Azerbaycan Remzleri - Wikipedia
Azərbaycan rəmzləri — Azərbaycan Respublikası və azərbaycanlılarda tarixən və ya müasir dövrdə istifadə edilmiş rəmzlər.
Rəsmi rəmzlər
redaktəŞəkil | Adı | Təsvir | Tarix |
---|---|---|---|
"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasnın Qanununda qeyd edilir:
|
9 noyabr 1918-ci il tarixində təsdiq edilib. | ||
Dünya heraldika sənətində dövlət gerblərinin qalxan üzərində verilməsi təcrübəsi geniş yayılıb. Qalxandan dünya xalqları min illər boyu müdafiə, eləcə də milli simvolların nümayiş etdirilməsi məqsədilə istifadə edib. Bu da bəllidir ki, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Qərbdəkilərdən fərqli olaraq, şərq qalxanı dairəvi formadadır. Dövlət gerbinin həmin qalxan üzərində təsvir edilməsi Azərbaycanın Şərq dövləti olduğunu, millətin Şərq sivilizasiyasına mənsubluğunu, xalqın şərqliliyini bildirməyə xidmət edir.
Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türklüyü, müasirliyi və islamlığı təcəssüm etdirir. Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin simvoludur. Günəş (eləcə də, Ay) dünya heraldika sənətində "əbədi, daimi, sonsuz həyat" mənasındadır. Günəş simvolunun ağ rənglə verilməsi isə "əmin-amanlıq, sülhsevərlik, barış" mənalarını verir. Günəşin mərkəzində alov təsviri "Odlar Yurdu"nu – Azərbaycanı simvolizə edir. Ümumiyyətlə, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Bu simvolda qədim azərbaycanlılarda mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli ("Novruz" bayramında oda münasibət) ənənələr də nəzərə alınmışdır.[2] |
9 yanvar 1993-cü il tarixində təsdiq edilib. | ||
Azərbaycan Respublikasının Dövlət himninin mətninin görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olduğu qeyd edilir. Lakin son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun alimləri himnin mətninin müəllifliyi barədə apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1919-cu ildə Bakıda nəşr olunmuş "Milli nəğmələr" məcmuəsində himnin sözləri "Cəmo bəy" imzası ilə çap olunmuşdur. Bu imza isə ADR dövründə həm parlament, həm də hökumət üzvü kimi fəaliyyət göstərmiş publisist və şair Camo bəy Hacınskiyə məxsusdur.[3] | 27 may 1992-ci il tarixində təsdiq edilib. | ||
28 may günü bütün Azərbaycan tarixi bir hadisəni-1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsini qeyd edir. 28 may Azərbaycanda milli bayram-"Respublika günü"dür. | 28 may 1992-ci ildən bayram edilir. | ||
Azərbaycan manatı Azərbaycan Respublikasının pul vahididir. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. | Təsis edilib
15 avqust 1992-ci il | ||
Qızıl Ulduz medalı Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanıdır. "Qızıl Ulduz" medalı üz tərəfində ikiüzlü hamar şüalar olan, 31,5 mm qabarit ölçülü səkkizguşəli ulduzdan ibarətdir, sarı qızıldan hazırlanmışdır. Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycanın Milli Qəhrəmanı" sözləri yazılmışdır. Yuxarı şüanın küncündə medalın nömrəsi həkk olunmuşdur. Medal ilgək və halqa vasitəsilə ölçüsü 27 mm x 20 mm olan Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli beşkünc xara lentə birləşdirilmişdir. Lentin yuxarı kənarında qızıl suyuna çəkilmiş ensiz metal lövhə və paltara bərkidilmək üçün element vardır. Medala üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir edilmiş, paltara bərkidilmək üçün elementi olan 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur. | Təsis edilib
