Azerbaycanda Erken Orta Esrler Dovru - Wikipedia
Azərbaycanda erkən orta əsrlər dövrü — Azərbaycan tarixinin dövrlərindən biri olaraq III əsrdən XI əsrə qədər davam etmişdir. III əsrdə həm müasir Azərbaycan Respublikası ərazisi, həm də Cənubi Azərbaycan ərazisi Sasani imperiyası ərazilərinə qatılmışdılar. Həmçinin elə bu dövrdə Azərbaycan ərazisində feodalizm formalaşmağa başlamış, Qafqaz Albaniyası ərazisi Bizans və Sasani imperiyaları arasında müharibə meydanına çevrilmişdir. Sasani imperiyasının Ərəb xilafəti tərəfindən süquta uğradılmasından sonra həm keçmiş Atropatena, həm də Albaniya əraziləri Ərəb xilafətinə daxil edilmişdir. Bu zamana qədər artıq dövlətçiliyini tamamilə itirmiş Atropatenadan əlavə olaraq, Albaniyada tədricən zəifləmiş və 705-ci ildə tamamilə yox olmuşdur. Bundan sonra Ərəb xilafətinin də regoindakı hakimiyyəti tədricən zəifləmiş, bunun nəticəsində Azərbaycan ərazisində — həm cənubi, həm də şimali — yeni feodal dövlətlər ortaya çıxmışdır.[1][2][3][4][5][6]
Sasani işğalı
redaktəTarixi
redaktəAlbaniya
redaktə252–253-cü illərdə Albaniya, bundan daha əvvəl isə Atropatena Sasani imperiyası tərəfindən ələ keçirildi. Atropatena tamamilə Sasani imperiyasına birləşdirilsə də, Albaniya vassal dövlətə çevrildi və özünün monarxiyasını qoruyub saxlaya bildi. Lakin Alban hökmdarının real gücü yox idi, mülki, dini və hərbi hakimiyyət əsasən Sasani canişini olan mərzbanın əlində cəmləşmişdi. 260-cı ildə Sasani şahı I Şapurun Roma ordusunu məğlub etməsindən sonra Albaniyanın ilhaq edilməsi məlumatı Nəqşi-Rüstəmdəki üçdilli abidə verilən mətndə keçməkdədir.[7][3][8][9][10][11][12][13]
343-cü ildə II Şapurun (309–379) qohumu olan Urnayr Albaniyada hakimiyyətə gəldi və əvvələ nisbətən daha müstəqil xarici siyasət yetirməyə başladı. Urnayr II Şapur ilə hərbi müttəfiqlik etməklə birlikdə, Ammianus Marsellinusun verdiyi məlunata əsasən onun romalılarla müharibələrində əsasən süvarilərdən ibarət olmaqla hərbi dəstək verdi. Onun Amid döyüşündə önəmli hərbi dəstək verdiyi bəllidir. Amid döyüşündə Sasanilərin qələbəsinin nəticəsi olaraq müasir Qarabağ, Naxçıvan və Kaspi kimi Albaniyadan ələ keçirilmiş vilayətlər geri qaytarıldı. Romalı müəllif Urnayrın hərbi dəstəyinin, eləcə də Xionitlərin hərbi birləşmələrinin döyüşün taleyinin müəyyən edilməsində həlledici rol oynadığını qeyd etməkdədirlər. Bu qələbədən sonra II Şapur Albaniyadakı xristianların təqibinə başladı.[7][8][9][14]
Ammianus bu döyüş barədə bunu qeyd edir:[15]
Şapur II-nin sol tərəfində, mülayim qüvvəyə malik və bədəni xırda olan, lakin böyük bir zehniyyətə sahib və bir çox zəfərlərin şərəfi ilə tanınan Xionitlərin şahı Grumbates dayanırdı. Sağ tərəfində isə eyni dərəcədə yüksək hörmətə malik olan Albanların şahı var idi.
371-ci ildə romalılar ilə sasanilər arasında Dzirav döyüşü baş verdi. Albaniya bu döyüşdə də Sasani imperiyasının müttəfiqi olaraq iştirak etməkdə idi. Döyüş nəticəsində Roma ordusu qələbə qazandı. Urnayrın döyüşdə yaralanmasından əlavə, Albaniya Uti, Şakasena, Kolt (Albaniyanın qərbində yerləşən əyalət) və Girdiman vadisini itirdi. Albaniya bu tarixdə itirdiyi əyalətlərinə nəzarəti 387-ci ildə Sasani və Roma imperiyaları arasında imzalanan müqavilə şərtləri ilə geri qaytardı.[6][16][17] 450-ci ildə Sasani ordusu Qafqazdakı xristianların üsyançı ordusu tərəfindən məğlub edildi. Bu zaman sasanilərin şahı II Yezdəgird idi və döyüş Xalxal yaxınlığında baş vermişdi. Döyüş nəticəsində Albaniyadakı Sasani qarnizonları ölkəni tərk etdilər. II Yezdəgirdin ölümündən sonra onun övladları olan Hürmüz və Firuz arasında taxt-tac uğrunda müharibə başladı. II Vache-nin xristianlığa dönüşü, onun yeni Sasani şahı I Firuz ilə münasibətlərinin pozulmasına yol açdı. II Vaçenin bu addımından sonra Firuz Haylandur hunlarını onun üzərinə hücum etməyə təşviq etdi. 462-ci ildə Albaniya hunlar tərəfindən ələ keçirildi. Nəticədə II Vaçe 463-cü ildə taxtdan imtina etdi. Bu hadisədən bəhs edən alban müəllif Musa Kalankatlı bildirir ki, 463-cü ildən sonra 30 il müdətinə Albaniya hökmdarsız qaldı. Beləliklə, Azərbaycan şimal hissəsi də cənubu kimi mərzbanlığa çevrilərək birbaşaSasani imperiyasının bir hissəsi oldu.
Kalankatlının bildirdiyinə görə, təxminən 30 ildən sonra yerli hökmdarların monarxiyası Albaniyada II Vaçenin qardaşınnı oğlu III Vaçaqan tərəfindən bərpa edildi. Mömin Vaçaqan Sasani hökmdarı Balaş (484–488) tərəfindən taxta çxıarıldı. III Vaçaqan alban çarlarının güzəştlərini bərpa etdi, vergiləri azaldıb, xristianlara azadlıqlar verdi.[18]
Azərbaycanın şimal hissəsində yerli dövlətçilik xüsusiyyətləri 510-cu ildə Sasani imperiyası tərəfindən tamamilə ləğv edildi. Beləliklə də, 629-cu ilə qədər davam edəcək Sasani mərzbanlarının uzun hakimiyyət dövrü başladı. VI əsrin sonları və VII əsrin əvvəllərində Albaniya ərazisi yenidən Sasani və Bizans imperyaları arasında müharibə meydanına çevrildi. Üstəlik bu dəfə Xəzər imperiyası da müharibələrə daxil oldu. Çox zaman Bizans ilə Xəzər imperiyası Sasaniyə qarşı müttəfiq kimi çıxış edirdilər. 628-ci ildə, yəni Üçüncü Türk-Fars müharibəsi zamanı Xəzər ordusu Albaniyanı ələ keçirdi və onların hökmdarı Tonq Yabqu xaqan özünü Alban hökmdarı elan etdi. O, Sasani imperiyası qaydalarına uyğun olaraq tacirlərə və Kür-Araz çayları vadisində balıqçılıq edənlərə vergi müəyyənləşdirdi.[16]
Mehranilərin sülaləsinin (630–705) hakimiyyəti Albaniyada VII əsrin əvvəllərindən formalaşmağa başladı. Sülalənin ilkin hakimiyyət yeri müasir Azərbaycanın Şəmkir-Qazan bölgəsində idi. Müasir Bərdə sülalə hakimiyyətinin mərkəzinə çevrildi. Kalankatlının bildirdiyinə görə, Mehranilər sülaləsinin əsasını qoyan şəxs Mehran (570–590) idi və onun ardıcılı Varaz Qriqor (628–642) də "Albaniya knyazı" titulunu götürmüşdü.
