Azerbaycanda Homoseksualligin Tarixi - Wikipedia
Azərbaycanda homoseksuallığın tarixi — müxtəlif dövrlərdə Azərbaycan cəmiyyətində (İran Azərbaycanı və Arran) homoseksuallıqla bağlı məlumatları əhatə edir. Antik və orta əsrlər dövrlərinə aid məlumatlar əsasən hakim təbəqə və saraylara aid olsa da, sonrakı dövrlərdə geniş xalq kütlələri arasında da bu cür münasibətlərin olması haqqında məlumatlar vardır.
Qədim dövr
redaktəAzərbaycan ərazisində ən qədim dövrlərdə eynicinsli münasibətlər haqqında məlumat verən qədim mənbələr yoxdur. Azərbaycan zərdüştiliyin geniş yayıldığı ərazilərdən biri olmuşdur.[3] Zərdüştlük dinində homoseksuallıq ölümlə cəzalandırılırdı.[4]
E.ə. VII əsrdə Azərbaycan ərazisinə skiflər köç edir.[5] Skiflərin Azərbaycanda qurduğu dövlət tarixi mənbələrdə İşquz adlandırılır.[6] Heradot skiflər haqqında yazırdı: "Skiflərdə qadına bənzər kişilər Afroditin verdiyi istedadla mükəmməl hörgülər hazırlayırdılar". Digər ədəbiyyatlarda bu ənənənin şamanlardan keçdiyi deyilir.[7]
Orta əsrlər
redaktəQafqaz Albaniyasında
redaktəIV əsrdən etibarən Qafqaz Albaniyasında xristianlıq rəsmi dövlət dini elan olunur. Ölkənin bir hissəsində zərdüştülük, Romanın vassalı Ərməniyyə torpaqlarına yaxın ərazidə yerləşən dağlıq ərazilərdə isə xristianlıq hakim mövqe tutmağa başlayır.[8] Hər iki dinin homoseksuallığı qadağan etməsinə baxmayaraq, bəzi tayfalarda bu cür əlaqələr qalmaqda idi. Bu haqqda Moisey Kalankatlı "Alban ölkəsinin tarixi" əsərində məlumat verir:
O zamanlar Albaniyanın zadəganları qanunsuz nigahlara yol verib, özlərini murdar edirdilər. Bunların arasından birinci çar əslindən olan Koqtun hakimi idi, sonra Arşaqaşen vilayətindən üç ailə – Dastakertdən, Cinşımdan və Mamşelundan, sonra Kürün o tayındakı həcəri ailəsi, sonra Uti vilayətində laknar (eşikağası) adını daşıyan Varaz – Firuzun ailəsi, sonra Arajakanda yaşayan kilsədə keşiş paltarını saxlayan Varajan və Tuyerakın ailəsi. Mömin katolikos Uxtanes onları qanunsuz nikahlarına görə lənətləyib bu nikahları pozurdu. Lakin bunların hamısı öz şərlərindən əl çəkmədikləri üçün məhv edilib yer üzündən yeksan oldular. Alban ölkəsinin tarixi[9]
|
"Alban ölkəsinin tarixi"ndə VII əsrdə Albaniya çarı olmuş Cavanşirin qətl edilməsindən əvvəlki dövrə aid hadisələr belə təsvir edilir:
Şanlı Cavanşir orada zövqlə istirahət etdiyi vaxt adı bilinməyən bir namussuz, şərli və murdar adam Cavanşirin ona qarşı olan məhəbbətini, hədsiz ehtiramını və atasının evinə göstərdiyi qayğını unudaraq, Cavanşiri öldürmək fikrinə düşdü və onun bir para dostlarını cəlb edərək onları özünə cinayət yoldaşı etdi. O, bu acınacaqlı iş haqqında düşünərək Cavanşiri zinaya təhrik edir və işvəli sözlərlə onu murdar kefə çağırırdı. Alban ölkəsinin tarixi[10]
|
Ərəb xilafəti dövründə
redaktəVIII əsrdən Azərbaycan və Arranın Ərəb Xilafətinin tərkibinə daxil olması ilə bu ərazilərdə İslam dini yayılmağa başlayır. İslam dini eynicinsli əlaqələri birmənalı olaraq qadağan etsə də, hakim dairələrdə və saraylara bu cür əlaqələrin gizli olaraq davam etdirilməsi haqqında bəzi məlumatlar dövrümüzə çatmışdır. Dövrün məşhur tarixçisi İsgəndər böyük oğlu üçün yazdığı "Şahzadələr üçün güzgü" əsərində "qadın və ya gənc oğlan olsun, fərqi yoxdur, həzz almağından qalma. Qışda oğlanlarla, yayda isə qadınlarla vaxtını keçir" deyirdi.[11]