25 mart 1992-ci il | ||
"Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının ən yüksək dövlət təltifidir. "Heydər Əliyev" ordeninin ulduzu və zənciri qılınclı və qılıncsız olur. Ordenin döşə taxılmaq üçün nəzərdə tutulan ulduzu səkkizguşəli olub gümüşdən hazırlanmışdır. Ulduzun guşələri gül ləçəkləri şəklində işlənmişdir. Ulduzun əks uclarının arasındakı məsafə 82 mm-dir. Ulduzun üzərində çevrəsi dalğavari olan dairəvi lövhə yerləşdirilmişdir. Qılınclı ulduzda həmin lövhə ulduzun guşələrindən dördünün üzərindən keçərək çarpazlaşan iki qılıncın üstündə dayanır. Qılınclar gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir. Hər qılıncın uzunluğu 82 mm, eni 4 mm-dir. Qılıncların hər birinin dəstəyinə brilyant daş bərkidilmişdir. Dalğavari çevrəli lövhənin ortasında dairəvi medalyondakı cilalanmış lövhə üzərində Heydər Əliyevin barelyefı verilmişdir. Lövhə 750 əyarlı qızıldan hazırlanmışdır. Medalyon, üzərində qırx iki brilyant daş olan daxili halqa ilə əhatə olunmuşdur. Daxili halqanı dövrələyən orta halqanın qırmızı mina çəkilmiş yuxarı hissəsində qabarıq qızılı hərflərlə "HEYDƏR ƏLİYEV" sözləri yazılmışdır, aşağı hissəsi isə rombşəkilli ornament içərisində üç ədəd brilyant daşla bəzədilmişdir, bunların arasında yaşıl mina çəkilmiş qövsvari iki zolaq vardır. Orta halqa çevrəsi dalğavari olan göy rəngli xarici halqa ilə əhatələnir, onun üzərinə üçbucaq oymalar içərisində iyirmi brilyant daş bərkidilmişdir. | Təsis edilib
22 aprel 2005-ci il. | ||
"Şah İsmayıl" ordeni Azərbaycan Respublikasının ali hərbi ordenidir. Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilirlər. "Şah İsmayıl" ordeni düzgün səkkizguşəli ulduzşəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında "Şah İsmayıl" yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur.
Təltif dəstinə aşağıdakılar daxildir:
|
Təsis edilib
6 dekabr 1993-cü il. |
Qeyri-rəsmi rəmzlər
redaktəTarix
redaktəBaş tanrı | Göy Tanrı (bütün türk xalqlarında) |
Əcdad | |
Personifikasiya | Koroğlu[4] |
Dövlət qurucusu |
|
- Qobustan qoruğu. Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruqdur.[5] Simvol olaraq, Azərbaycan poçt markalarında və əskinasında təsvir edilib.[6]
- Odlar Yurdu. Təbii resurslarına görə Azərbaycanı təsvir etmək üçün istifadə edilən şüardır. Bu konsept Azərbaycan gerbində də yer almışdır.[7] Turizm reklamlarında istifadə edilmiş,[8][9] xarici dillərdə "Azərbaycan" mənasında bədii ifadə kimi işlədilmişdir.[10]
- Qız qalası. Bakı şəhərinin simvoludur. Qız qalası Azərbaycan pul əskinaslarında dəfələrlə təsvir edilmişdir.[11][12] Müasir dövrdə tikilmiş Alov qüllələri Qız qalasının Bakı şəhərinin simvolu kimi mövqeyini zəiflətmişdir.[13]
- Qarabağ. Azərbaycanlıların tarixi suverenliyinin, milli şüurunun və dirçəlişinin simvoludur.[14]