Bərdə Varaz Qriqorun oğlu Cavanşirin hakimiyyəti (642–681) dövründə Albaniyanın paytaxt şəhərinə çevrildi. Cavanşir hakimiyyətinin birinci dövründə Sasani hökmdarı III Yezdəgirdə tabe olduğunu elan etmişdi. O, Alban ordusunun komandanı və 636–642-ci illər boyunca da III Yezdəgirdin müttəfiqi idi. Kadisiyya döyüşündə ərəblərin qələbə qazanmasına baxmayaraq, Cavanşir Sasani imperiyasının müttəfiqi kimi o döyüşdə iştirak etdi. 651-ci ildə Sasani imperiyasının ərəblər tərəfindən tamamilə süquta uğradılmasından sonra Cavanşir özünün siyasətini dəyişdirdi və 654-cü ildə Bizans imperiyası tərəfə keçdi. Bundan sonra Bizans imperatoru olan II Konstantin Cavanşiri öz himayəsi altına götürdüyünü elan etdi. Bununla da, Bizans himayəsi ilə Cavanşir Alban hökmdarına çevrildi. 662-ci ildə Cavanşir Kür çayı sahilinə qədər gəlmiş olan Xəzər ordusunu məğlub etdi. 665-ci ildə xəzərlər yenidən Albaniyaya hücum etdilər. Onların bu hücumunda əvvəlki ilə müqayisədə daha çox qüvvə iştirak etməkdə idi. Elə buna görə də onlar Cavanşir üzərində qələbə qazandılar. Cavanşir ilə Xəzər hökmdarı arasında imzalanan razılaşmağa görə Albaniya hər il vergi ödəməyə məcbur oldu. Bunun qarşılığında Xəzər ordusu ələ keçirdiyi hər bir kəsi azad etməyi, yağmaladıqları sürüləri geri qaytarmağı öz üzərilərinə götürdülər. Bundan sonra Cavanşir Ərəb xəlifəsi ilə diplomatik münasibətlər qurmağa başladı. Bunda məqsədi ölkəsini Xəzər dənizi tərəfdən gələn hücumlardan qorumaq idi. O, bu məqsəd üçün Dəməşqə getdi və 667, 670-ci illərdə Xəlifə Müaviyyə ilə görüşdü. Nəticə olaraq xilafət Albaniyanın muxtariyyətinə toxunmadı və Cavanşirin müraciəti əsasında Albaniyanın ödədiyi vergi 3/1-ə qədər azaldıldı. Cavanşir 681-ci ildə Bizanspərəst feodallar tərəfindən sui-qəsd nəticəsində öldürüldü. Onun ölümündən sonra Xəzər ordusu hücuma keçdi və Albaniyanı yağmaladılar. 705-ci ildə Albaniyaya ərəb ordusu daxil oldu və Cavanşirin son vəliəhdini Dəməşqə apararaq edam etdi. Bununla da, Mehranilər sülaləsinin Albaniyadakə hakimiyyəti 705-ci ildə sonlandı, Albaniyanın daxili müstəqilliyi ləğv edildi. Bundan sonra uzun müddət Albaniya Ərəb xilafətinin təyin etdiyi canişinlər tərəfindən idarə edildi.[19][20][21][22]
Atropatena
redaktəParfiya sülaləsi ilə Sasanilər arasında müharibə gedərkən Atropatenanın həm yuxarı, həm də sıravi sakinləri daha çox sonuncuları dəstəkləməkdə idilər. Beləliklə atropatenalılar Parfiya hökmdarı IV Artabanusa (216–224) qarsı I Ərdəşiri (224–242) dəstəkləməkdə idilər.[23][24] Ərdəşirin Hormizdegan döyüşündə IV Artabanusu məğlub edib öldürməsindən sonra Atropatena da kiçik müqavimət ilə qarşılaşdı.[24] Ərdəşir və onun varisi olan oğlu Şapur Salmas yaxınlığında qaya üzərində təsvir edilmişdirlər. Bir çoxları bunu Atropatenanın Sasani sülaləsinə tabe olmasının nümunəsi kimi dəyərləndirir.[23][24] Atropatena sakinlərindən ən çox yuxarı təbəqə Sasaniləri dəstəkləməkdə idi. Bu dəstək onların yenidən dövlətin sabitliyi qorumağa nail ola bilmə istəkləri ilə bağlı idi. Eyni zamanda digər dinlərə qarşı daha mülayim olan Parfiya hakimiyyəti altında olan ruhani kəsim də özlərini daha çox zərdüştlüklə əlaqələndirən Sasaniləri dəstəkləməkdə idilər.[25]
Din
redaktəYerli ənənəyə görə, xristianlıq Qafqaz Albaniyaslna I əsrdə Edessalı Müqəddəs Thaddeusun şagirdi Albaniyalı Müqəddəs Yelisey vasitəsilə gəlmişdir. Cənubi Qafqazdakı ilk xristian kilsəsi, Şimali Azərbaycanın şimal-qərbindəki müasir Şəki rayonuna daxil olan tarixi Uti bölgəsindəki Kiş kəndində Müqəddəs Yelisey tərəfindən Qafqaz Albanıyasında təsis edilib.[18][26] Bu kilsə Qafqaz Albaniyasının sakinləri tərəfindən "ana kilsə" kimi qəbul edilirdi və krallıqda yayılmış xristianlığın təməli hesab olunurdu. IV əsrin əvvəlində monofizit Alban kilsəsi apostol kilsəsi olaraq dövlət təsisatı halına gəldi. Müqəddəs Qriqori tərəfindən xristianlığa qəbul edilən Urnayrın hakimiyyəti dövrdə, Qafqaz Albaniyası rəsmi olaraq xristianlığı qəbul etdi və bu, tədricən yayıldı. Moisey Klankatlu yazmışdı ki, "şahənşahın sərt əmrinə görə biz öz dinimizi tərk etməli və maqların pərəstiş etdiyi bütpərəst dini qəbul etməli olduq".[27][28][16][9]
V əsrin ortalarında II Yezdəgirdin bacısının oğlu II Vaçenin dövründə Albaniya rəsmi şəkildə xristianlıqdan imtina edərək Zərdüştlüyə keçdiyini bildirdi. Bunda Sasani təsiri həlledici rol oynamışdı. Bundan sonra xristian dini tikililəri zərdüştlük mərkəzlərinə çevrildilər və xristianlar təqiblərə məruz qalmağa başladılar.[29][7][18] 457-ci ildə II Yezdəgirdin ölümündən sonra II Vaçe zərdüştlükdən imtina etdi və xristianlığa geri döndü. O, xristianlığın Albaniyada yayılmasına nail olmaqla bölgədəki Sasani hakimiyyətini zəifltəməyə və onun tabeliyindən çıxmağa çalışırdı.[30][16] III Mömin Vaçaqanın hakimiyyəti dövründə, müasir Azərbaycanın Ağdam bölgəsində 498-ci ildə toplanan Aquen kilsə məclisi toplandı. Vaçaqan tərəfində çağırılan kilsə məclisi xristianlığın Albaniyada daha da möhkəmləndirilməsi üçün qanunlar qəbul etməli idi. Məclis, Kilsənin strukturunu, funksiyalarını, dövlətlə münasibətlərini və hüquqi statusunu rəsmi şəkildə tənzimləyən iyirmi bir bənddən ibarət bir kodeks hazırladı. III Vaçaqan, Qafqaz Albaniyasını xristianlaşdırmaqda və krallığının hər tərəfindəki monastırlara ruhani heyət təyin etməkdə fəal iştirak etdi.[16]
Atropatenaya xristianlıq çox az təsir göstərmişdir. Bura Zərdüştün meydana çıxmasından etibarən zərdüştlük dininə etiqad edən insanların mərkəzlərindən birinə çevrilmişdi. Zərdüştlüyün qədimliyi, Avestanın coğrafiyası haqqında məlumatın az olması kimi faktlar Zərdüştün doğulma yeri haqqında qeyri-müəyyənliyə səbəb olmuşdur. Nəticədə, bəziləri onun doğum yeri olaraq Atropatenanı irəli sürmüşdülər. Nəticədə bu iddialar Zərdüştün doğu yeri olaraq onun ortaya çıxdığı yer olan şərqdə deyil, Atropatenanın göstərilməsinə yol açdı.[31][32][33]
Eyni zamanda Atropatena Zərdüştlüyün yaranmasından ərəb işğallarının başlamasına qədər keçən zaman ərzində fasiləsiz olaraq Zərdüştlük hakimiyyəti altında qalan yeganə yer hesab edilir. Bu dövr ərzindö yeganə istisna kimi Makedoniyalı İsgəndərin qısamüddətli hakimiyyəti göstərilə bilər.[34] Sasani sülaləsinin hakimiyyətə gəlməsindən sonra Parf ənənələri yerinə Midiya ənənələrini üstün tutan yeni şahlar Atropatenaya xüsusi önəm verdilər.[35] Çünki Midiya və Zərdüştlük ənənəsində Atropatena xüsusi yer almaqda idi.[36]
Sosio-iqtisadi və mədəni həyat
redaktəSasani hakimiyyəti dövründə Albaniyada torpaq hakimliyinin iki növü mövcud idi: irsi torpaq sahibliyi olan və dastakert adlanan, xostak adlanan və şərti istifadədə olan torpaq sahibliyi. dastakert icma torpaq sahibliyi formasının çöküşündən sonra ortaya çıxmışdı və dövlət tərəfindən hakim sinif arasında paylaşdırılırdı. Xostak isə feodal vassallara verilməkdə idi. Albaniyada eyniz amanda icma torpaq sahibliyinə də tez-tez rast gəlinməkdə idi. Burada müəyyən qədər torpağa sahib olan azad kəndlilər uzun müddət mövcud oldular. Belə kəndlilər hökdmarın xəzinəsinə vergi ödəyir və müəyyən edilmiş məcburi işləri yerinə yetirirdilər.[37][38][39][40]
V və VI əsrlərdə Albaniyada feodal siniflər formalaşmağa başladı. Bu sosial siniflər müxtəlif terminlərlə ifadə edilməkdədirlər. Amma əsasən azad, naxarar və kəndlilər üçün şinakan kimi ifadələrdən istifadə edilir. Naxararlar vergilərdən azad edilmişdilər. Onların əsas tapşırığı hökmdara hərbi xidmət göstərmək idi və bunun müqabilində onların bəziləri bütün əyalətləri və bölgələri idarə etməkdə idilər. I Xosrovun (512–514) hakimiyyəti illərdə Azərbaycanda 20–50 yaş aralığında olan bütün kişilər vergiyə tabe etdirilmişdilər. Ancaq din adamları, hərbçilər, aristokratlar və katiblər bu vergilərdən azad edilmişdilər.[40]
