Besir - Wikipedia
Bəşir — , Aşıq Ələsgərin oğlu.
Bəşir | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Göyçə, Basarkeçər, Ağkilsə |
Vəfat tarixi | |
Vəfat yeri | Kəlbəcər, Yanşaq |
Həyatı
redaktəBəşir Aşıq Ələsgərin böyük oğludur. 1867-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Bəşir əvvəlcə öz kəndlərində, sonra isə Sarıyaqub kəndindəki molla məktəbində oxumuşdur.
Saz çalıb, söz qoşmağı bacaran Bəşir aşıqlıq etməsə də, bu sənətin qədir-qiymətini bilirdi. O, yazdığı şeirləri nədənsə mühafizə etməmişdir.
At minməyi, şux geyinməyi sevən Bəşir həm də əla nişançı idi. O, ömrü boyu heç kəsdən qorxub-çəkinməmiş, bəylərə, ağalara, qlavalara, pristavlara baş əyməmişdir.
1915-ci ildə münaqişə zəmnində kəndin kovxasını güllə ilə vuran Bəşir çar hakimiyyəti yıxılana qədər qaçaq yaşamışdır.
1918-ci ildə ermənilərin törətdikləri milli vuruşma zamanı Bəşir Göyçənin müdafiəsində böyük şücaət göstərmiş, yağılara ağır zərbə vurmuşdur. O, 1918-1921-ci illərdə Kəlbəcərin Qanlıkənd kəndində Aşıq Ələsgərlə bir ailədə yaşamışdır.
Bəşir 1934-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində qonaq olarkən xəstələnib vəfat etmiş və vəsiyyətinə görə orada da torpağa tapşırılmışdır.