Boyuk Oxcullut - Wikipedia
Böyük oxcüllüt (lat. Limosa limosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin oxcüllüt cinsinə aid heyvan növü.
Böyük oxcüllüt | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Böyük oxcüllüt |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Statusu
redaktəNadirdir.
Kateqoriyası
redaktə(VU) Təhlükə həddindədir.
Genefond əhəmiyyəti
redaktəAzərbaycan faunasında cinsin 2 növündən biridir (amma 2-ci növ (L.lapponica) 5-10 ildə bir dəfə azıb gəlir).
Qısa təsviri
redaktəGöyərçindən az böyükdür. Rəngi əlvandır. Başı boz, beli qaramtıl, quyruğu qara, onun dibi isə ağdır. Qarın tərəfi köndələn zolaqlı bozdur. Havada olarkən qanadlarının üstündə bir ədəd enli ağ zolaq görünür və ayaqları quyruğundan çox geriyə çıxır. Dimdiyi uzun və düzdür.
Yayılması
redaktəReproduktiv arealı Avropada və Asiyada yerləşib. Qışlamaq üçün Britaniya adalarına, Afrika, Avstraliya və Yeni Zelandiyaya qədər miqrasiya edir. Azərbaycana qışlamaq üçün gəlir, eyni vaxtda buradan ötüb keçən populyasiyası da var.
Yaşayış yeri və həyat tərzi
redaktəRütubətli çəmənlikləri xoşlayır. Reproduksiya yerində, məsələn, Rusiyada fakultativ koloniya əmələ gətirir. Otun arasında sadə yuva tikir, 3-4 yumurta verir, 23-25 gün kürt yatıb cücə çıxarır, onları bir ay gəzdirib böyüdür. Müxtəlif cücü və bitki yeyir. Yayın axırında sürü əmələ gətirib miqrasiyaya başlayırlar.
Sayı
redaktəReproduksiya yerində adi saylı olması qeyd edilir. Lakin Azərbaycana gəlib çatan populyasiyası nadir olur. Ehtimal ki, miqrasiya yolunda qanunsuz ovlanır.
Məhdudlaşdırıcı amillər
redaktəQanunsuz ovlanması.
Əhali üçün əhəmiyyəti
redaktəElmi və estetik əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəİUCN-nin Qırmızı Siyahısına, Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxildir. Azərbaycanda ovlanması qadağan edilib.
Qorunması üçün məsləhət görülən tədbirlər
redaktəNövün qorunmasına ehtiyac olduğuna görə zooloji maarifçiliyə daxil edilməsi vacibdir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3