Azerbaycan Xalq Cumhuriyyeti Ve Naxcivan - Wikipedia
Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan — Azərbaycan Xalq Cümhuriyyəti bugünkü Naxçıvan Muxtar Respublikasının tarixində.
Ümumi məlumat
redaktə"Azərbaycan parlamentinin yaradılması haqqında qanun"da göstərilirdi ki, Azərbaycan ərazisini təşkil etdiyinə görə, parlamentə Zəngəzurdan iki və İrəvan quberniyasının Azərbaycan hissəsindən (Naxçıvan, Şərur, Ordubad nəzərdə tutulur) üç nəfər millət vəkili seçilməlidir.
Azərbaycan parlamentinin 1919-cu il yanvarın 8- də və 25-də keçirilmiş iclaslarında Naxçıvan bölgəsinin və ümumiyyətlə, keçmiş İrəvan quberniyasının azərbaycanlı əhalisinin vəziyyəti ilə bağlı məsələlər müzakirə edilmiş, Ermənistan hökumətinin Naxçıvan və digər qəzaların azərbaycanlı əhalisinə qarşı yeritdiyi etnik təmizləmə siyasəti qətiyyətlə pislənmişdi.
Azərbaycan hökuməti 28 fevral 1919-cu il tarixli qərarı ilə Naxçıvan General-Qubernatorluğunu yaradaraq Behbud xan Naxçıvanskini ora general-qubernator təyin etmiş və cari xərclər üçün 2 milyon manat vəsait ayırmışdı.
1919-cu ilin martında Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Naxçıvan bölgəsinin ingilislərin köməyi ilə erməni idarəçiliyinə keçəcəyi barədə xəbərlərin yayılması Azərbaycan hökuməti tərəfindən ciddi etirazla qarşılanmış və yerli əhalinin dəstəyi ilə bu idarəçiliyə son qoyulması üçün təsirli tədbirlər görülmüşdü. Naxçıvan bölgəsi əhalisinin fəal müqaviməti sayəsində iyul ayında erməni idarəçiliyi ləğv edildi.
Naxçıvan erməniləri diyarın təkləndiyindən və daxildəki ziddiyyətlər, habelə hakimiyyətsizlik məngənəsində boğulduğundan istifadə edərək Naxçıvanın ən yaxın vaxtlarda Ermənistana birləşdiriləcəyi barədə şayiələr yayır, bu yerlərin Ermənistanın bir hissəsi olduğunu iddia edirdilər. Erməni qüvvələri vəziyyətin mürəkkəbliyindən, qarışıqlıqdan istifadə edərək Böyük Ermənistan yaratmaq üçün ərazi iddiaları irəli sürürdü. Ermənilər torpaq iddialan ilə bağlı layihə hazırlamış və bunu Ənvər paşaya təqdim etmişdilər. Bu layihəyə görə Naxçıvan və Ordubadla birlikdə Sürməli, Axalkələk, Eçmiədzin, İrəvan (qəzası), Borçalı, Qazax, Şərur-Dərələyəz, Qarabağ və Zəngəzur qəzaları Ermənistana verilməli idi. Ermənilər bu tələblərini onunla əsaslandırırdılar ki, guya bu qəzaların əhalisinin 70 faizi ermənilərdir . Əslində isə Şərur-Dərələyəz qəzasında əhalinin 72,3 faizini, Naxçıvan qəzasında 62,5 faizini, İrəvan qəzasında 60,2 faizini, Sürməlidə 70 faizini, Qara-yazıda 89 faizini azərbaycanlılar təşkil edirdi [mənbə göstərin]. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən Naxçıvan diyarının əhalisi bu cümhuriyyərə ilə birləşməyə hazır olduğunu bildirsə də mövcud siyasi və beynəlxalq vəziyyət Naxçıvan əhalisinin arzusunu həyata keçirməyə imkan vermirdi. Naxçıvanı Azərbaycandan ayırmaq meyilləri getdikcə güclənirdi. Naxçıvan Milli Komitəsi haqlı olaraq türklərlə əlaqəni daha da genişləndirməyi lazım bildi. Həmin vaxtda türklər Şərur-Dərərləyəz və İrəvan-Culfa dəmir yolunu öz əllərinə keçirərək Naxçıvana doğru irəliləyirdilər. Kazım Qarabəkir paşanın komandanlığı altında olan türk diviziyası Şərur qəzasına daxil olduqdan sonra hücumu müvəqqəti dayandırmış və beləliklə Andranikin Naxçıvanı ələ keçirməsi üçün əlverişli imkan yaranmışdı. Belə bir şəraitdə Naxçıvan Milli Komitəsi daşnakların sayca üstün qüvvələri ilə döyüşə girmədən geri çəkilməyi məqsədəuyğun sayırdı. Bununla belə bütün xalq öz torpaqlarının müdafiəsi üçün ayağa qalxdı. Nehrəm kəndində qonşu kəndlərin nümayəndələrinin fəal iştirakı ilə xalq qoşun dəstələri yaradıldı. Xalq qoşunu 1918-ci il iyunun axırlarında Nehrəm kəndi yaxınlığında Andranikin quldur dəstəsi ilə qarşılaşaraq onu əzdi. Andranik rüsvayçılıqla Qarabağ dağlarına qaçmağa məcbur oldu. Bu hadisələrdən sonra, yeni daşnak talanlarına yol verməmək məqsədilə türk qoşunları Naxçıvana, Ordubada və Culfaya daxil olmuşdular. Türklərin daşnaklara qarşı döyüşdə kifayət qədər qətiyyətli olmaması Naxçıvan Milli Komitəsi ilə onların arasında soyuqluq yaratmışdı. Türklər Naxçıvana daxil olan vaxt ilk siyasi tədbir kimi Naxçıvan Milli Komitəsini və milli hissələri buraxmışdılar. Xəlil bəy isə Naxçıvanın general-qubernatoru təyin olunmuşdu (5, s. 36). Lakin vəziyyət uzun sürmədi. Tezliklə Naxçıvan Milli Komitəsinin və onun silahlı dəstələrinin fəaliyyəti bərpa edildi. 1918-ci ilin ikinci yarısında müharibə cəbhələrində Türkiyənin vəziyyəti çətinləşdikcə o, Naxçıvanda daha güclü və sabit yerli hakimiyyətin yaradılmasına meyl göstərirdi. Elə yerli hakimiyyət ki, daşnakların hücumuna davam gətirsin və diyarı heç vaxt onların tapdağı altına qoymasın. Türkiyə Mudros müqaviləsinin şərtlərinə uyğun olaraq qoşunlarını Naxçıvandan çıxarmağa məcbur oldu. 1918-ci ilin noyabrında yerli əhali Qafqazda altıncı olan Araz-Türk Cümhuriyyətinin müvəqqəti müstəqilliyini elan etdi. Bu cümhuriyyəti bir tərəfdən erməni iddialarmı dəf etməyə, digər tərəfdən isə cümhuriyyətinın bütün əhalisinin həm din, həm də dil cəhətdən can atdığı Azərbaycanla birləşməni hazırlamağa cəhd edirdi. Araz-Türk Cümhuriyyətinin əhalisi 1 milyon nəfər, ərazisi 8696 km² olmaqla tərkibinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Kəmərli, Mehri və s. bölgələr daxil idi . Cümhuriyyətin paytaxtı Naxçıvan şəhəri, hökumətin sədri isə Əmir bəy Əkbərzadə olmuşdur. Araz-Türk Cümhuriyyətinin silahlı qüvvələrinin köməyi ilə yerli əhalinin fəal müqaviməti nəticəsində Ermənistanın daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alındı. Araz-Türk Cümhuriyyətinin yaradılması