Boyuk Nalburun - Wikipedia
Böyük nalburun (lat. Rhinolophus ferrumequinum) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. Bu fəsiləyə aid növlər arasında ən uzunudur. Uzunluğu 5,2–7,1 sm, qanadlar arasında məsafə 35–40 sm-dir. Çəkisi 13–34 q-dır. Cavan varasalar bütünlüklə boz rəngdə olur.
Böyük nalburun | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Böyük nalburun |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Yayılması
redaktəBöyük nalburunun[3] arealı Şimali Afrikadan (Mərakeş, Əlcəzair) Avrasiyaya (Fransa, İspaniya, Kiçik Asiya, Ön Asiya, Qafqaz, Tibet, Çin, Rusiya və Yaponiya) qədər əhatə edir. Qafqazda Baş silsilədən cənuba doğru rütubətli Qaradəniz subtropiklərindən yarımsəhralra qədər olan ərazilərdə rast gəlinir. Azərbaycanda zooloji tədqiqatlar nəticəsinin başlanğıcında bu növə dəniz səviyyəsindən 1600 metrə qədər olan hündürlükdə, ən çox isə XX əsrin ikinci yarısında rast gəlmək olar. Azərbaycanın bütün ərazilərində, lakin ən çox Naxçıvan Muxtar Respublikası daxil olmaqla, Kiçik Qafqazda aşkar olunmuşdur.
Yaşayış yeri və həyat tərzi
redaktəƏsas yaşayış məskənləri aşağıdakılardır: Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi çöllərində (Babək rayonunda Sirabın "Daşqala" mağarası, Şahbuz rayonu Türkeş kəndi ətrafında, Kotam və Kələki kəndləri ətrafındakı mədən dəhlizləri, Ordubad Milli Parkında "Uzunqanadlılar"ın Kilit mağarası); Dağlıq Qarabağda dağlıq və dağətəyi çöllər, dağ meşələri (Azıx və Böyük Şuşa mağaraları); Böyük Qafqazda dağətəyi meşə və bağlar (Zaqatala rayonu Qəbizdərə kəndi ətrafındakı mədən dəhlizləri, Oğuz rayonu Cəlud kilsəsi); yarımsəhralar (Mingəçevir şəhəri ətrafında Bozdağ dağ silsiləsi); Lənkəran ovalığında Hirkan meşəsi (İsti-su gözətçi məntəqəsi ətrafında). Oturaq həyat tərzi sürürlər, yalnız fəslin dəyişməsi ilə əlaqədar yaşayış məskənlərini tərk edirlər. Bu növlər isti aylarda tez-tez üçrəngli gecə şəbpərələri ilə birgə yaşayırlar, həmçinin kənarda digər nalburunlar və gecə şəbpərəsi, dağ gönlücələri, cırtdan şəbpərələrə rast gəlmək olar. İlin isti fəslində gündəlik fəallıq dəyişkəndir, lakin böyük nalburunlar yemlənməyə əksərən gecənin müxtəlif vaxtlarında çıxırlar. Balalama və laktasiya dövründə dişilər gecənin müxtəlif vaxtlarında sığınacaqlarını tərk edirlər, amma onarın bir hissəsi körpələrlə birlikdə yerlərində qalırlar. Onlar, ağacların arası və üstündən, kolluqlardan, üzümlüklərin cərgəaralarından, müxtəlif plantasiyalar və açıq sahələrin üzərindən uçaraq sığınacaqlardan uzaq olmayan bağlar və meşələrdə yemlənirlər. Qida mənbələrinə sərtqanadlılar, pulcuqluqanadlılar, ikiqanadlılar daxildir. Nalburunların qidaları fəsillərlə əlaqədardır, ancaq əsas qida mənbəyi olaraq ziyanverici qansoranlar və bitkiyeyən həşəratlar üstünlük təşkil edir. Yetkinlik dövrü 2–3 yaşlarına təsadüf edir. Hamiləlik dövrü payız, balalama isə (1bala) adətən iyun ayının II yarısından başlayaraq, iyul ayının I ongünlüyünə kimi davam edir. 35–40 gündən sonra cavanlar sərbəst həyata addım atırlar. Ömrün orta davamiyyəti 5–6 il, maksimal davamiyyəti (erkəklərdə qeyd olunur) isə 25–30 il olur.