Ərəblərin hakimiyyətinə qarşı yönəlmiş Xürrəmilər hərəkatı öz ilkin prinsiplərini Məzdəkilər hərəkatından götürmüş daha böyük kütləni təsiri altına ala bilmişdir. Xürrəmilər fərqli yaşam tərzləriylə də seçilirdilər. Şəhvətin azad və sərbəst olduğu bu cəmiyyətdə məclislərdə sərxoş olanacan şərablar içilməsi və qrup sekslər yaşanması haqqında əksər ərəb tarixçilərinin əsərlərində məlumatlar vardır.[12][13] Bu cür məclislərdə eynicinsli əlaqələrin yaşanması haqqında da ehtimallar vardır.[14][qeyd 1]
1225-ci ildə hakimiyyətdən oğlu Fəribürz tərəfindən devrilən Şirvanşahlar dövləti hökmdarı I Güştasp haqqında İslam tarixçisi İbn əl-Əsir yazır: "H.622 (1225)-ci ildə Şirvanşaha qarşı onun oğlu üsyan qaldırdı, onu şahlıqdan məhrum etdi və ölkədən qovdu, özü şahlıq etməyə başladı. Üsyana səbəb bu idi ki, Şirvanşah iyrənc həyat tərzi keçirirdi, çox qəbahətli və ədalətsiz adam idi. O, tez-tez təbəələrinin var-dövlətinə və mülklərinə əl uzadır, həmçinin, deyirlər ki, hətta qadınların və oğlan uşaqlarının namusuna təcavüz edirdi. Onun xalqa zülmü çoxalmışdı və ona görə də qoşunun bir hissəsi onun oğlu ilə əlbir olaraq, atasını ölkədən qovdu".[16] I Fərrux Yasar dövründə, 1468-ci ildə hazırlanmış Şamaxı antologiya əlyazısında (kalliqraf Şərafəddin Hüseyn Sultani, Britaniya muzeyi, London) fars şairi Əbdürrəhman Camiin şeirinə həsr edilmiş "Dörd adam yaraşıqlı gəncə baxarkən" miniatürü vardır.[17]
Monqol, Türkman sülalələri və Səfəvilərin hakimiyyəti dövründə
redaktəIX–X əsrlərdən Azərbaycanda türk-monqol sülalələrinin kütləvi şəkildə məskunlaşması başlayır.[19] Azərbaycanın da tərkibinə daxil olduğu Böyük Monqol imperiyasının Çingiz xan tərəfindən yazdırılmış yasasının 48-ci maddəsində "eyni cinsli münasibətə təşəbbüs edən kişilər öldürülsün" deyə qeyd edilirdi.[20]
Səfəvilərin hakimiyyəti dövrü homoseksuallığın saraylardan kənara çıxması ilə əlamətdardır.[21] Erkən Səfəvilər zamanında fahişə oğlanlar üçün böyük şəhərlərdə xüsusi evlər mövcud idi. Bu evlərin bəziləri qanuni fəaliyyət göstərir və onlardan vergi alınırdı.[22] Doktor Şəms "Fars ədəbiyyatında Oğlançılıq" kitabında yazır: "Səfəvi şahı İsmayıl Təbrizə ikinci gəlişində 8 gözəl oğlanı Həşt-Behişt sarayına apardı və onlara çox ayıb hərəkətlər etdi, sonra onları öz şahzadələrinə verdi. Bundan bir az öncə də, o, 10 belə oğlanı saraya gətirmək üçün əmr vermişdi."[23]
I Şah Abbasın 1599–1601-ci illərdə Böyük Moskva knyazlığı və Avropa ölkələrinə göndərdiyi diplomatik nümayəndə heyətinin I Katibi olan, Qərbdə Don Juan de Persiya adıyla tanınan Oruc bəy Bayat 1604-cü ildə İspaniyada nəşr etdirdiyi xatirələrində yazır: "Əlbəttə çoxları kimi durub hamambaşı fars Aləmdarın yanına gedə, bir abbasıya erməni, rumlu oğlanlarla nəfsimi öldürə, ya da Culfa adlanan erməni məhəlləsində Maronun say-seçmə qızlarıyala şərab içib gecəyarıyacan hər şey unuda bilərdim" [24]
Yeni dövr
redaktəÇar Rusiyası dövründə
