Aydin Qehremanov - Wikipedia
Qəhrəmanov Aydın (tam adı:Qəhrəmanov Aydın Qəhrəman oğlu; 13 dekabr 1966, Bakı şəhəri) — Tibb üzrə elmlər doktoru, Dünya ortoped-travmatoloqlar cərrahlar cəmiyyətının (SİCOT) Azərbaycan üzrə nümayəndəsi, Dünya AO Travma cəmiyyətinin Azərbaycan bölməsinin sədri, Türkcə danışan ölkələrin travmatoloq ortopedlər birliyinin yaradıcılarından biri və məsul katibi, Azərbaycan travmatologiyasının tanınmış simalarından biri.
Aydın Qəhrəmanov | |
---|---|
Qəhrəmanov Aydın Qəhrəman oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Qəhrəman Qəhrəmanov |
Elm sahələri | travmatologiya və ortopediya |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Təhsili |
Azərbaycan Dövlət Tibb Universiteti (1983–1989) Hacəttəpə Universiteti (2011–2016) |
Həyatı
redaktəQəhrəmanov Aydın 13 dekabr 1966, Bakı şəhərində məşhur alim fizioloq professor Qəhrəman Qəhrəmanovun ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakultəsinə qəbul olmuş və 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
Karyerası
redaktə1989–1990 Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunda 1 il həkim intern, sonra isə 2 il klinik ordinator olaraq təhsilini davam etmişdir.
1992-ci ildən Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun kiçik elmi işçi olaraq işə başlamışdır. 1995-ci ildə "Uşaqlarda hematogen osteomielitin kompleks müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
2016-ci ildə Türkiyənin Hacəttəpə universitetində "Bud çanaq oynağının displastik, degenerativ-distrofik xəstəliklərinin Ganz osteotomiyası ilə müalicəsinin nəticələrinin qiymətləndirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Ali Attestasiya Komissiyası qərarı ilə Tibb üzrə elmlər doktoru elmi dərəcəsi adını 2018-ci ildə almışdır.
2011-ci ildə Türkiyədə keçirilən Türkiyə ortopedlər birliyinin kongresində (TOTBİD) Hacəttəpə universitetində yerinə yetirdiyi elmi işlərə görə kongresin fəxri medalı ilə təltif edilmişdir. Məruzəsi Türkcə danışan ölkələrin 2013-cü ildə keçirilən 2-ci konfransının mükafatını qazanmışdır.
2016-cı ildə elmi və praktiki fəaliyyətinə görə Hacəttəpə universiteti Travmatologiya və Ortopediya kafedrasının fəxri medalı ilə təltif edilmişdir.
Dünya AO Travma cəmiyyətinin təşkil etdiyi Azərbaycanda iki Beynəlxalq seminar və bir Bazis Travma kursunun sədri olmuşdur.
2019-cu ildə Springer mətbəəsi tərəfindən yayınlanan "Oynaqdaxili sınıqlar, Az invazive cərrahiyyə və artroskopiya" ("Intraarticular fractures, Minimally invasive Surgery, Arthroscopy") kitabının həmmüəlliflərindəndir.
100-dən cox məqalə müəllifidir. Məqalələri Pubmed sisteminə daxil olmuşdur.
Rus və ingilis dillərini bilir.
Elmi işləri
redaktə- Prevention of late PJİ. J Arthroplasty. 2014 Feb;29(2 Suppl):119–28.
- Radiologic Evaluation And Gait Analysis Following Ganz Periacetabular Osteotomy. EFFORT 15th Congress , London, 4 – 6 June 2014.
- Functional results in periacetabular osteotomy: Is it possible to obtain a normal gait after the surgery? Hip Int 2017; 27(5): p.449–454
- Prevention, Risk Mitigation, General Factors: Proceedings of International Consensus on Orthopedic Infections. J Arthroplasty. 2019 Feb;34(2S):p55–59
- Treatment of the Pilon fractures with Ilizarov method. In Book. Minimally invasive surgery, Arthroscopy. Springer.2019.
- Осложнения после периацетабудярной остеотомии. Казанский медицинский журнал, 2016 г., том 97, №5 ,c .696–700
- Alim ömrü . Baki . 2012. 164 səh