Boyuk Yariq - Wikipedia
Böyük Yarıq — Adi gözlə, Süd Yolunun parlaq qolunu, uzunluğunun üçdə biri qədərini uzunlamasına bölən və çoxlu sayda ulduzun zolaqları ilə əhatə olunmuş qaranlıq bir zolaq kimi görünür.[1]
Astronomiyada Böyük Yarıq-(bəzən Qaranlıq Yarıq kimi , çox az hallarda Qaranlıq Çay kimi də adlandırılır) Günəş Sistemi ilə Süd Yolu qalaktikasının Oxatan qolu arasında uzanan örtülü, qeyri-parlaq, molekulyar toz buldudunun birləşməsidir. Bu buludlar Yerdən 800–1000 parsek (2600–3300 i.i.) məsafədə yerləşir.[2] Buludlar 1 milyon günəş kütləsi tərtibində plazma və tozdan ibarətdir.[1]
Böyük Yarıq Qu bürcündən başlayaraq burada, Qu Yarığı və ya Şimal Kömürü adlandırılır, Qartal bürcünə uzanır; İlandaşıyan bürcündə genişlənir; Oxatan bürcündə Qalaktik Mərkəzdə gizlənir; və nəhayət Sentavr bürcünə uzanır. Qaranlıq ən vacib bölgələrdən biri, Qu OB2 assosiasiyasıdır, o gənc ulduzların böyük bir qrupunu özündə birləşdirməklə bərabər həm də Dünyanın yaxınlığındakı ən böyük ulduzəmələgəlmə bölgələrindən biridir. Bu cür qaranlıq yarıqlar, Andromedada NGC 891 və Veronikanın Saçları bürcündə NGC 4565 (İynə qalaktikası) kimi bir çox kənar qalaktikalarda görülə bilər.[3]
İstinadlar
redaktə- ↑ 1 2 "Great Rift: Dark area in the Milky Way". EarthSkyCommunications. 2010. Retrieved 2010–06–15.
- ↑ Green, Gregory M; Schlafly, Edward F; Finkbeiner, Douglas P; Rix, Hans-Walter; Martin, Nicolas; Burgett, William; Draper, Peter W; Flewelling, Heather; Hodapp, Klaus; Kaiser, Nicholas; Kudritzki, Rolf Peter; Magnier, Eugene; Metcalfe, Nigel; Price, Paul; Tonry, John; Wainscoat, Richard (2015). "A Three-Dimensional Map of Milky Way Dust". The Astrophysical Journal. 810: 25. arXiv:1507.01005. Bibcode:2015ApJ…810…25G. doi:10.1088/0004–637X/810/1/25.
- ↑ Pitts, Sam. "NGC 891 Edge on Galaxy (HV19)". Sams Astro. Retrieved 2009–04–25.