Aygunlu - Wikipedia
Aygünlü — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Aygünlu Şabran rayonunun Gəndob inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Etnotoponimdir. XIX əsrdə Aygunlu Kəngərli adı ilə qeydə alınmışdır. Həmin əsrin ortalarında Aygunlu, Burbur (Borbor), Kəngərli, Molla Kamallı, Obey Məhəmməd Hacıbəbir və Ağamirzə obası adlı kicik məntəqələr birləşərək Aygunlu Kəngərli, Burbur Molla Kamallı və Burbur adlı 3 böyük kənd icması əmələ gətirmışdir. Sonralar oykonimin tərkibindəki "kəngərli" komponenti düşmüşdür[1].
Aygünlü | |
---|---|
41°17′41″ şm. e. 48°51′24″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şabran rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 76 m |
Saat qurşağı | |
Tarixi
redaktəArxeoloji qazıntılar zamanı indiki yaşayış yerlərindən 0.5 km cənub-qərbdə kənd ərazisində Çaqqallıqtəpə deyilən ərazidə ilk tunc dövrünə (e.ə. 3-cü minillik) yaşayış yeri aşkar olunmuşdur.[2] Yaşayış yeri ilk tunc dövrünün əkinçi tayfalarının mədəniyyəti üçün səciyyəvidir[3]. Aygünlü kəndi ərazisində mövcud olmuş üç kənddən (Aygünlü, Mollakamallı və Gönçü) yalnız Aygünlü kəndi mövcuddur. Səbəbi isə 20 əsrin 70-80-cı illərində Sovet hakimiyyəti məqsədli şəkildə (adına görə) Mollakamallı kəndinin ləğv etmiş, ərazisi isə Aygünlü kəndinə birləşdirilmişdir. Gönçü kəndi isə indiki yaşayış yerindən 3 km qərbdə dağlıq ərazidə yerləşdiyindən və burada yol və elektrik probleblemləri olduğundan indiki yaşayış yerinə köçmüşlər. İndi bu kənd adları məhəllə adları olaraq adlandırılır.
Coğrafi mövqeyi
redaktəBakı-Quba magistral (M1) yolunun (137 km-Mollakamallı və 138 km-Aygünlü) [4] kənarında yerləşır və rayon mərkəzlərindən Şabran rayonundan - 13 km, Xaçmaz rayonundan - 20 km, Quba rayonundan - 25 km məsəfədədir
Daxili yolların uzunluğu 5.0 km-dir. (Y-17-10 Mollakamallı-2 km, Y-17-11 Aygünlü-3 km) [4]
Əhalisi
redaktəKəndin əhalisi 1.157 nəfər təşkil edir.[mənbə göstərin]
Din
redaktəKənddə Aygünlü kənd məscidi dini icması fəaliyyət göstərir[5].
İstinadlar
redaktə- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ APA TV. "Azərbaycanda ilk dəfə 5000 illik tarixə malik qazma evlər aşkarlanıb - SENSASİYA" (az.). Youtube.com. 16.08.2016. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-20.
- ↑ Aзарова Р.Б. Ахундов Т.Н. Чаккаллыгтепе поселение эпохи ранней брозы. Azərb.SSR EA Məruzələri c37, 1981, №19
- ↑ 1 2 "Arxivlənmiş surət". 2013-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-23.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Şabran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |