Azotlu Gubreler - Wikipedia
Azotlu gübrələr tərkibində azot qida elementi olan gübrələrə deyilir. Bitkilərin qidalanmasında azot xüsusi rol oynayır. O, xlorofil və zülalların tərkibinə daxildir. Bitkidə azot çatışmamazlığı yaşıl kütlənin əmələ gəlməsini çətinləşdirir, bitkilər pis inkişaf edir və yarpaqları saralır. Bitkilər azotu onun birləşmələri, əsasən ammonium NH4+ və nitrat NO3- ionları şəklində mənimsəyir.
İstehsal tarixi
redaktəAzot gübrələri hәlә çox qәdimdәn tәtbiq edilmәkdәdir. Bu gübrәlәrdәn ilk dәfә 19-cu әsrin ortalarında Çilinin tәbii pora yataqlarından çıxarılan natrium porası tәtbiq olunmuşdur. Sonralar sәnaye ammonium-sulfat, kalsium-sianamid vә kalsium porası istehsal edilmәyә başlanmışdır. 1913-cü ildә dünyada Azot gübrələri istehsalı tәqribən 700 min tona (xalis azot) çatmışdır. Sәnaye miqyasında atmosfer havası azotundan vә hidrogendәn ammonyakın sintezi dünyada azot gübrəsi istehsalının xeyli artmasına imkan vermişdir. 1966-cı ildә bunların umumi istehsalı 19,2 milyon tona (xalis azot) çatmışdır. 1919-cu ildә Rusiyada 3 min ton (xalis azot) azot gübrəsi istehsal edilirdi. SSRİ-dә azot gübrəsi istehsal edәn iri sәnaye Birinci beşillikdә yaradılmağa başlanmışdır. Ölkәnin kənd təsərrüfatına 1928-ci ildә 2, 1940-cı ildә 199, 1950-ci ildә 307, 1960-cı ildә 1 003, 1970-ci ildә 4 605, 1973-cü ildә 6 230, 1974-cü ildә 6 754 min ton azot gübrəsi verilmişdir.[1]
Növləri
redaktəAzotlu gübrələr sadə, mürəkkəb və qarışıq olur.
Sadə azotlu gübrələr
redaktəSadə azotlu gübrələrə misal olaraq natrium-nitratı, ammonium nitratı, maye ammonyakı, ammonyaklı suyu, sidik cövhərini CO(NH2)2 göstərmək olar.
Mürəkkəb azotlu gübrələr
redaktəMürəkkəb azotlu gübrələrə misal olaraq ammofosu NH4H2PO4 (ammoniumdihidrofosfat), diammofosu (NH4)2HPO4 (ammoniumhidrofosfat), kalium şorasını KNO3 və s. göstərmək olar.
Qarışıq azotlu gübrələr
redaktəQarışıq azotlu gübrələrdən ammofoskanı (NH4)2HPO4 + NH4H2PO4 + KCl) və nitrofoskanı (NH4H2PO4+ NH4NO3 + KCl)
Digər qrupları
redaktəDigər təsnifata əsasən azotlu gübrələri aşağıdakı qruplara bölürlər:
Şoralar
redaktəBunlara - KNO3, NaNO3, NH4NO3 aiddir.
Ammoniumlu gübrələr
redaktəBunlara - (NH4)2SO4, maye NH3, ammonyaklı su, ammofoslar.
Amidli gübrələr
redaktəBunlara - karbamid CO(NH2)2, kalsium sianamid CaCN2 aid edilir.
İstehsalı
redaktəAzotlu gübrələrin istehsalı üçün ammonyakdan, nitrat turşusu və onun duzlarından istifadə olunur. Torpaqda gübrələr bitkilərin mənimsənilən formasına çevrilir:
CO(NH2)2 + 2H2O → (NH4)2CO3
CaCN2 + 3H2O → CaCO3 + 2NH3
Mineral azotlu gübrələrlə yanaşı üzvi azotlu gübrələrdəndə istifadə olunur [2].
Mənbə
redaktə- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 185–186.
- ↑ Xəzər Universiteti. Abituryentlər üçün vəsait. s.397