ilə türklərin Naxçıvan diyarı ilə əlaqələri tamam kəsilmirdi. Türk ordusunun polkovniki Xəlil bəy Araz-Türk Cümhuriyyətində səlahiyyətli nümayəndəliyin başçısı təyin olunmuşdu. Bundan başqa, türklərin Naxçıvanda 5 zabit və 300 əsgəri qalırdı. Araz-Türk Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə (1918 noyabr — 1919 mart) baxmayaraq Bölgənin azərbaycanlı əhalisinin qüvvələrinin düşmənlərə qarşı mübarizə üçün birləşdirilməsinə və bölgənin ermənilərə keçməsinə imkan verməməklə onun toxunulmazlığını və bununla da ADR-in ərazi bütövlüyünü təmin etdi. Naxçıvan əhalisi bölgənin Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inadla mübarizə aparırdı. Onlar 1919-cu il yanvarın 4-də ; Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə ünvanlanmış müraciətdə Naxçıvan, Şərur və Ordubad qəzalarında ermənilərin I törətdikləri vəhşiliklər haqqında geniş məlumat verilirdi. Müraciətdə deyilirdi: 1917-ci ilin dekabr ayından başlayaraq 1918-ci ilin iyun ayına qədər erməni hərbi hissələri tərəfindən İrəvan quberniyasında 200-dən artıq müsəlman kəndi; yandırılmış, əhalinin böyük əksəriyyəti öldürülmüş, bir hissəsi isə dağlara qaçaraq aclıqdan və soyuqdan məhv olmuşdur. Müsəlmanların kütləvi şəkildə yaşadıqları İrəvan quberniyasının Sürməli, Eçmiədzin, Şərur qəzaları erməni qoşunları tərəfindən tutulmağa başladığı vaxt dinc müsəlman əhalisinin bir hissəsi öldürülür, bir hissəsi də öz yaşayış yerlərini tərk edərək dağlara çəkilib İran sərhədlərinə keçməyə məcbur olmuşdular ki, burada onları hər dəqiqə ölüm gözləyir. Məcburi təmizlənmiş yerlərə, Türkiyə Ermənistanından qaçmış erməniləri yerləşdirirlər . 1918-ci il noyabrın 4-də İrəvan müsəlmanları, dekabrın 22-də Ordubad şəhərinin və ətraf ərazinin müsəlmanları, yanvarın 4-də Ordubad qəzasının sakinləri, yanvarın 2-də İrəvan quberniyasının ictimai xadimləri yaranmış ağır vəziyyətlə bağlı Azərbaycan hökumətinə müraciət etmiş və tədbirlər görülməsini xahiş etmişlər (4, 1919, 4 noyabr, 50–31 yanvar). 1919-cu il yanvarın 7-də Azərbaycan hökuməti Ermənistan hökumətinə nota göndərməyə məcbur oldu. Notada Azərbaycan xalqına qarşı zorakılığa son qoyulması tələb olunurdu (4, 1919, 7 yanvar). Yanvarın 8-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti vəziyyəti müzakirə etdi, qəbul olunmuş qətnamədə hökumətə ciddi tədbirlər görməyi tapşırdı. Yanvarın 25-də Parlament İrəvan quberniyasındakı hadisələrə dair məsələni yenidən müzakirə etdi. M.Ə. Rəsulzadə bəyanatla çıxış edərək bildirdi ki, Naxçıvan qəzasında ermənilər günahsız müsəlmanların qanını tökür. O, hökuməti bir daha kəskin tədbirlər görməyə çağırdı (4, 1919, 31 yanvar). Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin Naxçıvandakı vəhşiliklərinə son qoymaq üçün Müttəfiqlərin Qafqazdakı Ali Komissarına müraciət etdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə Naxçıvan bölgəsinin əla-qəbrinin yaradılmasında və əhalinin problemlərinin həllində İrəvan quberniyasından olan ictimai xadimlərin, onların yaratdıqları müxtəlif təşkilatların mühüm rolu olmuşdur. 1919-cu ilin yanvarın 2-də İrəvan quberniyası ictimai xadimlərinin müşavirəsi keçirilmiş, burada Araz-Türk Cümhuriyyətinin yaranması, bölgədəki vəziyyət haqqında məlumat verilmiş və çıxış yollan göstərilmişdir. Yanvarın 5-də Bakıda İrəvan quberniyasında yaşayan azərbaycanlı nümayəndələrin fövqəladə iclası keçirilmiş və İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığı adlı cəmiyyəti yaradılmışdı . Bir gün sonra İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığının idarə heyəti seçildi: T. Makinski, H. Qasımov, R. İsmayılov. M.Ə. Sidqi, A. Makinski. İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığı öz nümayəndəsi kimi Mirabbas Mirbağırovu İrəvan quberniyasına göndərdi. Burada əsas məqsəd yerlərdə vəziyyətlə tanış olmaq və müəyyən tövsiyələr hazırlamaq idi. İrəvan quberniyasından olan qaçqınlar üçün vəsait ayrıldı. Azərbaycan hökumətinin Naxçıvan üçün ayırdığı 900 min manatı P. Bayrambəyov və Y. Qazıyevə vermişdi AXC hökumətinin razılığı ilə M. Mirbağırov Gəncəyə gəlmiş, burada ona 12 nəfər Azərbaycan zabiti qoşulmuş və onlar Ordubadda əhali ilə görüşdükdən sonra 1919-cu il fevralın 19-da Naxçıvana çatmışlar .M. Mirbağırov və onunla gələn heyət yerli hökumətin rəhbərləri, ingilis general-qubernatoru və xalqın nümayəndələri ilə görüşləri oldu. Fevralın 23-də keçirilən yığıncaqda xalq yekdilliklə Azərbaycana birləşmək arzusunda olduqlarını bildirdilər. Nümayəndələr Azərbaycanın təmsilçiləri kimi mövcud yerli hökuməti tanıdıqlarını bildirdilər. M. Mirbağırov könüllü surətdə Azərbaycana birləşmək barədə rəsmi akt tərtib etməyi məsləhət gördü. Siyasi, iqtisadi, hərbi, mülki və mədəniyyət məsələlərinə dair maddələrdən ibarət olan akt hökumətin, Milli Şuranın və əhalinin nümayəndələri tərəfindən imzalandı . Mirabbas Mirbağırov (Mirbağırzadə) 1919-cu ildə Naxçıvanın Azərbaycana birləş-məsi haqqında akt qəbul etdirmiş Mirbağırzadə missiyası"nın başçısı kimi xatırlanır. M.Mirbağırov Naxçıvanda olduğu müddətdə bölgədəki və ətraf yerlərdəki siyasi-hərbi vəziyyətlə tanış oldu, əhalinin və ictimai qüvvələrin mövqelərini öyrəndi. Bütün bunlardan sonra Azərbaycan hökumətinə aşağıdakı təkliflərini verdi:
- 1. Bu mahalı idarə etmək üçün müttəfiqlərin, İran və Ermənistanın təsirinə qarşı mübarizə aparmağa qabil olan, özgə təsiri altına düşməyən və müəyyən məqsədyönlü siyasəti inadla və ardıcıllıqla həyata keçirən, habelə iradəli, cəsur, qətiyyətli, rüşvətə meyl etməyən azərbaycanlı general-qubernator təyin olunmalıdır.
