Azerbaycan Belcika Munasibetleri - Wikipedia
Azərbaycan–Belçika münasibətləri — Azərbaycan Respublikası ilə Belçika Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Belçika münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Belçikadaki Azərbaycanin səfirliyi | |||||
Səfir | Michel Peetermans | ||||
Ünvan | Bakı, ISR Plaza, Nizami küçəsi, 69 | ||||
Azərbaycandaki Belçikanin səfirliyi | |||||
Səfir | Vaqif Sadıqov | ||||
Ünvan | Brüssel, Tervüren prospekti, 282-284 | ||||
Digər | |||||
Quruluş tarixi | 17 iyun 1992 | ||||
Dövriyyə | 0,077 mlrd doll. (2022) |
Tarixi
redaktəAXC dövrü
redaktəAzərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Qorçakovskaya küçəsi 19 ünvanında Belçikanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Ayvazov rəhbərlik etmişdir[1].
Müasir dövr
redaktə31 dekabr 1991-ci ildə Belçika Azərbaycanın müstəqilliyini tanıyıb.
Diplomatik əlaqələr
redaktəİki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 17-də qurulmuşdur[2].
1995-ci ildə isə Azərbaycanın Belçikada səfirliyi açılıb.
Heydər Əliyev 3-5 may 1994, 1995 və 22-23 aprel 1996-cı illərdə Belçikada işgüzar səfərdə olub. Səfərin əsas məqsədi NATO və Aİ ilə əməkdaşlıq məsələlərinin müzakirəsi idi. 13-15 aprel 1998-ci ildə Belçikanın baş naziri Jan Lük Deon Azərbaycana rəsmi səfər edib. 17-19 may 2004-cü ildə İlham Əliyev Aİ-nin ümumi məsələlər və xarici əlaqələr şurasının iclasında iştirak etmək və NATO-nun səlahiyyətli nümayəndələri ilə görüşmək üçün Belçika krallığına işgüzar səfər edib. 21-24 noyabr 2004-cü ildə Belçika Krallığı Silahlı Qüvvələrinin komandanı general O.Vandel Azərbaycanda səfərdə olub.
6-8 noyabr 2006-cı ildə İlham Əliyev Belçikada işgüzar səfərdə olub. Səfər zamanı İlham Əliyev ATƏT-in o vaxtkı sədri - Belçikanın XİN-i Karel de Quxt, Aİ şurasının Baş Katibi Xavyer Solana, Belçika senatının sədri, NATO-nun Baş Katibi ilə görüşüb. Noyabrın 7-də Brüsseldə Azərbaycan və Avropa Birliyi enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Aİ-nin əsas qərargahı Brüsseldə yerləşir və birlikdə əməkdaşlıq məsələləri ilə bağlı Azərbaycanın yüksək rəsmi şəxsi Belçikaya səfəri zamanı bu ölkənin ali rəhbərliyi ilə mütəmadi görüşmüşdür.
13 sentyabr 2006-cı ildə BMT Baş Asambleyasının 61-ci sessiyasının gündəliyinə "GUAM ölkələrində uzanmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri" adlı yeni bəndin əlavə edilməsi üçün Baş Assambleyasında keçirilmiş səsvermədə birtərəf qalıb. 21-26 noyabr, 2001-ci ildə Belçika parlamentinin Belçika-Azərbaycan parlamentlərarası dost qrupu Azərbaycanda səfərdə olub, Heydər Əliyev və digər rəsmi şəxslərlə görüşüb.
1-7 dekabr 2002-ci ildə Belçika Parlamentinin Belçika-Azərbaycan dostluq qrupunun rəhbərinin dəvəti ilə Milli Məclisin Azərbaycan-Belçika dostluq qrupu Belçika Krallığına səfər edib.
25 iyun 2005-ci ildə Azərbaycanın müstəqilliyinin 10 ili ilə əlaqədar Brüsselin "Art Kiosk" qalereyasında 12 azərbaycanlı rəssam Fərhad Fərzəliyevin rəsm əsərlərinin sərgisi keçirilib.
