Boyuk Xalli Qartal - Wikipedia
Böyük xallı qartal (lat. Clanga clanga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin xallı qartal cinsinə aid heyvan növü.
Böyük xallı qartal | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Böyük xallı qartal |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Statusu
redaktəNadirdir.
Kateqoriyası
redaktə(VU). Mənfi təsirlərə həssasdır.
Genefond əhəmiyyəti
redaktəCinsin 5 növündən biridir.
Qısa təsviri
redaktəBozqır (çöl) qartalından az kiçikdir. Səsi bərk çıxır– "kiyak-kiyak". Rəngi qara-qonurdur.
Yayılması
redaktəAvropa və Asiyada yayılıb. Azərbaycanda miqrasiya vaxtında olur, düzənlikdə tək-tək qışlayır.
Yaşayış yeri və həyat tərzi
redaktəMart-apreldə və bir də sentyabrda dağda və düzəndə görünür. Seyrək hündür ağac olan sahələri xoşlayır. Azərbaycanda miqrant populyasiyası qurbağa, kərtənkələ, siçanabənzər gəmiricilər və quşlar ilə yemlənir. Lakin yediyi quşların çoxu ovçular tərəfindən yaralanmış olanlardır.
Sayı
redaktəXX əsrin axırına qədər adi saylı, sonralar isə nadir olub. Qışlamasını təsdiq edən müşahidə yoxdur. Son 10 ildə qışlamasını heç kim görməyib. Miqrasiya dövründə isə 2000-ci ildə cəmi 46 quş qeyd edilib. Son 10 ildə 30 quşdan çox olmayıb, yəni 35 % azalıb.
Məhdudlaşdırıcı amillər
redaktəAzərbaycandan keçən populyasiyanın sayı Xəzər dənizindən şimala tərəf yerləşən ərazidən (Rusiya) asılıdır. Azərbaycanda miqrasiya dövründə olarkən zərərli hesab edilib ovlanması da nadir olmasına rəvac verib.
Əhali üçün əhəmiyyəti
redaktəSiçan yeməsi faydalıdır. Sanitar əhəmiyyəti də var.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəOvlanması qadağandır. Bioloji müxtəlifliyin saxlanılması prinsipinə əsasən, CİTES, Bern və Bonn konvensiyalarına daxil edilib. Beynəlxalq miqyasda qorunur.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəƏhaliyə tanıdılması və qorunmasının vacibliyinin əhaliyə geniş izah edilməsi.
İstinadlar
redaktə- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ World Bird List (ing.): IOC World Bird List. 6.4 IOU, 2016. doi:10.14344/IOC.ML.6.4