Azerbaycan Ordusuna Yardim Fondu - Wikipedia
Azərbaycan Ordusuna Yardım Fondu - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə təşkil edilən qurum.
Azərbaycan Ordusuna Yardım Fondu | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi |
17 avqust 2002 8 dekabr 2020 |
Baş qərargahın yeri | Bakı, Azərbaycan |
mod.gov.az/az/silahli-qu… |
Fond Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.[1]
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 08 dekabr tarixli 1204 nömrəli Fərmanı ilə Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ləğv edilib. Silahlı Qüvvələrə Yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsait Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülüb.[2]
Haqqında
redaktəSilahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.[1]
Vəzifəsi
redaktəFondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.[1]
Fəaliyyəti
redaktəİanələr
redaktə2020-ci il sentyabrın 27-si İkinci Qarabağ müharibəsi başladıqdan sonra fonda bir çox şirkətlər vəsait köçürmüşdülər. Təkcə müharibə dövründə Fonda hüquqi şəxslər tərəfindən 47 milyon 670 min 193 manat məbləğində vəsaitin köçürülməsi qeydə alınmışdır.[3]
Toplanan vəsait
redaktəMüdafiə Nazirliyinin rəsmi internet saytında mütəmadi olaraq hər ayın əvvəli fonda toplanan vəsait barədə məlumatlar verilir.[4]
Azərbaycan Ordusuna Yardım Fonduna yığılan vəsaitin həcmi 1 fevral 2021 | Miqdarı |
---|---|
Azərbaycan manatı | 212.156.968,42 |
ABŞ dolları | 11.176.390,65 |
AVRO | 183.484,92 |
Rusiya rublu | 5.398.550,00 |
Böyük Britaniya funt sterlinqi | 1.844,72 |
Türkiyə lirəsi | 593.924,33 |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 "Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb". 2020-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-05.
- ↑ "8 dekabr 2020-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-09.
- ↑ "Silahlı Qüvvələrə Yardım Fonduna ianə edən şirkətlər – SİYAHI". 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
- ↑ "SİLAHLI QÜVVƏLƏRƏ YARDIM FONDUNUN BANK REKVİZİTLƏRİ". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-05.