Azliqlarin Huquqlari - Wikipedia
Azlıqların hüquqları — irqi, etnik, sinif, dini, dil, gender və ya cinsi azlıqların üzvlərinə aid edilən fərdi hüquqlardır; bura o cümlədən hər hansı bir azlığa verilən kollektiv hüquqlar da daxildir. Azlıqların hüquqları eyni zamanda hər hansı bir çoxluğa daxil olmayan hər kəsin fərdi hüquqlarına da şamil edilə bilər.
Vətəndaş hüquqları hərəkatları tez-tez hər hansı azlığa üzvlük səbəbindən fərdi hüquqların inkar edilməməsini təmin etməyə çalışırlar. Bu cür vətəndaş hüquqları müdafiəçiləri arasında qlobal qadın hüquqları və qlobal LGBT hüquqları hərəkatları və dünyadakı müxtəlif irqi azlıqların hüquqları üzrə hərəkatlar (ABŞ-dakı Vətəndaş Hüquqları Hərəkatı) yer alır.
Əsas insan hüquqlarının pozulması milli demokratik dövlətlərdə dözülməz qəbul edilir. Bununla belə, bir milli dövlətin milliyətçilik prinsiplərinin azlıqların təməl insan hüquqlarına münasibətdə təzyiqlərə və ayrı-seçkiliyə səbəb ola biləcəyi iddia edilir. Vətəndaşlarına qarşı ayrı-seçkilik tədbirləri tətbiq edən millətçiliyin ilk arqumenti fransız millətçiliyi nümunəsi ilə göstərilə bilər. Fransa demokratik dünyəvi dövlət kimi qəbul edilir; fransız millətçiliyi prinsipi bərabərliyi və qadın hüquqları ideologiyasını tətbiq edir.
Müsəlmanlarla bağlı qadağa millətçilik prinsiplərinin insanın əsas seçim azadlığı hüququna tətbiq edilə biləcəyini göstərir. Konkret olaraq, qərb yarımkürəsindəki azlıq qrupları üçün şəxsin dini geyim seçimində fransız müsəlman qadınlara qarşı daha aydın şəkildə bu büruzə verir. 2010–1192-ci il aktı fransız millətçiliyində qadın hüquqlarının müdafiəsinə nümunədir, lakin qadının seçim azadlığına müdaxilədir.[1]
Azlıqların hüquqları ilə bağlı məsələlər tarixi ədalətin bərpası[2] və ya pozitiv diskriminasiya[3] ilə əlaqəli mübahisələrlə kəsişə bilər.
Tarix
redaktəAzlıqların hüquqları məsələsi ilk dəfə 1814-cü ildə Alman yəhudilərinin və xüsusən də yenidən bölünən polyakların taleyinin müzakirə edildiyi Vyana konqresində qaldırıldı. Konqresdə Prussiya, Rusiya və Avstriyanın azlıqlarına tolerantlıq göstəriləcəyinə və qoruma veriləcəyinə ümid bəslənildiyi ifadə edildi, lakin nəticədə buna məhəl qoyulmadı və mütəşəkkil ayrı-seçkilik tətbiq edildi.
1856-cı il Paris konqresində Osmanlı İmperiyasındakı yəhudilərin və xristianların statuslarına xüsusi diqqət yetirildi. Britaniyada Uilyam Qladston Osmanlı İmperiyası tərəfindən bolqarlara qarşı edilən qırğınları böyük bir kampaniya mövzusu etdi və məsələyə beynəlxalq diqqət tələb etdi. 1878-ci il Berlin konqresində Rumıniyadakı, xüsusən də Serbiya və Bolqarıstandakı yəhudilərin statusu gündəmdə oldu.
Ümumiyyətlə, XIX əsr konqresləri əhəmiyyətli islahatlar apara bilmədi. Rusiya xüsusilə Osmanlı İmperiyasının nəzarəti altında olan pravoslav xristianları və slavyan xalqlarını qorumaqda fəal idi. Xüsusi azlıqlara qarşı zülm və ya ayrı-seçkilik getdikcə medianın diqqət mərkəzində oldu və yəhudilər Rusiyadakı poqromlara etiraz olaraq təşkilatlanmağa başladılar. Bununla belə, Amerika Birləşmiş Ştatlarının cənubundakı qaradərili insanlar kimi digər azlıqlara edilən münasibətlə əlaqədar beynəlxalq qəzəb az idi.
