Azerbaycan Yuksek Qizlar Liqasi - Wikipedia
Azərbaycan Yüksək Qızlar Liqası — Azərbaycanın ən yüksəksəviyyəli qadın futbol liqası. Onu qadınların Milli Futbol Assosiasiyası təşkil edir.
Ölkə | Azərbaycan |
---|---|
Konfederasiya | UEFA |
Açılış ili | 2002 |
İlk sezon | 2002 |
Komandaların sayı | 10 |
Liqalar sistemində səviyyə | 1 |
Beynəlxalq kubok(lar) | UEFA Çempionlar Liqası |
Son çempion | Neftçi (1-ci dəfə) |
Ən uğurlu komanda | Gömrükçü FK (3 dəfə) |
2024/2025 |
SSRİ Tarixi
redaktəHəvəskar Turnir
redaktə1985-ci ildə "Gömrükçü" və İlqar Hüseynovun təşəbbüsü ilə, "Kür Mingəçevir" klubları fəaliyyətə başladılar.[1] 1987-ci ilin sonlarında isə "Bakinka" klubu fəaliyyətə başladı. Həmçinin Ukrayna dilli mənbələrin birində "Tarraş" adlı Bakı klubundan da bəhs edir ki, bu klub barədə məlumat yoxdur. Lakin maraqlısı budur ki, SSRİ Qadınlardan ibarət əsas millisində "Tarraş" klubunun üzvü Nataliya Allahverdiyeva çıxış edirdi.[2]
1987 Azərbaycan Çempionatı
redaktəƏldə olan mənbələrə əsasən keçirilən ilk Azərbaycan çempionatı olmuşdur. Lakin bu çempionat həvəskar sayılırdı.[3]Bu çempionatda Bakının "Bakinka", Sumqayıtın "Gənclik", Mingəçevirin "Arzu" klubları, Azərbaycan Tramvay və Trolleybus zavodunun himayəsində "TTU" komandası, Kirovabad, həmçinin xarici komandalardan "Nadejda", Qazaxıstanı təmsil edən Noqo Bədən Tərbiyəsi İnstitutunun nəznində komanda — "SKİF" və Ukraynaı təmsil edən "Luqanoçka" komandası iştirak edirdi. Çempionat Bakının "Spartak" stadionunda təşkil edildi. Çempion Ukraynanın "Spartak" komandasını 3–0 məğlub edən "Bakinka" komandası oldu. 3-cülüyü əldə edən isə, "Nadejda" klubunu 5–0 məğlub edən "SKİF" komandası olmuşdur.[4]
SSRİ Peşəkar Turnirlər
redaktə1989-cu ildə "Sovet Sosialist Respublikalar İttifaqı Qadın Futbol Federasiyası" yaradıldı. Bu dövrdən peşəkar turnirlərə də start verildi.[5]
1989/1990 sezonu
redaktəSezonun play-off mərhələsi 1989-cu ildən etibarən başladı. İki liqa sistemi şəklində quruldu turnir. Ən yüksək səviyyə olaraq "SSRİ Yüksək Qızlar Liqası", kinci yerdə isə "SSRİ Birinci Liqası" qəbul edilirdi. Bu tarixdə Azərbaycanı "SSRİ Yüksək Qızlar Liqası"nda "Bakinka" klubu təmsil edirdi. Klub, ilk sezondan güclü oyun göstərərək, 22 oyunun 9-nu qələbə, 9-nu heç-heçə ilə bitirmiş, sadəcə 2 məğlubiyyət almışdır. 34 qol vurmuş, öz qapısında 18 qol görmüşdür. Ümumi xalı 27 idi. Play-off mərhələsində "SKİF Malakhovka" klubunu penaltı atışlarında 3–2 hesabı ilə məölub etdiyi bilinir.[6]
"SSRİ 1-ci Qızlar Liqası"nın "1-ci Zona"sında çıxış edən başqa bir Azərbaycan klubu isə, 2-cilik alaraq başqa "SSRİ Yüksək Qızlar Liqasına" vəsiqə əldə etmişdir. "Araz" olaraq adlanan bu klub, Bakı şəhərini təmsil edirdi. 22 oyunun 13-nü qələbə ilə başa vuran klub, 4 heç-heçə, 5 məğlubiyyət əldə etmişdir. 29 qol vurmuş, 13 qol buraxmışdır. Ümumən 30 xalla gümüş medal əldə etmişdir.[7]
1991/1992
redaktəBu sezon Azərbaycanı yenə də, "SSRİ Yüksək Qızlar Liqası"nın "2-ci Zona"sında "Araz" klubu təmsil edirdi. Həmçinin 1989/1990 sesonunda adı olmayan "Tərəqqi" klubu da bu sezon çempionatda iştirak etməyə başladı. Ehtimal kiz "Bakinka" klubunun yeni adı idi. Azərbaycan klubları o sezon çox böyük uğur əldə edə bilmədilər. Belə ki, 10-cu yerdə "Tərəqqi", 11-ci yerdə isə "Araz" klubu qərarlaşdı.