- Səfəvi İmperiyası. Azərbaycan kimliyinin və gücünün vacib simvoludur.[15] Səfəvi imperiyasında Azərbaycan dili hakimiyyətin, sarayın, qızılbaş hərbi təşkilatının və dini liderlərin dili, dövləti idarə edən sülalənin ana dili idi.[16] Səfəvi hökmdarları I İsmayıl və I Təhmasibin hakimiyyət dövrü Azərbaycan türk dilinin və ədəbiyyatının inkişafının bu mərhələsinin tarixində ən parlaq dövr hesab edilir.[17]
- Neft. Azərbaycanın simvoludur.[18] Dünyanın ən qədim dəniz neft platforması Azərbaycanda yerləşir.[19]
- "Göyərçin" abidəsi. Sumqayıt şəhərinin simvollarından biridir. Şəhərin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir.[20][21]
- Alov qüllələri. Bakının yeni simvoludur. Turizm və reklam materiallarında Qız qalasını əvəz etmişdir.[13]
-
Yallı səhnəsi. Qobustan qoruğu
-
Atəşgah (Bakı). "Odlar Yurdu" konsepti
-
Səfəvi hökmdarı Şah İsmayıl Xətainin heykəli
Mədəniyyət
redaktə- Nar. Azərbaycanın simvollarından biridir.[22] 2015-ci ildə Azərbaycanda keçirilən Avropa oyunlarında istifadə edilmişdir.[23]
- Aşura. Tədqiqatçılar Aşuranı Dərbənd şəhərinin azərbaycanlı şiə əhalisinin kimliyinin göstəricisi hesab edirlər.[24]
- Buta. Azərbaycan ornament sənətinin ən çox yayılmış bəzək elementlərindən biridir.[25] Bir çox buta növləri var və hər növün öz simvolik mənası var.[26] Tarixən və müasir dövrdə buta Azərbaycan xalçalarında, parçalarında və ev bəzəklərində istifadə edilmişdir. Azərbaycanın simvolu sayılır.[27][28][29]
- Azərbaycan xalçası. Xalçalar Azərbaycan xalqının simvolu sayılır.[30] Xalça toxuma sənəti azərbaycanlılarda ən geniş yayılmış ustalıq sənətidir.[31]
- Muğam. Azərbaycanın bir növ "vizit kartı" sayılır.[32] Azərbaycanlılar muğamı milli kimliyin əsasında duran mühüm mədəni dəyərlərdən biri kimi qəbul edirlər.[33] Xanəndə Səkinə İsmayılova muğamı "xalqın genetik yaddaşı", onun keçmişi, bu günü və gələcəyi adlandırmışdır.[34]
- Tar. Azərbaycan tar ifaçılıq sənəti ilə bağlı bacarıqlar azərbaycanlıların mədəni kimliyinin formalaşmasında mühüm rol oynamışdır.[35] Tar Azərbaycan xalq folklor orkestrlərinin və ansambllarının əsas alətidir. Tar Azərbaycanın musiqi simvolu hesab olunur.[36]
- Koroğlu. Varlıdan alıb kasıba verən mifik qəhrəmandır. Azərbaycanın personifikasiyası sayılır.[4]
- Qarabağ atı. Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. XVII-XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Hazırda Azərbaycan Respublikasında milli at cinsidir.[37]
- Aşıq Pəri. O, Azərbaycan mədəniyyətində güclü, müstəqil qadın modeli kimi təsvir edilmişdir.[38]
- Üzeyir Hacıbəyov. Azərbaycan klassik musiqisinin "atası" hesab edilir.[39]
- Əli və Nino. Azərbaycanlılar tərəfindən qeyri-rəsmi olaraq Azərbaycanın milli romanı hesab edilir.[40]
- Abdulla Şaiqin "Tıq-tıq xanım" nağılı və onun əsasında hazırlanmış cizgi film adaptasiyası. Hələ də Azərbaycanda uşaqlıq dövrünün geniş şəkildə tanınan simvoludur.[41]
- Xarıbülbül. İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin simvoludur. Həmçinin, Azərbaycan ordusunun qələbəsinin simvoludur.[42]
-
"Nar ağacı" rəsmi. Şəki Xan sarayının ikinci mərtəbəsinin şərqindəki kiçik zal.