- 2. Bölgəyə Hərbi nazirliyin yuxanda sadalanan keyfiyyətlərə malik olan nümayəndəsi də göndərilməlidir.
- 3. Mülki və məhkəmə idarələrinin rəhbərliyinə baş məmurlar mütləq azərbaycanlılar təyin edilməlidirlər.
- 4. Yerli hərbi işi təşkil etmək üçün göndərilən zabitlər kifayət etmədiyindən əlavə zabitlər dəstəsini bölgəyə yollamaq lazımdır.
- 5. Azərbaycanın uzaq ucqarları, məhsuldar torpağı, çoxlu məhsulu, duzu və digər faydalı mineralları olan və müttəfiqlərin, fars-erməni diplomatiyasının məkrli siyasəti ilə üzləşən Naxçıvan və Şərur Azərbaycan Cümhuriyyəti tərəfindən səxavətlə təchiz olunmalıdırlar.
M.Mirbağırovun Naxçıvana səfəri, Azərbaycan Cümhuriyyəti ilə Naxçıvanın əlaqələrinin artırılması sahəsindəki təkliflərinin çox böyük əhəmiyyəti oldu. Azərbaycan hökuməti Naxçıvanın problemləri ilə sistematik məşğul olmağa başladı. Azərbaycan hökuməti Naxçıvana kömək göstərilməsində bir sıra addımlar atdı. Regional əlaqələri yaxşılaşdırmaq üçün Ağdam-Karyagin-Naxçıvan poçt-teleqraf xəttinin qaydaya salınması və mühafizə edilməsinə diqqət artırıldı . Ticarət və sənaye naziri M. Əsədullayev AXC Nazirlər Şurasına məktubla müraciət edərək Naxçıvan bölgəsinin neft məhsulları ilə təmin edilməsini əsaslandırdı. Azərbaycan hökuməti M. Mirbağırovun və Naxçıvanın Müvəqqəti hökumətinin işlər müdiri B. Naxçıvanskinin təklifləri əsasında 1919-cu il fevralın 28-də Naxçıvan general-qubernatorluğu yaratdı . Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski və Hacı Mehdi Bağırov onun köməkçiləri təyin olundular. General-qubernatorluğun nəzdində Şura yaradıldı. Yerli hakimiyyətin təşkili və qoşun hissələrinin saxlanması üçün 500 min manat pul ayrıldı . Bir qədər sonra — 1919-cu il 30 mart tarixli sərəncamla daha 1 milyon manat bölgədə idarəçiliyin təşkilinə ayrıldı. 1919-cu il martın 8-də Araz-Türk Cümhuriyyətinin xüsusi missiyası Bakıya gəldi. Nümayəndə heyətinin qaldırdığı məsələlər Azərbaycan Parlamentinin 1919-cu il 10 mart tarixli iclasında müzakirə olundu. 1919-cu ilin əvvəlində ingilislər Naxçıvanı tutaraq Araz-Türk Cümhuriyyətini, Naxçıvan Milli Komitəsini ləğv etdilər. İngilislər Naxçıvanı Ermənistanın tərkibinə daxil etmək üçün hər cür üsul və vasitələrə əl atır, fəal danışıqlar aparırdılar. Hələ 1919-cu il yanvarın əvvəllərində Böyük Britaniya ordusunun mayoru Hibbon Naxçıvana gəlmişdi. Onun gəlişinin əsl məqsədi diyarın iqtisadi və siyasi vəziyyəti ilə tanış olmaq, Araz-Türk Cümhuriyyəti silahlı qüvvələrinin vəziyyətini, bu dövlətin siyasətinə türklərin təsir dərəcəsini öyrənmək olmuşdu. 1919-cu ilin fevralında digər bir ingilis komissarı kapitan Lautenin başçılıq etdiyi nümayəndə heyəti də Naxçıvana gəlmişdi. O, Britaniya qoşun hissəsinin Dəvəlidə, Naxçıvanda, Culfada və Şahtaxtıda yerləşdirilməsi, bu yerlərdə bütün məsələlərin ingilis hakimiyyət orqanları tərəfindən həll ediləcəyi barədə danışıqlar aparmışdı. Naxçıvan rəhbərləri yerli muxtariyyəti saxlamaq şərtilə ingilislərin təkliflərini qəbul etmiş və hətta bir neçə ingilispərəst yerli hakimi öz hökumətlərinin tərkibinə daxil etmişdilər. Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq mövqelərinin kifayət qədər aydınlaşmadığı bir şəraitdə məqbul sayılan bu güzəştlər ingilislərə münasibətdə məqsədəuyğun addımlar idi. Bu güzəştlər başqa çıxış yolunun olmamasından və növbəti daşnak təhlükəsinin yaxınlaşmasından irəli gəlirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan bölgəsinə dair suveren hüquqlarının bərqərar edilməsinə yönəldilən tədbirlərin həyata keçirilməsi ingilislər tərəfindən müdafiə olunmur və müxtəlif maneələrlə qarşılaşırdı. Ümumiyyətlə, Böyük Britaniya komandanlığının Naxçıvana münasibətdə ikiüzlü, riyakar siyasəti həmişə müşahidə olunmuşdur. Məsələn, M. Mirbağırovun başçılığı ilə Naxçıvana gələn nümayəndə heyətinə ingilis valisi Bakının buraya hərbi işin təşkili üçün zabitlər göndərməyə haqqının olmadığını" bildirib, onlara eşitdirdi ki, bu ərazi hələlik Azərbaycanın tərkib hissəsi deyil və məlum deyil ki, kimə çatacaq; indi burada ingilis general-qubernatorluğudur… Mən sizə qonaq kimi baxıram, necə ki, qonaq kimi gəlmisiniz, elə də qonaq kimi gedə bilərsiniz . Başqa bir fakt: 1919-cu il martın 10-da Ermənistanla Naxçıvan şəhərindəki daşnak hərbi hissələrindən Ermənistanın daxili işlər nazirinin adına gön-dərilən məlumatda deyilirdi ki, ingilis komandanlığı daşnakların Şərur qəzasının bir sıra kəndlərini tutmasına etiraz etmir. Elə bu siyasətin nəticəsi olaraq 1919-cu il iyulunda daşnak hərbi dəstələri ingilislərin köməyi ilə Şərur mahalın tutsalar da yerli hərbi qüvvələr daşnakların hərbi hissələrini buradan qovdu . Yenə başqa bir misal: 1919-cu il mayın 4–5-də ingilis generalı Devi Naxçıvana gələrək bildirmişdir ki, Naxçıvan və Şərur qəzası Ermənistan Cümhuriyyəti ərazisində yerləşdiyinə görə Ermənistan hökumətinə tabe olmalıdır Lakin həmin təklif müsəlmanların yığıncağında müzakirə olunarkən bildirildi ki, ermənilərin tutmuş olduqları ərazilər tarixən Azərbaycan torpaqları olduğundan və müsəlmanlar yaşadıqlarına görə Devinin təklifi məqbul sayıla bilməz. Naxçıvan və Şərur qəzalarının müsəlmanları