Azerekspresspoct - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Azərekspresspoçt — Azərbaycanda fəaliyyət göstərən poçt xidməti müəssisəsi.
Azərekspresspoçt | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 14 iyul 1997 |
Tabelik | Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
Ünvan | Bakı, Droqal döngəsi, 702 AZ1010 |
|
|
Rəsmi saytı | azems.az |
Tarixi
redaktəTəsisçisi "Azərpoçt" İstehsalat Birliyi (indiki "Azərpoçt" Dövlət Müəssisəsi) olan "Azərekspresspoçt" Rabitə Müəssisəsi Azərbaycan Respublikası Rabitə Nazirliyinin 108 N-li 14 iyul 1997-ci il tarixli əmri ilə yaradılmış, 19 sentyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından (identifikasiya kodu 3066394) keçirilmiş və 9 yanvar 1998-ci il tarixdə fəaliyyətə başlamışdır. Hazırda Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 001499 N-li lisenziyası (qeydiyyat nömrəsi 056, 03 sentyabr 2004-cü il) əsasında sürətli poçt rabitəsi xidmətləri (Express Mail Service – EMS) göstərir.
EMS fiziki poçt xidmətləri növlərindən ən sürətlisi olub, məktubların, sənədlərin və malların qısa zamanda yığılması, daşınması və çatdırılmasıdır. Bu xidmət sistemi ekspress göndərişlərin ən qlobal çatdırma sistemlərindən biri kimi bütün dünyada tanınmışdır. Hazırda EMS xidməti Ümumdünya Poçt Konvensiyasının (Buxarest, 2004) 14.1.2 maddəsi əsasında həyata keçirilir və beynəlxalq EMS şəbəkəsi dünyanın 190-dan artıq ölkəsini əhatə edir. Bu şəbəkənin koordinasiyasını və daim inkişafını təmin etmək məqsədilə 1998-ci ildə Ümumdünya Poçt İttifaqının (mənzil-qərargahı İsveçrənin Bern şəhərində yerləşir) nəzdində EMS Kooperativi yaradılmışdır. Beynəlxalq EMS şəbəkəsinin Azərbaycandakı yeganə operatoru olan "Azərekspresspoçt" Rabitə Müəssisəsi 1998-ci ildən EMS Kooperativinin üzvüdür.
Fəaliyyətə başladığı vaxtdan bəri müəssisə Ermənistan tərəfindən işğal olunmuş region (Dağlıq Qarabağ və onun ətrafı) istisna olmaqla Azərbaycanın butun digər əraziləri üzrə 1500-dən artıq poçt şöbəsinin təşkil etdiyi möhkəm, stabil və effektiv daxili EMS şəbəkəsi yaratmağa müvəffəq olmuşdur.
Unikal beynəlxalq və daxili EMS şəbəkələrinə malik "Azərekspresspoçt" Rabitə Müəssisəsi Azərbaycanın və dünyanın hətta ən ucqar yaşayış məntəqələrinə poçt göndərişlərinin "Qapıdan qapıya" prinsipi üzrə yüksək keyfiyyətlə sürətli, etibarlı, təminatlı çatdırılmasını müştərilərə təklif edir. Müəssisə beynəlxalq və daxili EMS xidmətlərindən başqa Bakı və Bakıətrafı ərazilərdə təcili və güniçi kuryer xidmətləri, eləcə də daxili EMS şəbəkəsi uzrə kütləvi göndərişlərin çatdırılması xidmətini də göstərir.
Müəssisə 2002-ci ilin fevral ayından Ümumdünya Poçt İttifaqının Poçt Texnologiya Mərkəzinin lisenziyası ilə IPS-ə (International Postal System) qoşulmuşdur. IPS "Azərekspresspoçt" Rabitə Müəssisəsində poçt əməliyyatlarının avtomatlaşdırılmasını və göndərişlərin izlənilməsini təmin edərək, müəssisənin göstərdiyi xidmətlərin keyfiyyətini əsaslı şəkildə yüksəltmişdir.
Yüksək inkişaf etmiş beynəlxalq və daxili EMS şəbəkəsi sayəsində "Azərekspresspoçt" Rabitə Müəssisəsi bütün marşrut boyu poçt göndərişlərinin təhlükəsizliyinə və toxunulmazlığına nəzarəti təmin edir. Göndərişlərin bir məntəqədən digər məntəqəyə ötürülməsi qrafikinin mükəmməl qurulması, mübadilə məntəqələrində poçtun emalının və gömrük baxışından keçirilməsinin sürətləndirilməsi, proseslərin kompyüterləşdirilməsi, sənədlərin maksimum sadələşdirilməsi və avtomatik çap olunması, nəqliyyat vasitələrinin və növlərinin düzgün seçilməsi məharəti, marşrutların optimallaşdırılması müəssisəyə çatdırmanı cəld və dəqiq həyata keçirməyə imkan verir ki, bu da EMS-i digər poçt xidməti növlərindən fərqləndirən əsas xüsusiyyətdir.