Azerbaycanda Seckiler - Wikipedia
Azərbaycan Respublikasında seçkilər — Azərbaycan Respublikasında prezident seçkiləri, parlament seçkiləri və yerli seçkiləri haqqında məlumat verir.
Azərbaycan Respublikasında dövlət başçısı — Azərbaycan Respublikası Prezidenti, ali qanunverici orqan — Azərbaycan Respublikası Milli Məclisi və yerli idarə orqanı — bələdiyyələr, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.
Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarət olub, bütün deputatlar majoritar seçki sistemi ilə seçilirlər. 2002-ci ildəki Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendumdan əvvəl, 100 deputat majoritar seçki sistemi ilə seçilib və 25 deputat proporsional seçki sistemi ilə seçilib. Milli Məclis seçkilərində siyasi partiyalar və müstəqil deputatlar mandat qazanmaq üçün yarışır.
Azərbaycan Respublikası Prezidenti, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir və prezidentin seçilmə sayına məhdudiyyət yoxdur. 2009-cu ildəki Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendumdan əvvəl, bir şəxs iki dəfədən artıq prezident seçilə bilməzdi.
1 sentyabr 2024-cü ildə son parlament seçkiləri keçirilib. 7 fevral 2024-cü ildə isə son prezident seçkiləri keçirilib.
Son seçkilər
redaktə2024 Prezident seçkiləri
redaktəNamizəd | Topladığı səs | |||
---|---|---|---|---|
Say | % | +/- | ||
İlham Əliyev | 4 577 693 | 92.12% | ▲ 6 | |
Zahid Oruc | 107 877 | 2.17% | ▼ 0.95 | |
Fazil Mustafa | 98 623 | 1.98% | — [a] | |
Qüdrət Həsənquliyev | 85 607 | 1.72% | ▼ 1.3 | |
Razi Nurullayev | 39 727 | 0.80% | ▲ 0.08 | |
Elşad Musayev | 32 956 | 0.66% | Yeni | |
Fuad Əliyev | 26 561 | 0.53% | — [b] | |
Etibarlı səslərin sayı | 4 957 967 | |||
Etibarsız səslərin sayı | 9 828 | |||
Ümumi səslərin sayı | 4 967 795 | |||
Seçicilərin sayı | 6 254 556 | |||
Seçici aktivliyi: 73,76% | ||||
Mənbə:[1] |
2020 parlament seçkiləri
redaktəPrezident seçkiləri
redaktə- Azərbaycanda prezident seçkiləri (1991)
- Azərbaycanda prezident seçkiləri (1992)
- Azərbaycanda prezident seçkiləri (1993)
- Azərbaycanda prezident seçkiləri (1998)
- Azərbaycanda prezident seçkiləri (2003)
- Azərbaycanda prezident seçkiləri (2008)
- Azərbaycanda prezident seçkiləri (2013)
- Azərbaycanda prezident seçkiləri (2018)
- Azərbaycanda prezident seçkiləri (2024)
Parlament seçkiləri
redaktə- Azərbaycan SSR Ali Sovetinə seçkilər (1990)
- Azərbaycanda parlament seçkiləri (1995)
- Azərbaycanda parlament seçkiləri (2000)
- Azərbaycanda parlament seçkiləri (2005)
- Azərbaycanda parlament seçkiləri (2010)
- Azərbaycanda parlament seçkiləri (2015)
- Azərbaycanda parlament seçkiləri (2020)
- Azərbaycanda parlament seçkiləri (2024)
Bələdiyyə seçkiləri
redaktəTəkrar əlavə və yeni bələdiyyə seçkiləri
redaktəReferendumlar
redaktəHəmçinin bax
redaktəMənbə
redaktə
Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/>
teq tapılmadı
- ↑ "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti Seçkiləri (7 fevral 2024-cü il) Səsvermənin Nəticələri Haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu" (PDF). 2024-02-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-12.