redaktəRomanovların hakimiyyətdə olduğu Çar Rusiyasında orta əsrlərdən bəri gizli həyat keçirən homoseksuallar, kilsənin də gücünün zəifləməsindən istifadə edərək fəallaşmağa başlamışdılar. Azərbaycana dəfələrlə yürüşlər təşkil edən I Pyotr hələ, 1716-cı ildə çarlıqda ilk dəfə homoseksuallıqla bağlı qanun imzalamışdı. Qanuna görə, orduda homoseksuallıq qadağan edilirdi.[25]
Azərbaycan xanlıqlarının növbəylə ləğv edilirək Rusiya İmperiyasının tərkibinə qatılmasından sonra çar I Nikolay 1832-ci ildə kişilər arasında homoseksuallığı ləğv edən 995 nömrəli qanunu imzaladı. Qanun iki oğlan arasındakı anal seksi qadağan edirdi. Qanunu pozanlar 3–5 il müddətində Sibirə sürgün edilməli idi. Çara yaxın olan insanlar, xüsusilə sənət adamları arasında homoseksualların say çoxluğu təşkil etməsi bu qanunu sadəcə olaraq yazıda saxladı. Həmin dövrdə homoseksuallıq ədəbiyyatın əsas mövzularından olsa da, dövlətə qarşı çıxanlar homoseksual damğasıyla cəzalandırılırdılar.[26] Çar Rusiyasında başlayan böyük üsyanlar 1905–1907-ci illərdə imperiyanın ciddi islahatlar aparmasına səbəb oldu. Bu dövr Rusiyanın gümüş dövrü olaraq qəbul edilirsə də, homoseksuallığın Rusiyadakı qızıl dövrü hesab edilə bilər. Öz orientasiyasını açıq şəkildə göstərən çoxsaylı elm və sənət adamları, incəsənət xadimləri, ədiblər məhz bu dönəmdə böyük əsərlər yaratdılar.[26]
Azərbaycanda tarixən sosial və mədəni yığıncaqların keçirildiyi, kişilər və qadınlar üçün ayrı olan hamamlarda kişilər arasında homoseksual əlaqənin baş verməsi Cəlil Məmmədquluzadə tərəfindən yazılan qıza satirik hekayədə öz əksini tapmışdır. XIX əsrdə androgen gözəllikləri ilə məşhur olan kişi rəqqaslar – mütriblər ancaq kişilərin iştirak etdiyi toylarda rəqs edirdilər və seks işçisi kimi də istifadə olunurdular. Uşaq yaşından öyrədilən mütriblər saqqalları böyüyənə qədər fəaliyyətlərini davam etdirirdilər. Hüseynqulu Sarabski "Qədim Bakı" əsərində onların Xalabacı rəqsini ifa etməsini qeyd edirdi. XX əsrin əvvəllərində Bakıda yaşamış Banin qeyd edir ki, aktiv geylərə adətən hörmət göstərilir, passiv geylər isə bəyənilmirdi.[27]
Lakin, bütün qadağalara baxmayaraq, Azərbaycanda homoseksuallıqla bağlı bəzi məlumatlar həmin dövrün mətbuatı vasitəsiylə dövrümüzə çatmışdır. 1906-cı ildən nəşrə başlayan "Molla Nəsrəddin" jurnalında bu məsələyə münasibət bildirilərək qeyd edilir: "Ay camaat, totux-motux oğlan uşaqlarınızı qoruyun, qoymayın yad əllərə düşsün". Jurnalın 2 oktyabr 1907-ci ildə çap edilmiş 37-ci nömrəsində həmin dövr üçün oğlanbazlığın hansı miqyasda yayıldığı açıq-aşkar göstərilmişdir: "… indiyədək heç kəs deməyibdi ki, uşaqbazlıq pis şeydir, mən də cürət eləmirəm deyəm ki, uşaqbazlıq pis şeydir. …Biz ancaq müsəlman millətlərini tanıyırıq və bundan savayı bir şey görmürük. Amma xudavəndi-aləm yuxarıdan aşağı baxanda millətlərin hamısını əl içi kimi görür və əlbət ki yaxşı da tanıyır. Və xudavəndi-aləm görür ki, cəmi millətlərin heç birinin içində oğlanbazlıq adət deyil, savayı biz müsəlman millətindən."