Boyuk Xan Mescidi - Wikipedia
Böyük Xan məscidi (krımtat. Büyük Han Cami) və ya Böyük Saray məscidi — məscid Bağçasaray şəhərində Xan sarayında yerləşir.
İslam | |
Böyük Xan məscidi | |
---|---|
krımtat. Büyük Han Cami | |
Din | |
Statusu | Böyük Xan məscidi |
Yerləşməsi | |
Ölkə | Ukrayna |
Şəhər | Bağçasaray |
Memarlıq | |
İnşa tarixi | 1532 – 1532 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBöyük Xan məscidi xan sarayının daxilində, şimal qapılarından şərqdə yerləşir. Bu Krımın ən böyük məscidlərindən biri olmaqla yanaşı həm də xan sarayının ilk tikilisidir.[1]. Məscid 1532-ci ildə I Sahib Gərayın göstərişi ilə inşa edilmişdir. XVII əsrə qədər məscid onun adını daşıyırdı.
Binanın ərazidi kifayət qədər iridir[2][3]. Məscidin damı qırmızı keramitlə örtülmüşdür. İlk əvvəllər isə üzəri günbəz olmuşdur.
Məscidin girişi Çürük-Su çayı istiqamətdə yerləşir. Əvvəllər bu hissənin fasadı mərmərlə üzlənmişdir. Binanın şərq divarında abdəstxana yerləşir. Burada isə mövcud axardan müsəlmanlar sərbəst şəkildə dəstəmaz ala bilirlər. Məscidin divarları ərəb dilində "Qurandan" yazılmış ayələrlə bəzədilmişdir. Bu yazılar XVIII əsrə aiddir. Yazılar qara rənglə işlənmişdir. Üstəlik burada olan digər yazıda Kırım Gərayın adı yazılmışdır. O, məscidi təmir etdirmiş və onu şəkilləndirmişdir. Məscidin iki minarəsi vardır. Minarələrin zirvəsi getdikcə kiçilir və micləşir. Bu hissədə bürüncdən hazırlanmış aypara vardır. Minarələrin hündürlüyü 28 metrdir. Minarənin daxilindən yuxarıya pilləkənlə hərəkət etmək mümkündür. Minarə daş plitələrlə inşa edilmişdir.
1736-cı ildə məscid yağından güçlü şəkildə zərər görmüşdür. Onu yenidən II Səlayət Gərayın dönəmində bərpa etmişlər. Bərpa işlərini Ömər usta aparmışdır. 1750-ci ildə Arslan Gəray məscidin həyətində mdrəsə təşkil etmişdir. Ancaq mədrəsə günümüzə qədər gəlib çatmamışdır. Sovet hakimiyyəti illərində məscid bağlanmışdı. Burada arxiologiya muzeyinin eksponatları saxlanılırdı[4]. Bugünkü gün məscid müsəlmanlar üçün açıqdır.
Fotoqalereya
redaktə-
Minarə
-
Məscid minarələri
-
Minarənin fraqmenti
İstinadlar
redaktə- ↑ Олекса Гайворонский. Большая Ханская мечеть
- ↑ "Ханский дворец". 2017-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.
- ↑ Юрий Данилевский. Бахчисарай — виртуальная экскурсия. Arxivləşdirilib 2017-03-03 at the Wayback Machine
- ↑ . Гарагуля. Бахчисарайский дворец Arxivləşdirilib 2019-04-03 at the Wayback Machine
Mənbə
redaktə- Böyük Xan məscidi Arxivləşdirilib 2016-12-21 at the Wayback Machine (rus.)