Erkən orta əsrlərdə Azərbaycanda xeyli sayda müdafiə qalaları mövcud idi. Şirvan divarı Gilgil çayı boyunca, Beşbarmaq divarının şimalından 23 km məsafədə inşa edilmişdi. Beşbarmaq divarı Xəzər dənizi sahilindən başlayır və Babadaq ilə Gilgiçaya qədər uzanmaqda idi. Çıraqqala Quba bölgəsindəki meşələrin ən hündür yerində inşa edilmişdi. Bir digər istehkam Samur çayının şimal sahili tərəfdə inşa edilmişdi. Alazan şayı sahilindəki Torpaqqala, Ağdam rayonundakı Gavurqala, İsmayıllıdakı Cavanşir qala, Ağdərədəki Çiləbürt qalalaları da Sasani hakimiyyəti dövründə, əsasən yerli hökmdarlar tərəfindən inşa edilib.[6]
Ərəb işğalı
redaktəTarixi
redaktəƏl-Valid öz ordusunun bir hissəsini ayıraraq Azərbaycan istiqamətinə göndərdi. Bu qrupun bir hissəsi Salman ibn Rəbiənin komandanlığı altında Araz boyu ərazilərə, digər hissəsi isə Həbib ibn Məsləmənin komandanlığı altında Naxçıvana göndərildi. Həbib Naxçıvan əhalisi ilə müqavilə imzaladı. Müqavilədə yerli əhalinin xərac və cizyə verməsi nəzərdə tutulmuşdu. Salmanın ordusu isə Arana hərəkət etdi və Beyləqanı ələ keçirdi. Bərdəyə hücum edən ərəb ordusu yerli əhalinin müqaviməti ilə qarşılaşdı. Lakin yerlilərin müqaviməti qırıldı və onlar da ərəblərlə müqavilə imzalamağa məcbur edildilər. Öz yürüşünü davam etdirən Salman Kür çayının sol sahilinə də keçdi və Qəbələ, Şəki, Şakasen, Şirvan hakimləri ilə müqavilələr imzaladı.[7][28][41][42][43] 652-ci ildə Bab əl-Əbvan (Dərbənd) də ərəblər tərəfindən ələ keirildi. Dərbəndin ələ keçirilməsindən sonra şimala doğru yürüşünü davam etdirən Salman Xəzər imperiyası ordusu ilə toqquşmağa məcbur oldu. Birinci Bələncə döyüşündə ərəblər məğlub edildilər və Salman döyüşdə öldürüldü. 655-ci ildə Ərəb xilafəti Həbib ibn Məsləmənin rəhbərliyi altında Qafqaza yeni bir ordu göndərdi.[44]
Bu ərəb işğalları zamanı Qafqaz Azərbaycanı və ya Şimali Azərbaycan ərəblərə yalnız vassal olaraq tabe oldu.[5]
Xəzər-Ərəb müharibələri
redaktəBirinci Fitnənin və ya İlk Müsəlman Vətəndaş müharibəsinin ortaya çıxmasına, eləcə də digər cəbhələrin daha vacib olmasına görə ərəblər VIII əsrin əvvəllərinə qədər xəzərlərin üzərinə yeni hücuma başlamaqdan çəkindilər. Xəzərlər də öz növbələrində bu zaman ərzində Cənubi Qafqaz torpaqlarına bir neçə yağma yürüşü təşkil etməklə kifayətləndilər. Bu zaman buradakı kiçik qurumlar üzərində o qədər də güclü olmayan ərəb hakimiyyətu var idi. Belə yürüşlərin birində, yəni 662-ci ildə onlar yerli hökmdar tərəfindən məğlub edildilər. Lakin 683 və ya 685-ci ildə, xilafətin mərkəzində qarışıqlıq hökm sürən zamankı yürüş daha uğurlu oldu və xəzərlər xeyli sayda mal-mülk, eləcə də əsir ələ keçirdilər.[44][45][46][47]
722–723-cü illərdə xəzərlər ərəb hakimiyyəti altında olan Cənubi Qafqaza yenidən hücum etdilər. Lakin bölgədəki ərəb orduları komandanı əl-Cərrah əl-Hakemi bölgəni uğurla müdafiə etməyi bacarıb xəzərləri Xəzər dənizi boyunca geri çəkilməyə vadar etdi. O, hücumu daha da artıraraq Dərbəndi xəzərlərdən geri alıb şimala doğru irəlilədi. Nəticədə xəzərlərin paytaxtı olan Bələncə ələ keçirildi və Qəbələ ətrafında xeyli sayda əsir götürüldü. Şəkiyə geri dönən əl-Cərray xeyli sayda mal-mülk, eləcə də ələ keçirilmiş xəzər əsirləri gətirib orada qarnizon olaraq möhkəmləndi.[44][48][45]
730-cu illər boyunca xəzərlərlə ərəblər Dərbəndə görə müharibə etdilər. Nəticədə 732-ci ildə şəhər ərəb komandanı Məsləmə ibn Əbd əl-Malik tərəfindən ələ keçirildi. 737-ci ildə də ərəblər xəzərləri mğlub etməyi bacardılar və ərəb komandanı Mərvan ibn Məhəmməd "Alan qapılarından" keçərək Xəzər imperiyasının mərkəzi bölgələrinə daxil oldu. Xəzər xaqanı əsir olaraq ələ keçirildikdən sonra Mərvan Qafqazın cənubuna geri döndü. Beləliklə də xəzərlərin Cənubi Qafqazı ələ keçirmək üçün həyata keçirdikləri cəhdlər uğursuzluqla nəticələndi.[44]
Xilafətə qarşı üsyanlar
redaktəÜsyanların səbəbləri
redaktəƏməvi sülaləsi daxilindəki qarışıqlıq və onların hakimiyyəti altındakı xalqların mərkəzin siyasətindən narazılıqları xilafətdə sosi-siyasi olaraq etirazların meydana çıxmasına səbəb oldu. Nəticədə VIII əsrin ortalarında Abbasilər sülaləsi hakimiyyəti ələ almağı bacardı. Lakin bu hadisə Aranda yaşayan insanların həyatlarının yaxşılaşması yönündə heç bir dəyişikliyə yol açmadı. Ababsilər dövründən etibarən əhalidən toplanan verginin çox az bir hissəsi natura formasında toplandı. Bunun əksinə Əməvilər dövründə vergilərin çoxu ərzaq və ya məhsul formasında natura kimi toplanmaqda idi.[49][50][51]
İlk üsyanlar
redaktə748-ci ildə Əməvi sülaləsinə qarşı Beyləqanda üsyan başladı. Üsyana əl-Qəssab ləqəbi ilə tanınan Müsafir ibn Kəsir rəhbərlik etməkdə idi. Üsyanın başladılması üçün ilham qaynağı əl-Dəhhak ibn Qeys əl-Şeybani, yəni Xaricilərin rəhbərinin İraqda başlatdığı üsyan idi. Beyləqanın yerli feodalları olan Hatib ibn Sadl və İbban ibn Mənsur xaricilərlə xəlifə arasındakı mübarizə öz maraqlarına görə xəlifəni müdafiə etməkdə idilər. Buna görə də onlar birləşərək Beyləqana hücum etdilər. Beyləqanın üsyançı sakinləri Aranı ələ keçirdilər və həbsdə saxlanılan hər bir kəsi — əmir istisna olmaqla — azad etdilər. Burada qazanılan uğurdan həvəslənən üsyançılar Bərdəyə doğru yürüşə başladılar. Üsyançılar Bərdədəki yerli qarnizonu darmadağın etdilər və yerli hakim Asim ibn Yezidi öldürdülər. Əməvilər tərəfindən göndərilnə cəza ordusu uğur qazana bilmədi və üsyanı yatıra bilmədi. Lakin Əməvilərin Abbasilər tərəfindən dəyişdirilməsindən sonra yeni sülalə üsyançılar qarşısında tarazlıq formalaşdıra bildi. Beyləqan əhalisi cəzalandırıldı və üsyanın rəhbərləri Müsavir də daxil olmaqla öldürüldülər. Bu zaman Şəmkir əhalisi 752-ci ildə şəhərə məskunlaşdırılan ərəblərə etiraz olaraq üsyana başladılar. Lakin qısa müddət sonra Abbasilər bu üsyanı da yatırmağı bacardılar.[52]
Xürrəmlilər üsyanı
redaktəXürrəmilər Ərəb işğalına qarşı formalaşmış dini və siyasi hərəkat idi. Xürrəmilərin Zərdüşt dininin və Məzdək hərəkatının təsirlərini daşıdıqları iddia edilir.[53] Eyni zamanda onların Qızılbaş hərəkatına da spiritual anlamda təsir etdikləri iddia edilməkdədir.[54]
Azərbaycandakı Xürrəmilər hərəkatı daha çox Cavidan ilə assosiasiya edilməkdə idi. O, 817-ci ilə qədər edilmiş üsyana rəhbərlik etmişdir və mərkəzi Araz çayı yaxınlığında yerləşən Bəzz qalası idi. Xürrəmilər hərəkatının bir digər rəhbərlərindən olan Əbu İmran ilə Cavidan münaqişə içində idilər. Təxminən 816 və ya 817-ci ildə baş vermiş dyüşdə Əbu İmran məğlub olub öldü. Cavidan isə yaralandı və aldığı yaralara görə üç gün sonra vəfat etdi. Cavidanın yerinə hərəkata rəhbərlik Babəkə keçdi və o, Cavidanın dul arvadı ilə evləndi.[55][56]
Əl-Təbəri bildirir ki, Babək ilk üsyanına 816–817-ci ildə başlamışdır. Bu zaman xəlifə əl-Məmun digər məsələlərlə məşğul olduğu üçün bu üsyana az diqqət ayırmışdır. Bundan istifadə edən üsyançıların fəaliyyət istiqamətinin genişlənməsindən sonra xəlifə sərkərdəsi Yahya ibn Muadhı onun üzərinə göndərdi. 819–820-ci illərdə baş vermiş döyüşlərdə Babəki məğlub etmək mümkün olmadı. Bundan iki il sonra Babəkin qüvvələri İsa ibn Məhəmməd ibn Əbu Xalidin rəhbərliyindəki ərəb ordusunu da məğlub etməyi bacardı. Xəlifənni vəfat etdiyi 833-cü ilə qədər Babəki məğlub etmək mümkün olmadı. Dövrün ərəb tarixçiləri bunu Babəkin Bəzz qalasında yerləşməsi və bu coğrafiyanın dağlıq olduğuna görə xəlifə ordusu üçün əlçatmazlığı ilə əlaqələndirirlər. Bu zaman Babəkin nüfuzu genişlənmiş və demək olar ki, bütün Azərbaycan ərazisinə yayılmışdı.[57][58][49]
833-cü ildə Xürrəmilər Babəkin rəhbərliyi altında ilk dəfə məğlub edildilər. Əl-təbəri və Əli ibn əl-Əsirin verdiyi məlumata görə məğlubiyyətdən sonra 60 min üsyançı qətlə yetirilmişdilər.[56]
835-ci ildə Xəlifə əl-Mötəsim Uşrusananın vassal hökmdarının oğlu və xilafətin əsas komandanlarından olan Heydər ibn Kavus əl-Afşini orduya komandan təyin edərək Babəkin üzərinə göndərdi. Mötəsim Afşinə təyin etdiyi ödəmə miqdarı və təminat normal olandan çox yuxarı idi. Tarixçi Səif Nəfisinin bildirdiyinə görə, Afşin Babəkin casuslarına ondan daha çox ödəmə edərək öz tərəfinə çəkməyi bacarmışdı. Afşin onun tərəfindən Buğa əl-Kəbirə pul göndərildiyi məlumatının Babək tərəfindən bilindiyindən və onun hücuma hazırlaşdığından xəbər tutduqdan sonra öz planını işə saldı. O, bundan Babəki tam əməkdaşlığa məcbur etmək üçün istifadə etdi. Nəticədə Babəkin komandirləri öldürüldülər və özü Bəzz qalasına sığınmağa məcbur oldu.[56][55][59]