Səmərqənd şəhərində keçirilən kubok oyununda da, "Araz" və "Tərəqqi" klubları qrup mərhələsindən keçə bilmədilər.[8]
Qadın futboluna maraq o dövrdən artıb demək mümkündür. Çünkü Azərbaycanı "SSRİ 1-ci Qızlar Liqası"nda başqa bir klub "Toxucu" klubu da təmsil etməyə başladı. Lakin klub 14 oyuna 4 xal toplayaraq sonuncu sırada yer aldı.[9]
Muasir Tarix
redaktə1992-ci ildə Azərbaycan Dövlətinin müstəqillik alması nəticəsində, Azərbaycan Qadın Futbolu yeni bir mərhələyə qədəm qoydu. Əldə olunan mənbələrə görə, ən köhnə məlumat 2001/2002 sezonuna aitdir.
2001/2002
redaktəBu sezonla bağlı arxiv məlumatlarında diqqət çəkən məqam odur ki, 12 oktyabr tarixində "Azərbaycan Qadınlar Futzal Çempionatı" adı ilə keçirilməsidir. SSRİ Həvəskar Çempionatlar dönəmində Azərbaycanı təmsil edən "Gömrükçü" klubu da, bu sezondan etibarən turnirdə iştirak etməyə başladı. Qalibin tam olaraq kim olduğu məlum deyil. "Nizami" klubuna sadəcə 1 qələbə gərək idi. Lakin "Gömrükçü" klubunun təxirə salınmış, oynamalı olduğu daha 3 oyun olduğu üçün, ehtimal ki, çempion "Gömrükçü", gümüş mükafatçı "Nizami", bürünc mükafatçı isə "Ruslan-93" klubu olmuşdur.[10]
2002/2003
redaktəBu sezon çempionatda 5 klub iştirak edirdi. 26 dekabr 2003-cü ilə aid mənbədə, "Gömrükçü" klubunun birinci, "Filaminqo" klununun ikinci, "Azərqazbank" klubunun isə 3-cü olduğu vurğulanır.[11] Bu sezon üçün də, maraqlı məqamlardan biri budur ki, liqada çıxış edən "Məşəlspor" klubu, əslində futzal klubu olmuşdur. Bu isə, 2001/2002, 2002/2003 sezonunun əslində futzal çempionatı şəklində keçirildiyi ilə bağlı şübhələr doğurur.
2003/2004
redaktəMay-İyun ayları ərzində keçirilən kiçik bir çempionat olmuşdur. "Gömrükçü" klubunun çempion, "Ruslan-93" klubunun 2-ci, "Bakılı" klubunun isə 3-cü olmuşdur.[12]
2004/2005
redaktəBu sezon barədə arxiv məlumatları yoxdur.
