Azurit - Wikipedia
Azurit Cu2[(OH)2 | CO3] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Azurit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Cu₃(CO₃)₂(OH)₂ |
Strunz təsnifatı | Vb/B.01 |
Xüsusiyyətləri | |
Sıxlıq | 3,75 ± 0 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |
Xassələri
redaktəRəng – intensiv lacivərdi-göydən tünd-göyədək; torpaqvari kütlələri mavidir; Mineralın cizgisinin rəngi – mavi, göy; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffafdan işıqkeçirənədək; Sıxlıq – 3,77-3,83; Sərtlik – 3,5- 4,0; Kövrəkdir; Ayrılma – {011} üzrə mükəmməl, {100} üzrə orta; Sınıqlar – qeyri-hamar, pilləli; Morfologiya – kristallar: kiçikdir; yaxşı ifadə olunmuş sütun- və lövhəvari həbəoxşar, nisbətən az hallarda qısaprizmatik, bəzən izometrik, çox zaman əyriüzlü; Mineral aqreqatları: torpaqvari (mis göylüyü), böyrək- və salxımvarı, radial-şüalı kütlələr, qabıqlar, qaysaqlar, konkresiyalar, druzalar, fırçalar, malaxit üzrə psevdomorfozalar.
Mənşəyi və yayılması
redaktəMis filizi yataqlarının səciyyəvi törəmə mineralı olub, karbonatların iştirak etdiyi şəraitdə ilkin Cu minerallarının oksidləşməsi hesabına əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: malaxit, xalkozin, digenit, kovellin, kuprit, bornit, Fe hidroksidləri və b. Mineralın tapıldığı yerlər: Sumeb (Namibiya); Broken-Xill və Burra (Avstraliya); Kelli, Bisbi (ABŞ); Kopiapo (Çili); Kornuoll, Devonşir, Derbişir (Böyük Britaniya); Cezkazqan (Qazaxıstan); və b. Azərbaycanda hər yerdə kəskin üstünlük təşkil edən malaxitlə sıx assosiasiyada rast gələn azuritin kiçik yığınları Gədəbəy rayonunda müşahidə edilir.
Tətbiqi
redaktəBəzən Cu mənbəyi kimi praktik maraq doğurur. Göy boya alınmasında da istifadə edilir. Mineral-indikator kimi mis filizlərinin axtarışında istifadə olunur.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.