Afşinin ayrılmasından öncə xəlifə Əbu Səid Məhəmmədin komandanlığı altında bir ordu göndərərək onlara xürrəmilər tərəfindən Zəncan ilə Ərdəbil arasında dağıdılmış qalaları bərpa etməyi tapşırdı. Müaviyə adlı şəxsin rəhbərliyi altında hücuma keçən xürrəmilər məğlub edildilər. Bu hadisə əl-Təbəri tərəfindən xürrəmilərin ilk məğlubiyyəti kimi qeyd edilir.[56]
Xürrəmilər ilə Abbasi ordusu arasında son döyüş 837-ci ildə Bəzz qalası ətrafında baş verdi. Xürrəmilər məğlub edildilər və Afşin Bəzz qalasına çatdı. Qala ələ keçirildikdən sonra Babək Araz çayı yaxınlığına getdi. Onun hədəfi Bizans imperiyasına getmək, yeni qüvvələr toplamaq və mübarizəyə davam etmək idi. Bundan sonra elan edildi ki, xəlifə əl-Mötəsim Babəki diri təhvil verənə 2 milyon dirhəm mükafat təyin etmişdir. Babəkin keçmiş müttəfiqi Səhl ibn Sumbat onu əsir tutaraq Abbasilərə təhvil verdi. Bundan sonra 14 mart 838-ci ildə Babək Samirə şəhərində edam edildi.[56][60][61]
Ababsilərin xürrəmiləri cəzalandırmaq üçün tədbirlər görməsindən sonra minlərlə xürrəmi Bizans imperiyasına qaçdı. Onları burada Bizans imperatoru Feofilos xoş bir şəkildə qarşıladı. Bizansa gedənlərin bir çoxu burada orduya qatıldılar. Onlara komandanlıq isə xürrəmi olmuş, indi isə xristianlığı qəbul etmiş Feophobosa tapşırıldı.[62][63][64]
İdarəçilik siyasəti
redaktəHəm Raşidun, həm də ilk Əməvi hökmdarları dövründə Sasani imperiyasının son dövründəki idarəçilik sistemi saxlanılmışdı. Dövlətin hər bir yeri əyalətlərə, əyalətlər mahallara, mahallar da daha kiçik inzibati vahidlərə bölünmüşdülər. Bir qədər sonra xilafət böyük əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdı. Abbasilər dövründə əmirliklərin sayı daha da böyüdü. Əmirliklər mahallara və məntəqələrə bölündülər. Əmirliyi idarə edən şəxs əmir adlandırılırdı və şəxsən xəlifə tərəfindən vəzifəyə təyin edilirdi. Şimali Azərbaycan ərazisi ilk növbədə dördüncü, daha sonra isə üçüncü əmirliyə daxil edilmişdi.[65]
Xilafətin ordusuna ilkin dövrlərdə yalnız müsəlman ərəblər daimi hərbçi kimi daxil edilirdilər. Xifatəin ərazisinə yeni ərazilər daxil olduqca İslamı qəbul etmiş qeyri-ərəblərin də orduya daxil edilməsinə icazə verildi. Sonda isə zimmi adlandırılan qeyri-müsəlmanların da orduya daxil edilməsinə icazə verildi. Belə şəxslər cizyə vergisi ödəməkdən azad edilirdilər. Buna əlavə olaraq, ərəblər ələ keçirdikləri yerlərdə möhkəmlənmək üçün Ərəbistan yarımadasından xeyli sayda ailələri fəth edilmiş yerlərə köçürməyə başladılar. Bunda məqsəd bu yerlərdə daha etibarlı sosial mühit formalaşdırmaq idi. Nəticədə xeyli sayda ərəb ailəsi Azərbaycana köçürüldü.[66][49][67]
Ərəb hakimiyyəti altında Azərbaycan bölgələrində vergilər cizyə, xərac və xümsə bölünməkdə idi. Cizyə imperiya ərazisində daimi yaşayan qeyri-müsəlmanlardan, yəni zimmilərdən alınan vergi idi. Xərac kənd təsərrüfatı torpaqlarından və ondan toplanan məhsuldan alınırdı. Əgər zimmi dövlətə xüsusi hər hansısa xidmət edərdisə onun cizyə vergisindən azad edilməsi hadisələri də baş verirdi. Xüms daşına bilən əmlakın beşdə biri hissəsindən və münbit torpaqlardan alınırdı. Müsəlman əhalisi eni zamanda zəkat vergisi də verirdi. Bu vergi dini məcburiyyət və ya vergi kimi mövcud idi. Xeyriyyəçilik vergisi olan Zəkat mal-heyvandan, bitkilərdən, meyvələrdən, qızıl və gümüşdən, əl işlərindən alınmaqda idi. Zəkat din insanlarının, yetimlərin və fiziki məhdudiyyətli insanların ehtiyayclarının qarşılanmasına xərclənirdi. Abşeronda olan neft qaynaqları və duz göllərindən də vergi alınmaqda idi.[68][69][70][71][72][73]
İqtisadiyyat
redaktəDaha əvvəl yavaş inkişaf edən düyü sənayesi sürətlə böyüməyə başlamış və Azərbaycanın iqtisadi həyatında daha mühüm rol oynamışdır. IX–X əsrlərdə düyü əkinçiliyi Şabran, Şirvan, Şəki və Lənkəran bölgələrində geniş yayılmışdı. Həmin dövrdə Azərbaycanda kətan və pambıq əkinçiliyi də geniş yayılmışdı. Muğan, Mil və digər düzənliklərin suvarılması pambıqçılığın artması üçün xüsusi şərait yaratmışdı.[5]
Ticarətin inkişafı dəvəçiliyin sürətli inkişafına zəmin yaratmışdır. Orta əsrlərdə Azərbaycanda təkhürgüclü və ikihürgüclü dəvələrdən istifadə olunurdu. Dəvələr həmçinin Azərbaycanın yarımköçəri maldarlığın üstünlük təşkil etdiyi dağlıq bölgələrində də geniş yayılmışdır.[5]
Şəhərlər
redaktəIX əsrdə toxuculuq Azərbaycandakı şəhərlərdə yüksək inkişaf səviyyəsinə çatmışdı. Əl-İstəxri və Hüdud əl-Aləm X əsrdə qeyd edirdilər ki, bir çox ağac əkən və çoxlu ipək istehsal edən şəhərlər arasında Bərdəyə bərabər bir şəhər yox idi. Arranın digər bölgələri arasında isə Şabran və Şirvanda da baramaçılıq inkişaf etmişdi.[6]
Həmin dövrdə "Arranın Anası" kimi tanınan və xilafətin əmirlərinin iqamətgahı olan Bərdə təkcə Azərbaycanda deyil, bütün Qafqazda ən böyük yaşayış məskəni idi. Bərdənin "Kürki" bazarı Orta Şərqin ən məşhur ticarət mərkəzlərindən biri sayılırdı.[42]
Xilafət dövründə Gəncə Azərbaycanın ən böyük şəhərlərindən biri idi.[74][6] Yerli sənətkarlar daxili və xarici bazarlar üçün Naxçıvanda paltar, xalça və xaləndc (dəmir ağacı) ağacından hazırlanmış məişət əşyaları istehsal edirdilər. Şirvan və Şamaxı şəhərləri ipək məmulatları ilə məşhur idi. İpək və ipəkdən hazırlanmış geyimlər Qafqaz və Orta Şərqin digər şəhərlərinə ixrac edilirdi.[6][75]
IX–XI əsrlər feodal dövlətləri
redaktəƏrəb xilafətinin hərbi və siyasi gücünün zəifləməsi, eləcə də mərkəzi hakimiyyətə tabe olmamaq tendensiyasının yayılması nəticəsində bəzi əyalətlər IX və ya X əsrin əvvəllərində ondan ayrılmağa başladılar. Şirvanşahlar, Şəddadilər, Salarilər, Sacilər kimi dövlətlər də məhz Azərbaycan ərazisində bu zaman formalaşdılar.[76][77][78][79]
Şirvanşahlar
redaktə861-ci ildə formalaşan Şirvanşahlar sülaləsi Şirvan bölgəsini 1538-ci ilə qədər idarə etmişdilər. Bu dövlətin sərhədləri əsasən Dərbənddən Kür çayına qədər yayılmaqda idi. İbn Xordadbeyin bildirdiyinə görə, Şirvanşah sözünün mənası Şirvan bölgəsinin şahı anlamına gəlməkdə idi və ilk dəfə bu titul Sasani imperiyasın hökmdarı I Ərdəşir tərəfindən verilmişdi.[80]
VIII əsrin sonlarından etibarən Şirvan Ərəb mənşəli Yəzid ibn Mazyad əl-Şeybani (ö. 801) ailəsinin hakimiyyəti altında olmuşdur. O, Abbasi xəlifəsi Harun əl-Rəşid tərəfindən bölgənin valisi təyin edilmişdi.[76][79] Onun nəslindən olan Yəzidilər XIV əsrə qədər Şirvanda müstəqil hakimlər kimi idarəçilik etmişdilər.[76] Yəzidilər, əsli Şeyban tayfasından olan, Abbasi ordusunun yüksəkrütbəli generalları və valiləri olan ərəblər idi.[79] 861-ci ildə xəlifə əl-Mütəvəkkilin ölümündən sonra Abbasi xilafətindəki çaxnaşmalar zamanı Yəzid ibn Mazyad əl-Şeybaninin nəvəsi Heysəm ibn Xalid müstəqilliyini elan edərək Şirvanşah titulunu qəbul etmişdi. Bu sülalə Şirvan bölgəsini fasiləsiz olaraq ya müstəqil dövlət kimi, ya da vassal dövlət olaraq Səfəvilər dövrünə qədər idarə etmişdir.[79]
Vladimir özünün "X-XI əsrlərdə Şirvan və Dərbənd tarixi" əsərində Şirvanşah titulunu daşıyan dörd sülalənin adını çəkməkdədir:
- Şirvanşahlar — özlərinin şimal sərhədlərini qorumaq üçün Sasanilər tərəfindən bu titul verilən sülalə
- Məzyədilər
- Kəsranilər
- Dərbənd şirvanşahları və ya Dərbəndi sülaləsi[79][81]
Əl-Məsudiyə görə, 917-ci ildə rus tacirləri Don çayı vasitəsilə 500 gəmi ilə Şirvan və Xəzər bölgələrinə hücum etmişdilər. Şirvan hökmdarı Əli ibn Heysəm donanmaya sahib olmadığı üçün rus tacirləri bölgəni talan etmiş və onu taxtdan salmışdılar.[78][82] 2015 Anonim mənbə "Hüdud əl-Aləm"ın məlumatına görə, Şirvanşahlar 917-ci ildə Layman bölgəsini özlərinə birləşdirmişdilər. Daha sonra, 918-ci ildə Şirvanşah Əbu Tahir Yəzid (917–948) Şamaxını (Yəzidiyyə) bərpa etmiş və paytaxtı bu şəhərə köçürmüşdü.[78][82]
Əhməd ibn Məhəmmədin hakimiyyəti dövründə Şirvanşah dövləti bir müddət Salarilər sülaləsindən asılı vəziyyətə düşmüş, Salarilərin süqutundan sonra isə yenidən müstəqillik əldə etmişdi.