2005/2006
redaktəBu sezon turnirdə sadəcə 3 klub iştirak edirdi. "Veqa", "Gömrükçü" və "Ruslan-93". "Gömrükçü" klubu turnirə 2 komanda şəklində çıxırdı: "Gömrükçü-1" və "Gömrükçü-2". Turnir cədvəıli ilə bağlı arxiv məlumatları olmasa da, çempionun "Ruslan-93" olduğu qeyd edilmişdir.[13]
2006/2007
redaktəBu sezon, çempionatın qalmaqalla yaddan qalan sezonu oldu. Yekun olaraq "Ruslan-93" çempion, "Neftçi" gümüş mükafatçı, "Səbuhi" (Sumqayıt) isə bürünc mükafatçı oldu.
Münaqişə dövrü
redaktə2007-ci ildə təşkil edilən turnir, səs-küylü və böyük problemlər yaratmağa başladı. "Ruslan-93" və "Səbuhi" (Sumqayıt) klubları arasında baş tutan oyunda, futbolçular arasında mübahisə yaranmağa başladı. "Ruslan-93" klubunun futbolçusu Sevda Nuriyeva ilə, "Səbuhi" klubunun futbolçusu Ukraynalı Elena Şapovalenko arasında ciddi mübahisə yarandı. İki tərəfin mübahisəsi münaqişəyə çevrilməyə başladı. Bu iki komanda arasında baş tutan növbəti oyunda isə, vəziyyət bir az daha qarma-qarışıq hal aldı. "Vətən" klubu ilə, "Ruslan-93" klubunun xalları bərabər idi. Sonuncu turda "Vətən" — "Neftçi", "Ruslan-93" — "Səbuhi" klubları qarşı-qarşıya gəldi. Bu oyun da, münaqişəsiz ötüşmədi. Hesab 1–0 "Ruslan-93" klubunun lehinə davam edən zaman, "Səbuhi" klubu mübarizəni daha sərt davam etdirməyə başladı. Meydanda davam edən mübahisələr fonunda 2-ci qolun vurulmasından sonra vəziyyət daha da gərginləşdi. 75-ci dəqiqədə Tünzalə Süleymanova, "Ruslan-93" klubunun futbolçusu Güzel Zakirovanın saçını dartması ilə münaqişə yenidən alovlanmağa başladı. Münaqişə o qədər şiddətli olmuşdu ki, meydandaki futbolçuları ayırmaq çətin idi. Hakim Babək Quliyev futbolçulara ard-arda qırmızı vərəqə verdi. Lakin bu da fayda etmədi. Bu səbəblə oyunu dayandırdı. "Səbubi" klubu oyundan çəkildiyini açıqladı. Babək Quliyev, iki klubu da paltardəyişmə otağına yola saldı.[14] Paralel oyunda isə, "Vətən" klubu ilk yarıda 11 top buraxdı. Beləcə "Neftçi" çempion olmadı və "Ruslan-93" klubu, çempionluğu əldə etdi. Bu məsələ, böyük səs-küyə səbəb oldu. Bəzi mənbələr dəfələrlə, "Vətən" ilə "Ruslan-93" klubunun əvvəlcədən razılaşdığını iddia etməyə başladı. Lakin buna da rəsmi sübut tapılmadı. "Neftçi" rəhbərliyi isə, bu mövzu ilə bağlı boykot elan etdi.[15]
2007/2008
redaktə2008 — Liqada böyük dərəcədə ciddi rəqabət, mübahisələrin olduğu görünürdü. 3 qat ölkə çempionu "Gömrükçü" turnirə qatılmaqdan imtina etdi.[16] Həmin mövsüm "Neftçi" klubu da, eyni qərarı verdiyini açıqladı.[17] "Ruslan-93" klubu isə bu illərdə UEFA turnirində yaxşı çıxış etmədi. Çıxdığı bütün oyunları məğlubiyyətlə yekunlaşdırdı. Bununla birlikdə, həmin dövrdə "Neftçi" klubu məşqçi dəyişikliyi edərək Barış Tibilovu mediaya açıqladı. 