Boyuk Qurulus Partiyasi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Böyük Quruluş Partiyası və ya qısaca BQP — Azərbaycanda Fazil Mustafa tərəfindən 2003-cü ildə təsis edilmiş, 12 avqust 2005-ci ildə rəsmi dövlət qeydiyyatına alınmış, əvvəlcə mərkəz sol, sonra isə mərkəz sağ spektrda fəaliyyət göstərən siyasi partiya.
Böyük Quruluş Partiyası | |
---|---|
Sədri | Fazil Mustafa |
Qurucu | Fazil Mustafa |
Quruluş tarixi | 2003 |
Qeydiyyat tarixi | 12 avqust 2005 |
Birləşən | Milli Etimad Partiyası (2008) |
Baş qərargah | |
İdeoloji spektr | mərkəz sağ |
Üzvlüyü |
Bizim Azərbaycan Bloku (2003) Demokratik Seçki Mərkəzi (2007-2008) İslahat Seçki Bloku (2010-2013) |
Üzv sayı | 5 mindən çox[1] (2023) |
Şüar |
Böyük quruluşdur bizim adımız, tarixdə qalacaq təmiz andımız![mənbə göstərin] |
Milli Məclisdə |
1 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Saytı | bqp.az |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Böyük Quruluş Partiyasının üzvlərinin 66,3%-i kişi, 33,7%-i isə qadın olmuşdur.[2]
Haqqında
redaktəBöyük Quruluş Partiyası Fazil Mustafa rəhbərliyində 2003-cü ildə təsis edilmişdir.
2008-ci ildə Məhəmməd Soltanoğlunun rəhbərlik etdiyi rəsmi dövlət qeydiyyatı olmayan Milli Etimad Partiyası Böyük Quruluş Partiyasına birləşmə qərarı almışdır. Milli Etimad Partiyasının üzvlərinin fərdi şəkildə Böyük Quruluş Partiyasına üzv olması qərara alınmışdır.[3]
2008-ci ildə Ədalət Partiyasının mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü Ədalət Partiyası və Böyük Quruluş Partiyasının vahid partiyada birləşməsini, yeni yaranacaq partiyanın liderinin İlyas İsmayılov, sədrinin isə Fazil Mustafa olmasını təklif etmişdir, lakin Fazil Mustafa bu təklifi qəbul etməmişdir. Birləşmə əvəzinə o, əməkdaşlığı üstün tutmuşdur.[4]
Seçkilərdə
redaktə2005, 2010, 2015, 2020-ci illər parlament seçkilərində 1 nəfər — Fazil Mustafa millətvəkili seçilmişdir.
Parlament seçkiləri
redaktəSeçki | Sədr | Majoritar | ||
---|---|---|---|---|
Səs | % | Mandat | ||
2005 | |
1 / 125
| ||
2010 | 17 389 | 0.73 | 1 / 125
| |
2015 | 34 156 | 1.20 | 1 / 125
| |
2020 | 1 / 125
| |||
2024 |
Bələdiyyə seçkiləri
redaktəSeçki | Sədr | Səs | Yer | ||
---|---|---|---|---|---|
# | % | ± | |||
2009 | Fazil Mustafa | 142 / 15.591
| |||
2014 | |||||
2019 |
Ara bələdiyyə seçkiləri
redaktəSeçki | Sədr | Səs | Bələdiyyə üzvü | |
---|---|---|---|---|
# | % | |||
2006 | Fazil Mustafa | 4 / 1.901
| ||
2011 |
İdeologiya
redaktəİdeologiyasının əsası quruluşçuluq (strukturalizm) və dövlət səlahiyyətlərinin məhdudlaşdırılmasıdır. Proqramının hədəfi cəmiyyətdə liberal-demokratik ideyaların yayılmasıdır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçilikdir.[mənbə göstərin]
İstinadlar
redaktə- ↑ modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
- ↑ modern.az. "Hansı siyasi partiyalarda qadınlar daha çoxdur? - SİYAHI". modern.az (az.). 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ "Azərbaycanda iki partiya birləşmək barədə qərar qəbul edib". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-09.
- ↑ ""Ədalət"çilər birləşməkdən danışır..." 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
Mənbə
redaktə- Tahirə Allahyarova, Fərhad Məmmədov. Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi. Bakı: 2010, səh. 128–129.