Ayna Sultanova - Wikipedia
Ayna Mahmud qızı Sultanova (1895, Pirəbədil, Quba qəzası – 3 iyul 1938, Bakı) — ictimai-siyasi xadim, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri — xalq ədliyyə komissarı və Azərbaycan SSR Ali Məhkəməsinin sədri. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda Sovet hakimiyyətinin möhkəmləndirilməsi olmuşdur.
Ayna Sultanova | |
---|---|
17 sentyabr 1936 – iyul 1937 | |
Əvvəlki | Əbdülhəmid Yaqubov |
Sonrakı | Feyzulla İslamov |
1936 – 17 sentyabr 1936 | |
Sonrakı | Teymur Quliyev |
1934 – 1936 | |
23 fevral 1933 – 1934 | |
29 sentyabr 1930 – 1931 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyul 1938 |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Müəyyən müddətdən sonra yeni qurulmuş rejimin onun uğrunda çalışdığı rejim olmadığını görmüş, Stalinlə görüşüb şikayətlərini bildirmək üçün Moskvaya getmiş, elə vağzalda da həbs olunmuşdur. Xüsusi mühafizə dəstəsinin müşayiəti ilə Bakıya gətirilmiş və SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə ən yüksək cəzaya — güllələnməyə məhkum edilmişdir. Ayna Sultanova istintaq zamanı çox alçaldılmışdır.
SSRİ-nin dağılmasından sonra Ayna Sultanovaya olan ictimai münasibət dövrün digər marksist düşüncəli fəallarına olan münasibət kimi qarışıq olmuşdur. Ayna Sultanova Nəriman Nərimanov ilə birlikdə heykəli hələ də Bakı şəhərində mövcud olan solçu siyasətçidən biridir.
Ayna Sultanovanın "Dərnəgül şosesi"nin kənarında, metronun "Gənclik" stansiyasından bir qədər aralı büstü ucaldılmışdır. 1965-ci ildə Azərbaycan, 1976-cı ildə isə rus dillərində H. Sultanovanın müəllifi olduğu "Ayna Sultanova" adlı kitablar nəşr olunmuşdur.
Həyatı
redaktəAyna Mahmud qızı Sultanova 1895-ci ildə indiki Şabran (keçmiş adı Dəvəçi) rayonunun Pirəbədil kəndində doğulmuşdur. 1912-ci ildə Bakıda "Müqəddəs Nina" gimnaziyasını bitirib və həmin məktəbdə dərs deyib. 1917–1918-ci illərdə bolşeviklərlə sıx əməkdaşlıq edib, 1918-ci ilin mart qırğınında erməni daşnaklarının və rus bolşeviklərinin mövqeyini dəstəkləyib.
Ayna Sultanova və həyat yoldaşı Həmid Sultanov mart qırğınından az sonra Stepan Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edib və Azərbaycanda sovet rejimi qurmaq uğrunda çalışmışlar.
Ayna Sultanova və həyat yoldaşı mart qırğınından az sonra, yəni 25 aprel 1918-ci il tarixdə S. Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edir. Onun 1918-ci ilin iyunundan Kommunist Partiyasına daxil olması bir daha sübut edir ki, A. Sultanova Azərbaycanın müstəqilliyinə düşmən münasibət bəsləyib. Nəzərə almaq lazımdır ki, bu tarixdə artıq Azərbaycan Xalq Cümhuriyyəti mövcud idi və Bakı S. Şaumyanın rəhbərlik etdiyi kommunanın əlində olduğuna görə paytaxt hələ Gəncədə yerləşirdi. A. Sultanovanın Kommunist Partiyasına daxil olduğu vaxt Azərbaycan milli ordusu qardaş türk ordusu ilə birlikdə Göyçay istiqamətində erməni daşnak və bolşevik qoşunlarına qarşı ölüm-dirim mübarizəsi aparırdı. Belə bir dövrdə A. Sultanovanın S. Şaumyanın rəhbərlik etdiyi bolşevik partiyasına daxil olması onun Azərbaycanın milli dövlətçiliyinin əleyhinə olduğunu, erməni daşnaklarının və rus bolşeviklərinin rəhbərliyilə öz xalqına qarşı yeridilən düşmən siyasətin icraçılarda fəal iştirak etdiyini sübut edir.
O, Bakı Kommunasının süqutundan, yəni 31 iyun 1918-il tarixdən sonra Azərbaycan Xalq Cümhuriyyəti əleyhinə fəaliyyətini davam etdirmiş və Həştərxana gedərək Müsavat hakimiyyətini yıxıb, yerində kommunist sistemli bir ölkə qurmaq üçün bolşeviklərə yaxından köməklik göstərmişdi. Bu dövrdə A. Sultanova Rusiya Kommunist Partiyasının Həştərxan Quberniya Komitəsi müsəlman bölməsi rəyasət heyətinin üzvü və Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlıqda maarif şöbəsinin müdiri olmuşdu. 1919-cu ilin avqustunda Moskvaya Y. Sverdlov adına kommunist universitetində oxumağa göndərilmiş, eyni zamanda RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin katibi işləmişdir. Moskvadakı fəaliyyəti haqqında o, öz xatirələrində belə yazır: "Xalq Xarici İşlər Komissarlığının partiya özəyi məni, qadın qulluqçular tərəfindən rayon partiya komitəsinə təhkim olunmuş nümayəndə təyin etdi. Mən qadınların qızıl ordu üçün alt paltarı tikmək və yamamaq, xəstəxanaların, uşaq bağçalarının və yeməkxanaların sanitariya vəziyyətini yoxlamaq işlərində çalışmasını təşkil edirdim".[1]
A. Sultanova XI Qırmızı Ordu Azərbaycana daxil olduqdan sonra Bakıya qayıtmış və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi aparatında qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsi müdirinin müavini, sonra müdiri vəzifələrində çalışmış, "Şərq qadını" jurnalının redaktoru olmuşdur. 1930–1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı və bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışmışdı. Bu dövrdə o, Moskvada Qırmızı Professura İnstitutunda oxumuşdu.
1938-ci ildə A. Sultanova qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla[2] birlikdə repressiyaya məruz qalmış və xalq düşməni kimi güllələnmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Sovet dövrünün heykəlləri Ayna Mahmud qızı Sultanova" (az.). 525-ci qəzet. 15.04.2009. 06.03.2024 tarixində arxivləşdirilib.
- ↑ "Ayna Sultanova kim idi?". 2021-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-15.