Azad Eliyev Idmanci - Wikipedia
Azad Əliyev — müstəqil Azərbaycanın Yunan-Roma güləşi üzrə ilk mükafatçısı, 1994-cü ildə "ilin idmançısı", SSRİ birinciliyinin mükafatçısı Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, əməkdar məşqçi və yunan-roma güləşi üzrə əməkdar idman ustasıdır. [1][2]
Azad Əliyev | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||
Vətəndaşlığı | Azərbaycan Respublikası | |||||||||||||
Doğum tarixi | ||||||||||||||
Doğum yeri | Bakı şəhəri Azərbaycan SSR | |||||||||||||
Təhsili | Polis Akademiyası | |||||||||||||
Çəkisi | 74 kq | |||||||||||||
İdman növü | Yunan-Roma güləşi | |||||||||||||
Məşqçisi | Tofiq Eyvazov | |||||||||||||
Ağırlıq dərəcəsi | 74 kq | |||||||||||||
Komandası | Azərbaycan yığma komandası | |||||||||||||
Hərbi rütbəsi | Mayor | |||||||||||||
Medallar
|
Həyatı
redaktəƏliyev Azad Aydın oğlu 23 may 1970-ci ildə Bakı şəhərində anadan olub.[2]
Ailəlidir. İki övladı var.
Təhsili
redaktə1977–1987-ci illərdə İdman təmayüllü tam orta məktəbdə oxuyub. 1993–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası hüquq fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
redaktəHüquq mühafizə orqanlarında müxtəlif sahələrdə çalışıb. Sonuncu iş yeri Polis Akademiyasında idman müəllimi olub. Hal-hazırda təqaüddə olan polis mayorudur və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kiçık vergi xidməti müşaviri vəzifəsində çalışır.
Karyerası
redaktəUşaq yaşlarından Yunan-Roma güləşi ilə məşğul olan Azad Əliyev Azərbaycan müstəqil olduqdan sonra idmanın bu sahəsində beynəlxalq arenalarda mükafat qazanan ilk idmançıdır.[2] Belə ki, o, 1993-cü ildə Türkiyənin İstanbul şəhərində Adnan İpəkçi salonunda Yunan-Roma güləşi üzrə keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Bununla da müstəqil Azərbaycanın ilk mükafatçısı kimi tarixə düşmüşdür. O zaman dünya reytinqli jurnal olan "Kempsspor" jurnalının ilin yekununa həsr olunmuş yazısında 74 kq çəki dərəcəsində Yunan-Roma güləşçiləri arasında dünyada üçüncü yeri tutmuşdur.[2] Bu dövrlərdə məşqlərini Tofiq Eyvazovun rəhbərliyi altında davam etdirmişdir.[3] Azərbaycan üçün ilk medalı qazanmasını özü belə xatırlayır:[2]
1993-cü ildə Türkiyədə Abdi İpəkçi idman salonunda keçirilən Yunan-Roma güləşi üzrə Avropa cempionatında ikinci yeri tutaraq bayrağımızın ucaldılmasına nail oldum. Bu tarixi hadisə mənim ən çox xoşbəxt olduğum günlərdən biri idi. Çünki Azərbaycan bayrağı beynəlxalq yarışda digər ölkələrin bayraqları ilə yanaşı dalğalanırdı və qürurverici hadisə yaşanırdı. |
Qazandığı uğura görə o dövrdə Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən qəbul edilmiş və hədiyələrlə mükafatlandırılmışdır. 1994-cü ildə Yunan-Roma güləşi üzrə 74 kiloqramda dünya reytinqində 3-cü yerdə olmuşdur.[2]
Bundan əlavə Azad Əliyev SSRİ çempionatında da mükafat qazanmışdır.
Azərbaycan Milli Olimpiya Komitəsinin 15 illiyi ilə bağlı buraxılan kitabda idmançı haqqında məlumat verilib.
Mükafatları
redaktə1994-cü ildə Azərbaycan Respublikasında "ilin idmançısı" fəxri adına layiq görülmüşdür.[2]
Azərbaycan Respublikasının "əməkdar məşqçi" adına layiq görülüb.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Millət vəkili güləş üzrə Avropa çempionu ilə görüşüb". 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-17.
- ↑ 1 2 3 4 5 6 7 8 "1993-cü ildə beynəlxalq yarışda bayrağımızı ucaltdığım üçün özümü çox xoşbəxt hiss edirdim" [ölü keçid]
- ↑ "Adil Əliyev təyinatlar etdi". 2017-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-17.