Əhmədin ölümündən sonra onun oğlu Məhəmməd on il (981–991) hakimiyyətdə olmuşdur. İlk dövrlərdə Məhəmməd Qəbələ şəhərini dövlətinə daxil edə bilmişdir. 983-cü ildə o, Şabran qalasının divarlarını bərpa etmiş, daha sonra Bərdəni ələ keçirmiş və Musanı oranın valisi təyin etmişdir. Tabasaran və Şəki də Şirvanşahlara tabe edilmişdir.[78]
X əsrin sonu və XI əsrin əvvəllərində onlar Dərbəndə qarşı müharibələrə başlamış və bu rəqabət əsrlər boyu davam etmişdir. 1030-cu illərdə Şirvanşahlar Rus və Alanların basqınlarını dəf etməli olmuşdular.[83] Məzyədilər sülaləsinin sonuncu hökmdarı Yəzid ibn Əhməd idi. 1027-ci ildən 1382-ci ilə qədər Şirvanşahları Kəsranilər idarə etməyə başlamışdılar. 1032 və 1033-cü illərdə Alanlar Şamaxıya hücum etmiş, lakin Şirvanşahların qoşunları tərəfindən məğlub edilmişdilər.[78] Kəsrani sülaləsi dövləti müstəqil şəkildə idarə etmiş, lakin 1066-cı ildə Səlcuq tayfaları Azərbaycana gəldikdə, Şirvanşah I Fəribürz onlardan asılılığı qəbul edərək daxili müstəqilliyini qoruyub saxlamışdı.[76][80][79]
Lakin, 1080-ci illərdə Fəriburz qonşularının Səlcuq istilası nəticəsində zəifləməsindən istifadə edərək hakimiyyətini Arana qədər genişləndirmiş və Gəncəyə vali təyin etmişdir.[83]
Sacilər sülaləsi
redaktəSaci sülaləsi 881-ci ildən 929-cu ilə qədər Azərbaycanı idarə edən müsəlman sülalədir. Sacilər Azərbaycanı ilk əvvəllərdə Marağa və Bərdədən, daha sonra isə Ərdəbil şəhərindən idarə etmişdirlər.[49]
Məhəmməd ibn Əbu Sac Azərbaycanın ilk Saci hökmdarı Əbu Sac Divdadın oğlu idi. O, ilk dəfə 889 və ya 890-cı ildə bu vəzifəyə təyin edilmişdir. Məhəmmədin atası olan Əbu Sac Divdad ilk əvvəllərdə Uşrusananın şahzadəsi Afşin Heydərin komandanlığı altında döyüşmüşdür. O, Afşinin Babəkə qarşı olan yürüşündə iştirak etmiş, daha sonra isə xəlifəyə xidmət etmişdir. Xilafətə göstərdikləri xidmətə görə onlar imperiyanın ən varlı əyalətlərindən biri hesab edilən Azərbaycan ilə mükafatlandırılmışdırlar.[84] IX əsrin sonlarına doğru mərkəzi hakimiyyət olan Abbasilər xilafəti zəifləməyə başlamışdı. Belə bir şəraitdə Sacilər müstəqilləşməyə başladılar. Əsrin sonlarına doğru Məhəmməd ibn Əbu Sac öz adına sikkələr zərb etdirməyə başladı və Cənubi Qafqazın yerdə qalan hissəsini də tədricən öz dövlətinə qatdı. Sacilərin ilk paytaxtı Marağa şəhəri idi, lakin buna baxmayaraq, Sacilər daha çox Bərdə şəhərində yaşamaqda idilər.[85][49][86]
Yusif ibn Əbu Sac 901-ci ildə hakimiyyətə gəldi. Onun hakimiyyəti dövründə Marağanın divarları sökdürüldü və paytaxt Ərdəbil köçürüldü. Bu zaman dövlətin şərq sərhədləri Xəzər dənizi sahillərinə, qərb sərhədləri isə Ani və Dəbil şəhərlərinə qədər uzanmaqda idi. Yusif ibn Əbu Sacın xəlifə ilə olan münasibətləri yaxşı deyildi. 908-ci ildə xəlifə Yusifə qarşı ordu göndərsə də, özü oldu. Ondan sonra xəlifə olan əl-Müqtədir daha böyük ordu ilə Yusifi məğlub edib illik 120 min dinar verməyə məcbur etdi. Yusif bundan sonra xəlifə ilə sülhə əsaslanan münasibətlər formalaşdırdı. Bu cür münasibətlərin formalaşdırılmasında xəlifənin vəziri olan Əbülhəsən Əli ibn əl-Furat önəmli rol oynamışdı. Buna görə də Yusif onu özünün Bağdaddakı himayədarı hesab edirdi və kəsdirdiyi sikkələrdə bəzən onun adına da yer verirdi. Bağddaddakı hökumət ilə bu cür münasibətlərin formalaşdırılması Yusifə öz hakimliyini bütün Azərbaycanda olmaqla xəlifəyə qəbul etdirməsinə yol açdı. Bu hadisə 909-cu ildə baş verdi.[87][88][89]
Yusif özünün himayədarı olan vəzir əl-Furatın 912-ci ildə vəzifəsindən azad edilməsindən sonra xilafət xəzinəsinə ödədiyi illik vergini göndərməyi saxladı.[90][12] Azərbaycanlı tarixçi Abbasqulu ağa Bakıxanovun bildirdiyinə görə, 908–909-cu illərdən 919-cu ilə qədər Sacilər Şirvanşahları da özlərindən asılı vəziyyətə salmışdılar. Beləliklə, X əsrin əvvəllərində Sacilərin idarə etdikləri ərazilərə cənubda Zəncandan şimalda Dərbəndə, şərqdə Xəzər dənizinə, qərbdə isə Ani və Dəbil şəhərlərinə qədər olan ərazilər daxil idi. Göründüyü kimi bu dövlətə həm müasir Azərbaycan Respublikasının, həm də Cənubi Azərbaycan ərazilərinin əksər hissəsi daxil idi.[90]
Yusifin hakimiyyəti dövründə slavyan yağmaçıları 913–914-cü illərdə Volqadan gələrək Saci bölgələrinə hücuma keçdilər. Yusif Dərbənd divarlarını möhkəmləndirərək dövlətin sərhədlərini qorumağa çalışdı. O, eyni zamanda qala divarının dənizdəki olan və dağıdılmış hissələrini də bərpa etdirdi.[91]
914-cü ildə o, Gürcüstana doğru yürüşə çıxdı və özünün hərbi əməliyyatlarının mərkəzi kimi Tiflis şəhərini seçdi. O, ilk növbədə Kaxeti şəhərini ələ keçirib, Ucarma və Boçarma qalalarını işğa etdi. Bundan əlavə yerləri də ələ keçirərək geri döndü.[12] [5]
Yusifin ölümündən sonra Saci sülaləsinindən olan hakim fəth ibn Məhəmməf ibn Əbu Sac Ərdəbildə özünün qullarından biri tərəfindən zəhərlənərək öldürüldü. Ondan sonra hakimiyyətə gələn Deysəm ibn İbrahim Deyləm hakimi Mərzban ibn Məhəmmd tərəfindən məğlub edildi. Mərzban ibn Məhəmməd Saci sülaləsinin hakimiyyətinə son qoydu və Salari sülaləsinin əsasını qoydu. Saları dövləti 941-ci ildə mərkəzi Ərdəbil şəhəri olmaqla formalaşdı.[12] [5][86]
Salarilər sülaləsi
redaktəSalarilər 941-ci ildən 979-cu ilə qədər Azərbaycan və İran Azərbaycanının ərazisində hakimiyyət sürən bir İslam sülaləsi idi.[92][12] Mərzban ibn Məhəmməd Sacilər dövlətinin mövcudluğuna son qoyaraq, 941-ci ildə Salarilər sülaləsinin əsasını qoymuşdur. O, Dəyləmdə hakimiyyət sürən Musafirilər sülaləsinin banisi Məhəmməd ibn Musafirin oğlu idi. 941-ci ildə Mərzban qardaşı Vahsudanla birgə atalarını devirmişdilər. Həmin ildə Mərzban Azərbaycanı fəth etmək məqsədilə yola çıxmış, Ərdəbili və Təbrizi ələ keçirmiş, daha sonra hakimiyyətini Bərdə, Dərbənd və Azərbaycanın şimal-qərb bölgələrinə qədər genişləndirmişdir. Şirvanşahlar vasalı Mərzbanın vassalı olmağı qəbul etmiş və xərac ödəməyə razılaşmışdır. Clifford Edmund, Bosworth (1996). The New Islamic Dynasties. Columbia University Press. ISBN 978–0231107143.[12][83]
943–944-cü illərdə ruslar Xəzər bölgəsinə əvvəlki 913/14-cü il yürüşündən daha qəddar bir kampaniya təşkil etmişdilər. Bu kampaniyanın bölgənin iqtisadi vəziyyətinə təsiri nəticəsində Bərdə böyük şəhər mövqeyini itirmiş və bu mövqe Gəncəyə keçmişdir.[42][42][93] Salari ordusu onlarla döyüşdə bir neçə dəfə məğlub edilmişdi. Ruslar Aran bölgəsinin paytaxtı Bərdəni ələ keçirmiş, yerli əhalinin öz dinlərini saxlamağa icazə vermiş, əvəzində isə öz ağalıqlarının tanınmasını tələb etmişdilər. Bəzi tarixçilər rusların daimi məskunlaşmaq niyyətində olduqlarını qeyd etməkdədirlər. İbn Miskəveyhin verdiyi məlumata görə, yerli əhali ruslarla bağlanan sülhü pozaraq, onlara daşlar atmış və müxtəlif təhqirlərə yol vermişdir. Buna cavab olaraq ruslar şəhər əhalisinin oranı tərk etməsini tələb etmişdir. Bu ultimatum rədd edilmiş və ruslar şəhər sakinlərini qətl etmiş, bir çoxlarını isə fidyə qarşılığında saxlamışdır. Qırğın qısa bir müddət üçün danışıqlar səbəbilə dayandırılmış, lakin danışıqlar uğursuzluqla nəticələnmişdir. Ruslar Bərdədə bir neçə ay qalmış, oranı ətraf bölgələri talamaq üçün baza kimi istifadə etmiş və böyük qənimətlər toplamışdılar.[12]
Şəhər yalnız ruslar arasında baş verən dizenteriya epidemiyası ilə xilas ola bilmişdir. Daha sonra Mərzban Bərdəyə mühasirə etmiş, lakin Mosulun Həmdani əmiri əl-Hüseynin hücum etdiyini öyrənmişdir. Mərzban rusları nəzarət altında saxlamaq üçün kiçik bir qüvvə buraxaraq, 945–946-cı illərin qış kampaniyasında əl-Hüseyni məğlub etmişdir. Bu vaxt ruslar əldə edə bildikləri bütün qənimət və əsirlərlə şəhəri tərk etməyə qərar vermişlər.[12] 948-ci ildə Mərzuban Həmədan və İsfahan hökmdarı Rükn əd-Dövlə tərəfindən məğlub edilərək, Samiram qalasında əsir götürülmüşdür. Bundan sonra Səllarilər ərazisi Mərzbanın qardaşı Vahsudan, onun oğulları və Sacilərdən Deysəm arasında hakimiyyət uğrunda amansız mübarizənin mərkəzinə çevrilmişdir. Mərkəzi hakimiyyətdəki bu müvəqqəti zəiflik Rəvvadilərə Təbrizin şimal-şərqindəki, Şəddadilərə isə Dvinin ətrafındakı əraziləri ələ keçirmək imkanı vermişdir.[12]
Vilferd Madelunqun bildirdiyinə görə, Salarilərdən İbrahim ibn Mərzban öz hakimiyyətini Şirvan və Dərbənd hakimlərinə də qəbul etdirməyi bacarmışdır. Lakin Salarilər 971-ci ildə Gəncədə möhkəmlənən Şəddadi hakimiyyətini də tanımağa məcbur edilmişdilər. Onlar sonra Azərbaycana gələn Səlcuqlular tərəfindən yox edildilər.[12][94]
Mərzban qardaşı Vəhsudanı özünün varisi elan etmişdi. Vəhsudan Azərbaycana gəldiyi zaman qala komandanları ona tabe olmaqdan imtina etdilər və onun əvəzinə Mərzbanın oğlu Yustanı özlərinin hakimi kimi tanıdılar. Azərbaycanda öz hakimiyyətini qurmağa nail ola bilməyən Vəhsudan məcbur Taroma geri döndü. Beləliklə, Yustan Azərbaycan hakimi kimi, onun qardaşı İbrahim isə Dvin hakimi kimi tanınmağı bacardılar. Qaynaqlardan göründüyü qədərilə Yustan daha çox hərəmdə vaxt keçirməyi üstün tuturdu və bu da onun bəzi dəstəkçilərinin ona dəstək verməmələrinə yol açmışdı. Lakin o və qardaşı İbrahim 960-cı ildə xəlifə əl-Muktafinin nəvəsi əl-Mustacir tərəfindən qaldırılmış üsyanı yatırmağı bacardılar.
Bundan bir qədər sonra Yustan və qardaşı olan Nasir Taroma gəldilər. Onlar burada Vəhsudan tərəfindən aldadılaraq ələ keçirildilər. Vəhsudan oğlu İsmayılı Azərbaycanı ələ keçirmək üçün yola saldı. Buna qarşı çıxan İbrahim ordu topladı və onun bu addımına Vəhsudan Yustanı, onun anasını və Nasiri edam etməklə cavab verdi. Nəticədə İbrahim Azərbaycandan İsmayıl tərəfindən qovulsa da, Dvində öz hakimliyini qoruyub saxlaya bildi.
İsmayıl 962-ci ildə vəfat etdi və bundan istifadə edən İbrahim Azərbaycanı ələ keçirdi. O, buradan da yürüşünü davam etdirərək Taromu ələ keçirərək Vəhsudanı Daylamana qaçmağa məcbur etdi. 966-cı ildə İbrahim Vəhsudan tərəfindən məğlub edildi və nəticədə döyüşçüləri onu tərk etdilər. İbrahimin qohumu Rükn əl-Dövlənin yanına qaçmasından sonra Vəhsudan bir digər oğlu Nuhu Azərbaycanın hakimi təyin etdi.