-
Aşura. Cənubi Qafqaz
-
Buta bəzəyi nümunəsi. Lahıc misgərlik sənəti
-
Quba xalçaçılıq məktəbi nümunəsi
-
Muğam ustası Cabbar Qaryağdıoğlunun ansamblı
-
Koroğlu dastanı
-
Xarıbülbül simvolu
Azərbaycanda rəmz istifadəsinin tarixi
redaktəErkən dövr tayfa və dövlət rəmzləri
redaktəTuğ tarixən türk xalqları tərəfindən istifadə edilən atributdur. Gəncə xanlığının hökmdarı Cavad xanın da tuğu (buncuğu) günümüzə gəlib çatmışdır.[43] "Aslan və Günəş" simvolu isə "qədim İran, ərəb, türk və monqol adət-ənənələrini" birləşdirir. Bu simvol ilk dəfə XII əsrdə məşhur simvola çevrilmiş, Səlcuqlar tərəfindən istifadə edilmişdir. Simvolda İslam, türk və monqol təsirlərinə aslanın səltənət və padşah ailəsini simvolizə etməsi aiddir. Simvol Azərbaycanın da daxil olduğu Səfəvilər dövlətində geniş istifadə edilmişdir.[44]
XII əsrin II yarısında Gəncə və Orta Kür ərazisinin digər şəhərlərində mədəni assimilyasiya haqqında məlumat verən Davidin "Nəsihətlər" əsərində qeyd edilir ki, əvvəl kürdlər, sonra türklər kilsələrə gəlməyə başlamış, xristianlığın müqəddəs simvollarını şərdən və uğursuzluqdan qoruyan simvollar kimi əldə etmək istəmişdir.[45]
Azərbaycanlıların etnogenezində iştirak etmiş alayuntluların tamğaları Azərbaycan, Ermənistan və Gürcüstanda tapılmışdır.[46] Ağqoyunlu dövlətində Uzun Həsən Bayandur tamğasının (möhürünün) dövlət simvolu olaraq istifadəsini başlatmışdır. Buna görə də Bayandur tamğası Ağqoyunlu sikkələrində, rəsmi sənədlərində, kitabələrində və bayraqlarında vardır.[47][48] Uzun Həsənin tuğrası onun 600 illiyi münasibətilə Azərbaycan poçt markasında və "Azergold"un qızıl sikkəsində təsvir edilmişdir.[49][50]
Rəssam Cavad Mircavadov əsərlərində türk tamğa və simvollarına yer vermişdir. O, Azərbaycan incəsənətində bu simvollardan istifadə edən ilk rəssamdır.[51] Rasim Babayev isə türk yazılarının istifadə edildiyi, tamğa və simvolları xatırladan kompozisiyalar yaratmışdır.[52] Məzahir Ərtuğ Avşar qrafik əsərlərdə boy və soy tamğalarını çəkmişdir.[53] İlham Ənvəroğlu da qədim türk tamğalarını əsərlərinə ("Proto-türklər", "Damğalı üzlər" və s.) daşımışdır.[54]
-
Uzun Həsən dövrü bayrağı (sancağı)
-
Ağqoyunlular tərəfindən istifadə edilən Bayandur tamğası
-
Uzun Həsən tuğrası. Azərbaycan poçt markası
-
"Aslan və Günəş" simvolu. Ordubad Cümə məscidi
-
"Aslan və Günəş" simvolu. Lənkəran xan sarayı
-
Gəncə hökmdarı Cavad xanın buncuğu
Yerli İslam rəmzləri