özlərinin və yaşadıqları ərazinin Azərbaycan Cümhuriyyətinə tabe olduğunu təsdiq edir və erməni silahlı hissələrini deyilən qəzaların ərazisinə buraxmamağı qərara alırlar (6, 1919, 16 may) Lakin ingilis komandanlığı xalqın bu haqlı tələbinə də məhəl qoymadı. Daşnaklar ingilis zabitlərinin bilavasitə köməyi və iştirakı ilə 1919-cu ilin iyununda Naxçıvanın bir hissəsini tutsalar da, Naxçıvan Milli Komitəsinin hərbi hissələri daşnakların nizami qoşununu əzərək Naxçıvan ərazisindən kənara atdı . İngilislərin Naxçıvan bölgəsində olduqları müddətdə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi bu əraziyə dair öz suveren hüquqlarını müdafiə etmək, oranın təhlükəsizliyinin təminatına yardım göstərmək və azərbaycanlı əhalisinə qarşı ermənilərin törətdikləri vəhşiliklərin qarşısını almaq, ən başlıcası isə, mahalı Quzey Azərbaycanın digər torpaqlan ilə birləşdirmək sahəsində müəyyən tədbirləri həyata keçirmək istəyirdi. Bir sıra hallarda ingilislər bunlara mane olurdular. İrəvan quberniyası müsəlman əhalisinə 1 mln. manat vəsait çatdırılması üçün F. Xoyski 1919-cu il aprelin 3-də məktubla Tomsona müraciət etdi. Həm də hökumət komissiyasının Naxçıvan, Şərur və s. rayonlara getməsinə şərait yaradılmasını da xahiş etdi. Lakin hər iki xahişə mənfi cavab verildi. İngilislər bir tərəfdən Naxçıvanın Azərbaycanın bir hissəsi olduğunu tanıyır, maliyyə və silah vəd edir, digər tərəfdən isə Naxçıvanın daşnak Ermənistanın hakimiyyətinə verilməsi təklifini irəli sürürdülər (13, s. 59). Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi Naxçıvanla bağlı hərbi səciyyəli müəyyən işləri görə bilməsə də bəzi diplomatik-siyasi yollardan istifadə edirdi. Bu sahədə Azərbaycan hökumətinin İrəvan və Tiflisdəki diplomatik nümayəndələri səmərəli və işgüzar fəaliyyət göstərir, Azərbaycan rəhbərliyini və Xarici İşlər Nazirliyini obyektiv məlumatlarla təmin edir, bir sıra hallarda təkliflərini də çatdırırdılar. M. Təkinski Naxçıvanla bağlı AXC hökuməti sədrinə yazırdı ki, əgər Ermənistan Qarabağın Azərbaycana keçməsinə razılaşarsa, ingilislər Şərur-Naxçıvan rayonunu ona verəcəklər. Onun fikrincə, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Şərur və Naxçıvanı ermənilərə vermək olmazdı. Naxçıvan bölgəsində ermənilərin özbaşınalıqlarının qarşısının alınmasında da M. Təkinskinin böyük əməyi olmuşdur. O, bu məsələlərlə əlaqədar məlumat hazırlayaraq Xarici İşlər Nazirliyinə göndərirdi. Bununla əlaqədar F. Xoyski Azərbaycan hökumətinin məlum mövqeyini Tomsona bildirmişdi. Yəni, Naxçıvan rayonunun idarəsi müvəqqəti olaraq Ermənistana verilərsə, onlar bu aktla heç vəchlə razılaşmayacaqlarını çatdırmışdı. Naxçıvan bölgəsinin müsəlmanları özlərini Azərbaycanın ayrılmaz hissəsi sayır və hökumətdən silah-sursat alacaqlarına ümid edirdilər. Bu dövrdə Şərur-Naxçıvan hissəsində süvari dəstə və top, pulemyotlarla birlikdə 6 minədək qoşun hissələri olmuşdur. Bunlar öz döyüş keyfiyyətlərinə görə ermənilərinkindən heç də geri qalmırdı. Naxçıvanlılar Baş nazirdən buraya zabit kadrları göndərməyi və 100 min manat pul buraxılmasını xahiş edirdilər (2, iş 54, v. 30). Azərbaycan hökuməti Naxçıvan, Şərur, Ordubad rayonları üçün Naxçıvan Milli Şurasına 400 min manat göndərmişdi və 300 min manat göndərilməsi nəzərdə tutulmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin Baş nazirləri olmuş F. Xoyski və N. Yusifbəyli imkanları daxilində Naxçıvana köməklik edir, onun Azərbaycan ərazisi kimi qorunub saxlanılması üçün siyasi, diplomatik, maddi və mənəvi vasitələrdən istifadə edir və qəhrəman naxçıvanlıların fəaliyyətlərini də yüksək qiymətləndirirdilər. F. Xoyski parlamentin iclasında Naxçıvan bölgəsinin qəhrəman əhalisinin Vətənə qovuşmaq üçün öz həyatları və ailələri ilə risq edərək mübarizəyə qalxıb azadlığa çıxdıqlarını söyləmişdi. N. Yusifbəyli 1919-cu il avqustun 18-də parlamentdəki çıxışında bu bölgə ilə bağlı qeyd etmişdir ki, Naxçıvan öz qüvvələri ilə istilaçıları devirərək Azərbaycanla birləşməyə hazır olduğunu bildirmişdi 6, 1919, 10 sentyabr). 1919-cu il dekabrın 22-də N. Yusifbəyli parlamentdəki çıxışında yenidən bu məsələyə qayıdaraq demişdir: igid naxçıvanlılar, şərurlular və vedibasarlılar bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var dövlətlərini risqə qoyaraq doğma torpağa-vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fəda-karlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar. Naxçıvan əhalisi ciddi cəhdlə Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmış, onunla birləşmək üçün müxtəlif yol və vasitələr aramışdı. Bütün bunlar isə AXC tərəfindən razılıqla qəbul olunmuş, müəyyən tədbirlər görülmüşdü. Qeyd etməliyik ki, Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvanla əlaqələrin çətinliyini nəzərə alaraq Azərbaycan Cümhuriyyətinin nümayəndəsi Qarabağ general-qubernatorunun Naxçıvan bölgəsinin idarəsi üzrə köməkçisi fəaliyyət göstərmişdir. Bir qədər sonra isə Qarabağ general-qubernatorluğu nəzdində Naxçıvan bölgəsinə dair xüsusi tapşırıqlar üzrə müvəkkillik vəzifəsi yaradıldı. Səməd bəy Cəmillinski Naxçıvanın general-qubernatoru təyin edildi. S.Cəmillinskinin qərargahı əvvəlcə Ordubadda yerləşmiş, sonra isə Naxçıvana köçmüşdü. Naxçıvan və Ordubadda yerli hakimiyyətin və silahlı qüvvələrin təşkili üçün 1919-cu ilin avqustunda S.Cəmillinskinin sərəncamına 1 mln. manat vəsait ayrıldı. 