Azerbaycan Dovlet Mahni Ve Reqs Ansambli - Wikipedia
F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı — Azərbaycanda musiqi kollektivi. Azərbaycan musiqi mədəniyyətin təbliğində göstərdikləri xidmətlərinə görə ansambl 13 iyul 1958-ci ildə "Əməkdar kollektiv" fəxri adına layiq görülüb[1].
Haqqında
redaktəTarixi
redaktə1931-ci ildə Azərbaycanda ilk dəfə Üzeyir Hacıbəyli notla çalınan xalq çalğı alətləri orkestrini yaradır. Həmin orkestrin üzvləri Səid Rüstəmov, Əliövsət Sadıqov, Bəhram Mansurov, Xosrov Malikov, Qılman Salahov və digərlərindən ibarət olub. Orkestrin tərkibi 2 balaban, 2 tar, 2 kamança, I dǝf, 1 nağaradan ibarət idi[2].
1936-cı ildə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə Azərbaycan Dövlət Filarmoniyasında "Mahnı və Rəqs ansamblı" yaradıldı. Həmin ansambla bədii rəhbər kimi Üzeyir Hacıbəyli öz assistenti drijor, xormeyster, kamança ifaçısı Qılman Salahovu təyin etdi. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan Respublikasının Mədəniyyət və İncəsənət 10 günlüyündə Qılman Salahovun rəhbərlik etdiyi "Mahnı və Rəqs ansambli" da öz çıxışını edir. Bu uğurlu çıxışlarından sonra ansambla Dövlət Statusu verilərək "Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı" adlandırıldı[2].
Müxtəlif dövrlərdə kollektivə Ü. Hacıbəyovla yanaşı azərbaycanın tanınmış bəstəkarlarından Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib.
Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişib.
Ansamblın repertuarını Azərbaycan və dünya xalqların mahnı rəqsləri, xor əsərləri təşkil edir.
2000-ci ilin yanvar ayından ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı alətləri fəaliyyət göstərir[3].
Mahnı və rəqs ansamblının bədii rəhbəri və dirijoru Ağaverdi Paşayevdir. O, xalq mahnıları, rəqslərinin qorunmasının və tədqiqinin yorulmaz təbliğatçısıdır.
Fəxri adları, mükafatlar, nailiyyətlər
redaktəAzərbaycan musiqi mədəniyyətin təbliğində müstəsna xidmətlərinə görə ansambl 13 iyul 1958-ci ildə "Əməkdar kollektiv" fəxri adına layiq görülüb.
2019-cu ildə "Oş — Türk dünyasının mədəniyyət paytaxtı" layihəsi çərçivəsində TÜRKSOY tərəfindən keçirilən Beynəlxalq rəqs müsabiqəsində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı birinci yerə layiq görülüb[4].
Filmoqrafiya
redaktə- Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii televiziya filmi)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı" (az.). anl.az. January 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2022.
- ↑ 1 2 Nigar Bayramova. "Dövlət Mahnı və Rəqs ansamblında Qılman Salahovun fəaliyyətinə dair" (az.). konservatoriya.az. January 5, 2014. July 19, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2022.
- ↑ "Rəqs ansamblları" (az.). azerbaijans.com. Fevruary 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2022.
- ↑ "Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı birinci oldu" (az.). modern.az. April 22, 2019. November 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2022.