Aydogdu Bey - Wikipedia
Aydoğdu bəy (ö. 1302-ci ilin iyul ayı), Âşıkpaşazadənin Tevârih-i Âl-i Osman adlı əsərinə görə o, Osmanlı Bəyliyinin yaradıcısı olan Osman Qazinin qardaşı Gündüz bəyin oğludur və onun böyük qardaşının adı Aktemur bəydir. Onun doğum tarixinin 1284-1287-ci illər arasında olduğu təxmin edilir, çünki vəfat etdiyi 1302-ci ildə onun 16-17 yaşı var idi. Onun dünyaya gəldiyi yer konkret olaraq məlum deyildir.
Aydoğdu bəy | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | 27 iyul 1302 |
Dəfn yeri |
|
Atası | Gündüz Bəy |
Həyatı
redaktəO, əmisi Osman Qazinin himayəsi altında böyümüş və eyni zamanda da onunla bir çox müharibələrdə iştirak etmişdir. O, hələ çox gənc yaşlarında (ehtimal ki, 17-18 yaşlarında) olarkən 1302-ci ilin iyul ayında baş vermiş olan Bafey müharibəsi zamanı vəfat etmişdir. Məzarı Bursa ilə Yenişehir arasında, indiki adı Ərdoğan Köyü olan Dimbosdan Qoyunhisara gedən yoldadır.