redaktəƏləm şiələrdə Kərbəla şəhidlərinin simvoludur və Məhərrəm ayındakı mərasimlərdə istifadə olunur.[55] Keçmişdə Azərbaycanın bölgələrində ələm daşıma mərasimlərində hamı ələmı əlində tuta bilmirdi. Çünki, ələm müqəddəs hesab edilirdi. Ələmi tutmaq üçün cavanlıq dövrünü keçmiş və insanlar arasında hörmətə malik olan kişi (dəstəbaşı, ələmdar) seçilirdi. Ələm daha çox əl formasında hazırlanırdı, ancaq aypara, armud, dairə, bayraq formalarına da rast gəlinirdi. Masallıda ələm daşıma mərasimi "tuğgəzdirmə", yəni "bayraq gəzdirmə" adlandırılırdı. Azərbaycandakı ələmlər həm Kərbəladakı ideoloji mərkəzlərdən gəlir, həm də yerli sənətkarlar tərəfindən düzəldilirdi. Müqəddəs və toxunulmaz hesab edilən ələmlər metalişləmənin gözəl incəsənət nümunələri idi. Sənətkarlar onları yerli ornamentlər və naxışlarla bəzəyirdilər. XIX əsrə aid ələm nümunələri Azərbaycan Tarix Muzeyində saxlanılır.[56]
Keçmişdə dəfn mərasimlərində qara parçadan bayraq istifadə olunardı. Belə bayraqlardan biri Azərbaycan Tarix Muzeyində qorunur. Üçbucaq formalı bayrağın üzərində bitki formalı bəzəklər, Aslan və Günəş kompozisiyası, ərəb dilində "ya məzlum Hüseyn" sözləri vardır.[56] Azərbaycan namaz xalçalarında türklərdə ailə simvolu olan buxağını görmək mümkündür.[57] Azərbaycan Tarix Muzeyində qorunan bayraqlarda Zülfüqar qılıncı nəzərə çarpır. Bəzi Azərbaycan dua parçalarında Zülfüqar ay və ulduzla birlikdə tikilirdi.[58]
AXC və AzSSR rəmzləri
redaktə1918–1920-ci illərdə mövcud olmuş AXC Azərbaycan bayrağını rəsmi olaraq qəbul etmiş, gerb, himn və dövlət möhürünün qəbulu üçün hazırlıqlar edilsə də, Aprel işğalına görə buna nail olunmamışdır.[59] Azərbaycan SSR-in bayrağı 1920-ci ildə, gerbi 1937-ci ildə, himni 1944-cü ildə təsdiq edilmişdir.[60][61]
Gerb və monoqram nümunələri
redaktəŞəhər gerbləri
redaktə- Bakı gerbi. Çarlıq Rusiya dövründə Bakı quberniyası və şəhəri üçün gerblər hazırlanmışdır. Hal-hazırki Bakı gerbi isə 1967-ci ildə qəbul edilmişdir.[62]
- Sumqayıt gerbi. Sumqayıt şəhərinin yeni gerbi 22 iyul 2011-ci ildə təqdim olunmuşdur. Təsdiq olunmuş gerbdə füruzə rəngi Sumqayıt şəhərinin dəniz sahili sularının rəngini, göy rəng səmanı, şəhərin simvollarından sayılan "Göyərçin" abidəsi isə Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir.[20][21]
-
Bakı gerbi
-
Gəncə gerbi
-
Naxçıvan gerbi
-
Yevlax gerbi
-
Sumqayıt gerbi
Digər
redaktə-
Yelizavetpol quberniyasi gerbi
-
Şamaxı quberniyası gerbi
-
Bakı quberniyası gerbi
-
Naxçıvanskilərin gerbi
-
Aşurbəyovun evində ailənin monoqramı
-
Bəhməni ailəsinin Avropa tərzində gerbi
Qeyri-maddi mədəni irs qeydiyyatı
redaktəAzərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına 2017-ci ildə "Dolma hazırlanması və paylaşılması ənənəsi, mədəni kimliyin göstəricisi",[63][64] 2022-ci ildə isə "Çay mədəniyyəti – kimliyin, qonaqpərvərliyin və sosial əlaqənin simvolu" daxil edilmişdir.[65]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2019-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-15.