[28] "Təzə həyat" qəzetinin 117-ci nömrəsində isə qeyd ki, "Bakıda bir neçə müsəlman lotusu bir nəfər məktəb uşağını zor ilə basıblar faytona və istəyiblər götürüb qaçsın, necə ki, qız uşağını müsəlmanlar götürüb qaçırlar. Nədir bunun səbəbi? Məgər müsəlman içində arvad azdır ki, müsəlmanlar evlənmək istəyəndə arvad tapa bilməyib gedib oğlan uşağı alırlar. Söz yox ki, belə deyil, çünki biz görürük qeyri-millətlərin kişiləri bir arvad tapıb alanda bizim kişilər dördünü alırlar və hələ dördünə qane olmayıb hərdənbir məşğuliyyət üçün bir-iki saatlığa siğə də eləyirlər. …"[29] Cəlil Məmmədquluzadə isə 12 may 1902-ci ildə "Molla Nəsrəddin" jurnalında nəşr edilmiş "Nə qədər fikirləşirəm, heç başa düşmürəm" adlı felyetonunda Azərbaycan cəmiyyətində homoseksuallıqla bağlı başqa bir halı təsvir edir.[30]
1905–1917-ci illərdə mövcud olmuş "Difai" hərəkatının Qarabağ Birlik Məclisinin proqramında 19-cu maddəyə görə homoseksual əlaqədə olanlar xüsusi cərimə ilə ciddi cəzalandırılmalı idi.[31]
Azərbaycan SSR-də
redaktə1917-ci il Oktyabr inqilabından sonra Lenin başçılığı ilə Sovet Sosialist Respublikası yarandı və 28 aprel 1920-ci il tarixində Azərbaycan da yeni yaranan ittifaqın tərkibinə qatıldı.[32] Lenin I Nikolayın 1832-ci ildə imzaladığı homoseksuallığı qadağan edən qanununu ləğv etdi.[33] Azərbaycanda isə sözü gedən qanun dəyişdirilmədi və 1923-cü ildə bu qadağa ölkənin konstitusiyasına əlavə edildi.[34][35] Lenin ölümündən sonra hakimiyyətə gələn Stalin 1934-cü ildə bütün SSRİ-də kişilər arasında homoseksuallığı qadağan etdi. Sovet Cəza Qanununun 121-ci maddəsində homoseksuallıq (sodomçuluq) dövlətə qarşı edilən cinayət hesab edilir, 5 il həbs cəzası və həmin müddətdə ağır şərtlərdə icbari əməklə cəzalandırılırdı. Sosialistlər bunu Qərbin, kapitalizmin əməli olduğunu bildirirdilər. Avropada və Amerikada 1968-ci ildən fəallaşmağa başlayan homoseksual birliklər və kiçik lobbilər SSRİ-dəki insan hüquqlarıyla bağlı problemləri də dünya mediasında işıqlandırmağa başladılar.[36]
Müasir dövr
redaktəAzərbaycan Respublikasının qurulmasından sonra konstitusiyanın homoseksualizm əlehinə 113-cü maddə nəzərdə tutulmuşdu.[37][38] 2001-ci il, homoseksuallığı qadağan edən qanun Heydər Əliyev tərəfindən Cinayət Məcəlləsindən çıxarıldı[39] və bundan sonra Azərbaycan Avropa Şurasına üzv qəbul edildi.[40]
2007-ci ildə Azərbaycanda lezbiyan, biseksual qadın və transeksuallara yönəlmiş ayrı-seçkiliyə qarşı ilk dəfə "Gender & Development" adlı sosial birlik yaradıldı. Yarandığı zaman qadın hüquqlarının müdafiəsini hədəfləyən təşkilat sonradan öz fəaliyyət dairəsini gey və biseksual kişilər arasında da genişləndirdi.[41] Sonrakı illərdə müxtəlif tarixlərdə daha 3 LGBT təşkilatı yaradıldı. 2012-ci ildə Bakıda Avroviziya Mahnı Müsabiqəsinin keçirilməsi ərəfəsində "nighttours.com" saytı Bakıda ilk dəfə gey prayd keçirilməsinin planlaşdırılması haqqında məlumat yaydı. Ölkə mətbuatında bir müddət bu məsələnin müzakirə olunması və İrandan hədə xəbərlərinin gəlməsindən sonra plan təxirə salındı.[42][43]
Azərbaycanlı homoseksual rəssam Babi Bədəlov 2008-ci ildə İngiltərəyə gedib və mühacirət etmək istəyib[44], lakin Azərbaycanda homoseksuallıq qanuna zidd olmadığından Babinin müraciəti sığınacaq üçün yetərli hesab olunmayıb[45].