Rükn əl-Dövlə İbrahimi yenidən Azərbaycan hakimliyinə geri qaytarmaq üçün vəzirinin komandanlığı altında ordu göndərdi. Bu ordu ilk növbədə Vəhsudanı Tarom bölgəsindən qovdu. Lakin 967-ci ildə o, yenidən ordu göndərdi və İbrahim əmisi ilə sülh bağlamadan Ərdəbili yandırdı və Azərbaycanın bir hissəsini ona verdi. 968-ci ildə o, Şirvanşahı ona xərac verməyə məcbur edərək Salarilərin Şirvanda hakimiyyətini bir daha təsdiqlədi.
Bundan sonrakı dövrlərdə İbrahimin hakimiyyəti zəifləməyə başladı. 971-ci ildə Şəddadilər Gəncəni ələ keçirdilər. İbrahimin şəhəri uğursuz mühasirəsindən sonra Şəddadilər şəhərin onlara məxsus olduğunu qəbul etdirə bildilər. İbrahim 979-cu ildə taxtdan salındı və həbsə atıldı. 983-cü ildə öldü. Onun taxtdan salınması ilə Salarilərin Azərbaycanda əsas hakim qüvvə olması faktına son qoyuldu. Tədricən üstünlü Rəvvadi ailəsinə keçdi. Vəhsudanın nəvəsi olan Mərzban ibn İsmayıl 984-cü ilə qədər Azərbaycanın kiçik bir hissəsini öz əlində saxlamağı bacardı. Lakin bu ildə o, Rəvvadilər tərəfindən məğlub edildi. Onun oğlu İbrahim Taroma qaçdı və orada Salari hakimiyyəti bərpa etdi. Lakin onların buradakı hakimiyyətinə bu dəfə Buveyhilər son qoydular.
Bu zaman Dvində İbrahim ibn Mərzbanın oğlu olan Əbülhacca hakimiyyətdə qalmaqda idi. 982 və ya 983-cü ildə o, Qars hakimi tərəfindən Baqration sülaləsindən olan II Smbatın mülklərinə hücuma keçməyə təhrik edilmişdi. Əbülhaccanın Naxçıvan hakimi Əbu Dulaf əl-Şeybaninin üzərinə yürüşü uğursuzluqla nəticələndi. Nəticədə Əbülhacca Dvin hakimliyini itirdi. Bundan sonra Cənubi Qafqazı səyahət edən Əbülhacca Bizans imperatoru II Basil ilə də görüşmüşdür. 989 və ya 990-cı ildə II Smbat ona Dvini yenidən ələ keçirmək üçün ordu versə də, sonradan bu dəstəyini geri çəkdi. Sonda Əbülhacca öz qulluqçularından biri tərəfindən boğularaq öldürüldü.
Şəddadilər
redaktəŞəddadilər 951-ci ildən 1199-cu ilə qədər Kür və Araz çayları arasındakı ərazidə hökmranlıq etmiş bir müsəlman sülaləsi idi. Şəddadilər sülaləsinin banisi Məhəmməd ibn Şəddad hesab olunur. O, Salarilərin zəifləməsindən istifadə edərək Dvin şəhərini ələ keçirmiş və öz dövlətini qurmuşdur. Şəddadilər nəticədə Azərbaycandakı ərazilər üzərində hakimiyyətlərini genişləndirərək Bərdə və Gəncə kimi böyük şəhərləri idarə etmişdilər.[95] Dövlət bir müddət Səlcuqluların vassal asılılığında olmuş, elə onlar tərəfindən də varlığına son qoyulmuşdur.[96]
Şəddadilərdən olan Məhəmməd 951-ci ildə Dvinin hakimi olmuşdu. Lakin Dvini Salari hücumlarına qarşı qoruya bilmədikdən sonra Vaspurakana qaçmışdı. Onun oğlu Ləşkəri 971-ci ildə Gəncə şəhərini ələ keçirərək Aranda Salari təsririni sona çatdırmışdı. O, sonra hakimiyyətini daha da böyütmüşdü. Ondan sonra taxta çıxan qardaşı Məhəmmədin hakimiyyəti cəmi bir neçə il davam etmişdi.
Minorskinin məlumatına görə, Ləşkari ibn Məhəmməd və onun qardaşı Fəzl ibn Məhəmməd 969 və ya 970-ci ildə Salarilər sülaləsi ilə müharibə zamanı Gəncədə möhkəmlənmiş, sonra Şəmkir və Bərdəni ələ keçirərək müasir Azərbaycan ərazisində hakimiyyət qurmuşlar. I Ləşkari 971-ci ildə Gəncəni tutaraq Arandakı Müsafirilərin və ya Salarilərin təsirinə son qoymuşdur. Ləşkəri Gəncədə səkkiz il hökmranlıq etmiş, daha sonra isə Fəzl ibn Məhəmməd 985–1031-ci illərdə Aran əmiri kimi hakimiyyətə gəlmişdir. Fəzl sikkə kəsən ilk Şəddadi əmiri olmuş, ilk olaraq sikkəxanasını Bərdədə, daha sonra isə Gəncədə qurmuşdur. O, Aranda Şəddadilərin ərazilərini genişləndirərək, 993-cü ildə Beyləqanı ələ keçirmişdir. Bundan başqa Fəzl 1022-ci ildə Dvini təkrar hakimiyyəti altına alaraq 1030-cu ildə Xəzərlər üzərinə uğurlu bir yürüş həyata keçirmişdir.[97] Onun ordusu ermənilər və gürcülər üzərinə ilk başlarda ola uğurlu hücumlar etsə də, sonda onların birləşmiş qüvvələri tərəfindən məğlub edilmişdi.[95]
Fəzl ibn Məhəmməd Araz çayı üzərində şimal və cənub sahillərini birləşdirmək üçün Xudafərin körpülərini tikdirmişdir. 1030-cu ildə o, Xəzər xaqanlığına qarşı bir səfər təşkil etmişdir.[98] Həmin il 38 rus gəmisi ilə Şirvanşahlara yeni bir hücum edilmiş və Şirvanşah Manuçöhr ağır məğlubiyyətə uğramışdır. O zaman I Fəzlin oğlu Əskuya Beyləqanda üsyan qaldırmışdır. I Fəzlin sadiq oğlu Musa ruslara pul ödəyərək Beyləqanı qorumuşdur. Nəticədə Əskuyanın üsyanı yatırılmış və o edam edilmişdir.[95]
Fəzlin məğlubiyyətindən sonra regionda vəziyyət xaotik olmağa başlamışd. Eyni zamanda bu dövrdə Səlcuq türkləri kimi yeni və güclü qüvvə artıq Cənubi Qafqaza daxil olmağa başlamışdı. 1031-ci ildə Fəzlin yerinə Əbülfəth Musa taxta çıxdı. Onun hakimiyyəti 1034-cü ildə oğlu və varisi Ləşkəri tərəfindən qətlə yetirilənə qədər davam etdi. Şair Qətran Təbrizi II Ləşkərini erməni və gürcülər üzərində qələbələrinə görə öz şeirlərində övmüşdür. II Ləşkəri 15 il boyunca Aranı idarə etdi. Onnu bu hakimiyyəti Osmanlı tarixçisi Münəccimbaşı tərəfindən problemi hakimiyyət kimi tərif edilir.[99] 1049-cu ildə onun ölümündən sonra Ənuşirvan onun yerinə taxta çıxdı. Ənuşirvanın az yaşlı olmasına görə əslində hakimiyyət hacib Əbu Mənsur adlı şəxsin əlində cəmlənmişdi.[100]
Lakin əhalinin önəmli bir hissəsi yeni rejimə müxalif olmağa başladı. Münəccimbaşı indi bizə məlum olmayan yerli salnamədən aldığı məlumatlara istinad edərək bildirir ki, əhalinin narazılığının əsas səbəbi Əbu Mənsurun qısa vaxt ərzində kaxetiyalılara, gürcülərə və bizanslılara qalalar verməyə razı olması idi.[101] Bütün bunlar yuxarı təbəqənin Şəmkir şəhərindəki dabbaqların rəisi əl-Heysəm adlı şəxsin rəhbərliyi altında üsyana başlamasına səbəb oldu. Vladimir Minorskinin fikrincə, bu hərəkat yüksək bürokratik kastaya qarşı şəhər görkəmli şəxslərin üsyanını təmsil edirdi. O zaman Şəmkirdə məskunlaşan Əbu Mənsur əl-Heysəmi həbs etməyə cəhd etdi, lakin əl-Heysəm və onun qılmanı (nökərləri) "xəncərlərini çəkib" Ənuşirvanın böyük əmisi, Dvin hökmdarı Əbül-Əsvar Şavurun hökmdarlığını elan etdilər.[102]
Əbüləsvar Şavur Şəmkiri ələ keçirdi və qarışıq vəziyyəti yoluna qoymağı bacardı. Gəncəni də ələ keçirdikdə sonra Ənuşirvanı hənbs etdi və beləliklə də, onun iki aylıq hakimiyyəti sonlandı. Eyni zamanda Əbu Mənsur və qohumları da həbs edildilər. Əbüləsvar Şavur eyni zamanda Şəddadilərin ən güclü hökmdarı olmaqla birlikdə müstəqil olan sonuncu hökmdardır. Beləki Səlcuqlu hökmdarı Sultan I Toğrulun Gəncəyə gəlməsi və ondan vassallığı qəbul etməsi tələbindən sonra Şəddadilər Səlcuqluların asılılığına keçdilər.[103][101]
Minorskinin qeyd etdiyinə görə, hakimiyyətə bir neçə dəyişiklikdən sonra gələn Əbüləsvar Şavurun dövrü Şəddadilər erasının zirvəsi hesab olunur. O, müstəqil hökmranlıq edən sonuncu Şəddadilər əmiri olmuşdur. Ziyarilər şahzadəsi Keykavus b. İskəndər "Qabusnamə" əsərində onu "böyük şah" kimi təsvir etmişdir. Keykavus Bizansa qarşı mübarizə apardığı illərdə bir neçə il Gəncədə yaşamışdır. Şavurun hakimiyyəti dövründə Şəddadilər Səlcuq sultanı Toğrulun hakimiyyətini tanımış, 1063–1064-cü illərdə şimaldan gələn Alan hücumlarınının qarşısını almış və Tiflis xalqı ilə müttəfiq münasibətlərini qorumuşdur.[95]
Şavur 1067-ci ildə Gəncədə vəfat etdikdən sonra Şəddadilərin Gəncədəki hökmranlığı tədricən da sona çatmışdır. 1068-ci ilin iyulunda onun oğlu II Fəzl 33 minlik ordu ilə birlikdə Gürcüstana hücum etmiş və yağmalamışdır. Gürcü hakimi IV Baqrat onu məğlub etməyi bacarmış və Şəddadi ordusunu qaçmağa məcbur etmişdir. Kaxetidən keçərkən II Fəzl yerli hakim tərəfindən əsir götürülmüşdü. Azad buraxılma qarşılığında ondan Qabırrıçay boyunca bir neçə qala təslim alınmış, eyni zamanda Fəzl Tiflisə təyin etdiyi vassal hakimi Iv Baqrata tabe olmaq əmri vermişdir.[104]
Fəzlin əsirliyi dövründə onun böyük qardaşı Aşot qısa müddətliyinə Aranı idarə etmiş, hətta öz adına sikkələr də zərb etdirmişdir. Sikkələr üzərində onun və Səlcuqlu hamisi Sultan Alp Arslanın adı qeyd edilmişdi.[105][95] 1075-ci ildə Məlikşah Şəddadilərin daxili müstəqilliyinə də son qoyub ilhaq etdi.[106][107] Şəddadilərin yan qolları Ani və Tiflisi 1175-ci ilə qədər Səlcuqlu sultanının vassalı olaraq bir müddət idarə etdilər.[108]
Anonim "Tarix Bab əl-əbvab" əsərinə görə, Alp Arslan əl-Bab və Aranı iqta olaraq öz qulu Sav Təginə vermiş və Sav Təgin 1075-ci ildə bu əraziləri güclə Fəzldən alaraq onun hakimiyyətinə son qoymuşdur.[95][85]
1085-ci ildə III Fəzl üsyan qaldıraraq Gəncədə müəyyən yerləri ələ keçirdi.[109] 1086-cı ildə Məlikşah onun üzərinə yürüşə başladı və Fəzli yenidən taxtdan saldı. Əbüləsvar Şavurun oğlu Mənüçöhrdən gələn xətt isə Anini Səlcuqlu vassalı olaraq idarə etməkdə davam edirdi.[109] Bu sülalənin Anidəki hakimiyyətinə də 1199-cu ildə son qoyulmuşdur. Sonuncu hökmdar Sultan ibn Mahmud barədə kifayət qədər material yoxdur və yalnız epiqrafik abidələrdə onun adı keçməkdədir. 1200-cü illərin əvvəllərində Ani gürcü hökmdarı Tamara tərəfindən ələ keçirildi və özünün sadiq qulluqçuları olan Mxarqrdzeli ailəsinə idarə edilmək üçün verildi.[101]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Verda, 2014
- ↑ James və başqaları, 1994. səh. 27
- ↑ 1 2 Shahbazi, 2005. səh. 5
- ↑ Al-Ṭabarī, 1999
- ↑ 1 2 3 4 5 6 İsmayılov, 2017. səh. 5
- ↑ 1 2 3 4 5 6 Yeddi cilddə. II cild, 2007
- ↑ 1 2 3 4 Chaumont, 1985
- ↑ 1 2 Farrokh və başqaları, 2019. səh. 21–46
- ↑ 1 2 3 West, 2010. səh. 148
- ↑ Young və Dresden, 2024
- ↑ Des Cours, 1968. səh. 205
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Yarshater, 1983. səh. 141
- ↑ Minorsky, 1958
- ↑ "VII. Последующая судьба Албанской Церкви". baku.eparhia.ru. 2020. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2024.