1919-cu ilin ikinci yarısında Zaqafqaziya məsələləri üzrə Paris sülh konfransı adından çıxış edən ABŞ-nin rolu kəskin surətdə artdı. 1919-cu ilin əvvəllərindən Azərbaycanla ciddi maraqlanan ABŞ nümayəndələri tez-tez Bakıda görünməyə başlamışdılar. Şübhəsiz onların Azərbaycana dair planlarında mühüm strateji mövqedə yerləşən Naxçıvan diyarı da öz əksini tapmışdı. Lakin ilk vaxtlar amerikalıların siyasəti də ermənipərəstliyi ilə ingilislərdən az fərqlənirdi. 1919-cu ilin yayında Naxçıvana gəlmiş ABŞ polkovniki Rey eyni vaxtda həm müsavatçılarla, həm daşnaklarla, həm də türk zabiti Xəlil bəylə danışıqlar aparmışdı. O, Naxçıvan Milli Komitəsinin başçısı Cəfərqulu xanla apardığı danışıqlarda Naxçıvanda ABŞ-nin general-qubernatorluğunu yaratmaq ideyasını irəli sürmüşdü. 1919-cu il avqustun axırlarında Amerika polkovniki Paris sülh konfransı və Antantanın ittifaq şurası adından AXC hökumətinə bildirmişdi ki, Naxçıvan və Şərur-Dərələyəz qəzaları xüsusi zona təşkil edir və həmin yerlərdə bütün idarəçilik işlərinə cavab verə biləcək Amerika general-qubernatorluğu təşkil olunacaqdır . 1919-cu il sentyabrın 1-də Haskelin Paris Sülh Konfransı adından Azərbaycan və Ermənistan hökumətlərinə göndərdiyi Naxçıvan və Şərur-Dərələyəz qəzaları haqqında əsasnamə də həmin fikirlər bir daha nəzərə çatdırıldı . Əsasnaməyə görə, Naxçıvan və Şərur-Dərələyəz qəzalarını əhatə edən rayonlar bitərəf zona elan edilir və burada bütün idarəçilik işləri Amerika general-qubernatorluğuna tapşırılırdı . Bütün hərbi qüvvələr, poçt, teleqraf onun tabeliyinə verilir, yerli vəzifəli şəxsləri general-qubernator təyin edirdi. Lakin ABŞ-nin həmin mövqeyi AXC hökuməti və Naxçıvan Milli Komitəsi tərəfindən qəbul edilmədi. Çünki 20 bənddən ibarət Haskel layihəsinin məzmunundan görünürdü ki, belə bir layihə amerikanlar tərəfindən hazırlana bilməzdi. Bu müttəfiqlərin Ali Komissarı Vilyam Haskelin adı ilə elan edilmiş erməni layihəsi idi. Bu layihə Azərbaycan hökuməti tərəfindən qəbul edilmədiyi üçün sentyabrın 27-də V. Haskel birincidən o qədər də fərqlənməyən 12 bənddən ibarət ikinci layihəni Azərbaycan hökumətinə göndərdi. Azərbaycan xarici işlər naziri sentyabr ayının 29-da Haskelə yazırdı ki, onun hökuməti şərtlərin bir qisminə etiraz edir. Bununla belə hökumət Naxçıvan və Şərur-Dərələyəz qəzalarında xüsusi general-qubernatorluğun yaradılmasının əleyhinə deyildir. Azərbaycan hökuməti 12 bənddən ibarət layihə hazırladı və sentyabr ayından polkovnik Haskelə göndərdi. Layihədə göstərilirdi: Naxçıvan və Şərur-Dərələyəz qəzalarında müvəqqəti olaraq, xüsusi general-qubernatorluq yaradılır; general-qubernatoru Amerika vətəndaşları içərisindən polkovnik Haskel təyin edir; bu qəzalar ümumi, birbaşa, bərabər və gizli səsvermə yolu ilə seçilən yerli Şuralar tərəfindən idarə edilir; vilayətlərdə bütün hakimiyyətinzi-bati, məhkəmə, dəmir və şose yollan, poçt-teleqraf, xalq maarifi və sair Şuranın müstəsna səlahiyyətinə daxil edilir və bu işi general-qubernator tənzim edir; Şura tərəfindən təyin edilən icra hakimiyyəti çoxluq təşkil edən millətin nümayəndəsindən olmalıdır; bütün general-qubernatorluqda mətbuat, vicdan, söz azadlığı, şəxsiyyətin və əmlakın toxunulmazlığı elan edilməlidir; general-qubernatorluğun büdcəsinə Azərbaycan parlamentində baxılmalı, çatışmayan məbləğ Azərbaycan xəzinəsindən əlavə edilməlidir; Azərbaycan pulu rəsmi pul vahidi kimi qəbul edilməlidir; seçkilər keçirilənə qədər general-qubernator Azərbaycandan iki məsləhətçi dəvət edib onların köməyi ilə qayda-qanun yaratmalıdır; neytral zonadan Bakı-Culfa dəmir yolunun keçdiyi xüsusi zolaq ayrılıb, Azərbaycan hökumətinə verilməlidir; general-qubernatorluğun əhalisi tərkisilah edilməməlidir; general-qubernatorluğun bütün ərazisində amnistiya keçirilməlidir"(16,1919, 23 oktyabr). V. Haskel Azərbaycan tərəfindən təqdim edilən layihəni qəbul etmədi. Sentyabr ayının ortalarında Haskel Naxçıvan, Şərur və Ordubad nümayəndələri Əli Səbri Qasımovu və K.M. Əsgərovu qəbul edərək bildirdi ki, Birləşmiş Ştatların ordu mühəndisi polkovnik Edmund Deli Naxçıvana qubernator təyin edilmişdir və bir aydan sonra öz vəzifəsinə başlayacaqdır. Nümayəndələr adından Əli Səbri Qasımov Naxçıvan əhalisinin 10 bənddən ibarət olan tələblərini V.Haskelə təqdim etdi. Burada Naxçıvan əhalisinin bu rayona erməni qoşunu yeridil-məsinə razı olmayacağı, bu qəzaların əhalisinin Ermənistan hökumətinə tabe olmayacağı və lazım gələrsə, azərbaycanlı əhalinin öz istiqlaliyyətini silahlı yolla qoruyacağı göstərilirdi (6, 1919, 23 oktyabr). 1919-cu il oktyabrın 23-də Müttəfiqlərin Ali Komissarlığından Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə ünvanlanmış aşağıdakı məlumat alınmışdı: Naxçıvan və Şərur rayonlarında əminamanlıq yaratmaq məqsədilə Azərbaycan və Ermənistan hökumətləri razılığa gəldilər ki, bu iki rayon bundan sonra da ittifaq səviyyəsində idarə edilən zonada Amerika qubernatorluğunun inzibati hakimiyyəti altında qalacaqdır . 