Aydin Kelenterli - Wikipedia
Aydın İslam oğlu Kələntərli (24 oktyabr 1932, Lənkəran – 24 yanvar 1994, Bakı) — Azərbaycan Elmlər Akademiyasının prezidiumunun qərarı ilə "neft və qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə Baş elmi işçi adına müvəffəq olmuş, neft hasilatı sahəsində tanınmış Azərbaycanlı alim.
Aydın Kələntərli | |
---|---|
Aydın İslam oğlu Kələntərli | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Lənkəran |
Vəfat tarixi | 24 yanvar, 1994 |
Vəfat yeri | Bakı |
Vəfat səbəbi | infarkt |
Həyatı
redaktəAydın Kələntərli Lənkəran şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. 1950-ci ildə Lənkəran şəhərinin 3 saylı orta məktəbini gümüş medalla bitirib, elə həmin ildə Azərbaycan Sənaye Universitetinin "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" fakültəsinə qəbul olmuşdur. 1954-cü ildən Azərbaycan Elmlər Akademiyasının neft kəşfiyyatı laboratoriyasına baş laborant vəzifəsinə qəbul edilmişdir. 1966-cı ildə geologiya-mineralogiya elmlər namizədliyini müdafiə edərək Azərbaycan Elmlər Akademiyasının qərarı ilə alimlik dərəcəsi almışdır. Azərbaycan Elmlər Akademiyasının prezidiumunun qərarı ilə 1969-cu ildən neft və qaz yataqlarının işlənməsi və istismarı ixtisası üzrə Baş elmi işçi adına müvəffəq olmuşdur. Neft hasilatının öyrənilməsi sahəsində mükəmməl elmi ixtiranın və bir çox elmi əsərlərin müəllifi olmuşdur.
Aydın Kələntərli 24 yanvar 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir.
İstinadlar
redaktə Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |