Azerbaycan 2004 Yay Paralimpiya Oyunlarinda - Wikipedia
Azərbaycan — 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XII Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 16-28 sentyabrda tarixlərində baş tutan XI Yay Paralimpiya Oyunlarında 9 idmançı ilə 4 idman növündə təmsil olundu.
Azərbaycan Yay Paralimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Paralimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 9 idmançı (4 idman növündə) | ||||||||
Medallar Yer: 45 |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 |
Azərbaycan Milli Paralimpiya Komandası XII Yay Paralimpiya Oyunlarını 4 medalla (2 qızıl, 1 gümüş və 1 bürünc) başa vurdu. Komandanın heyətində yüngül atlet Oleq Panyutin (qızıl), cüdoçu İlham Zəkiyev (qızıl), yüngül atlet Zeynəddin Bilalov (gümüş) və atıcı Yelena Taranova (bürünc) medala sahib oldu.
XII Yay Paralimpiya Oyunlarında 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 45-ci pillədə, medalların sayına görə isə 47-ci pillədə qərarlaşdı.
Medalçıların siyahısı
redaktəAzərbaycan Milli Paralimpiya Komandası XII Yay Paralimpiya Oyunlarını 4 medalla (2 qızıl, 1 gümüş və 1 bürünc) başa vurdu. Komandanın heyətində atlet Oleq Panyutin və cüdoçu İlham Zəkiyev Paralimpiadanın qalib oldu.
Qızıl medala sahib olan atlet Oleq Panyutin, Paralimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısı oldu.
Oleq Panyutin | Yüngül atletika | Kişilər, uzunluğa tullanma, T12 | 19 sentyabr | |
İlham Zəkiyev | Cüdo | Kişilər, +100 Kq. | 20 sentyabr | |
Zeynəddin Bilalov | Yüngül atletika | Kişilər, üçtəkanla tullanma, T11 | 27 sentyabr | |
Yelena Taranova | Atıcılıq | Qadınlar, hava tapança, SH1 | 19 sentyabr |
Nəticələri
redaktəAtıcılıq
redaktə- Q — növbəti mərhələyə adladı
XII Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirdə Azərbaycanı bir idmançı təmsil elədi: Sidney Paralimpiadasının gümüş medalçısı Yelena Taranova.
Yelena Taranova əvvəlcə qadınların hava tapança ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı.[1] Nəticədə Yelena Taranova təsnifat mərhələsini 362.0 xalla 12 idmançı sırasında 5-ci pillədə başa vurdu.[1] Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bildi.[1] Həlledici mərhələdə isə Yelena Taranova 456.2 xalla 8 idmançı sırasında 3-cü pillənin sahibi oldu və XII Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.[1] Bununlada Yelena Taranova Paralimpiya Oyunlarında 2 dəfə medala sahib olan birinci Azərbaycan idmançı olaraq tarixə düşdü.
Daha sonra isə Yelena Taranova qarışıq idmançıların hava tapançası ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı.[2] Təsnifat mərhələsinin nəticələrinə əsasən Yelena Taranova mərhələni 516.0 xalla 26 idmançı sırasında 12-ci pillədə başa vurdu.[2] Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bilmədi.[2]
Yelena Taranova | Qadınlar, hava tapança, SH1 | ||||
Qarışıq, hava tapança, SH1 |
Cüdo
redaktə- Qəl. — qalib gəldi
- Məğ. — məğlub oldu
XII Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə turnirdə Azərbaycanı bir idmançı təmsil elədi: İlham Zəkiyev.
İlham Zəkiyev Afina Paralimpiadasının 1/4 final mərhələsi çərçivəsində Kuba nümayəndəsi Rafael Torres Pompa ilə üz-üzə gəldi. Rafael Torres Pompa ilə görüşdə İlham Zəkiyev rəqibinə ipponla qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İspaniya təmsilçisi Fermin Kampos Ariza ilə üz-üzə gəldi. Həmin görüşdə İlham Zəkiyev növbəti dəfə rəqibinə ipponla qalib gəldi və Afina Paralimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Yan Rozi oldu. Final görüşündə də İlham Zəkiyev rəqibinə ipponla qalib gəldi və XII Yay Paralimpiya Oyunlarının qalibi oldu.[3]
İlham Zəkiyev | Kişilər, +100 Kq. | Qəl. 100:000 |
Qəl. 101:000 |
Qəl. 100:000 |
Pauerliftinq
redaktə- DNS — mübarizə aparmadı
XII Yay Paralimpiya Oyunlarında pauerliftinq idman növü üzrə turnirdə Azərbaycanı üç idmançı təmsil eləməli idi: Fuad Tarverdiyev, Gündüz İsmayılov və Sara Abbasova. Amma Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Anti-Dopinq Komissiyasının dörd il əvvəl baş tutan Sidney Paralimpiadası zamanı Gündüz İsmayılovdan dopinq üçün götürülən qan analizi nümunəsində qadağan olunan nandrolone preparatı tapıldığına görə onun turnirdə mübarizə aparmasına icazə verilmədi. Sara Abbasova isə üç il əvvəl Macarıstanda baş tutan Dünya Çempionatı zamanı ondan dopinq üçün götürülən qan analizi nümunəsində qadağan olunan preparat tapıldığına görə turnirdə çıxış eləməsinə icazə verilmədi.
Fuad Tarverdiyev isə ümumi nəticədə 145.0 kiloqramlıq nəticə göstərdi və Afina Paralimpiadasını 14-cü pillədə başa vurdu.[4]
Fuad Tarverdiyev | -82.5 Kq. | ||
Gündüz İsmayılov | -90 Kq. | ||
Sara Abbasova | -67.5 Kq. |
Yüngül atletika
redaktə- Q — növbəti mərhələyə adladı
- DNF — bitirmədi
- DNS — mübarizə aparmadı
XII Yay Paralimpiya Oyunlarında yüngül atletlərin turnirdə Azərbaycanı altı idmançı təmsil elədi: Zeynəddin Bilalov, Oleq Panyutin, Yuri Qornak, Aleksandr Polişux, Bəhuz Bəşirov və Əlibala Hüseynov.
Sentyabrın 19-da 200 metr məsafəyə T13 növündə qaçış turnirində çıxış edən Yuri Qornak, 200 metr məsafəyə T46 növündə qaçış turnirində Aleksandr Polişux. F11 növündə uzunluğa tullanma turnirində çıxış edən Zeynəddin Bilalov və F42 növündə nüvə itələmə turnirində çıxış edən Bəhruz Bəşirov mübarizə apardı. Təsnifat mərhələsində 22.05 saniyə nəticə göstərən Yuri Qornak, altı idmançı sırasında beşinci pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı. Bir gün sonra baş tutan final mərhələsində isə Yuri Qornak 22.52 saniyə nəticə göstərdi və Afina Paralimpiadasını beşinci pillədə başa vurdu.[5] Aleksandr Polişux isə təsnifat mərhələsində 22.22 saniyə nəticə göstərdi və dördüncü pillənin sahibi oldu. Bununla da o, final mərhələsinə vəsiqə qazana bilmədi.[6] Uzunluğa tullanma turnirində Zeynəddin Bilalov 5.50 metr nəticə göstərdi və turniri 12-ci pillədə başa vurdu.[7] Nüvə itələmə turnirində isə Bəhruz Bəşirov 10.06 metr nəticə göstərdi və Paralimpiya Oyunlarını 11 idmançı sırasında 10-cu pillədə başa vurdu.[8]
Sentyabrın 21-də 100 metr məsafəyə T11 növündə qaçış turnirində çıxış edən Zeynəddin Bilalov, 100 metr məsafəyə T12 növündə qaçış turnirində, həmçinin F12 növündə uzunluğa tullanma turnirində çıxış edən Oleq Panyutin və 400 metr məsafəyə T46 növündə qaçış turnirində çıxış edən Aleksandr Polişux mübarizə apardı. Təsnifat mərhələsində Zeynəddin Bilalov start həddinə çıxmadı, Oleq Panyutin isə finiş həddinə çata bilmədi.[9][10] Aleksandr Polişux isə təsnifat mərhələsində 50.38 saniyə nəticə göstərdi və birinci pillənin sahibi oldu. Bir gün sonra baş tutan final mərhələsində isə Aleksandr Polişux 50.99 saniyə nəticə göstərdi və turniri beşinci pillədə başa vurdu.[11] Uzunluğa tullanma turnirində mübarizə aparan Oleq Panyutin isə 7.25 metr nəticə göstərdi. Bu nəticəyə əsasən Oleq Panyutin birinci pillənin sahibi oldu və Afina Paralimpiadasının qızıl medalına sahib oldu.[12] Bununla da o, həm də yeni Dünya rekordunu müəyyən elədi. Oleq Panyutin həm də Paralimpiya Oyunlarının qızıl medalına sahib olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.
