Azerbaycanda Dini Etiqad Azadligi - Wikipedia
Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının qanununa görə Azərbaycanda hər kəsin öz dininə etiqad etmək hüququ var.[1] Azərbaycan dövlətinin hüquqi əsasları dünyəvi xarakter daşıyır.
Bununla belə dövlətimiz din sahəsinə qayğı və dəstək göstərir. Ölkəmizdə hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Ali qanunda göstərir ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur. Azərbaycan müxtəlif din nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Beynəlxalq qurumlar tərəfindən Azərbaycanın islam aləmində oynadığı rola verilən yüksək qiymətdir. Ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələri Azərbaycanın xəritəsidir. Hər dinin nümayəndəsinin öz yeri, öz ibadət tərzi var. Tolerantlıq bir keyfiyyət olmaqla yanaşı, həm də həyat tərzidir. Bu da bizim fərqliliyimiz və zənginliyimizin təzahürüdür. Azərbaycan dini, etnik, mədəni, siyasi, elmi sahələrdə tolerantlıq baxımından dünya üçün nümunədir. Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır.
Din
redaktəDin istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətcisi olduğunun anlamaq heç də çətin deyil. Müasir dövrdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəyinki çox yüksək mənəvi dəyər, eləcə də demokratikrejimin zəruri göstəricisi kimi qəbul edulməkdədir.
Din dünya gerçəkliyini dərk etməyə aparan yoldur. Dinin yolu böyük, cığırları çoxdur.Dünya əhalisi müxtəlif dillərə etiqad edir. Bu dinlərin bəzilərinin öz peyğəmbəri,öz ənənələri,müqəddəs kitabları var. Dinlər yalnız bir ölkə, bir xalqın yaşadığı ərazidə deyil,müxtəlif ölkələrdə yayılmışdır. Azərbaycan demokratik ölkədir.Ölkəmizdə islam dini ilə yanaşı, müxtəlif dinlərə etiqad edən insanlar da yaşayırlar.Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir. Din dedikdə mənbəyi yaradana dayanan inanc sistemi nəzərdə tutulur.Hazırda dünya əhalisinin təqribən 1,2 milyard islam dininə etiqad edir, islam dini səmavi dinlərin sonuncusu hesab olunur və Allah tərəfindən göndərilən peyğəmbərlər və kitabları təsdiq edir, islam sülh, barışıq, bərabərlik və yardımlaşma dinidir.
Etiqada qanun vəzifələri
redaktəAzərbaycan Respublikasında hər bir şəxsin dinə öz münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.Azərbaycan Respublikasında dinin qurumlar münasibətdə dövlətin vəzifələrini müəyyənləşdirir, dini qurumların dövlət və cəmiyyət qarşısında vəzifələrini müəyyən edir. Adamların dünya görüşündən və dini əqidəsindən aslı olmayaraq milli əxlaqın və hümanizimin təzahürü, vətəndaşların əminamanlığı və əməkdaşlıöı üçün əlverişli şəraiti himayə edir.
Dövlət və dini qurumlar
redaktəBütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir.Bir din və dini qurum üçün digərinə nisbətən hər hansı üstünlük və ya məhdudlaşdırılmalar müəyyən edilməsinə yol verilmir. Dini qurumlar içtimai həyatda iştirak etmək, habelə içtimai birliklərlə yanaşı kütləvi məlumat vasitələrinə istifadə etmək hüququna malikdirlər. Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı göstərmirlər.Dini qurumlar Azərbaycan Respublikasının mövcüd qanunlarına əməl edir və məsüliyyət daşıyırlar.
İstinadlar
redaktə- ↑ "Dini etiqad azadlığı haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-06.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Əfvdən sonra həbsdə qalan islamçıların SİYAHISI" ( (az.)). islamazeri.az. 2014-12-29. 2016-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-23.
- "Həbsdə olan inanclıların YENİ SİYAHISI" ( (az.)). islamazeri.az. 2017-01-26. 2017-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- "AZTV-dəki hicab qadağası ilə bağlı ictimai və rəsmi mövqe" ( (az.)). islamazeri. 2016-02-28. 2017-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.
- Tələbələri hicablı və üzü tüklü dərsə buraxmayan universitetdən RƏSMİ AÇIQLAMA Arxivləşdirilib 2017-09-24 at the Wayback Machine
- "Abbasqulu Ağa Bakıxanovun qaz borcu"
- Azərbaycanda məscid söküldü – VİDEO
- Yeni biometrik pasporta hicabla şəkil qəbul ediləcəkmi?