- ↑ "Arxivlənmiş surət". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-11.
- ↑ "S.K.Məmmədova. "Mədəniyyətşınaslıq",(dərs vəsaiti) Bakı, "Kooperasiya" nəşriyyatı-2001, 202 səh" (PDF). 2022-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-04-11.
- ↑ 1 2 The Complete Guide to National Symbols and Emblems [2 volumes] By James B. Minahan. 2010. page 317.
- ↑ "Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2023-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-15.
- ↑ "In Gobustan, Azerbaijan the Outdoor Museum Really Rocks!" (ingilis). travelthruhistory.com. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
- ↑ "THE NATIONAL SYMBOLS OF THE REPUBLIC OF AZERBAIJAN". www.azerbaijan.az. 16 June 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 July 2014.
- ↑ Gibson, Owen. "Azerbaijan's sponsorship of Atlético Madrid proves spectacular success". www.theguardian.com. 1 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2014.
- ↑ "Atletico Madrid: Azerbaijan logo edited out of Iran paper". www.bbc.co.uk. BBC. 11 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2014.
- ↑ Страна огней: Азербайджан. www.nat-geo.ru (Russian). National Geographic. 23 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2014.
- ↑ "Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower". Unesco.org. April 5, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2010.
- ↑ "Baku (Azerbaijan); Evaluation Report" (pdf). Unesco.org. July 25, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: November 25, 2010.
- ↑ 1 2 Leyla Sayfutdinova. "THE FLAME TOWERS OF BAKU: NEW BUILDING, OLD SYMBOL?". energyethics.st-andrews.ac.uk. Oct 1, 2021. 2023-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
- ↑ Gilson, 2016. səh. 35
- ↑ Shaffer, 2002. səh. 20
- ↑ Mazzaoui, Michel B; Canfield, Robert (2002). "Islamic Culture and Literature in Iran and Central Asia in the early modern period". Turko-Persia in Historical Perspective. Cambridge University Press. pp. 86–7. ISBN 978-0-521-52291-5. Orijinal mətn (ing.)
Safavid power with its distinctive Persian-Shi'i culture, however, remained a middle ground between its two mighty Turkish neighbors. The Safavid state, which lasted at least until 1722, was essentially a "Turkish" dynasty, with Azeri Turkish (Azerbaijan being the family's home base) as the language of the rulers and the court as well as the Qizilbash military establishment. Shah Ismail wrote poetry in Turkish. The administration nevertheless was Persian, and the Persian language was the vehicle of diplomatic correspondence (insha'), of belles-lettres (adab), and of history (tarikh)
- ↑ H. Javadi and K. Burrill. "AZERBAIJAN x. Azeri Turkish Literature". iranicaonline.org. December 15, 1988. 2013-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
- ↑ "Cinema: Oil & Revolution-Rahman Badalov". 2012-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-15.
- ↑ Oldest offshore oil platform Arxivləşdirilib 2011-12-31 at the Wayback Machine. Official website of Guinness World Records.
- ↑ 1 2 Sumqayıtın gerbi təsdiq edildi. Arxivləşdirilib 2011-10-08 at the Wayback Machine (az.)
- ↑ 1 2 Azərbaycanın Sumqayıt şəhərinin gerbi qəbul edilib. Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine (az.)
- ↑ European Games goes Gaga, Azeris jeer Armenians Arxiv surəti 15 iyun 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-06-15 at the Wayback Machine. Times of India. 13 June 2015. Retrieved 1 September 2015.
- ↑ "Bakı 2015 Avropa Oyunları rəsmi Ceyran və Nar simvollarını təqdim etdi (FOTO)". 2014-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-28.
