Azerbaycan Dovlet Iqtisad Universitetinin Derbend Filiali - Wikipedia
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı (ADİU-nun Dərbənd filialı) — Azərbaycan ali təhsil müəssisəsinin Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhərində fəaliyyət göstərən filialı; Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi[1].
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı | |
---|---|
Əsası qoyulub | 1993 |
Şəhər | Dağıstan |
Ölkə | |
Sayt | vu.aseu.az/2010new/2010/… |
Ümumi məlumat
redaktəAzərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı 1993-cü ildən Azərbaycan prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı sayəsində yaradılmışdır. Filialın yaradılmasında əsas məqsəd Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq , onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir.
Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlamışdır.
Fəaliyyətə başladığı dövrdən hal-hazıra qədər yüzlərlə gənclər filialı bitirərək məzun olmuşdur. Həmin məzunlar hal-hazırda Rusiya iqtisadiyyatın müxtəlif sahələrində müvəffəqiyyətlə işləyirlər.
Filialda 5 ixtisas üzrə bakalavriat hazırlanır:
- Dünya iqtisadiyyatı;
- Maliyyə-Kredit;
- Mühasibat uçotu və audit;
- Gömrük işinin təşkili;
- İqtisadiyyatın hüquqi tənzimlənməsi.[2]
Filialın tədris korpusu Dərbənd şəhəri, Sovet küçəsi, 10-b ünvanında yerləşir. Filialda 400-dən çox tələbə təhsil alır. Filialda 3-nəfər elmlər doktoru, professor, 10 nəfər elmlər namizədi, dosent, 7 nəfər baş müəllim, 5 nəfər assistent və müqavilə ilə digər müəllimlər fəaliyyət göstərirlər.
Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə ADİU-nun Dərbənd filialının yeni təhsil kompleksi tikilmiş və istifadəyə verilmişdir. Muasir tələblərə cavab verən tədris korpuslarında 1500 tələbənin təhsil almasına imkan yaradılmışdır. Kampus tipli yeni təhsil kompleksinə 200 nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman zalı və hovuz, həmçinin 200 nəfərlik lisey daxildir.
Filialda müasir tələblərə cavab verən kompüter otağı, son illərdə dərc edilmiş kitablarla təmin edilmiş kitabxana, oxu zalı və digər kabinetlər fəaliyyət göstərir. Müəllimlər mütəmadi olaraq elmi- tədqiqat fəaliyyətilə də məşğul olurlar.
Respublika və beynəlxalq Konfranslarda tezis və çixışlarda iştirak edirlər. Bununla yanaşı müəllimlər metodiki işlərlə də məşğul olurlar.
Filiala yuxarıda göstərilən ixtisaslar üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya və akkreditasiya verilmişdir. Filiala hər il Azərbaycan Respublikası tərəfindən ödənişsiz və ödənişli əsaslarla tələbə qəbulu planı verilir. Bu plan tam yerinə yetirilir. Filialda ödənişsiz əsaslarla təhsil alan tələbələr Universitetdə təhsil alan tələbələr qədər təqaüdlə təmin olunurlar.Filial tamamilə Azərbaycan Respublikası tərəfindən maliyyələşir.
Mənbə
redaktə- II Tədris binası Arxivləşdirilib 2012-05-18 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine (az.)
- ↑ "Arxivlənmiş surət". 2012-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-29.
Xarici keçidlər
redaktə- ADİU-nun Dərbənd filialı
- aseu.az — Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi saytı