- ↑ Marcellinus, 1939
- ↑ 1 2 3 4 5 İsmayılov, 2017
- ↑ Hughes, 2013
- ↑ 1 2 3 Dasxuranci, 1961
- ↑ Kröger, 1993
- ↑ Brummell, 2005
- ↑ Howard-Johnston, 2000
- ↑ Pourshariati, 2008
- ↑ 1 2 Ghodrat-Dizaji, 2007. səh. 87–88
- ↑ 1 2 3 Schippmann, 1987. səh. 221–224
- ↑ Ghodrat-Dizaji, 2007. səh. 88
- ↑ "Святой Елисей". baku.eparhia.ru. 2021. 2024-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2024.
- ↑ Wood, 2013. səh. 19
- ↑ 1 2 Bosworth, 1986
- ↑ ""Бакинско-Азербайджанская епархия РПЦ". baku.eparhia.ru. 2021. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2024.
- ↑ Liberman, 2003
- ↑ Boyce və Grenet, 1991. səh. 71–72
- ↑ Malandra, 2009
- ↑ Hutter, 2009
- ↑ Boyce və Grenet, 1991. səh. 86
- ↑ Boycevə Grenet, 1991. səh. 86
- ↑ Olbrycht, 2021. səh. 38
- ↑ Frye, 2003. səh. 325
- ↑ Gignoux, 1994
- ↑ Diakonoff, 1999
- ↑ 1 2 Мамедова, 2005
- ↑ Bosworth, 1989
- ↑ 1 2 3 4 Bosworth, 1988
- ↑ Bosworth, 2013
- ↑ 1 2 3 4 Brook, 2006. səh. 126
- ↑ 1 2 Blankinship, 1994. səh. 149
- ↑ Archivum Eurasiae Medii Aevi, 1975. səh. 126
- ↑ Dunlop, 1954. səh. 126
- ↑ Dunlop, 2012
- ↑ 1 2 3 4 5 Bosworth, 1987
- ↑ Hawting, 2002
- ↑ Esposito, 2000. səh. 5
- ↑ "ШАМХОР - это... Что такое ШАМХОР?"". Словари и энциклопедии на Академике. 2020. 2024-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2024.
- ↑ Madelung, 2009
- ↑ Savory, 2005
- ↑ 1 2 Crone, 2012
- ↑ 1 2 3 4 5 Yūsofī, 1988
- ↑ Lombard, 2003. səh. 152
- ↑ Crone, 2011
- ↑ K̲h̲ān Najībābādī, 2001
- ↑ Bahramian, 2013
- ↑ Kaldellis, 2019
- ↑ Treadgold, 1995
- ↑ Signes Codoñer, 2016
- ↑ Venetis, 2005
- ↑ Saunders, 1978
- ↑ Encyclopedia Britannica. "ʿAbbasid caliphate". www.britannica.com. 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2024.
- ↑ Encyclopedia Britannica. "Umayyad dynasty". www.britannica.com. 2020-08-31. 2015-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2024.
- ↑ Encyclopedia Britannica. "kharāj - Islamic tax". www.britannica.com. 2020. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2024.
- ↑ Encyclopedia Britannica. "jizyah - Islamic tax". www.britannica.com. 2020. 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2024.
- ↑ Moreen, 2008
- ↑ Shah, 1988. səh. 217–222
- ↑ Bowering, 2013
- ↑ Visser, 2009
- ↑ Bosworth, 2000
- ↑ Bosworth, 2011
- ↑ 1 2 3 4 Bosworth, 2011a
- ↑ Aşurbəyli, 2006
- ↑ 1 2 3 4 5 Şərifli, 2013
- ↑ 1 2 3 4 5 6 Minorsky, 1959
- ↑ 1 2 Barthold və Bosworth, 2012
- ↑ Жузе, 1937
- ↑ 1 2 Abū al-Ḥasan, 1989
- ↑ 1 2 3 Ryzhov, 2004
- ↑ Стэнли, 2004. səh. 92–93
- ↑ 1 2 Minorsky, 1953. səh. 111
- ↑ 1 2 Bayne, 1975
- ↑ Muir, 2004. səh. 111
- ↑ Kennedy, 2004. səh. 190
- ↑ Madelung, 1975. səh. 198–249
- ↑ 1 2 Əliyarlı, 2009. səh. 209
- ↑ Бартольд, 1924
- ↑ Bosworth, 1966
- ↑ Ibn Miskawaih, 2014
- ↑ Minorsky, 1953
- ↑ 1 2 3 4 5 6 Peacock, 2000
- ↑ Peacock, 2005. səh. 216
- ↑ Bosworth və Buchner, 1997. səh. 157
- ↑ Fisher və Bosworth, 1986
- ↑ Minorsky, 1953. səh. 18, 46–49
- ↑ Minorsky, 1953. səh. 18
- ↑ 1 2 3 Peacock, 2011
- ↑ Minorsky, 1953. səh. 18–19, 49–50
- ↑ Minorsky, 1953. səh. 64
- ↑ Minorsky, 1953. səh. 754
- ↑ Minorsky, 1953. səh. 6, 24
- ↑ Blair, 1991. səh. 68
- ↑ Bosworth, 1997. səh. 170
- ↑ Minorsky, 1949. səh. 29
- ↑ 1 2 Bosworth, 1968. səh. 95
Mənbə
redaktə- Verda, Matteo, Azerbaijan: An introduction to the Country, Edizioni Epoké, 2014, ISBN 9788898014361
- James və başqaları, O. Olson, James; Brigance Pappas, Lee; C. J. Pappas, Nicholas, An Ethnohistorical Dictionary of the Russian and Soviet Empires, Greenwood Publishing Group, 1994, ISBN 9780313274978
- Shahbazi, A. Shapur, SASANIAN DYNASTY, Encyclopædia Iranica, 2005, 2017-09-20 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-21
- Al-Ṭabarī, Abū Jaʿfar Muḥammad, The History of al-Ṭabarī Vol. 5. (PDF), State University of New York Press, 1999, ISBN 0791443566, 2020-11-05 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 2024-09-21
- İsmayılov, Dilqəm, HISTORY OF AZERBAIJAN (PDF), Bakı: Nəşriyyat – Poliqrafiya, 2017, 2024-09-21 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 2024-09-21
- Yeddi cilddə. II cild, Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü) (PDF), Bakı: Elm, 2007, ISBN 978-9952-448-34-4
- Farrokh və başqaları, Farrokh, Kaveh; SÁNCHEZ-GRACIA, Javier; MAKSYMIUK, Katarzyna, Caucasian Albanian warriors in the armies of pre-Islamic Iran, Historia i Świat. 8 (8). Siedlce, 2019, 2020-08-13 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-21
- Chaumont, M.L., ALBANIA, Encyclopædia Iranica, I/8, 1985, 2020-05-26 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-21
- West, Barbara, Encyclopedia of the Peoples of Asia and Oceania, Infobase Publishing, 2010, ISBN 9781438119137, 2024-09-21 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-21
- Young və Dresden, T. Cuyler Young və Mark J. Dresden, ancient Iran, Encyclopedia Britannica, 2024, 2021-11-29 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-21
- Des Cours, Recueil des Cours, Martinus Nijhoff Publishers, 1968, ISBN 9789028615021, 2024-09-21 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-21
- Yarshater, Ehsan, The Cambridge History of Iran. Vol. 1. (PDF), Cambridge University Press, 1983, ISBN 9780521200929
- Minorsky, Vladimir, A History of Sharvan and Darband in the 10th-11th Centuries, Cambridge University Press, 1958
- Marcellinus, Ammianus, The Later Roman Empire, Cambridge University Press, 1939, 2024-09-21 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-21
- Hughes, Ian, Imperial Brothers: Valentinian, Valens and the Disaster at Adrianople, Pen and Sword, 2013, ISBN 9781473828636, 2024-09-21 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-21
- Dasxuranci, Movses, The History of the Caucasian Albanians By Movses Dasxuranci. Translated by Dowsett, C. J. F., Oxford University Press, 1961
- Kröger, Jens, CTESIPHON, Encyclopædia Iranica, 1993, Archived from the original on 2016-05-17, İstifadə tarixi: 2024-09-21
- Brummell, Paul, Turkmenistan, Bradt Travel Guides, 2005, ISBN 9781841621449, 2024-09-21 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-21
- Howard-Johnston, James, "ḴOSROW II, Encyclopaedia Iranica, 2000, 2020-11-18 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-21
- Pourshariati, Parvaneh, Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran, Bloomsbury Academic, 2008, ISBN 9781845116453, 2024-08-11 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-21
- Wood, Philip, The Chronicle of Seert: Christian Historical Imagination in Late Antique Iraq, Oxford Early Christian Studies, 2013, ISBN 978-0199670673, 2024-05-02 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Bosworth, C. E., ARRĀN, Encyclopaedia Iranica, 1986, 2019-05-17 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Liberman, Sherri, A Historical Atlas of Azerbaijan, The Rosen Publishing Group, 2003, ISBN 9780823944972, 2024-09-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Frye:, Richard, The History of Ancient Iran, Paul Halsall, 2023, 2020-11-04 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Gignoux, Philippe, DASTGERD, Encyclopaedia Iranica, 1994, 2020-11-18 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Diakonoff, Igor (1999). The Paths of History. Cambridge University Press. ISBN 9780521643986., Igor M., The Paths of History, Cambridge University Press, 1999
- Мамедова, Фарида (2005). Кавказская Албания и албаны. Azərnəşr. ISBN 9789952807301., Фарида, Кавказская Албания и албаны, Azərnəşr, 2005, ISBN 9789952807301, 2024-09-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Bosworth, C. E., BAYLAQĀN, Encyclopaedia Iranica, 1989, 2020-11-01 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Bosworth, C. Edmund., NAḴJAVĀN, Encyclopaedia Iranica, 2020-11-17 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Bosworth, C. E., "BARḎAʿA, Encyclopaedia Iranica, 1988, 2017-11-17 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Brook, Alan Kevin, The Jews of Khazaria, Rowman & Littlefield Publishers, 2006, ISBN 9781442203020, 2024-09-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Blankinship, Yahya Khalid, The End of the Jihad State: The Reign of Hisham Ibn 'Abd al-Malik and the Collapse of the Umayyads, SUNY Press, 1994, ISBN 9780791418277
- Archivum Eurasiae Medii Aevi, , Peter de Ridder Press, 1975 https://books.google.com.tr/books/about/Archivum_Eurasiae_Medii_Aevi.html?id=rD5pAAAAMAAJ&redir_esc=y (#bare_url_missing_title), 2024-09-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Dunlop, D. M., The History of the Jewish Khazars, Princeton University Press, 1954, 2024-09-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Dunlop, D. M., D. M., al-D̲j̲arrāḥ b. ʿAbd Allāh, Encyclopaedia of Islam, Second Edition, 2012, 2024-09-17 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Bosworth, C. E., AZERBAIJAN iv. Islamic History to 1941, Encyclopaedia Iranica, 1987, 2011-04-29 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Hawting, G. R, The First Dynasty of Islam: The Umayyad Caliphate AD 661-750, Routledge, 2002, ISBN 9781134550586