İlk azlıq hüquqları 1849-cu ilin iyulunda Macarıstanın inqilabi Parlamenti tərəfindən elan edildi və qüvvəyə mindi.[4] Azlıqların hüquqları 1867-ci ildə Avstriya qanunlarında da kodifikasiya edilmişdir.[5]
1919-cu il Paris Sülh Konfransında azlıqların hüquqları
redaktəParis Sülh Konfransında Ali Şura Yeni Dövlətlər və Azlıqların Müdafiəsi Komitəsi yaratdı. Bütün yeni varis dövlətlər diplomatik tanınmanın ilkin şərti olaraq azlıqların hüquqları üzrə müqavilələri imzalamaq məcburiyyətində qaldı. Yeni dövlətlərin tanınmasına baxmayaraq, son sülh müqavilələrinin imzalanmasına qədər onların "yaradılmadıqları" barədə razılığa gəlindi. Alman və polyakların hüquqları məsələsi, Polşadakı alman azlığından fərqli olaraq, Almaniyadakı polyakların hüquqları qorunmadığından mübahisələrə səbəb oldu. Liqanın qəbul etdiyi digər prinsiplər kimi Azlıqların hüquqları üzrə Müqavilələr də beynəlxalq münasibətlərə Vilson idealist yanaşmasının bir hissəsi idi; Liqanın özü kimi Azlıqların hüquqları üzrə Müqavilələr də müvafiq hökumətlər tərəfindən getdikcə nəzərə alınmırdı və nəticədə bütün sistem əsasən 1930-cu illərin sonlarında dağıldı. Siyasi uğursuzluğa baxmayaraq, onlar beynəlxalq hüququn əsasını qoydular. II Dünya Müharibəsindən sonra, hüquqi prinsiplər BMT Nizamnaməsinə və bir çox beynəlxalq insan hüquqları müqavilələrinə daxil edildi.
Beynəlxalq hüquq
redaktəAzlıqların hüquqları etnik, dini və ya dil azlıqlarına və yerli xalqlara şamil edilərək beynəlxalq insan hüquqları hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Uşaq hüquqları, qadın hüquqları və qaçqın hüquqları kimi, azlıqların hüquqları da cəmiyyətdə həssas, imkansız və ya marjinal vəziyyətdə olan bir qrupun bərabərlik əldə edə bilməsini və zülmdən qorunmasını təmin etmək üçün hazırlanmış hüquqi bazadır. Azlıqları onların mövcudluğuna ən böyük təhdiddən qorumaq üçün hazırlanmış müharibədən sonrakı ilk beynəlxalq müqavilə Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya idi.
Azlıqların hüquqlarını əks etdirən sonrakı insan hüquqları standartları sırasına Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (Maddə 27), Birləşmiş Millətlər Təşkilatının Milli və ya etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları üzrə Bəyannaməsi, iki Avropa Şurası müqaviləsi (Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası və Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 1990-cı il Kopenhagen Sənədi daxildir.
Azlıqların hüquqları mövcudluğun qorunmasını, ayrı-seçkilik və təqiblərdən qorunmanı, şəxsiyyətin qorunması və təbliği və siyasi həyatda iştirakını əhatə edir. LGBT fərdlərin hüquqları üçün Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası tərəfindən Yogyakarta prinsipləri təsdiq edilmişdir. Əlillərin hüquqları üçün Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Əlillərin hüquqları haqqında Konvensiya qəbul edilmişdir.
Azlıqların hüquqlarının qoruması üçün bir çox ölkədə xüsusi qanunlar və komissiya və ya ombudsman təsisatları var (məsələn, Macarıstan Milli və Etnik Azlıqların Hüquqları üzrə Parlament Komissarı).[6] İlk əvvəl Birləşmiş Millətlər Təşkilatı yerli xalqları azlıqların alt kateqoriyası kimi qəbul etsə də, onlara həsr olunmuş xüsusən də Beynəlxalq Əmək Təşkilatının 169 saylı Konvensiyası və BMT-nin Yerli Xalqların Hüquqları üzrə Bəyannaməsinin (14 sentyabr 2007-ci ildə qəbul edilmişdir) də daxil olduğu genişlənən beynəlxalq hüquq mexanizmləri var.
2008-ci ildə BMT Baş Məclisində LGBT hüquqları haqqında bir bəyannamə təqdim edildi və 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası LGBT hüquqları üzrə qərar qəbul etdi.
Pozitiv diskriminasiya kvotaları və ya assosiativ dövlətlərdə azlıqların zəmanətli təmsilçiliyi kimi azlıqların hüquqlarına dair bir çox siyasi institutlar var.
Aİ hüququnda milli azlıqlar
redaktəAvropa İttifaqının (və eyni zamanda Aİ hüququnun) milli azlıqların qorunması sahəsində birbaşa rolu hələ də məhduddur (eyni şəkildə insan hüquqlarının ümumi müdafiəsi sahəsində). Aİ bu məsələdə ümumi beynəlxalq hüquqa və Avropa regional beynəlxalq hüquq sisteminə (Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və s. əsas götürülmüşdür) etibar edir və zərurət olduqda onların normalarını qəbul edir. Ancaq 1990-cı illərdən başlayan "Avropaya inteqrasiyanın de-iqtisadiyyatı" bu vəziyyəti dəyişdirir. Milli azlıqların qorunmasının siyasi aktuallığı hazırda çox yüksəkdir.