22 yanvar 2014-cü il tarixində "Azad LGBT" təşkilatının rəhbəri, LGBT aktivisti İsa Şahmarlı təzyiqlərə dözməyərək işlədiyi ofisdə LGBT bayrağı ilə özünü asaraq öldürdü. Bu hadisə bütün həm ölkədə, həm də ölkədən kənarda müzakirə predmetinə çevrilərək Azərbaycanda LGBT hüquqları məsələsinin yenidən gündəmə gəlməsinə səbəb oldu. İsa Şahmarlının ölüm tarixi Azərbaycandakı LGBT icması və onlara dəstək verən tolerant insanlar tərəfindən "Homofobiyayla Mübarizə Günü" olaraq qəbul edildi.[46][47]
Mədəniyyətdə
redaktəƏsasən tarix sahəsində tədqiqatları ilə tanınan araşdırmaçı Murat Bardakçı bir çox tarixi kitablara və ensikopediyalara (məsələn Encyclopaedia Iranica-ya[48]) istinadən qeyd edir ki, "Abbasilərin hakimiyyəti zamanı əsir alınmış türk oğlanları farsdilli ədəbiyyatda homoseksual sevginin təsvirində ithaf mənbəyi olmuşdur. Hafiz və Faruki kimi şairlər bu mövzuya müraciət edən sənətkarlar arasında öndə getsələr də, Füzulinin də bəzi əsərlərində məhz bu cür yanaşma müşahidə olunur."[49] Füzuli hamamda onun üzünü təmizləyən bərbərinə qəzəlində sevgili deyə xitab etmiş və "qanımı ülgüclə yerə töksə belə yenə qaçmaram" demişdir.[50] Farsdilli ədəbiyyatda geniş təsir göstərmiş mövzulardan biri Sultan Mahmud Qəznəlinin Ayaz adlı qula olan sevgisidir. Fərruxinin divanında xüsusi qəsidə ilə təsvir olunmuş bu hadisə, bəzi tədqiqatçıların fikrincə "Xosrov və Şirin" və "Leyli və Məcnun" kimi epik sevgi əfsanələrinə də təsir göstərmişdir.[51] Əvhədi Marağayi qəzəllərindən birində gənc oğlana sevgisini və ehtirasını qələmə almışdır.[51]
Bəzi tədqiqatçılar Azərbaycanı sufizmin mərkəzlərindən biri kimi qiymətləndirirlər. Sufi məzmunlu əsərlər XII–XVIII əsr Azərbaycan şairlərinin bir çoxunun yaradıcılığı üçün xarakterikdir. Tədqiqatçıların əksəri sufi ədəbiyyatının ikimənalığını qabaradaraq onun dünyəvi və dini alnamına diqqət yerirlər.[51] Sufilər istər homoseksual, istərsə də heteroseksual sevgini "məcazi sevgi" adlandırır, əsl sevginin Tanrıya olduğunu ifadə edirdilər. Riçard Frensis Börton yazır ki, "Sufilər meyxanələrdə şərab paylayan gənc xristianlarla gecələri bir yataqda yatırdılar".[51]
Koroğlu dastanının üç nüsxəsi məlumdur; Cənubi Azərbaycan, Tbilisi və Paris nüsxələri. Sözü gedən 3 nüsxədən biri olan Paris nüsxəsi[52] Azərbaycanda ilk dəfə 1997-ci ildə "Ozan" nəşriyyatı tərəfindən çap edilmiş və ölkə ictimaiyyətində etiraza səbəb olmuşdur[53]. Buna səbəb dastanın bu nüsxəsində olan homoseksualizm, təhqir, sadomazoxizm motivlərinin yer alması idi. 1997-ci ildən sonra 2005-ci ildə Paris nüsxəsi "Şərq-Qərb" nəşriyyatı tərəfindən təkrar nəşr edildi. Bu nəşrdə qismi-senzura aparılmışdır (qeyri-etik hesab edilən sözlər tam şəkildə yazılmayıb).[mənbə göstərin]
