Ayven Sazerlend - Wikipedia
Ayven Sazerlend (ing. Ivan Edward Sutherland; 16 may 1938[1], Hastinqs[d], Nebraska[3]) — kompüter elmləri sahəsində görkəmli alimlərdən biri. O, "Sketchpad" adlı ilk interaktiv qrafik proqramı yaratdığına görə 1988-də "Türinq" mükafatına layiq görülüb. Eyni zamanda ilk dəfə proqramlaşdırmaya obyektyönümlü yanaşma tətbiq etmişdir. O, 2012-ci ildə həmin hazırlamaya görə məşhur "Kioto" mükafatı ilə təltif edilmişdir.
Ayven Sazerlend | |
---|---|
Doğum tarixi | 16 may 1938[1] (86 yaş) |
Doğum yeri | |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Klod Şennon |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAyven Sazerlend 16 may 1938-ci ildə Nebraska ştatının Heystinqs şəhərində anadan olmuşdur.
Təhsili
redaktəO, Karnegi Texnologiya İnstitutunda (indi Karnegi Mellon Universiteti) elektrik mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb. Sonra Kaliforniya Texnologiya İnstitutunda magistr və 1963-cü ildə Massaçusets Texnologiya İnstitutunda kompüter mühəndisliyi üzrə elmlər doktoru dərəcələrinə layiq görülüb.
Fəaliyyəti
redaktəYaratdığı ilk interaktiv qrafik proqram
redaktə1951-ci ildə Massacusets Texnologiya İnstitutunun mühəndisi Cey Forrester "Whirlwind I" adlı yeni kompüteri nümayiş etdirdi. Bu kompüterin çıxış qurğusu görüntünü elektron-şüa borusunun ekranında yaradırdı. Görüntü ayrı-ayrı işıqlı nöqtələrdən formalaşırdı. Sonralar hava hücumundan müdafiə komplekslərinin idarə olunması zamanı kompüteri operativ idarə etmək üçün ilk interaktiv giriş qurğusu – işıq tapançası işlənib hazırlandı. Beləliklə, informasiya texnologiyaları sahəsində yeni istiqamətin – kompüter qrafikasının əsası qoyuldu.
Bu istiqamətdə növbəti əsas addım 1961-1962-ci illərdə Ayven Sazerlend tərəfindən cizgilər çəkmək üçün "Sketchpad" ("Qeyd kitabcası") adlı ilk interaktiv proqramın yaradılması oldu. Bu proqramda ilk dəfə olaraq ayrı-ayrı nöqtələrdən ibarət qrafik primitivlərin (parçaların və qövslərin) interaktiv çəkilməsi gerçəkləşdirildi. Bunun üçün işıq qələm vasitəsilə ekranda lazım olan koordinatlar göstərilirdi.
"Sketchpad" məhdudiyyətləri qəbul edə və seqmentlərin və qövslərin arasında qarşılıqlı əlaqələri verə bilirdi, məsələn, qövslərin diametri. O, eyni zamanda horizontal və vertikal xətləri çəkə və onları müxtəlif fiqurlara kombinasiya edə bilirdi. Əsas xüsusiyyətlərini saxlayaraq onları köçürmək, qarışdırmaq, çevirmək və ya miqyası böyütmək mümkün idi. Həmçinin "Sketçpad" ilk dəfə miqyası böyütməyə imkan verən pəncərələrin təsvirinin alqoritmini və kəsiklərin alqoritmini reallaşdırırdı. "Sketçpad" "Lincoln TX-2" kompüterində işləyirdi.
Hətta indi bizim sadə qəbul etdiyimiz qrafik işlər məhz öz başlanğıcını Ayvenin ideyalarından götürür. İndi əgər kvadrat çəkmək tələb olunursa, sizi tamamilə narahat etmir ki, bunu necə etmək düzgündür. Siz sadəcə kvadratın rəsmçəkilməsi üçün lazımi aləti seçirsiniz, yeri və son ölçülərini verirsiniz, kompüter hər şeyi sizin üçün edir.
"Qeyd kitabçasında" reallaşdırılmış Sazerlend ideyaları obyektləri modelləşdirməyə imkan verirdi. Onun şinlərinin ölçülərini dəyişdirərək, amma modelin qalan hissəsinə toxunmadan avtomobilin təsviri ilə işləmək mümkün idi. İndi bu, çox asan bir hadisə kimi qəbul edilir, amma onda yenilik hesab edilirdi.
Təsvirlərin qurulmasında və işlənməsində kompüter tətbiqinin ilk tədqiqatçılarından olan Ayven Sazerlend sevdiyi sahə haqqında belə demişdi:
"Kompüterin displeyi mənimçün Alisanın möcüzələr ölkəsinə pəncərədir. Burada proqramçı həm təbiətin məlum qanunlarına tabe olan obyektləri, həm də təsvir etdiyi hər hansı obyekti proqramda yazılmış qanunlar çərçivəsində yarada bilər.
Displeyin köməyi ilə mən təyyarəni hərəkətdə olan gəmiyə endirmiş, raketdə işıq sürətinə yaxın sürətlə uçmuş və hesablama maşınının daxili həyatının sirlərini müşahidə etmişəm". |
Kompüter elmləri sahəsində 12 amerikalı tədqiqatçıdan biri – Sazerlend
redaktəArtıq 1960-cı illərin ortalarında Sazerlend Yuta Ştat Universitetinin professoru Evans ilə birlikdə ARPA (ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyi) tərəfindən sponsorluq edilən layihələrdə iştirak edirdi.