1919-cu il oktyabrın 22-də Bakıda AXC-in rəsmi orqanı olan Azərbaycan qəzetində Naxçıvanda ABŞ polkovniki Edmund Delli başda olmaqla Amerika general-qubernatorluğunun təşkil olunması haqqında əsasnamə dərc edildi (4, 1919, 22 oktyabr). Bu isə çıxılmaz vəziyyətdə qalmış AXC rəhbərliyinin həmin məsələyə qeyri-rəsmi qaydada razılığı kimi qəbul edilə bilərdi. Bununla belə, Azərbaycan hökuməti elə Naxçıvan Milli Komitəsi arasında qardaşlıq münasibətləri əvvəlki kimi saxlanılırdı. Əldə olunmuş razılığa əsasən, AXC hökuməti altı min nəfərlik qoşun hissələrini silahlandırmağı Naxçıvan Milli Komitəsinə vəd vermişdi (6, 1919, 22 oktyabr). Oktyabr ayının 24-də Ceymis S. Rey Naxçıvana gəldi və müsəlman Milli Şurası qarşısında neytral zona yaratmaq barədə V. Haskelin bəyanatını elan etdi. Bəyanatda deyilirdi ki, Şərur və Naxçıvan dairəsində, Amerika qubernatorunun rəhbərliyi altında müttəfiq idarəçilik zonasının yaradıldığını… polkovnik Edmund L. Dellinin bu zonaya qubernator təyin edildiyini bildirirəm . Ceymis Rey sərəncamla bəyanatda qeyd olunanları rəsmiləşdirdi. Lakin Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidi ilə polkovnik Delli Naxçıvanda general-qubernator kimi deyil, Amerika Ali Komissarın nümayəndəsi kimi qaldı. Milli Şura C. Reyə məlumat verdilər ki, xalq azərbaycanlı general-qubernatordan başqa heç kimi tanımaq istəmir. C. Rey başa düşürdü ki, neytral zona üçün nəzərdə tutulan ərazini Azərbaycandan ayırmaq qeyri-mümkündür. Noyabr ayında C. Rey və E. Delli cəhd göstərsələr də general-qubernatorluq yarada bilmədilər, onların missiyası süquta uğradı və Naxçıvanda möhkəmlənmək cəhdi baş tutmadı. Bunu görən ermənilər 1919-cu ilin sonlarında Naxçıvana yenidən hücum etdilər. Ermənistanın nizami qoşun hissələri ilə Naxçıvan Milli Komitəsinin hərbi dəstələri arasında qanlı toqquşmalar başlandı. Bu qanlı döyüşlər amerikalıların ümidlərini doğrultmadı. Döyüş qabiliyyətini itirmiş Ermənistan ordusu heç bir əhəmiyyətli müvəffəqiyyət qazanmadı. Amerikalıların gözlədiklərinin əksinə olaraq hərbi toqquşmalar, azərbaycanlı əhaliyə qarşı törədilən qanlı cinayətlər Naxçıvan Milli Komitəsinin, müsavatçı Kəlbalı xanın hərbi, inzibati və siyasi hakimiyyətini daha da möhkəmləndirdi. O, həmçinin, xəzinəyə, dəmir yoluna, poçt-teleqrafa və vergilərin qoyulmasına nəzarəti ələ keçirdi. Belə uğurlu vəziyyətə baxmayaraq amerikalılardan yardım alan daşnak Ermənistanı 1920-ci ilin yanvarında Naxçıvanı işğal etmək üçün yeni cəhd göstərdikdə, diyarın müdafiəçilərinin vəziyyəti xeyli mürəkkəbləşdi. Azərbaycan Xalq Cümhuriyyətinin özündə siyasi böhranın dərinləşməsi Naxçıvana hərbi yardım göstərilməsini çətinləşdirdi. Düşmənin üstün qüvvələri qarşısında tək və zəif qalmış Naxçıvan rəhbərliyi kömək üçün türklərə müraciət etməli oldu. Belə cəhd öz növbəsində Naxçıvanda Azərbaycanın mövqelərini xeyli zəiflətdi. Təsadüfi deyil ki, 1920-ci ilin fevralında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nümayəndələri Naxçıvanı tərk etməyə məcbur oldular. Naxçıvanda hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşdi. Naxçıvan əhalisinin misilsiz qəhrəmanlığı sayəsində Şərur, Ordubad, Naxçıvan torpaqlan 1920-ci ilin ortalarına doğru tamamilə erməni daşnaklarından təmizləndi. Kəlbalı xan və onun tərəfdarlarının səyləri nəticəsində Naxçıvandakı general-qubernatorluq 1920-ci ilin martında faktiki olaraq ləğv edilmiş və Naxçıvan yenidən dövlət müstəqilliyi qazanmışdı. Təsadüfi deyildir ki, o günlərdə Naxçıvan, Şərur, Ordubad və Vedibasar rayonu nümayəndələrinin iclası qəti olaraq AXC-ə birləşmək cəhdini ifadə edirdi . Naxçıvan diyarının əhalisini erməni qırğınından xilas etmək üçün türklərin köməyinə ehtiyac duyulurdu. Yerli əhali nümayəndələrinin türk qoşunlarını Naxçıvana dəvət etmək barədə mətbuatda dərc olunmuş müraciətdə də həmin reallıq öz ifadəsini tapmışdı. Elə bunun nəticəsi idi ki, 1920-ci ilin martında Əli Teymur bəy başda olmaqla yeni türk qoşun hissəsinin Naxçıvana gəlməsi əhali tərəfindən böyük şadlıqla qarşılandı. Hadisələrin sonrakı gedişi bir daha təsdiq etdi ki, bu tədbir Naxçıvan əhalisinin yeni qırğının qarşısını almış, diyarın gələcək siyasi taleyinin həllində, onun məhz Azərbaycan dövlətinin tərkibində muxtariyyət əldə etməsində əhəmiyyətli, bəlkə də müəyyənedici rol oynamışdır. Beləliklə, aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti hərbi-siyasi vasitələrdən istifadə edərək ölkənin ərazi bütövlüyünü qorumağa çalışmış, Naxçıvanın itirilməsinə və ermənilər tərəfindən işğal edilməsinə yol verməmiş və bu istiqamətdə ingilislər və amerikalılarla diplomatik danışıqlar aparmış, eyni zamanda Naxçıvana hərbi və maddi köməkliklər göstərmiş, lakin bütün bunlarla yanaşı, özlərinin çətin ictimai-siyasi və hərbi vəziyyətlə qarşılaşdıqlarından bir sıra hallarda məqsədlərinə tam nail ola bilməmişlər. Bölgə əhalisinin igidliyi və qəhrəmanlığı sayəsində Naxçıvan ərazisi Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmış və nəhayət 1921-ci ilin martında Azərbaycanın tərkibində ona muxtariyyət statusu verilmişdi.