29 yanvar 2002-ci ildə Brüsselin "Palais des Beaux-Arts" sarayında muğan ustası Alim Qasımovun konserti keçirilib. Tədbir çərçivəsində fotoqraf F.Məmmədovun fotosərgisi və Azərbaycan milli mətbəxinin təqdimatı olub.
24-27 mart 2004-cü ildə BDU-nun rektoru Abel Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Universitetləri Assosiasiyasının prezidenti E.Frankmentin dəvəti ilə Belçikaya səfər edib.
Konsulluq məsələləri Azərbaycan Respublikasının Belçikadakı və Belçikanın Türkiyə və Azərbaycandakı səfirlikləri vasitəsilə həyata keçirilir.
Parlamentlərarası əlaqələr
redaktəAzərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[3]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Eldar Namazov olmuşdur[4]. 4 mart 2016-cı il tarixindən Elxan Süleymanov işçi qrupunun rəhbəridir[3].
Belçika parlamentində isə Azərbaycanla dostluq qrupunun rəhbəri Filip Blanşardır.
Siyasi sahədə əməkdaşlıq
redaktə4 oktyabr 2011-ci il tarixində Belçika Krallığının Xarici İşlər Nazirliyinin siyasi əlaqələr üzrə baş direktoru Geert Muyle Bakıya səfər etmiş və Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov, Xarici işlər nazirinin müavinləri Xələf Xələfov və Mahmud Məmməd-Quliyevlə görüşmüş, beynəlxalq və regional münasibətlər ətrafında fikir mübadiləsi aparılmışdır.
- "Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında Konvensiya".
- "Azərbaycan Respublikası Hökuməti və Belçika-Lüksemburq İqtisadi İttifaqı arasında sərmayələrin qarşılıqlı təşviqi və qorunması haqqında Saziş".
- "Azərbaycan Respublikası Hökuməti və Belçika Krallığı Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı inzibati yardımın göstərilməsi haqqında ikitərəfli Saziş".
- "Azərbaycan Respublikası Hökuməti və Belçika Krallığı Hökuməti arasında hava əlaqələri haqqında Saziş". 13 aprel 1998-ci ildə imzalanmış, 4 dekabr 1998-ci ildə təsdiq edilmişdir.
İqtisadi sahədə əməkdaşlıq
redaktəƏmtəə dövriyyəsi (min doll.)
redaktəTicarət əlaqələri | 2008-ci il | 2009-cu il | 2010-cu il | 2011-ci il |
---|---|---|---|---|
Xarici ticarət dövriyyəsi | 60.86 | 74.1 | 45 786.7 | 59 729.1 |
İdxal | 59.8 | 57.1 | 44 500.0 | 56 840.2 |
İxrac | 1.06 | 17 | 1286.7 | 2 880.9 |
Ticarət saldosu | -58.74 | -40 | -43 213.3 | -53 959.3 |
İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[5] | 1 174,23 | 48 406,36 | 49 580,59 |
2021[6] | 33 156,47 | 58 343,17 | 91 499,64 |
2022[7] | 11 041,12 | 66 307,60 | 77 348,72 |
İdman sahəsində əməkdaşlıq
redaktəFutbol qarşılaşmaları
redaktəHəmçinin bax
redaktəMənbə
redaktə- Azərbaycan-Belçika münasibətləri Arxivləşdirilib 2013-09-06 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Xarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri Arxivləşdirilib 2018-05-27 at the Wayback Machine. axc.preslib.az (az.)
- ↑ Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az (az.)
- ↑ 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
- ↑ "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
- ↑ AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.
Xarici keçidlər
redaktə- Belçikadaki Azərbaycanin səfirliyi Rəsmi sayti
- Azərbaycandaki Belçikanin səfirliyi Rəsmi sayti (ing.)
- İkitərəfli münasibətlər