1968-dən 1974-cü ilə qədər Sazerlend Yuta Universitetində professor kimi çalışıb. Alan Key, Anri Quro, Edvin Katmull və Franklin Krou kimi informasiya texnologiyaları sahəsində nüfuzlu şəxsiyyətlər onun tələbəsi olub.
1968-ci ildə o, öz dostu və həmkarı Devid Evansla birlikdə "Evans & Sutherland" şirkətini təsis edir. Şirkət real vaxtın üçölçülü qrafiklərinin və printer dillərinin sürətlənməsi üçün aparat təminatı sahəsinin pioneri oldu. "Evans & Sutherland"-ın keçmiş işçiləri sırasında "Adobe" (Con Uornok) və "Silicon Graphicsin" (Cim Klark) baniləri də olub. Hazırda "Evans & Sutherland" şirkətinin (http://www.es.com/) 800-dən artıq əməkdaşı var. Şirkət "Windows NT" adı altında məhsuldar işçi stansiyalar üçün vizuallaşdırma sistemlərini istehsal edir.
1974-dən 1978-ci ilə qədər o, Kaliforniya Texnologiya İnstitutunda işləyib, burada kompüter elmləri kafedrasının əsasını qoyub. Sonra o, Sazerlend, Sproul və ortaqlar konsaltinq şirkətini yaradıb. Şirkət sonradan "Sun Microsystems" tərəfindən alınıb, onun əsasında "Sun Labs" tədqiqat bölməsi yaradılıb.
Sazerlend "Sun Microsystems" şirkətinin vitse-prezidenti idi. Həmçinin o, dəvət əsasında 2005-2008-ci illərdə Berkli Kaliforniya Universitetinin kompüter elmləri bölməsində çalışıb.
İndi Sazerlend həyat yoldaşı Marli Ronkenlə birlikdə Portlend Dövlət Universitetində qeyri-sinxron sistemlərin tədqiqatlarına başçılıq edir.[4] Onlar orada qrup formalaşdırıb və "Asynchronous Research Center"nin əsasını qoyub.
Sazerlend informatika, daha dəqiq kompüter elmləri sahəsində hal-hazırda yaşayan 12 ən məşhur Amerika tədqiqatçısı sırasında yer alır. O, bir sıra ən nüfuzlu akademik mükafatlara layiq görülüb və ABŞ-nin ən yüksək elmi təşkilatlarının üzvüdür.
Ayvenin böyük qardaşı, Bert Sazerlend, həmçinin kompüter elmləri üzrə görkəmli alimdir.
Şəxsi həyatı
redaktəSazerlend boş vaxtlarında rəqs etməyi və hava şarında uçuşu çox xoşlayır, motosiklet sürməyə xüsusi maraq göstərir.
Mükafatları
redaktə- 1988 — "Türinq" mükafatı;
- 2012 — "Kioto" mükafatı.
Mənbə
redaktə- Cahangir Atakişiyev. Kompüter elmləri sahəsində ən məşhur amerikalı. ictnews.az, 20.07.2013 (az.)
- Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
İstinadlar
redaktə- ↑ 1 2 Ivan Sutherland // SNAC (ing.). 2010.
- ↑ 1 2 https://awards.acm.org/fellows/award-recipients.
- ↑ Elizabeth H. Oakes. Encyclopedia of World Scientists. Infobase Publishing. 2007. səh. 701. ISBN 978-1-4381-1882-6. 11 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 August 2012.
- ↑ "About ARC". Asynchronous Research Center web site. Portland State University. July 20, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 1, 2011.
Xarici keçidlər
redaktə- SketchPad, 2004 from "CAD software – history of CAD CAM" by CADAZZ
- Sutherland's 1963 Ph.D. Thesis from Massachusetts Institute of Technology republished in 2003 by University of Cambridge as Technical Report Number 574, Sketchpad, A Man-Machine Graphical Communication System. His thesis supervisor was Claude Shannon, father of information theory.
- Duchess Chips for Process-Specific Wire Capacitance Characterization, The Arxivləşdirilib 2009-07-18 at the Wayback Machine, by Jon Lexau, Jonathan Gainsley, Ann Coulthard and Ivan E. Sutherland, Sun Microsystems Laboratories Report Number TR-2001-100, October 2001
- Technology And Courage by Ivan Sutherland, Sun Microsystems Laboratories Perspectives Essay Series, Perspectives-96-1 (April 1996)
- Biography, "Ivan Sutherland" circa 1996, hosted by the Georgia Institute of Technology College of Computing
- Counterflow Pipeline Processor Architecture Arxivləşdirilib 2008-06-04 at the Wayback Machine, by Ivan E. Sutherland, Charles E. Molnar (Charles Molnar), and Robert F. Sproull (Bob Sproull), Sun Microsystems Laboratories Report Number TR-94-25, April 1994
- Oral history interview with Ivan Sutherland at Charles Babbage Institute, University of Minnesota, Minneapolis. Sutherland describes his tenure as head of the Information Processing Techniques Office (IPTO) from 1963 to 1965. He discusses the existing programs as established by J. C. R. Licklider and the new initiatives started while he was there: projects in graphics and networking, the ILLIAC IV, and the Macromodule program.