Araz Türk Cumhuriyyəti
redaktəAzərbaycanın Naxçıvan bölgəsində və onun çevrəsindəki ərazilərdə yaradılmış dövlət qurumu. 1918-ci ilin noyabrından 1919-cu ilin martınadək fəaliyyət göstərmiş Araz Türk Cümhuriyyəti Naxçıvan qəzası, Şərur-Dərələyəz və Ordubad mahallarını, habelə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və b. Azərbaycan torpaqlarını əhatə etmişdir. Mərkəzi Naxçıvan şəhəri idi. Araz Türk Cümhuriyyətində də siyasi durumun mürəkkəbliyinə görə geniş fəaliyyət göstərə bilməyən bir sıra dövlət strukturları—hakimiyyət orqanları mövcud olmuşdur. Onun parlamenti bölgədəki müsəlman milli şuralarının üzvlərindən ibarət idi. Araz Türk Cümhuriyyəti hökumətinə-Nazirlər Şurasına Əmir bəy Əkbərzadə başçılıq edirdi. Höku mətin tərkibinə isə İbrahim bəy Cahan — girzadə – hərbi nazir; Əli bəy Qəmbər Bənə niyarlı – inzibati-ərazi işləri üzrə nazir; Həsən ağa Səfazadə – xarici işlər naziri; Məmməd Bəyzadə – ədliyyə naziri; Mirzə Hüseyn Mirzə Həsənzadə və Müfti xoca Ekit Əfəndi daxil idilər. General Əli Əşrəf bəy hökumətə yardımçı olaraq seçilmişdi. Cümhuriyyətin meydana gəlməsi bölgədə ağır tarixi-siyasi şəraitlə sıx bağlı olmuşdur. Osmanlı ordu hissələrinin bölgəni tərk etmələri və mahalın türk-müsəlman əhalisinin erməni-daşnakların təjavüzü, soyqırım siyasəti ilə üz-üzə qalması, burada güclü dövlət qurumunun və nizami hərbi qüvvələrin təşkilinə ciddi ehtiyac yaratmışdı. Belə bir ağır şəraitdə bölgənin türk-müsəlman əhalisinin başbilənləri və öndə gedənləri məhəlli siyasi-dövlət qurumu yaratmaq qənaətinə gəldilər. Onların bu qənaəti, əsasən, aşağı da — kı səbəblərlə izah olunurdu: birincisi, erməni- daşnakların bölgəyə dair əsassız ərazi iddialarını gerçəkləşdirmələrinə, burada öz hakimiyyətlərini yaratmalarına, yerli türk-müsəlman əhalisinin soyqırımına imkan verməmək, ikincisi, həmin dövrdə Qafqazda gedən proseslər və baş verən hadisələrlə əlaqədar Azərbaycandan müvəqqəti olaraq ayrı düşən Naxçıvan mahalının tezliklə Azərbaycan Xalq Cümhuriyyətinə qatılmasına nail olmaq. Ordubad Milli Komitəsinin sədri Mir Hidayət Seyidzadənin Azərbaycan xalq Cümhuriyyətinin Nazirlər şurasının sədri Fətəli xan Xoyskiyə göndərdiyi 1918-ci il 22 dekabr tarixli bəyanatından bəlli olur ki, bölgədə siyasi birliyin Araz-Türk Cümhuriyyətinin yaradılması təşəbbüsü ilə Naxçıvan, Şərur müsəlmanları çıxış etmişlər və onların təklifi ilə bu prosesə ordubadlılar da qoşulmuşlar. Mir Hidayət Seyidzadə bu mühüm təşəbbüsü dəstəkləmələrini aşağıdakılarla əsaslandırmışdı: Tiflisə və Gəncəyə yolların bağlanması; türklərin Ordubaddan getmələri ilə əlaqədar olaraq şəhərə yardım—ərzaq gətirilməsinin dayandırılması; bir sıra əngəllərin təşkilatı (Milli Komitəni) zəiflətməsi və kimə tabe olmağın, kimdən göstəriş almağın bilinməməsi; Naxçıvan və şərur müsəlmanlarının da bu cür vəziyyətə düçar olmaları və müsəlman-Araz dövlətini yaratmaq qərarına gəlinməsi; Araz hökumətinin də Gəncə Hökuməti (Azərbayjan Xalq Cümhuriyyəti) ilə yaxınlaşmaq istəməsi. Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər naziri Məmməd Yusif Cəfərovun hökumətin Baş naziri Nəsib bəy Yusifbəyliyə ünvanladığı 1919-cu il 17 iyun tarixli məktubundan isə aydın olur ki, Osmanlı qoşunları Azərbaycandan getdikdən sonra Naxçıvan bölgəsinin Ermənistan tərə findən işğal olunmaq təhlükəsi mahalın yerli əhalisinin Araz Cümhuriyyətini yaratmaqla, özünün müvəqqəti müstəqilliyini elan etməsiylə nəticələnmişdir. Araz Türk Cümhuriyyətinin Nazirlər şurasının sədri Əmir bəy Əkbərzadə bölgə əhalisi arasında və siyasi dairələrdə çox bacarıqlı, vətənpərvər və millətsevər bir şəxsiyyət kimi dəyərləndirilirdi. Osmanlı dövlətinin Araz Türk Jümhuriyyəti hökuməti yanındakı daimi hərbi müşaviri xəlil bəy, Kəlbalı xan, Cəfərqulu xan, Abbasqulu xan və b. da Jümhuriyyətin fəaliyyətinə yaxından yardım göstərənlərin sırasında idilər. Araz Türk Cümhuriyyətinin hərbi naziri İbrahim bəy Cahangirzadənin rəhbərliyi ilə qısa müddətdə silahlı qüvvələr yaradılmışdı. Bu hərbi hissələr — könüllü xalq dəstələri 20 tabordan (batalyondan) ibarət idi.Həmin taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, digərləri isə Ordubad, Vedibasar, Qəmərli və s. ərazilərdə yerləşdirilmişdi. Tabor komandirlərindən Kəblə Muxtar (Nehrəm), Kəblə Kərim (Jəhri), İbrahimxəlil Axundov (Ordubad), Həsən Şahverdioğlu (Şərur-Dərələyəz) və b. Araz Türk Cümhuriyyəti ərazilərinin erməni quldur dəstələrinin silahlı basqınlarından müdafiəsində xüsusilə fərqlənmişdilər. Araz Türk Cümhuriyyətinin hərbi hissələrinin yaradılmasında və onların fəaliyyətinin təşkilində Osmanlı dövlətinin 9-cu ordusunun komandanı Yaqub Şevqi Paşa və 9-cu diviziya komandiri polkovnik Rüştü bəyin böyük əməyi olmuşdu. Araz Türk Cümhuriyyəti Azərbaycan xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmış və ona qatılmaq üçün yollar aramışdır. Azərbaycan xalq Cümhuriyyəti Hökuməti tərəfindən də müvafiq işlər görülmüşdü. Azərbaycan xalq Cümhuriyyəti Parlamentinin təsisi haqqında qanunda Azərbaycan Parlamentinə Naxçıvan, Şərur və Ordubaddan üç nəfər millət vəkilinin seçilməsi nəzərdə tutulmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında Araz Türk Cümhuriyyətinin rəsmi nümayəndəsi Paşa Əliyev də iştirak etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təşkili Araz Türk Cümhuriyyətinin türk-müsəlman əhalisi tərəfindən razılıqla qarşılanmışdı. Ordubaddan səlahiyyətli müvəkkil A.Hacıyevin imzası ilə Azərbaycan Parlamentinə ünvanlanan təbrik teleqramında həmin mahalın əhalisi bu qurumu özlərinin ali qanunverici hakimiyyət orqanı kimi qiymətləndirmiş və ona hər cür yardım göstərməyə hazır olduqlarını bildirmişdi. Araz Türk Cümhuriyyəti Bakıda fəaliyyət göstərən bir sıra ictimai-siyasi qurumlarla da sıx əlaqələrə malik olmuşdur. Onun nümayəndəsi P.Bayrambəyov İrəvan quberniyası ictimai xadimlərinin 1919 il yanvarın 2-də keçirilən müşavirəsində iştirak və çıxış etmişdir. P.Bayrambəyov öz çıxışında keçmiş İrəvan mahalı müsəlmanlarının faciəli durumu və Araz Cümhuriyyətinin yaranması tarixi barədə ətraflı məlumat vermişdi. Həmin müşavirənin qərarında