Sentyabrın 24-də 100 metr məsafəyə və 800 metr məsafəyə T46 növündə qaçış turnirində çıxış edən Aleksandr Polişux, 200 metr məsafəyə T12 növündə qaçış turnirində çıxış edən Oleq Panyutin və 400 metr məsafəyə T13 növündə qaçış turnirində çıxış edən Yuri Qornak mübarizə apardı. 100 metr məsafəyə qaçış turnirinin təsnifat mərhələsində 11.50 saniyə nəticə göstərən Aleksandr Polişux, 8 idmançı sırasında 3-cü pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı. Bir gün sonra baş tutan final mərhələsində isə Aleksandr Polişux start həddinə çıxmadı.[13] 800 metr məsafəyə qaçış turnirinin təsnifat mərhələsində isə Aleksandr Polişux start həddinə çıxmadı.[14] Oleq Panyutin də təsnifat mərhələsində start həddinə çıxmadı, Yuri Qornak isə final mərhələsində 50.00 saniyə nəticə göstərdi və yeddi atlet sırasında dördüncü pillənin sahibi oldu.[15][16]
Sentyabrın 25-də F42 növündə nizə atma turnirində Bəhruz Bəşirov mübarizə apardı. Final mərhələsində 33.28 metr nəticə göstərən Bəhruz Bəşirov, turniri 12 idmançı sırasında 11-ci pillədə başa vurdu.[17]
Sentyabrın 26-da 100 metr məsafəyə T13 növündə qaçış turnirində çıxış edən Yuri Qornak, F11 növündə üçtəkanla tullanma turnirində çıxış edən Zeynəddin Bilalov və F57 növündə nüvə itələmə turnirində çıxış edən Əlibaba Hüseynov mübarizə apardı. Təsnifat mərhələsində 11.58 saniyə nəticə göstərən Yuri Qornak, mərhələni yeddi atlet sırasında dördüncü pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi.[18] Zeynəddin Bilalov isə final mərhələsində 12.88 metr nəticə göstərdi və Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[19] Nüvə itələmə turnirində isə Əlibaba Hüseynov 10.06 metr nəticə göstərdi və turniri on atlet sırasında doqquzuncu pillədə başa vurdu.[20]
Zeynəddin Bilalov | 100 m., T11 | ||||||
Uzunluğa tullanma, F11 | |||||||
Üçtəjanla tullanma, F11 | |||||||
Oleq Panyutin | 100 m., T12 | ||||||
200 m., T12 | |||||||
Uzunluğa tullanma, F12 | |||||||
Yuri Qornak | 100 m., T13 | ||||||
200 m., T13 | |||||||
400 m., T13 | |||||||
Aleksandr Polişux | 100 m., T46 | ||||||
200 m., T46 | |||||||
400 m., T46 | |||||||
800 m., T46 | |||||||
Bəhuz Bəşirov | Nüvə itələmə, F42 | ||||||
Nizə atma, F42 | |||||||
Əlibala Hüseynov | Nüvə itələmə, F57 |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 International Paralympic Committee. "Shooting at the Athens 2004 Paralympic Games // Women's Air Pistol SH1". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 International Paralympic Committee. "Shooting at the Athens 2004 Paralympic Games // Mixed Free Pistol SH1". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Judo at the Athens 2004 Paralympic Games // Men's +100 Kg". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Powerlifting at the Athens 2004 Paralympic Games // Men's -82.5 Kg". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. Archived from the original on 2022-10-10. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Athletics at the Athens 2004 Paralympic Games // Men's 200 m T13". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Athletics at the Athens 2004 Paralympic Games // Men's 200 m T46". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Athletics at the Athens 2004 Paralympic Games // Men's Long Jump F11". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Athletics at the Athens 2004 Paralympic Games // Men's Shot Put F42". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Athletics at the Athens 2004 Paralympic Games // Men's 100 m T11". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Athletics at the Athens 2004 Paralympic Games // Men's 100 m T12". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Athletics at the Athens 2004 Paralympic Games // Men's 400 m T46". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Athletics at the Athens 2004 Paralympic Games // Men's Long Jump F12". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Athletics at the Athens 2004 Paralympic Games // Men's 100 m T46". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Athletics at the Athens 2004 Paralympic Games // Men's 800 m T46". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Athletics at the Athens 2004 Paralympic Games // Men's 200 m T12". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Athletics at the Athens 2004 Paralympic Games // Men's 400 m T13". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Athletics at the Athens 2004 Paralympic Games // Men's Javelin F42". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Athletics at the Athens 2004 Paralympic Games // Men's 100 m T13". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Athletics at the Athens 2004 Paralympic Games // Men's Triple Jump F11". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Athletics at the Athens 2004 Paralympic Games // Men's Shot Put F57". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.