Azerbaycan Hemkarlar Ittifaqlari Konfederasiyasi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası — 5–6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və təqribən 1600000 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası AHİK | |
---|---|
Yaranma tarixi | 5 fevral 1993 |
Sədr | Sahib Məmmədov |
ahik.org |
AHİK-in orqanları
redaktəQurultay Məclis-hər üzv təşkilatdan 5 nəfər təmsil olunur. İcraiyyə Komitəsi- hər üzv təşkilatdan 1 nəfər təmsil olunur. AHİK-in sədri: Mehbalıyev Səttar Suliddin oğlu "Ülfət" qəzeti-AHİK-in mətbu orqanı AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür. AHİK sədri Səttar Mehbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. 1998-ci ildə I Qurultayı, 2003-cü ildə II Qurultayı, 2008-ci ildə III Qurultayı, 2013-cü ildə IV Qurultayı keçirilib.
AHİK-in üzv təşkilatları
redaktə- Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
- Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
- Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı
- Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
- "Baku Stil Kompani" MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi
- Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı Respublika Komitəsi
- Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
- Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
- Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Komitəsi
- Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
- "Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyası
- Azərbaycan Respublikası "İnşaat-İş" Həmkarlar İttifaqı Respublika Komitəsi
- "Kənd-Qida-İş" Həmkarlar İttifaqı Fedarasiyası
- Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyası
- Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
- Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
- Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyi
- Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
- Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi
- Gömrük İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
- Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
- Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
- Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
- Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsi
- Yerli Sənaye və Kommunal Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi
- Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
AHİK-in tabeliyində olan təşkilatlar
redaktə- "Kurort" Səhmdar Cəmiyyəti:
- Azərbaycan Respublikası "Turizm və ekskursiya üzrə Respublika Şurası"
- Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi özündə 9 idman cəmiyyətlərini birləşdirir.
- "Azərbkolxozlararası" Sağlamlıq Respublika Birliyi
- Əmək və Sosial Münasibətlər Akademiyası
AHİK-in beynəlxalq əlaqələri
redaktəAHİK 17 oktyabr 2000-ci il tarixdən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür və bu beynəlxalq təşkilatın keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. AHİK-in nümayəndəsi bu mötəbər beynəlxalq həmkarlar ittifaqı təşkilatının icraiyyə komitəsində təmsil olunur. AHİK 26 may 2004-cü ildən Ümumhəmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatıdır. Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri HİRK, Neft və Qaz Sənayesi İşçiləri HİRK, "İnşaat-iş" Həmkarlar İttifaqı, Toxucq və Yüngül Sənaye İşçiləri, Metal İşçiləri Hİ Federasiyası Beynəlxalq "İndustry All" təşkilatının, Dəniz nəqliyyatı Müstəqil HİRK Beynəlxalq Nəqliyyat Federasiyasının (London), Səhiyyə işçilərinin, Yerli, sənaye və kommunal — məişət müəssisələri fəhlələrinin, Müdafiə sənayesi işçilərinin həmkarlar ittifaqları PSI-nın üzvüdürlər.
Türkiyə, Fransa, Belçika, İngiltərə, Almaniya, Misir, Yaponiya, Bolqarıstan MDB dövlətləri, Çin Respublikası və 70-ə yaxın ölkələrin həmkarlar ittifaqları mərkəzləri ilə ikitərəfli dostluq əlaqələrindədir.