Ermənistan Cümhuriyyətində türk-müsəlman əhaliyə qarşı yeridilən soyqırımı siyasətinə son qoyulması üçün tədbirlər görülməsi, bu məqsədlə də bölgəyə qarışıq tərkibli komis siya göndərilməsi, Bakıdakı ingilis general- qubernatoru Tomsonla müzakirələr aparılması, müvafiq qurumlara memorandumlar verilməsi və s. nəzərdə tutulurdu. Keçmiş İrəvan quberniyası müsəlmanlarının yenicə yaradılan İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığı toplantısında (1919, 6 yanvar) isə Mirabbas Mirbağırovun xüsusi səlahiyyətlərlə bölgəyə ezam olunması və P.Bayrambəyovun Azərbaycan Cümhuriyyəti Nazirlər şurasının sədri Fətəli xan Xoyski ilə görüşünün keçirilməsi razılaşdırıldı. Qaçqınlara ayrılan bir milyon manat vəsaitdən 900 000 manat Naxçıvana aparılmaq üçün P.Bayrambəyova verilmişdi. Araz Türk Cümhuriyyətinin geniş səlahiyyətlərə malik olan və Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə ezam edilən xüsusi nümayəndə heyəti 1919-cu il martın 8-də Naxçıvandan Bakıya gəlmişdi. Tərkibinə görkəmli şair və dramaturq Hüseyn Cavidin də daxil olduğu həmin nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi ilə müəyyən məsləhətləşmələr aparmışdı. Özünün çox ağır iqtisadi-maliyyə vəziyyətinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyəti Hökuməti 1919-cu il ilə aid dövlət büdcəsində yalnız Ələt--Culfa dəmiryolunun tikintisinə 100.026.000 çervon vəsait ayırmışdı. Çox qısa bir zaman kəsiyində mövcud olan və fəaliyyət göstərən Araz Türk Cümhuriyyəti, əsasən, Naxçıvan bölgəsi və çevrəsinin ermənilərin güclü hərbi və siyasi — 32 təzyiqinə məruz qalması, bu dövrdə Azərbaycanda sözükeçən başlıca xarici qüvvənin (ingilislərin) Araz Türk Cümhuriyyətini dəstəkləməməsi və əslində, ermənipərəst mövqe tutması, Azərbaycan Xalq Cümhuriyyətinin Araz Türk Cümhuriyyəti ilə geniş əlaqələr yarada və ona yetərincə hərbi, siyasi, maliyyə yardımı göstərə bilməməsi və s. səbəblərə görə süquta uğradı. Araz Türk Cümhuriyyətinin süqutu ermənilərin 1919 ilin əvvəlində bölgəyə hücumları ilə bağlı yaranan ağır və mürəkkəb şəraitlə də əlaqəli idi. İrəvan quberniyası müsəlmanları Həm yerlilər cəmiyyətinin 1919-cu ilin yanvar-fevralında bölgəyə göndərdiyi Mirabbas Mirbağırovun öz səfəri barədəki məruzəsindən məlum olur ki, birincisi, ermənilərin Qəmərliyə hücumu zamanı Araz Türk Cümhuriyyəti dağılmışdı, ikincisi, Kəlbalı xan 400 nəfərədək olan Naxçıvan dəstəsini toplayıb şərur əhalisinin köməyinə getmiş, erməniləri darmadağın etdikdən sonra bölgədə Cəfərqulu xan, Kəlbalı xan və Kərim xan İrəvanskidən ibarət diktatura hökuməti yaranmışdı. Araz Türk Cümhuriyyətinin yaradılması və qısamüddətli fəaliyyəti böyük tarixi əhəmiyyətə malik idi. Bu Cümhuriyyət şimali Azərbayan üçün çox ağır və gərgin bir dövrdə Naxçıvan bölgəsi və çevrəsinin türk-müsəlman əhalisinin erməni işğalçılarına qarşı mübarizəyə səfərbərliyə alınmasında mühüm rol oynadı. Ən başlıcası isə, bu ərazilərin erməni daşnaklarının əlinə keçməsinə imkan verməməklə Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyü təmin edildi.
Naxçıvanda erməni idarəçiliyi
redaktə1919-cu ilin may-iyun aylarında İngiltərənin təşəbbüsü və dəstəyi ilə Azərbaycanın Naxçıvan mahalında yaradılmış Ermənistan idarəçiliyi. Bölgə əhalisinin iradəsi Əleyhinə mahalı Ermənistana birləşirmək məqsədi güdürdü. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) höküməti və mahalın əhalisi Naxçıvan bölgəsinin əldən getməsi təhlükəsi qarşısında zəruri tədbirlər görmək məcburiyyətində qaldı. Erməni idarəçiliyi nə yol verməmək tələbləri ilə Paris Sülh Konfransına (1919), müttəfiq dövlətlərin Qafqazdakı nümayəndəliklərinə dəfələrlə müraciətlər edildi. Lakin bu müraciətlərə məhəl qoyulmadığından yerli əhali erməni idarəçiliyi öz qüvvəsi ilə hərbi yolla son qoymaq qərarına gəldi: əli silah tutan kişi əhalisi arasında səfərbərlik işləri gücləndirildi. Görülmüş hazırlıq tədbirlərindən sonra iyulun 18-i nlə 25 -i artasında Naxçıvan şəhərində və ətraf ərazilərdə işğalçı erməni silahlı qüvvələri ilə qanlı döyüçlər aparıldı. Qıvraq kəndindən gələn silahlı yardım sayəsində erməni silahlı dəstələri Naxçıvandan çıxarıldı. Şahtaxtı və Noraşen stansiyalarında gedən döyüçlərdə xeyli itkilər verərək Qurd qapılarından Ermənistan tərəfə gedi çəkilməyə məcbur oldu. Beləliklə, 1919-cu il iyulun 25-i Naxçıvan mahalının erməni işğaıçılarından xilas edilməsi uğrunda mübarizənin qabiliyyətlə başa çatdırılması günü kimi xalqın tariixinə əbədi həkk olundu, ermənilərin Naxçıvan bölgəsindəki siyasi, hərbi və iqtisadi çövqelərinə sarsıdıcı zərbə endirdi.[1]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəMənbə
redaktə- Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 894, siy. 10, iş 31.
- ARDA: f. 970, siy. l,iş 1.
- Azərbaycan tarixi. 7 cilddə, V c. (1900–1920-ci illər), Bakı: Elm, 2008, 696 s.
- "Azərbaycan" qəz., 1918–1920-ci illər.
- Atnur İ.E. Osmanlı yönetiminden Sovyet yönetimine kadar Nahçivan (1918–1921). Doktora tezi, Erzurum, 1996, 606 s.
- "Азербайджан" qəz.
- Азербайджанская Республика. Документы и материалы. 1918–1920 гг. Баку: Элм, 1998, 616 с.
- "525-ci" qəz., 2005, 19 fevral.
- Hacıyev A. Qars və Araz-Türk respublikalarının tarixindən. Bakı: Azərnəşr, 1994, 124 s.
- Həsənli C. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918–1920). Bakı: Garısma MMC, 2009, 576 s.
- Quliyev C, Mədətov Q., Nadirov A. Sovet Naxçıvanı, Bakı: Azərnəşr, 1984, 136 s.
- Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917–1921-ci illər). Bakı Universiteti nəşriyyatı, 1996, 328 s.
- Мадатов Г. Победа Советской власти в Нахичеване и образование Нахичеванской АССР. Баку, 1968, 188 с.
- Naxçıvan Muxtar Respublikası. Bakı: Elm, 2001, 223 s.
- Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi (NMR DA), f. 314, siy. 5, iş 67.
- Qars və Araz-Türk Respublikalarının tarixindən. B., 1994;
- Musayev İ., Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917–1921-ji illər), B., 1996; yenə onun , A
- Azərbaycanın xarici siyasəti (xx əsr), 3 hissədə, 1-ci hissə, B., 2003
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. Bakı-2002. səh.431