XIX əsrin ikinci yarısından geniş vüsət alan Maarifçilik hərəkatı dönəmində yaşamış satirik şair Mirzə Ələkbər Sabir "Daş qəlbli insanları neylərdin, ilahi?!" adlı şerində yazır: "Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, Evlərdəki nisvanları neylərdin, ilahi?!"[54][55] Əli və Nino romanında isə yerli xanımların gözlənilməz suallarından şikayətlənən Nino Əli xan Şirvanşirə müraciətlə deyir: "…Sonra sənin bibin Sultan xanım soruşdu ki, belə cavan ərin tək bir arvadı olması yəqin ki, onu darıxdırır. Sonra da hamısı səni oğlanlardan necə uzaq tuta bildiyimi öyrənmək istədilər."[56]
2009-cu ildə yazıçı Əli Əkbərin iki homoseksual oğlanın sevgisindən bəhs edən "Artuş və Zaur" romanı Azərbaycanda müzakirələrə səbəb oldu.[57] Qəhrəmanlarının erməni və azərbaycanlı olması qınağı daha da artırdı və nəticədə kitabın satışı qadağan edildi.[58] Azərbaycanlı yazıçı Nicat Kazımovun "İblisin Oyunu" romanında müasir Azərbaycanda homofobiya ilə bağlı səhnələr yer almışdır. 2014-cü ildə azərbaycanlı yazıçı Orxan Bahadırsoyun iki gənc oğlanın sevgisindən bəhs edən "Günahdır səni sevmək" adlı romanı çap edilmişdir.[59]
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ Bomati, Yves; Nahavandi, Houchang (1998). Shah Abbas, empereur de Perse 1587–1629 [Shah Abbas, Emperor of Persia, 1587–1629] (in French). Paris, France: Perrin. ISBN 2-2620-1131-1
- ↑ Saslow, James M. Asia and Islam: Ancient Cultures, Modern Conflicts // Pictures and Passions: A History of Homosexuality in the Visual Arts. New York, NY: Viking. 1999. ISBN 0-6708-5953-2. LCCN 99019960.
- ↑ Wigram, W. A. (2004), An introduction to the history of the Assyrian Church, or, The Church of the Sassanid Persian Empire, 100–640 A. D, Gorgias Press, p. 34–35, ISBN 1593331037
- ↑ THE ZOROASTRIAN FAITH AND HOMOSEXUALITY Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine, religioustolerance.org, İstifadə tarixi: 21 aprel 2015
- ↑ V. Ömərov — Qədim Azərbaycan İşquz dövlətinin yaranması və süqutu, Səs qəzeti, 2012 2 avqust, səh. 14.
- ↑ Погребова М. Н. Кавказ и Средняя Азия в древности и средневековье. // Памятники скифской культуры в Закавказье. — М., 1981. С. 42–58.
- ↑ George E. Haggerty — Gay Histories and Cultures: An Encyclopedia Arxivləşdirilib 2021-08-29 at the Wayback Machine, vol.2, 2000, səh. 786
- ↑ The History of the Caucasian Albanians by Movsēs Dasxuranc'i. Translated by Charles Dowsett. London: Oxford University Press, 1961, pp. 3–4 "Introduction"
- ↑ Moisey Kalankatlı - Alban ölkəsinin tarixi, II kitab, XXXII fəsil Arxivləşdirilib 2022-04-17 at the Wayback Machine.
- ↑ Moisey Kalankatlı - Alban ölkəsinin tarixi, II kitab, XXXII fəsil Arxivləşdirilib 2022-04-17 at the Wayback Machine.
