Azerbaycanda Gulculuk - Wikipedia
Azərbaycanda gülçülük — Azərbaycan Respublikasında kənd təsərrüfatı iqtisadiyyatının aparıcı sahələrindən biri.
Tarixi
redaktəSovet dövründə – XX əsrin 70-ci illərində Azərbaycanda böyük gülçülük təsərrüfatları olub[1]. Həmin dövrdə Bakı kəndlərindən Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlanda gülçülük sovxozları fəaliyyət göstərib[1]. Hansı ki, onlar həm Azərbaycanı, həm də SSRİ-ni gül ilə təmin edirdi[1].
Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı yaradılmışdır[1].
Sovet İttifaqı dağılanda sonra gülçülük təsərrüfatları da geriləməyə başladı[1]. Hazırda Azərbaycanda bu səhə ilə məşğul olan təsərrüfatların sayı elə də çox azdır[1]. Fəaliyyət göstərən təsərrüfatlar yenə də əsasən Bakı kəndlərindədir; amma əvvəlkindən xeyli kiçikdirlər[1]. Hazırda həmin təsərrüfatlarda zambaq, nərgizgülü, qızılgül, xrizantem, kala yetişdirilir[1].
Azərbaycanda gülçülüyün inkişafını ləngidən bir sıra amillər mövcuddur ki, buna aşağıdaklar aiddir[1]:
- maliyyə çatışmazlığı;
- bu sahəni bilən kadrların azlığı;
- maarifçiliyin aşağı olması;
- satış bazarlarına daxil olmağın çətinliyi.
Gül bayramı
redaktəGül bayramı hər il Heydər Əliyevin ad günündə – 10 may[2] tarixində başlayır və bir neçə gün davam edir. Bayram günlərində ənənəvi olaraq Bakıdakı Heydər Əliyev adına parkda xaricdən gətirilən güllərdən ibarət kompozisiyalar sərgilənir.
"AfuExpo"
redaktə12 mart 2015-ci ildə Bakı Sərgi Mərkəzində "Beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisi" ("AfuExpo") açılmışdır[3]. İlk sərgidə 12 ölkədən 156 şirkət iştirak etmişdir[4]. Bu sərginin ikincisinin 2017-ci ilin dekabr ayında keçirilməsi planlaşdırılır[4].
Filmlər
redaktə- Güllər (film, 1952)
- Zaqatala qızıl gülü (film, 1975)
- Zaqatalanın qızıl gülləri (film, 1972)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 8 MART, İNHİSARDAKI GÜL BİZNESİ VƏ AZƏRBAYCANIN QIZILGÜL SORTLARI – FOTO Arxivləşdirilib 2017-10-27 at the Wayback Machine. a24.az, 07.03.2015 (az.)
- ↑ Gül bayramı - Bakıya 116 ton gül gətirilib Arxivləşdirilib 2022-05-16 at the Wayback Machine. bbc.com, 10.05.2012 (az.)
- ↑ Bakıda “Beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisi” açılıb Arxivləşdirilib 2019-04-24 at the Wayback Machine. azertag.az, 12.03.2015 (az.)
- ↑ 1 2 "afuexpo.com". 2019-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-29.