İndi (2009), milli azlıqların qorunması Aİ-nın ümumilikdə qəbul edilmiş hüquqi baxımdan məcburi bir prinsipi olmasa da, bəzi hüquqi aktlarda milli azlıqların məsələləri vurğulanır. Xarici əlaqələrdə milli azlıqların qorunması Aİ ilə əməkdaşlıq və ya üzv olmaq üçün əsas meyarlardan biridir.[7]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Bruckner, Pascal. "UNVEILED: A Case for France's Burqa Ban". World Affairs. 173 (4). 2010: 61–65. ISSN 0043-8200. 2021-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ For example:
Yoneyama, Lisa. Cold War Ruins: Transpacific Critique of American Justice and Japanese War Crimes. Durham, North Carolina: Duke University Press. 2016. ISBN 9780822374114. 16 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 September 2020.
The link between memories, historical redress and efforts to extend and secure minority rights is best expressed in the 1988 proposal for the Law Pertaining to Postwar Reparations and the Guarantee of Human Rights for Resident Aliens from Former Colonies [...].
- ↑ Barten, Ulrike. Minority Rights // Minorities, Minority Rights and Internal Self-Determination. Cham, Zug: Springer. 2014. səh. 153. ISBN 9783319088761. 16 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 September 2020.
While discrimination is generally frowned upon[,] special treatment, also called affirmative action or positive discrimination, for certain groups is not unknown.
- ↑ Laszlo Peter, Martyn C. Rady, Peter A. Sherwood: Lajos Kossuth sas word...: papers delivered on the occasion of the bicentenary of Kossuth's birth (page 101)
- ↑ Staatsgrundgesetz vom 21. Dezember 1867 (R.G.Bl. 142/1867), über die allgemeinen Rechte der Staatsbürger für die im Reichsrate vertretenen Königreiche und Länder Arxivləşdirilib 2011-08-07 at the Wayback Machine – see Article 19 (alm.)
- ↑ "Homepage of the Parliamentary Commissioner". 2007-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ Daniel Šmihula (2008). National Minorities in the Law of the EC/EU in Romanian Journal of European Affairs, Vol. 8 no. 3, Sep. 2008, pp.51-81. "Archived copy" (PDF). 23 August 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-08-23.
Ədəbiyyat siyahısı
redaktə- Barzilai, G. 2003. Communities and Law: Politics and Cultures of Legal Identities. Ann Arbor: University of Michigan Press.
- Fink, Carole. 2006. Defending the Rights of Others: The Great Powers, the Jews, and International Minority Protection, 1878-1938 excerpt and text search
- Henrard, K. 2000. Devising an Adequate System of Minority Protection: Individual Human Rights, Minority Rights, and the Right to Self-Determination Leiden: Martinus Nijhoff Publishers
- Jackson Preece, J. 2005. Minority Rights: Between Diversity and Community Cambridge: Polity Press
- Malloy, T.H. 2005. National Minority Rights in Europe Oxford and New York: Oxford University Press.
- Pentassuglia, G. 2002. Minorities in international law: an introductory study Strasbourg: Council of Europe Publications
- Šmihula, D. 2008. "National Minorities in the Law of the EC/EU", Romanian Journal of European Affairs, Vol. 8 no. 3, pp. 2008, pp. 51–81. online
- Thornberry, P. 1991. International Law and the Rights of Minorities. Oxford: Clarendon Press
- Weller, M. (ed.) 2006. The Rights of Minorities in Europe: A Commentary on the European Framework Convention for the Protection of National Minorities. Oxford and New York: Oxford University Press.
- Weller, M., Denika Blacklock and Katherine Nobbs (eds.) 2008. The Protection of Minorities in the Wider Europe Basingstoke and New York: Palgrave Macmillan.
Keçidlər
redaktə- Gabriel N. Toggenburg, Minority Protection and the European Union, OSI, Budapest 2004
- Gabriel N. Toggenburg / Günther Rautz, Das ABC des Minderheitenschutz in Europa, Böhlau, Wien 2010
- Gabriel N. Toggenburg, The Union's role vis-a-vis its minorities after the enlargement decade: a remaining share or a new part?, European University Institute, Florence 2006
Xarici keçidlər
redaktə- U.N. Declaration on the Rights of Minorities
- Commentary to the Declaration on the Rights of Persons Belonging to National or Ethnic, Religious and Linguistic Minorities, United Nations Working Group on Minorities
- U.N. Independent Expert on Minority Issues
- U.N. Forum on Minority Issues, its recommendations
- U.N. Special Adviser on the Prevention of Genocide
- Minority Rights Group International
- Minority rights implemented at grassroot level
- OSCE Copenhagen Document 1990
- Organization for Security and Co-operation in Europe Hague recommendations regarding the education rights of national minorities & explanatory note
- Organization for Security and Co-operation in Europe Oslo recommendation regarding the linguistic rights of national minorities
- Congress of the Council of Europe Recommendation 222 (2007) Language Education in Regional or Minority Languages
- Compilation of reports and opinions concerning the protection of national minorities Venice Commission
- Documents submitted to the Working Group on Minorities that was replaced by the Forum on Minority Issues, established by Human Rights Council resolution 6/15
- ""Protecting and promoting minorities" German Institute for Human Rights (DIMR)". In: D+C, Vol.42.2015:5.