsil edərək Türkiyə Böyük Millət Məclisinə deputat seçilib və Prezident Əhməd Necdət Sezərin Atalayın Təhsil naziri təyin edilməsi təklifinə veto qoymasının ardından Ərdoğanın ilk kabinetində Dövlət naziri olub. Daha sonra 2007-ci ilin avqustunda o, Daxili İşlər naziri təyin edilib, bu, həmin yay baş nazir Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsindən sonra, həmçinin Sezərin prezidentlikdən təqaüdə çıxmasının ardından bir neçə kabinet dəyişikliyindən biri idi. 2011-ci ildə baş nazirin insan haqları və terrorizmlə mübarizə üzrə müavini təyin edilib və 2014-cü ilədək bu vəzifəni icra edib.
Şəxsi həyatı
redaktəBəşir Atalay Ulduz Atalay ilə evlidir və üç övladı var. O, Nəqşibəndi təriqətinə[3] bağlı bir türk sufi icması olan İskəndərpaşa İcmasının üzvüdür.
Sələfləri Abdülkadir Aksu |
Türkiyənin Daxili İşlər naziri 2007–2011 |
Xələfləri İdris Naim Şahin |
Sələfləri Cemil Çiçek |
Türkiyə Baş nazirinin birinci müavini 2011–dən indiyədək |
Xələfləri Hazırkı |
İstinadlar
redaktə- ↑ "Who's who in Politics in Turkey" (PDF). Heinrich Böll Stiftung. 60–61. 31 January 2021 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 31 January 2021.
- ↑ "Ankara Seçim Sonuçları". secim.haberler.com. 4 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2021.
- ↑ Eurasia Review: "The Naqshbandi-Khalidi Order And Political Islam In Turkey – Analysis" Arxivləşdirilib 2018-11-25 at the Wayback Machine Hudson Institute. 5 September 2015