- Esposito, John L., The Oxford History of Islam, Oxford University Press, 2000, ISBN 9780199880416, 2024-09-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Saunders, Joseph John, A History of Medieval Islam, Routledge, 1978, ISBN 978-0415059145, 2024-06-21 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Moreen, Vera B., JEZYA, Encyclopaedia Iranica, 2008, 2020-11-17 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Shah, Nasim Hasan, The concept of Al‐Dhimmah and the rights and duties of Dhimmis in an Islamic state, Journal of Muslim Minority Affairs, 1988, ISBN 0266-6952, 2024-09-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Bowering, Gerhard, The Princeton Encyclopedia of Islamic Political Thought, Princeton University Press, 2013, 2024-09-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Visser, Hans, Islamic Finance: Principles and Practice, Edward Elgar Pub, 2009, ISBN 978-1845425258, 2015-12-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Bosworth, C. Edmund, GANJA, Encyclopaedia Iranica, 2000, 2023-01-30 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Bosworth, C. E., ŠERVĀN, Encyclopaedia Iranica, 2011, 2021-05-19 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Bosworth, C. E., ŠERVĀNŠAHS, Encyclopaedia Iranica, 2011a, 2024-09-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Aşurbəyli, Sara, Şirvanşahlar dövləti, Əbilov, Zeynalov və oğulları, 2006, ISBN 5-87459-229-6
- Şərifli, M.X., IX ƏSRİN İKİNCİ YARISI – XI ƏSRLƏRDƏ AZƏRBAYCAN FEODAL DÖVLƏTLƏRİ (PDF), Bakı: AMEA Tarix İnistitutu, 2013, 2024-09-23 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 2024-09-23
- Bosworth, C. E., ŠERVĀN, Encyclopaedia Iranica, 2011, 2021-05-19 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23Barthold, W.; Bosworth, C. E. (2012-04-24). "S̲h̲īrwān S̲h̲āh". Encyclopaedia of Islam, Second Edition.
- Barthold və Bosworth, Barthold, W.; Bosworth, C. E., S̲h̲īrwān S̲h̲āh, Encyclopaedia of Islam, Second Edition, 2012, 2024-09-17 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Жузе, П.К., П.К., Мутагаллибы в Закавказьи в IX-X вв. (К истории феодализма в Закавказьи), 1937
- Abū al-Ḥasan, Masudi, MEADOWS OF GOLD, TAYLOR & FRANCIS, 1989
- Ryzhov, K.V., All the monarchs of the world. The Muslim East. VII-XV centuries, Veche, 2004
- Стэнли, Лэн-Пуль, Мусульманские династии. Хронологические и генеалогические таблицы с историческими введениями, 2004, ISBN 978-5-4481-0250-9, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Bayne, Fisher, William, The Cambridge History of Iran, Vol. 4., Cambridge University Press, 1975, ISBN 9780521200936, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Minorsky, Vladimir, Studies in Caucasian history, Cambridge University Press, 1953
- Muir, William, The Caliphate: Its Rise, Decline and Fall from Original Sources, Kessinger Publishing, 2004, ISBN 1417948892, 2011-08-04 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Kennedy, Hugh, The Prophet and the Age of the Caliphates: The Islamic Near East from the 6th to the 11th Century (Second ed.), Harlow: Longman, 2004, ISBN 978-0-582-40525-7, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Madelung, W, The Minor Dynasties of Northern Iran [in 7th-11th Century Iran], Cambridge University Press, 1975, ISBN 0-521-20093-8
- Əliyarlı, Süleyman, AZӘRBAYCAN TARIXI. UZAQ KEÇMIŞDӘN 1870-CI ILӘ QӘDӘR, Bakı: Çıraq, 2009, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Бартольд, Василий Владимирович, Место Прикаспийских областей в истории мусульманского мира, Баку, 1924, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Bosworth, Clifford Edmund, The New Islamic Dynasties, Columbia University Press, 1996, ISBN 978-0231107143, 2022-03-27 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Ibn Miskawaih, Abu ', Ahmad Ibn Muhammad, The Tajarib Al-Umam; Or, History of Ibn Miskawayh, Nabu Press, 2014, ISBN 978-1295768103, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Peacock, Andrew, SHADDADIDS, Encyclopaedia Iranica, 2000, 2020-05-26 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Madelung, W., Khurrammiya, Encyclopaedia of Islam. Edited by: P. Bearman, Th. Bianchi, C.E. Bosworth, E. van Donzel and W.P. Heinrichs. Brill, 2009, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Savory, Roger M., Kizil-Bash, Encyclopaedia of Islam, 2005
- Yūsofī, Ḡ. -Ḥ., BĀBAK ḴORRAMI, Encyclopaedia Iranica, 1988, 2020-09-29 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Crone, Patricia, The Nativist Prophets of Early Islamic Iran: Rural Revolt and Local Zoroastrianism, Cambridge University Press, 2012, ISBN 9781139510769, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Crone, Patricia, ḴORRAMIS, Encyclopaedia Iranica, 2011, 2020-11-05 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Lombard, Maurice, The Golden age of Islam, 2003, ISBN 9781558763227, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- K̲h̲ān Najībābādī, Akbar Shāh, History of Islam. Vol. 2, Darussalam, 2001, ISBN 9789960892887, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Bahramian, Bahramian, Ali; Hirtenstein, Stephen; Gholami, Rahim, Bābak Khurram-Dīn, Encyclopaedia Islamica, 2013, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Kaldellis, Anthony, Romanland: Ethnicity and Empire in Byzantium, Harvard University Press, 2019, ISBN 9780674986510, 2023-05-22 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Venetis, Evangelos, ḴORRAMIS IN BYZANTIUM, Encyclopaedia Iranica, 2005, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Warren, T. Treadgold, Byzantium and Its Army, 284-1081, Stanford University Press, ISBN 9780804731638, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Signes Codoñer, Juan, The Emperor Theophilos and the East, 829–842: Court and Frontier in Byzantium during the Last Phase of Iconoclasm, Routledge, 2016, ISBN 9781317034278
- Blair, Sheila S., Surveyor versus Epigrapher, Muqarnas. 8. Brill., 1991, 2023-05-02 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-25
- Bosworth və Buchner, Bosworth, C.E.; Buchner, V.F., Shabankara, In Bosworth, C.E.; van Donzel, E.; Heinrichs, W.P.; Lecomte, G. (eds.). The Encyclopedia of Islam. Vol. IX. Brill., 1997
- Peacock, Andrew, SHADDADIDS, Encyclopaedia Iranica, 2011, 2020-05-26 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Bosworth, C.E., Shaddadids, The Encyclopedia of Islam. Vol. IX. Brill., 1997
- Bosworth, C.E., The Political and Dynastic History of the Iranic World, In Boyle, J.A. (ed.). The Cambridge History of Iran:The Saljuq and Mongol Period. Vol. 5. Cambridge University Press., 1968
- Minorsky, Vladimir, Caucasica in the History of Mayyāfāriqīn, Bulletin of the School of Oriental and African Studies. 13 (1). Cambridge University Press: 27–35, 1949, 2024-04-12 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-25
- Peacock, Andrew C. S., Nomadic Society and the Seljūq Campaigns in Caucasia, Iran & the Caucasus. 9 (2): 205–230, 2005, 2024-07-11 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-25
- Ghodrat-Dizaji, Mehrdad, Administrative Geography of the Early Sasanian Period: The Case of Ādurbādagān, Iran: Journal of the British Institute of Persian Studies, 2007, 2022-05-01 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-26
- Schippmann, K., Azerbaijan III. Pre-Islamic History, In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica, Volume III/2: Awāʾel al-maqālāt–Azerbaijan IV. London and New York: Routledge & Kegan Paul., 1987, ISBN 978-0-71009-114-7, 2024-09-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-26
- Boyce və Grenet, Boyce, Mary; Grenet, Frantz, A History of Zoroastrianism, Zoroastrianism under Macedonian and Roman Rule, Beck, Roger (ed.). . Leiden: Brill., 1991, ISBN 978-9004293915
- Malandra, W. W., Zoroaster ii. General Survey, In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation., 2009, 2024-09-26 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-26
- Hutter, Manfred, Zoroaster iii. Zoroaster in the Avesta, In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation., 2009, 2024-09-26 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-26
- Boyce, Mary, Ganzak, In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica, Volume X/3: Fruit–Gāvbāzī. London and New York: Routledge & Kegan Paul, 2000, ISBN 978-0-933273-47-4, 2024-09-27 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-26
- Olbrycht, Marek Jan, Early Arsakid Parthia (ca. 250-165 B.C.), Brill, 2021, ISBN 978-9004460751, 2024-09-28 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-26