- ↑ Eşcinselliğin Toplumsal Tarihi" – Halit Erdem Oksaçan, İstanbul, 2012, səh. 148
- ↑ C. Bayramlı — Babək və Hürrəmilik (yalanlar və gerçəklər), Bakı, Kitab aləmi, 2011, səh. 209–211, 248–254
- ↑ Vəlixanlı N. M. Ərəb Xilafəti və Azərbaycan Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine. Bakı: Azərnəşr, 1992, s. 71–73
- ↑ Arthur Goldschmidt, Lawrence Davidson, "A concise history of the Middle East", Westview Press; Eighth Edition (July 21, 2005), pp. 245–248
- ↑ Ḡ. -Ḥ. Yūsofī, İranika Ensiklopediyası. Babak Korrami. 1988. səh. Vol. III, Fasc. 3,299-306. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-19.
- ↑ *Aşurbəyli S. Şirvanşahlar dövləti (VI –XVI əsrlər). Avrasiya press, Bakı 2006.
- ↑ "«Популярная художественная энциклопедия.» Под ред. Полевого В. М.; М.: Издательство "Советская энциклопедия", 1986". 2010-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-01.
- ↑ Qajar or Safavid Homosexual Painting Arxivləşdirilib 2019-10-18 at the Wayback Machine, islamicpersia.org, İstifadə tarixi: 28 aprel 2015
- ↑ V. Ömərov — Azərbaycan dövləti ərəb xilafəti tərkibində Arxivləşdirilib 2020-02-18 at the Wayback Machine, Səs qəzeti, 12 sentyabr 2012
- ↑ Genghis Khan’s constitutional ban on homosexuality revealed Arxivləşdirilib 2021-10-19 at the Wayback Machine, pinknews.co.uk, İstifadə tarixi: 28 aprel 2015
- ↑ Willem Floor — A Social History of Sexual Relations in Iran, 2008, səh. 322
- ↑ Willem Floor — A Social History of Sexual Relations in Iran, 2008, səh. 341–342
- ↑ S. Shamisā — Shāhedbāzi dar adabiyāt-e fārsi , Enteshārā t-e Ferdous, Tehran, 1381 (2002), səh.217
- ↑ Don Juan of Persia, a Shiah catolic, 1560–1604, edited by Sir E. Denison Ross and Eillen Power, London, 1926, səh. 198
- ↑ Healey, Daniel. "Russia". glbtq: An Encyclopedia of Gay, Lesbian, Bisexual, Transgender, and Queer Culture. glbtq, Inc. 2004, last updated 19 July 2005. 27 October 2005 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2015.
- ↑ 1 2 "Where is it illegal to be gay?". BBC News. 2014-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2015.
- ↑ Lala Mahmudova. "Azeri Masculinities and Making Men in Azerbaijan". Loyola University Chicago. 2017. 29 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2019.
- ↑ Molla nəzrəddin, XXXVII nömrə Arxivləşdirilib 2019-10-25 at the Wayback Machine, 2 okyabr 1907
- ↑ Təzə həyat qəzeti, 117-ci nömrə
- ↑ Gecə oxusu: nə qədər fikirləşirəm, heç başa düşmürəm Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine. milli.az, 20 oktyabr 2012, İStifadə tarixi: 11 iyul 2012
- ↑ Əzizov Eldar Əziz oğlu — Difai: XX əsrin əvvəllərində.
- ↑ Azərbaycan Milli Ensiklopediyası. "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Bakı, 2007
- ↑ Hazard, John N. "Unity and Diversity in Socialist Law". Law and Contemporary Problems. Duke Law. 30 (2): 270–190. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2015.
- ↑ İqor Kon — Soviet Homophobia Arxivləşdirilib 2012-04-14 at the Wayback Machine, gay.ru, İstifadə tarixi: 29 aprel 2015
- ↑ Dan Healey GLQ 8:3 Homosexual Existence and Existing Socialism New Light on the Repression of Male Homosexuality in Stalin's Russia p. 349–378 2002
- ↑ Resource Information Center about Soviet and Russia Arxivləşdirilib 2019-03-29 at the Wayback Machine, Official Website of the US Department of Homeland Security, İstifadə tarixi: 29 aprel 2015
- ↑ United Nations High Commissioner for Refugees. "Azerbaijan: Information On The Treatment Of Homosexuals". Unhcr.org. 2012-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2015.