2007-ci ildə baş verən oyunlarda, "Neftçi" ilə "Ruslan-93" klubunun xalları bərabər olması maraqlı olan mövzulardandır. Bu mövzu yenidən müzakiryə çıxarıldı, belə ki "Neftçi" 2007-ci ildə baş verən hadisələri yaxşı qarşılamadığını, AFFA'nın "Ruslan-93" üçün əlindən gələni etdiyi dedi.[18] Asim Xudiyevin açıqlamasına əsasən isə, "Neftçi" rəqibini 2–1 hesab məğlub etsə də, turnir qaydalarında bunun heç bir önəminin olmadığını, "Ruslan-93" klubunun 1–0 udmasının kifayət etdiyini bildirdi. Qaydalara görə bu cür qərar çıxarıldığını qeyd etdi.[19]
"Ruslan-93" və "Səbuhi" arasında baş verən gərginliklər fonuna, "Neftçi" və "Gömrükçü" də əlavə olduqdan sonra, A Milli komanda üçün vəziyyət ciddiləşməyə başladı. "Neftçi" öz futbolçularını Milliyə getməyə icazə vermədi. Federasiya isə, "Gömrükçü" klubunun heç bir oyunçusunun Milliyə çağırılmayacağını açıqladı.[20] "Səbuhi" və "Ruslan-93" isə, öz bölgələrində, ayrı-ayrı məşqlər keçməyə başladılar.[21]
Liqa 2003-cü ildən[22] etibarən bir müddət fəaliyyət göstərdi. Bundan sonra tamamiylə liqanın fəaliyyəti dayandı. Bir müddət sonra isə yalnız 15, 17 yaş qrupları üzrə liqalar yaradıldı.[22][23]
Liqanın qalibi UEFA Qadınlar Kubokuna hazıirki adı ilə "UEFA Qadınlar Çempionlar Liqası"na vəsiqə qazanırdı. "Gömrükçü Bakı" 2002–2007-ci illərdə Azərbaycanı beş dəfə təmsil edib və bir dəfə 1/4 finala yüksəlib. "Ruslan-93" 2007–08 mövsümündə "UEFA Qadınlar Kuboku"nda çıxış edib.
Fasilədən sonra ilk mövsüm 2016/17 mövsümündə "Qəbələ" FK-nın titul qazanması ilə liqaya start verilib. "Sumqayıt" fasiləyə qayıdana qədər növbəti titulunu qazandı. 2021–22-ci illərdə yarım mövsüm işləfəaliyyət göstərdi.[24]
Tarixi
redaktəOyanış Dövrü
redaktə2007 — Azərbaycan Futbol Federasiyaları Assosiasiyasınən keçmiş prezidenti Ramiz Mirzəyev, qadın futbolunun inkişafının qarşısını kəsən ən böyük problemin, mentalitet olduğunu bildirmişdir.[25]
Düşüş Dövrü
redaktəDirçəliş Dövrü
redaktə2010 — 19 Mart tarixində, AFFAnın səyləro nəticəsində, U17 qızlar arasında dünya çempionatının təşkili Azərbaycanın öhdəliyinə buraxıldı. Qaydalara əsasən, ev sahibi ölkənin 17 yaşlı qız millisi olmalı idi. Bu ildən ciddi addımlar atılaraq, liqa qurulması üçün hədəflər müəyyən edildi.[26]
2011 — "U-16 UNİCEF" qızlar liqası yaradıldı. Bu qadın futbol turniri olaraq, ən yüksək yaş qrupu idi.[27] Hazırda (2024) Azərbaycanın A Millisində çıxış edən Sevinc Cəfərzadə, "Lənkaran" klubunda çıxış etdiyi dönəmdə, bombardirlər siyahısında 30 qolla liderlik edirdi.[28] Şərq Regionunda "BTİ", Qərb Regionunda isə "Zaqatala" çempionluəu əldə etdi.[29]
2019/2020 — COVID-19 pandemiyası səbəbi ilə liqa oyunları təxirə salındı.[30]
2021/2022 — "Naftalan" çempionatrda ilk dəfə çıxış etdi.[31]
