Azerbaycan Animasiyasi Kitab - Wikipedia
"Azərbaycan animasiyası" - Azərbaycanın animasiya tarixinə həsr olunan kitabdır. Bu kitabın siqnal nüsxəsi 2017-ci ildə Praqada təqdim olunub[1][2][3][4], 2018-ci ildə isə Bakıda çapdan çıxıb. Kitabın ilk rəsmi təqdimatı I Animafilm Festivalında baş tutub.[5][6]
Azərbaycan animasiyası | |
---|---|
Azərbaycan animasiyası - Азербайджанская анимация | |
Müəlliflər | Rəşid Ağamalıyev və müəllif kollektivi |
Janr | Animasiya |
Orijinalın dili | Azərbaycanca, rusca |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 2018 |
Tərtibat | Rəşid Ağamalıyev |
Nəşriyyat | Peri Film |
Cild | Qalın |
Səhifə | 400 |
Tiraj | 200 |
ISBN | 978-9952-37-109-3 |
Elektron versiya |
Azərbaycan və Avropa kinoşünaslarının səyi və tədqiqatları nəticəsində oxucular Azərbaycanda incəsənətin bu növünün inkişafı barədə çox sayda yeni məlumatlar əldə ediblər. Kitabda animasiya sahəsində çalışan rejissor və rəssamların təqdim etdiyi unikal materiallar ilk dəfə çap edilib.
Bu kitab bir ildən çox davam edən kollektiv tədqiqatların nəticəsidir. 13 Azərbaycan və Avropa kinoşunası 19 məqalə hazırlamışlar.
Kitab iki dildədir: hər bir fəsli azərbaycan və rus dillərində oxumaq olur.
Kitabın yazılmasında rejissorlar və cizgi filmi rəssamlarının əvəzsiz rolu var. Onlar məqalələrin müəlliflərinə öz yaradıcılıq fəaliyyətləri və istehsalın texniki təfərrüatları barədə məlumat vermiş, həmçinin bəzilərinin ilk dəfə işıq üzü gördüyü qiymətli materiallar təqdim etmişlər.
"Azərbaycan animasiyası" kitabı tək Azərbaycanda deyil, başqa ölkələrdə də yaşayan insanların dəstəyi ilə ikiillik kraudfandinq kampaniyasının nəticəsi olaraq çap edilib. Kitabın layihəsini maddi cəhətdən 100-dən artıq insan dəstəkləyib.
- İdeya müəllifi, tərtibatçı, məsul redaktor: Rəşid Ağamalıyev
- Müəlliflər: Aydın Kazımzadə, Sevinc Əzimova, Rəşid Ağamalıyev, Gennadi Tişşenko, Karolina Çijkova, Aygün Aslanova, Aliyə Dadaşova, Andrey Hovanets, Kəmalə Rzayeva, Dadaş Məmmədov, Elçin Orucov, Leyla Novruzi, Olqa Ağamalıyeva
- Baş məsləhətçi: Elçin Hami Axundov
- Məsləhətçilər: Firəngiz Qurbanova, Şamil Nəcəfzadə, Məsud Pənahi, Vahid Talıbov, Arif Məhərrəmov, Gennadi Tişşenko, Ramiz Ağayev, Rafiz İsmayılov, Yefim Abramov
- Üz qabığının rəssamı: Andrea Feytkova
- Fotoqraf: Ceremi Moraxan
- Şəkillərin bərpası: Kəbirə Həşimova
- Kompüter tərtibçisi: Faiq Əliyev
- Naşir: “PERİ FİLM” MMC, 2018-ci il
- Giriş - Rəşid Ağamalıyev
- Azərbaycan animasiya kinosunun neçə yaşı var? - Aydın Kazımzadə
- Ağanağı Axundov – Azərbaycan animasiyasının banisidir? - Rəşid Ağamalıyev
- “Azərbaycanfilm” kinostudiyası nəzdində animatorlar kursu - Gennadi Tişşenko
- Azərbaycan animasiyasında Cırtdan obrazı - Karolina Çijkova
- Rejissor Şamil Nəcəfzadə - Rəşid Ağamalıyev
- Azərbaycan animasiya kinosunun ədəbiyyatla əlaqələri - Sevinc Əzimova
- Rejissor Firəngiz Qurbanova və “Birlik” studiyası - Rəşid Ağamalıyev
- Vaqif Behbudovun uşaqlar və yeniyetmələr üçün çəkdiyi filmlər - Sevinc Əzimova
- Rejissor Məsud Pənahi - Rəşid Ağamalıyev
- Elçin Hami Axundovun film yaradıcılığı - Sevinc Əzimova
- Azərbaycan cizgi filmlərində sosial mühitin təsviri - Aygün Aslanova
- 1990-cı illərin əvvəlində Azərbaycan animasiya kinosunda mövzu və üslub axtarışları - Sevinc Əzimova
- Öz zamanını görə bilən münəccim. “Münəccimin şagirdi” filmi haqqında - Aliyə Dadaşova
- Seans: filmin nümayişi – görüşün ekzistensional təcrübəsi - Andrey Hovanets
- Rejissor Rasim İsmayılov - Kəmalə Rzayeva
- Nazim Məmmədov. Azərbaycan vizual sənətinin tarixində parlaq iz qoymuş insan - Dadaş Məmmədov
- Rejissor Gennadi Tişşenko ilə müsahibə - Rəşid Ağamalıyev
- “Tartoniks” animasiya studiyası - Elçin Orucov
- İran Azərbaycanda animasiya filmləri - Leyla Novruzi
- Praqada «Animasiya filmlərinin sehri» sərgisi - Olqa Ağamalıyeva
- Kraudfandinq - Rəşid Ağamalıyev
- “Azərbaycan animasiyası” kitabının nəşrinə yardım göstərmiş şəxslərin siyahısı - Rəşid Ağamalıyev
- Azərbaycan animasiya sahəsində çalışanlar - Rəşid Ağamalıyev
- Azərbaycanda və xaricdə azərbaycanlılar tərəfindən çəkilən animasiya filmlərin siyahısı - Rəşid Ağamalıyev
- Müəllifər haqqında
Həmçinin bax
redaktəMənbələr
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Волшебная азербайджанская анимация в Чехии" (rus). trend.az. 13 апреля 2017. 2020-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "Animasiya filmlərimizin sərgisi keçiriləcək" (az.). kulis.az. 27 Mart 2017. 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "В Чехии рассказали о волшебстве азербайджанской анимации - ФОТО" (rus). news.day.az. 5 апреля 2017. 2020-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "Прага знакомится с азербайджанской анимацией" (rus). ru.echo.az. 7 апреля, 2017. 2018-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ 1 2 3 4 "BAKI BEYNƏLXALQ ANİMASİYA FESTİVALI" (PDF) (az.). animafilm.az. 2020-02-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində "ReAnimasiya" sərgisi açılıb" (az.). azertag.az. 19.10.2018. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
Ədəbiyyat