- ↑ Russian S.F.S.R. Harold Joseph Berman (redaktor). Soviet criminal law and procedure: the RSFSR codes (University of California original). Harvard University Press. 1966. səh. 196. June 9, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 29, 2015.
- ↑ "Council of Europe". 2014-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2015.
- ↑ "Azerbaijan". 2013-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2015.
- ↑ "DISCRIMINATION AND VIOLENCE AGAINST LESBIANS, BISEXUAL WOMEN AND TRANSGENDER PEOPLE IN AZERBAIJAN REPUBLIC" (PDF). 2018-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-04-29.
- ↑ Eurovision 2012: Azerbaijan's gays not welcome at home Arxivləşdirilib 2022-05-10 at the Wayback Machine, Dina Newman, BBC, 15 September 2011, İstifadə tarixi: 29 aprel 2015
- ↑ Iran's "gay" Eurovision jibes strain Azerbaijan ties Arxivləşdirilib 2015-10-08 at the Wayback Machine, Margarita Antidze, Reuters, may 22, 2012, İstifadə tarixi:29 aprel 2015
- ↑ "FREE BABI BADALOV! (GAY AZERI ARTIST FACES IMMINENT DEPORTATION FROM THE UK)". Chto Delat Platform. 19 September 2008. 12 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 March 2016.
- ↑ Hywel Bishop. "Babi Badalov campaign update". LGBT Asylum News. Sunday, 7 September 2008. 27 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 March 2016.
- ↑ Mersinliler Pazar akşamı İsa Şahmarlı için elele Bakü’ye yürüyor Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, Alper Tolga Akkuş, 25/01/2014, İstifadə tarixi:29 aprel 2015
- ↑ Azerbaycan’da LGBT aktivisti intihar etti Arxivləşdirilib 2015-01-07 at the Wayback Machine, CNN Türk, 23.01.2014, İstifadə tarixi:29 aprel 2015
- ↑ "HOMOSEXUALITY iii. IN PERSIAN LITERATURE". Encyclopædia Iranica. December 15, 2004. səh. Vol. XII, Fasc. 4, pp. 445-448 and Vol. XII, Fasc. 5, pp. 449-454. November 17, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 28, 2015.
- ↑ Murat Bardakçı- ’Gay’ler eskiden esnaftan sayılır ve padişahın huzurunda yapılan resmigeçitlere bile katılırlardı Arxivləşdirilib 2015-07-10 at the Wayback Machine, Hürriyet qəzeti, 27 Ağustos 2006, İstifadə tarixi:28 aprel 2015
- ↑ S. O Murray, "Corporealizing Medieval Persian and Turkish Tropes," in Islamic Homosexualities, ed. S. Murray and W. Roscoe, New York, 1997, pp. 132–141
- ↑ 1 2 3 4 Encyclopædia Iranica, HOMOSEXUALITY IN PERSIAN LITERATURE Arxivləşdirilib 2015-11-17 at the Wayback Machine, İstifadə tarixi: 28 aprel 2015
- ↑ "Koroğlu: Paris nüsxəsi :: Prezident Kitabxanası". Elektron kitablar :: Prezident Kitabxanası. 2020-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
- ↑ Yarpaq. ""KOROĞLU" dastanı, yoxsa...? (Dastanın Paris nüsxəsinə bir baxış". yarpaq.az. İstifadə tarixi: 2023-10-19.
- ↑ M. Ə. Sabir — Daş qəlbli insanları neylərdin, ilahi?! Arxivləşdirilib 2020-02-13 at the Wayback Machine
- ↑ "daş qəlbli insanları neylərdin, ilahi". sözaltı sözlük (az.). 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
- ↑ Qurban Səid — Əli və Nino Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine
- ↑ Mina Muradova: Artush and Zaur Causing Public Scandal Arxivləşdirilib 2017-11-13 at the Wayback Machine. CentrAsia. 6 March 2009, İstifadə tarixi: 29 aprel 2015
- ↑ Artush and Zaur Withdrawn from Sales Arxivləşdirilib 2016-09-17 at the Wayback Machine. 10 March 2009, İstifadə tarixi: 29 aprel 2015
- ↑ Gənc yazardan homoseksuallara dəstək Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine, 23 iyun 2014, İstifadə tarixi: 39 aprel 2015