Azerbaycanda Otustu Hokkey - Wikipedia
Azərbaycanda otüstü hokkey — XX əsrin 60-cı illərindən inkişaf edən idman növü olmuşdur. XXI əsrin onuncuillərində isə müəyyən səbəblərdən tənəzzülə uğramışdır.
Sovet dövrü
redaktə30–50-ci illərin ortalarında Sovet İttifaqında otüstü hokkeyi inkişaf etdirmək üçün ilk uğursuz cəhdlər Azərbaycan SSR-dən yan keçir.
Azərbaycanda otüstü hokkey 1960-cı illərin sonlarında nisbətən inkişaf etməyə başladı.
1970-ci ildə Bakının SKIF komandası kişilər arasında ilk SSRİ otüstü hokkey çempionatında iştirak edir. Zonal mərhələdə bakılılar yalnız İrəvan Dövlət Bədən Tərbiyəsi Universitetini qabaqlayaraq qrupda 3-cü yeri tutdular. 1971-ci ildə azərbaycanlı hokkeyçilər bütün görüşləri uduzaraq bir qol vurmadan sonuncu olurlar. 1973-cü ildə bakılıları Sumqayıtdan gələn "Spartak" əvəzləyir. Ancaq onlarda zonada sonuncu olurlar.[1]
XX əsrin 70-ci illərin ortalarından etibarən Azərbaycan otüstü hokkeyinin yüksəlişi başlayır. 1976-cı ildə Bakının "Burevestnik" klubu ilk dəfə SSRİ çempionatının yüksək liqasında iştirak etmək hüququ əldə edir. Debüt ilində 8 komanda arasında 6-cı yeri tutur. 1979-cu ildə onlar SSRİ çempionatının bürünc medallarını qazanırlar. 1980-ci ildə isə eyni uğuru Bakının "Azineftexim" təkrarlayır.[1]
1979-cu ildə Azərbaycan SSR bu idman növünün ilk təqdim olunduğu SSRİ Xalqları Yay Spartakiadasının hokkey turnirinin bürünc medalçısı olur.[2]
1977-ci ildə Sumqayıtdan UGİM SSRİ Gənclər Birinciliyinin qalibi olur.
1979-cu ildə Bakının "SKIF" komandası ilk dəfə SSRİ qadın otüstü hokkey çempionatında iştirak edir. Daha sonra Bakının "Svyazist" komandası bu yarışmaya qatılır və 82-ci il mövsümündə bürünc medal qazanır.
Müstəqillik dövrü
redaktəAzərbaycan müstəqillik əldə etdikdən sonra otüstü hokkey respublikanın ən uğurlu komanda idman növlərindən biri olaraq qaldı.[3]
2005-ci ildə Azərbaycanın kişilərdən ibarət komandası Avropa çempionatının dördüncü divizionunun gümüş medalını, 2011-ci ildə isə üçüncü divizionu qazandı.
Qadınlardan ibarət komanda daha uğurlu çıxış etdi. 2005-ci ildə Avropa çempionatının ikinci divizionunu qazandı. Ən yüksək nailiyyəti 2007 Avropa çempionatında 5-ci yer olur. 2009-cu ildə azərbaycanlı hokkeyçilər altıncı yerdə qərarlaşdılar. 2013-cü ildə ikinci divizionda bürünc medal qazanırlar. Azərbaycannın qadınlardan ibarət komandası Yay Olimpiya Oyunlarına bir neçə dəfə çıxmağa yaxın idilər. 2008-ci ildə qadınlar arasında lisenziyalı olimpiya turniri Bakıda keçirilirdi.[4]
2015-ci ildə Azərbaycan Otüstü hokkey Federasiyası ciddi maliyyə problemləri ilə üzləşir və bu isə beynəlxalq turnirlərdə iştirakdan məhrum edilməyə, cərimələrə səbəb olur.[5] 12 noyabr 2016-cı ildə federasiya Beynəlxalq Otüstü Hokkey Federasiyasından müvəqqəti olaraq xaric edilir.[6] Bu Azərbaycanda otüstü hokkeyinin məhvinə səbəb olur.[3]
2018-ci ilə kimi respublikanın paytaxtı Binəqədi rayonundakı 8 nömrəli Olimpiya Ehtiyatları İdman Məktəbində işləyən otüstü hokkeyinin son bölməsi bağlanır. Təcrübəli azsaylı azərbaycanlı məşqçilərdən biri də vaxtaşırı Belçikada təlimlər keçirən Ceyhun Mirzəyevdir. Qalan mütəxəssislər və oyunçular peşələrini dəyişməyə məcbur olmuşlar.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Хоккей с мячом. Хоккей на траве / Комаров А. — Москва: Физкультура и спорт, 1977.
- ↑ "VII летняя Спартакиада народов СССР 1979 года - Федерация хоккея на траве России". fhtr.ru (rus). 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.
- ↑ 1 2 3 Media.Az. "Хоккей на траве, которого больше нет. Media.Az рассказывает, как сложилась судьба тренеров и спортсменов". media.az (rus). 2020-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.
- ↑ "Женская сборная азербайджана по хоккею на траве успешно стартовала на лицензионном турнире в Баку". azertag.az (rus). 2020-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.
- ↑ "Члены сборной Азербайджана по хоккею на траве провели акцию перед зданием федерации". Информационное Агентство Репорт (rus). 2020-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.
- ↑ "AZERBAIJAN | FIH". www.fih.ch. 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.
Xarici keçidlər
redaktə- Rəşad Rafiqoğlu. "Azərbaycanda otüstü hokkeyi kimlər məhv etdi? - VİDEO". bizim.media (az.). İstifadə tarixi: 2024-02-28.