Sayı
redaktəBu növ 55 məntəqədə aşkar olunub. Tapılan növlərin yarısından çoxu dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşən dağ və dağətəklərinin payına düşür. Burada onların sayı ayrı-ayrı koloniyalarda 260 fərdə çatırdı. Düzənliklərdə nalburunların sayı 100-dən artıq olmayan yalnız üç yay kolonuyaları aşkar edilmişdir. Eyni növlər həm Böyük Qafqaz, həm də Kiçik Qafqaz üçün tipikdir. Nalburunların ən sıx malik olduğu yerlər sonuncu ərazinin dağlıq və dağətəyi çölləridir (1km2 təxminən 10 fərd). Böyük Qafqazın dağ meşələrində üstünlük təşkil edir. Digər landşaftlarda (onların aşkar olunduğu subalp və alp çəmənliklərindən başqa) hər km²-ə 1 fərddən az olmayaraq qeyd olunmuşdur.
Məhdudlaşdırıcı amillər
redaktəBalalama və qışlama koloniyaların əlçatan və həcmli sığınacaqlarda olması böyük nalburunlar arasında narahatlığa səbəb olan bir faktor kimi göstərilə bilər. Heyvanlar açıq yerlərdə məskən saldıqlarından asanlıqla görünə bilir və bu da onların məhvinə səbəb olur. Onların məskunlaşdığı yeraltı mağaralar, qədimi tikililər turizm və rekreasiya zonasına yararlı olduğundan insanlar tərəfindən istifadə olunur. Binanın quruluşunun dəyişməsi nəticəsində onların yay mövsümündə çardaqlarda olan sığınacaqarının azalmasına səbəb olur. Bütün ölkələrdə Azərbaycan da daxil olmaqla, yaşayış mühitinin, uçuş yollarının və yemlənmə məkanlarının dəyişməsinə səbəb, antropogen təsirlərə məruz qalmasıdır. Bundan əlavə, zəhərli kimyəvi maddələrin tarladan yuyularaq su mənbələrinə ötürməklə heyvanların qida və sudan zəhərlənmə halları baş verir. Yaşayış məskənlərinin və keyfiyyətinin məhvinə aparan neqativ səbəblərdən biri bitki aləminin də antropogen təsirə məruz qalmasıdır.
Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri
redaktəAzərbaycanda növün məskunlaşdığı ərazilər Bern Konvensiyasının tələblərinə uyğun şəkildə mühafizə olunur (II Əlavə). 80-ci illərdə Azıx, Böyük Şuşa və Kilit mağaraları Təbiət Abidələri kimi elan edildi. Məskunlaşdığı ərazilərin bir hissəsi Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində yerləşir (Zəngəzur Milli Parkı, Hirkan Milli Parkı və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən Daşaltı yasaqlığı). Eləcə də Oğuz rayonundakı Cəlud kilsəsini (500 fərddən artıq olan üçrəngli gecə şəbpərələri ilə birgə balalama koloniyaları yerləşən yay sığınacaqları) və Naxçıvan MR-sı Babək rayonundakı Sirabın "Daşqala" mağarasını (burada qışlayan nalburunların sayı müxtəlif illərdə 70-lə 230 arasında tərəddüd edir) Təbiət Abidələri kimi elan edilməsi məsləhət görülür. Ziyanverici həşəratlarla mübarizədə yarasaları cəlb etməklə bioloji tədbirlərdən istifadə etmək.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ "AMEA. Zoologiya İnstitutu. Məməlilər". 2015-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.