2022/2023 — Şəfəq Nəsirova 51 qolla liqanın bombardiri idi.[32] 28 avqust tarixində klub rəsmiləri ilə görüşdə, lisenziyalaşdırma ilə bağlı verilən qərarə əsasən, 2024/2025-ci illərdə Yüksək Liqanın qalibi olan klub, UEFA Qadınlar üzrə Çempionlar Liqasına vəsiqə əldə edə biləcək.[33]
Çempionların siyahısı
redaktəmənbə:[34][35][36][37][38][39][40][41][42][43]
- 8-li İOEUGİM FK
- Sumqayıt FK
Azərbaycan qadın futbol klubları Avrokubokda
redaktəSıra | Komandalar | O | Q | H | M | Toplar | Top fərqi | Xal | İllər |
---|---|---|---|---|---|---|---|---|---|
1 | "Gömrükçü" | 18 | 8 | 0 | 10 | 54:42 | 12 | 24 | 2002–2005 |
2 | "Neftçi" | 2 | 0 | 0 | 2 | 1:7 | -6 | 0 | 2024 |
3 | "Ruslan-93" | 2 | 0 | 0 | 2 | 0:11 | -11 | 0 | 2006–2007 |
İştirak edən klubların siyahısı
redaktəKlub adı | Təmsil etdiyi bölgə | İştirak etdiyi sezon | |||||||
---|---|---|---|---|---|---|---|---|---|
Araz-Naxçıvan | Naxçıvan | 2023/2024 | |||||||
Aran | Ağcabədi | 2023/2024 | |||||||
Zaqatala | Zaqatala | 2022/2023 | |||||||
Naftalan | Naftalan | 2021/2022 | |||||||
Marxal | Şəki | 2022/2023 | |||||||
Balxurma | Balakən | 2023/2024 | |||||||
Sumqayıt | Sumqayıt | 2023/2024 | |||||||
Səbuhhi | Sumqayıt | ||||||||
Inter | Xaçmaz | 2023/2024 | |||||||
Baku Juniyors | Bakı | 2023/2024 | |||||||
Neftçi | Bakı | 2023/2024 | |||||||
Mingəçevir | Mingəçevir | 2022/2023 | |||||||
Qəbələ | Qəbələ | 2023/2024 | |||||||
Xırdalan City | Bakı | 2022/2023 | |||||||
Gömrükçü | Bakı | ||||||||
Şəmkir | Şəmkir | 2023/2024 | |||||||
Fidan | Bakı | 2019/2020 | |||||||
8-li RiOEUGiM | Bakı | 2019/2020 | |||||||
Marxal | Şəki | 2019/2020 | |||||||
Keşlə | Bakı | 2019/2020 | |||||||
Uğur | Sumqayıt | 2019/2020 | |||||||
Qubek | Balakən | 2018/2019 |
Bombardir
redaktə- 2023/2024 — Aysun Seydiyeva (Neftçi) (77)
[46] - 2022/2023 — Şəfəq Nəsirova (Sumqayıt) (64)[47][48]
- 2021/2022 — Şəfəq Nəsirova (8-li RiOEUGiM) (17)[49]
Nahidə Məmmədova (Nuxa) (17) - 2020/2021 — (Covid-19 Pandemiyası səbəbiylə turnir yarım qaldı)
- 2019/2020 — Şəfəq Nəsirova (Uğur) (29)[50]
- 2018/2019 — Sona Rəhimova (8-li İOEUGİM) (48)[51]
- 2017/2018 — Sona Rəhimova (8-li İOEUGİM) (35)[52]
- 2016/2017 — Süsən Mənsimova (Fidan) (21)[53]
- 2015/2016 — Nigar Cəlilli (Fidan) (??)[54]
- 2014/2015 — Sevinc Cəfərzadə (Zaqatala) (??)[55]
- 2013/2014 — Nigar Cəlilli (Fidan) (45)[56]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2024-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-17.
- ↑ https://wf-museum.rfs.ru/1991-1
- ↑ "Arxivlənmiş surət". 2024-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.
- ↑ "Ən güclüsü — "Bakı", Qazet, 18 sentyabr 1988
- ↑ "Arxivlənmiş surət". 2024-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.