- ↑ Капустина Е. Л., Солоненко М. Шахсей-вахсей в Дербенте: традиция Ашуры в начале XXI в. // Лавровский сборник: Материалы Среднеазиатско-Кавказских исследований. Этнология, история, археология, культурология, 2006–2007. — СПб.: МАЭ РАН, 2007. — С. 108–109.
- ↑ В. Лобачев. Магия подзаголовка. В мире книг: Книга. 1975. səh. 190.
- ↑ Н. Самгнна. Ковры типа Фахралы. Сообщения Государственного Эрмитажа: Искусство. 1995. səh. 56.
- ↑ Открылся супермаркет на автозаправочной станции в Мардакянах Arxiv surəti 25 fevral 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-02-25 at the Wayback Machine
- ↑ "Загадочная огненная бута". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-15.
- ↑ Официальный сайт Buta Palace Arxivləşdirilib 2013-01-15 at Archive.today Arxivləşdirilib 2013-01-15 at Archive.today
- ↑ "Официальный сайт Азербайджанского национального комитета Международного совета музеев". 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
- ↑ З. А. Кильчевская; А. Ю. Казиев; Н. А. Верещагин. Народы Азербайджанской Советской Социалистической Республики. Азербайджанцы. Ремёсла и промыслы. Ковроделие. Народы Кавказа: Этнографические очерки: Издательство Академии наук СССР. 1962. 92–95.
- ↑ Цыганов О. Мугам — Божий дар и великое достояние Arxivləşdirilib 2009-03-12 at the Wayback Machine // Известия. — 2008. — 30 июля.
- ↑ Алиева С. Об азербайджанском мугаме всему миру // Зеркало. — 2010. — 26 января. — С. 8.
- ↑ Интервью с С. Исмаиловой. "Для меня мугам — это прошлое, настоящее и будущее" // Азербайджанские известия. — 2006. — 12 июля. — С. 3.
- ↑ Craftsmanship and performance art of the Tar, a long-necked string musical instrument Arxivləşdirilib 2012-12-10 at the Wayback Machine (англ.). Официальный сайт ЮНЕСКО. (2012).
- ↑ Выдающиеся музыкальные деятели. Официальный сайт Министерства культуры и туризма Азербайджана.
- ↑ "Atçılıq haqqında" Azərbaycan Respublikasının 27 fevral 2007-ci il tarixli, 255-IIIQ nömrəli Qanunu. e-qanun.az Arxivləşdirilib 2022-05-24 at the Wayback Machine (az.)
- ↑ Oldfield, Anna C. "Don't Get in my Face Like Ashiq Peri" // Jussawalla, Feroza; Omran, Doaa (redaktorlar ). Memory, Voice, and Identity: Muslim Women's Writing from across the Middle East. New York: Routledge. 2021. ISBN 9781003100164. (page 55)
- ↑ "Uzeyir Hajibeyli: The "father" of Azerbaijani classical music". 2022-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-28.
- ↑ Gilson, 2016. səh. 51
- ↑ Rice, Kelsey, "Forging The Progressive Path: Literary Assemblies And Enlightenment Societies In Azerbaijan, 1850–1928" (2018). Publicly Accessible Penn Dissertations (page 154)
- ↑ "Səsin gəlir, XARI BÜLBÜL ! — «Ordumuzun zəfər simvoludur»". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-12.
- ↑ Afiq Abdullayev. "HERALDİKANIN PREDMETİ VƏ ELEMENTLƏRİ" (PDF) (az.). TARİX, İNSAN VƏ CƏMİYYƏT. 2020. İstifadə tarixi: 2024-04-05.
- ↑ Shahbazi, Shapur A., Flags (of Persia) // E. Yarshater; və b. (redaktorlar ), Encyclopaedia Iranica, 10, 2001, 2016-03-04 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-04-14
- ↑ Caucasian Albania: An International Handbook, 2023. səh. 561
- ↑ Ibrahimov, T. (2019) Traces of the Oghuz Tribe Ulayundlug/Ala Yundlu (Ala Atly — with pinto horses) in Azerbaijan
- ↑ Daniel T. Potts. Nomadism in Iran: From Antiquity to the Modern Era. 2014. səh. 7.
