Azerbaycan Bestekarlar Ittifaqinin Binasi - Wikipedia
Azərbaycan Bəstəkarlar İttifaqının binası, Dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı və ya Pionerlər evi ― XX əsrin əvvəllərində Xaqani küçəsində tikilmiş 3 mərtəbəli yaşayış binası. Eklektik üslubda olan bu binada müxtəlif vaxtlarda Azərbaycan Mədənçilər İttifaqı, Pionerlər evi, Türkiyə səfirliyi, 2008-ci ildən etibarən isə Azərbaycan Bəstəkarlar İttifaqı yerləşib[1].
Azərbaycan Bəstəkarlar İttifaqının binası | |
---|---|
40°22′25″ şm. e. 49°50′44″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Xaqani küçəsi, 55 |
Aidiyyatı | Azərbaycan Bəstəkarlar İttifaqı |
Tikilmə tarixi | 1912 |
Vəziyyəti | yaxşı |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəAzərbaycan Bəstəkarlar İttifaqının binası 1912-ci ildə Molokanskaya küçəsi 27 (indiki Xaqani küçəsi 55) ünvanında 3 mərtəbəli mülk kimi tikilib[2]. 1922-ci ildən burada Dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı yerləşib. 1924-cü ildə heykəltaraş Stepan Erzyaya binanın fasadına yerləşdiriləcək heykəllərin düzəldilməsi üçün sifariş verildi. Fasaddakı heykəllər 3 horizontal üzrə yerləşdirilib[3].
Heykəllərin yerləşdiyi ən alt səviyyəyə gücü və ağılı simvolizə edən iki dəmirçi heykəli, orta səviyyədə istehsalat prosesini simvolizə edən fəhlə və qazmaçı heykəli, ən üst səviyyədə isə xalqların proletar birliyini və gələcək uğrunda birlikdə mübarizəni simvolizə edən, bir borudan yapışmış azərbaycanlı və rus fəhlə təsvir edilib. Fəhlənin dəmirçinin və qazmaçının çarıq geyib araxçın taxması eləcə də bığlarının olması onların azərbaycanlı olduğunu bildirir. Mərmər və bürüncün çatışmadığına görə heykəllər sementdən və güclü turşu tərkibi ilə işlənmiş dəmir qalıqlarından tökülüb. Bu neftçi işçilərə həsr edilmiş ilk heykəllər idi[3].
Sonradan burada Pionerlər evi yerləşib. Müstəqillikdən sonra isə burada əvvəlcə Türkiyə Cümhuriyyətinin konsulluğu, sonra isə səfirliyi yerləşib. 14 aprel 2008-ci ildən etibarən isə bina Azərbaycan Bəstəkarlar İttifaqının istifadəsinə verilib[4].
Şəkilləri
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Bəstəkarlar İttifaqı / Haqqımızda" (az.). azcomposersunion.com.az. 16 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2021.
- ↑ ""Союз горнорабочих Азербайджана"-"Дом пионеров" / "Dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı" - "Pionerlər evi"" (rus). ourbaku.com. 10 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2021.
- ↑ 1 2 "Дом пионеров - Союз горнорабочих Азербайджана / Pionerlər evi - Dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı" (rus). ourbaku.com. 1 iyun 2011. 10 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2021.
- ↑ "Azərbaycan Bəstəkarlar İttifaqının binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir" (az.). AzərTAc. 2 sentyabr 2009. 10 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2021.