- ↑ "Arxivlənmiş surət". 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-24.
- ↑ "Arxivlənmiş surət". 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-24.
- ↑ "Arxivlənmiş surət". 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-24.
- ↑ "Arxivlənmiş surət". 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-24.
- ↑ "Arxivlənmiş surət". 2024-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-24.
- ↑ "Arxivlənmiş surət". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ "Arxivlənmiş surət". 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ "Arxivlənmiş surət". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ "Arxivlənmiş surət". 2024-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
- ↑ https://web.archive.org/web/20240605044753/https://1news.az/news/20070628122854268-CHempionat-Azerbaidzhana-po-futbolu-sredi-zhenshcin-stal-samym-skandalnym-za-vse-vremya-svoego-provedeniya
- ↑ "Arxivlənmiş surət". 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
- ↑ "Arxivlənmiş surət". 2024-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
- ↑ https://www.azerisport.com/m/football/20070709014637487.html
- ↑ https://www.azerisport.com/m/football/20070709054657431.html
- ↑ https://www.azerisport.com/m/football/20071027015406092.html
- ↑ https://www.azerisport.com/m/football/20080426012807542.html
- ↑ 1 2 "FIFA Goal programm" (PDF). FIFA. 2009. April 9, 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 25 August 2011.
- ↑ "U-16 League" (az.). affa.az. 23 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2011.
- ↑ "Azerbaijan 2021-22 Women's League Standings". AFFA. 16 Jan 2022 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 October 2022.
- ↑ https://web.archive.org/web/20070228075730/http://www.affa.az/?lang=az&p=answers&id=1
- ↑ https://fanat.az/az/milli/93684/azerbaycanda-qadin-futbolu-10-ilin-menzeresi/test
- ↑ https://web.archive.org/web/20110716231750/http://www.affa.az/index.php?r=234&lang=az
- ↑ https://web.archive.org/web/20110813135547/http://affa.az/index.php?r=235&lang=az
- ↑ https://web.archive.org/web/20110813135547/http://affa.az/index.php?r=235&lang=az
- ↑ https://aqreqator.az/az/idman/3550536
- ↑ "Arxivlənmiş surət". 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-13.
- ↑ https://azertag.az/xeber/yuksek_qizlar_liqasi_sumqayit_marxali_11_cavabsiz_topla_meglub_edib-2531168
- ↑ "Arxivlənmiş surət". 2023-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-13.
- ↑ https://www.rsssf.org/tablesa/azer-wom04.html Arxivləşdirilib 2022-10-14 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ "Arxivlənmiş surət". 2018-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ "Arxivlənmiş surət". 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ "Arxivlənmiş surət". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ "Arxivlənmiş surət". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ "Arxivlənmiş surət". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ "2016/17 standings". affa.az. 19 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2017.
- ↑ "Azerbaijan - List of Women Champions". RSSSF. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2015.
- ↑ "Arxivlənmiş surət". 2024-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-24.
- ↑ https://web.archive.org/web/20191129033808/http://www.affa.az/index.php/yarlar/yksk-liqa-qzlar/cdvl/1140
- ↑ "Arxivlənmiş surət". 2019-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
- ↑ "Arxivlənmiş surət". 2024-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-18.
- ↑ "Arxivlənmiş surət". 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-14.
- ↑ "Arxivlənmiş surət". 2023-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-14.
- ↑ "Arxivlənmiş surət". 2022-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-14.
- ↑ https://web.archive.org/web/20191203190113/http://www.affa.az/index.php/yarlar/yksk-liqa-qzlar/bombardir/57092
- ↑ "Arxivlənmiş surət". 2019-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-21.
- ↑ "Arxivlənmiş surət". 2018-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.
- ↑ "Arxivlənmiş surət". 2017-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-27.
- ↑ "Arxivlənmiş surət". 2024-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-24.
- ↑ https://sportnet.az/foto/9165-qzlar-liqasnn-qalibleri-mkafatlandrld.html[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2024-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-06.
Xarici keçidlər
redaktə- Futbol Federasiyasının rəsmi saytı