Aydin Selimzade - Wikipedia
Aydın Səlimzadə (2 iyul 1953, İsmayıllı rayonu – 1995, Hacıhətəmli, İsmayıllı rayonu) — Azərbaycan etnoqrafı; tarixçi alim, şair, yazıçı-publisist; "Elm və həyat" jurnalının baş redaktoru (1993–1995)[1]
Aydın Səlimzadə | |
---|---|
Doğum tarixi | 2 iyul 1953 |
Doğum yeri | |
Vəfat tarixi | 1995 |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşaqları |
oğlu: Ayaz qızı: Aygün |
Milliyyəti | azərbaycanlı (haputlu) |
Təhsili |
Həyatı
redaktəEtnik mənsubiyyəti haputlu olan Aydın Səlimzadə 2 iyul 1953-cü ildə İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuşdur.
Əmək fəaliyyətinə lap gənc yaşlarından başlamışdı.
Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində qiyabi təhsil aldığına görə, universiteti bitirənə qədər doğulduğu İsmayıllı rayonunda fəhləlikdən müəllimliyə kimi bir təcrübə məktəbi keçmişdir.
1979-cu ildən Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunda işləmişdir.
Tarix İnstitutunun aspiranturasına qəbul olunandan sonra, Moskvada Etnoqrafiya İnstitutunda təcrübə keçmiş və 1986-cı ildə Minsk şəhərində "Sumqayıt şəhəri əhalisinin formalaşması və millətlərarası mədəni-məişət əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsini almışdır.
1989–1992-ci illərdə AEA-nın "Elm" qəzetinin baş redaktoru olmuş, 1992–1993-cü illərdə isə Azərbaycan Elmlər Akademiyası prezidentinin mətbuat və informasiya üzrə müavini vəzifəsində çalışmışdır.
1993-cü ilin sentyabr ayında "Elm və həyat" jurnalının baş redaktoru təyin olunmuşdur.
1995-ci ildə — 42 yaşında vəfat etmişdir.
Oğlu Ayaz hüquqşünas, qızı Aygün isə həkimdir.
Yaradıcılığı
redaktəİlk məqalə və şeirlərini tələbəlik illərində çap etdirmişdi.
İlk əvvəl "Ədəbiyyat və incəsənət" qəzetində və "Azərbaycan" jurnalında ədəbi işçi vəzifəsində çalışmışdı.
2 kitabı nəşr olunmuş, yüzlərlə məqaləsi dərc edilmişdir.
Kitabları
redaktəİctimai-siyasi fəaliyyəti
redaktəVətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub.[2][3]
Xatirəsi
redaktə- Aydın Səlimzadənin həyat və yaradıcılığını əks etdirən "Hər ürəkdə bir Aydın" kitabı nəşr olunmuşdur. Kitabın müəllifləri Rəna Mirzəliyeva və Allahyar Muradovdur. 14 may 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda kitabının təqdimat mərasimi keçirilmişdir.[4]
İstinadlar
redaktə- ↑ "Elm və Həyat", № 1, 2011 [ölü keçid] (az.)
- ↑ Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucuları. Arxivləşdirilib 2014-03-30 at the Wayback Machine (az.)
- ↑ 17 il öncə Sabir Rüstəmxanlı "Nicatımız vətəndaş həmrəyliyindədir!" deyənləri bir çatının altına topladı. [ölü keçid] (az.)
- ↑ Ayxan Şıxalıyev. "Hər ürəkdə bir Aydın". 525-ci qəzet, 18 may 2010, səh. 7. (az.)
Xarici keçidlər
redaktə- Rəna Mirzəliyeva. Dağlar marala qaldı… Ədəbiyyat qəzeti, 3 iyul 2009, səh. 6. (az.)
- Qorxmaz Şıxalıoğlu. Bir dəstə qızılgül. 525-ci qəzet, 7 noyabr 2009. (az.)
- Rafiq Tağı. Aydın Səlimzadə haqqında. İnkişaf tələsgəni [ölü keçid]. enyeniedebiyat.com, 18 noyabr 2009. (az.)
- Aqil Abbas. Unutduğumuz Aydın Səlimzadə [ölü keçid]. "Ədalət" qəzeti, 8 yanvar 2010. (az.)
- Maral Poladova. Yeri görünən Aydın. 525-ci qəzet, 29 aprel 2011. (az.)
- Xeyrulla Ağayev. Ömürlərə paylanan işıq… [ölü keçid] kulis.lent.az, 02.07.2014 (az.)
- Aydın Səlimzadə — 65 (az.)