Azad Memmedov Aktyor - Wikipedia
Məmmədov Azad Əşrəf oğlu (12 dekabr 1964, Şuşa, DQMV) — Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2013).[1]
Azad Məmmədov | |
---|---|
Məmmədov Azad Əşrəf oğlu | |
Doğum adı | Məmmədov Azad Əşrəf oğlu |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1990–indiyə kimi |
Təhsili |
Şuşa Musiqi Texnikumu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Teatr | Şuşa Dövlət Musiqili Dram Teatrı |
Mükafatları |
Həyatı
redaktəAzad Məmmədov 12 dekabr 1964-cü ildə Şuşada anadan olmuşdur. 1980–1984-cü illərdə Mir Möhsün Nəvvab adına Şuşa Musiqi Texnikumunun kamança sinfində təhsil almış, sonradan burada müəllim kimi fəaliyyət göstərmişdir. 1988–1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin özfəaliyyət teatr kollektivinin rəhbəri fakültəsində qiyabi təhsil alıb.[2]
1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrında aktyor, 1994-cü ildən isə, həm də direktor müavini kimi fəaliyyət göstərir.[2]
"Nəğmədir, gülüşdür hər dərdə məlhəm" adlı konsert-tamaşada həm aktyor, həm də musiqiçi kimi çıxış edib. Teatrda hazırlanan bir neçə tamaşanın musiqi tərtibatçısı olub: C.Cabbarlı "Aydın", S.S.Axundov "Tamahkar", Ə.Haqverdiyev "Dağılan tifaq", C.Məmmədquluzadə "Kamança", H.Mirələmov "Güllələnmiş heykəllərin fəryadı", İ.Əfəndiyev "Sən həmişə mənimləsən", N.Qənbər "Meymunun dəfni".[3][4]
1994-cü ildə keçirilən "Him-cim" pantomim festivalında R.Şahsuvarovun "Üç nöqtə, vergül, nida, sual" pantomim tamaşasındakı Bala ördək (mim), 1999-cu ildə keçirilən "Milli klassika" festivalında M.F.Axundovun "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur" tamaşasındakı Hatəmxan ağa, 2005-ci ildə keçirilən "Boş məkanın dolğunluğu" teatr festivalında Kişi ("Musiqili məktublar", F.Mustafa) və Nikita İvanıç ("Qu quşunun nəğməsi", A.P.Çexov) rollarını oynayıb.[5]
Mükafatları
redaktə- Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatı ("Əyri oturaq, düz danışaq" tamaşasının yaradıcı heyəti ilə birlikdə) — 2002[6]
- Prezident mükafatı — 2005
- Azərbaycan Respublikasının əməkdar artisti — 25 iyun 2013[1]
İfa etdiyi əsas rollar
redaktəTamaşa | Müəllif | Rol |
---|---|---|
Arşın mal alan | Üzeyir Hacıbəyov | Vəli |
Özümüz bilərik | Süleyman Ələsgərov və Şıxəli Qurbanov | Miriş |
Durna | Səid Rüstəmov və Süleyman Rüstəm | Hilal |
Ayının min bir oyunu | Sultan Məcid Qənizadə | Rüstəm bəy və Ağacəfər Qalibani |
Marqaritka | Arman Salakru | Qoca |
Gözəlləri necə qaçırırlar | Bilal Appayev | Hopay |
Xəlifə Leylək | Vilhelm Hauff | Nağılçı və müdrik Səlim |
Aydın | Cəfər Cabbarlı | Surxay və Mirzə Cavad |
Ağıllı adam | Firuz Mustafa | Jurnalist |
Sehirli kreslo | Frideş Karinti | Dahi |
Bayramın birinci günü | Nazim Hikmət | Rüstəm |
Millət dostları | Əbdürrəhim bəy Haqverdiyev | Səfər bəy |
Dağılan tifaq | Əbdürrəhim bəy Haqverdiyev | Dəllək Haqverdi |
Kamança | Cəlil Məmmədquluzadə | Kamançaçı Baxşı |
Sərgüzəşti-vəziri-xani-Lənkəran | Mirzə Fətəli Axundov | Hacı Salah |
Nənəmin şahlıq quşu | Əliağa Kürçaylı və Vasif Adıgözəlov | Qulu |
Sən həmişə mənimləsən | İlyas Əfəndiyev | Fərəc |
Şuşa dağlarını duman bürüyüb | Elçin Əfəndiyev | Doppa Dadaş |
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az (az.). 2013. 2020-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-21.
- ↑ 1 2 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (az.). 1. Bakı: "Azərnəşr". səh. 71.
- ↑ "ŞUŞA TEATRI..." (PDF). azteatr.musigi-dunya.az (az.). 2016-10-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-02-21.
- ↑ İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (az.). 1. Bakı: "Azərnəşr". səh. 72.
- ↑ "Şuşa Dövlət Musiqili Dram Teatrı". azteatr.musigi-dunya.az (az.). 2020-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-21.
- ↑ "«QIZIL DƏRVİŞ» mükafatı". teatrittifaqi.az (az.). 2020-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-21.