Indeed, the Bayundur clan to which the Aq-qoyunlu rulers belonged, bore the same name and tamgha (symbol) as that of an Oghuz clan.
- ↑ Faruk Sümer (1988–2016). "UZUN HASAN (ö. 882/1478) Akkoyunlu hükümdarı (1452–1478).". TDV Encyclopedia of Islam (44+2 vols.) (in Turkish). Istanbul: Turkiye Diyanet Foundation, Centre for Islamic Studies.
- ↑ "Uzun Həsənin anadan olmasının 600 illiyi münasibətilə qızıl pul buraxılıb" (az.). turan.az. 3 Noyabr 2023. İstifadə tarixi: 2024-04-05.
- ↑ "Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin 600 illiyinə həsr olunmuş poçt markası" (az.). azerpost.az. 02.11.2023. 2023-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
- ↑ Muradova, 2021. səh. 64-65
- ↑ Muradova, 2021. səh. 66-67
- ↑ Muradova, 2021. səh. 69
- ↑ Muradova, 2021. səh. 77-78
- ↑ Nasirova, Şiriyev, 2021. səh. 213
- ↑ 1 2 Nasirova, Şiriyev, 2021. səh. 215-216
- ↑ Nasirova, Şiriyev, 2021. səh. 221
- ↑ Nasirova, Şiriyev, 2021. səh. 223
- ↑ "Azərbaycan Xalq Cümhuriyyəti - Bayraq". Preslib (az.). 2017-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2016.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
- ↑ "Флаги СССР и республик (Flags of the USSR and the republics)" (Russian). Великая Страна СССР (Great Country USSR). 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-31.
- ↑ Agentstvo pechati "Novosti." Izdatelʹstvo. Azerbaijan Soviet Socialist Republic. Novosti Press Agency Publishing House. 1967. 9 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2013.
- ↑ "Исполнительная власть города Баку". www.azerbaijan.az. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-08.
- ↑ "12th session of the Intergovernmental Committee for the 12 Safeguarding of the Intangible Cultural Heritage" (PDF). 2021-05-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-12-06.
- ↑ "1188". 2017-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-06.
- ↑ "Culture of Çay (tea), a symbol of identity, hospitality and social interaction" (ingilis). Официальный сайт ЮНЕСКО. 2022. 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
Ədəbiyyat
redaktə- Brenda Shaffer. Borders and Brethren: Iran and the Challenge of Azerbaijani Identity. — Cambridge: Belfer Center for Science and International Affairs. Studies in International Security, 2002. — P. 255. — ISBN 978–0262692779.
- Gilson, Brian. Ethno-symbolism and Government Discourse in Azerbaijan. 2016. səh. 105.
- Gippert, J. & Dum-Tragut, J. (2023). Caucasian Albania: An International Handbook. Berlin, Boston: De Gruyter Mouton. https://doi.org/10.1515/9783110794687
- Nasirova, S., & Şiriyev, T. (2021). About some religious customs of Shii Muslims in Azerbaijan in the 19th century. Akademik İncelemeler Dergisi, 16(2), 211–226. https://doi.org/10.17550/akademikincelemeler.959173
- TURAN MURADOVA. "ESKİ TÜRK SİMGELERİNİN ÇAĞDAŞ AZERBAYCAN SANATINA ETKİSİ". TRAKYA ÜNİVERSİTESİ. 2021. İstifadə tarixi: 2024-04-05.
Əlavə oxu
redaktə- Enveroğlu, İ. (2005). Çağdaş Azerbaycan Resim Sanatında Eski Türk Damgalarının Etkisi. Konya: Yayımlanmış doktora tezi. Selçuk Üniversitesi.