Ayaq Qervend - Wikipedia
Ayaq Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Ayaq Qərvənd | |
---|---|
40°08′ şm. e. 47°03′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 252 m |
Saat qurşağı | |
Əhalisi | |
Milli tərkibi | Azərbaycanlı |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Poçt indeksi | AZ0227 |
Tarixi
redaktəAyaq Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sahilindədir. Toponimiyada ayaq "kənar, uzaq"; "Aşağı"; "qurtaracaq" mənalarını ifadə edir. Yaşayış məntəqəsi Baş Qərvənd kəndindən Aşağıda yerləşdiyinə görə belə adlandırılmışdır. Qərvənd etnotoponimdir.[2]
SSRİ-yə qədər qərvənd bəyliyinin (Kəkilbəylilər sulaləsinin yurdu) ərazisində yerləşib.
SSRİ dönəmində mərkəzi Baş Qərvənd olan Qərvənd sovetliyinə aid olub, "Lenin" Kolxozunun ərazisində yerləşib.
1993-cü ildə Baş Qərvənd işğal olunduqdan sonra İcra hakimiyyətinin kənd nümayəndəliyi və Qərvənd kənd inzibati ərazi dairəsinə aid olan bütün qurumlar Ayaq Qərvəndə köçülürüb.
1999-cu ildə bu kənddə Qərvənd bələdiyyəsi təşkil edilib və onun Nizamnaməsi 2000-ci ildə qəbul olunub.
Qərvənd Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[3] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[4] ilə Qərvənd bələdiyyəsinin əhatə etdiyi Əhmədağalı, Çıraxlı, Kolqışlaq və Mirəşelli kəndlərində Əhmədağalı bələdiyyəsi təşkil edilmiş, Qərvənd Bələdiyyəsində isə yalnız Orta Qrəvənd və Ayaq Qərvənd saxlanmışdır.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[5] uyğun olaraq, Qərvənd Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
Qərvənd inzibati ərazi dairəsinə aid olan Baş Qərvənd və Şıxlar kəndləri isə 20.11.2020-ci ildə işğaldan azad edilib. Ağdam şəhərinə çəkilən yeni 4 zolaqlı yol Şixlar kəndinin ərazisindən, yeni dəmiryol xətti isə Baş Qərvənd ərazisindən çəkilib (tarixi "Çinar" dəmiryol stansiyası Baş Qərvəndin inzibati ərazisində idi).
Əhali sayının Qanunla müəyyən edilmiş minimum həddən aşağı olması ilə əlaqədar 10.09.2024-cü il tarixli 09 saylı protokolunda qeyd olunmuş qərara əsasən Qərvənd Bələdiyyəsi tərəfindən Əhmədağalı bələdiyyəsinə birləşmə qərarı verildi.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanuna[6] əsasən Qərvənd Bələdiyyəsinin əraziləri Əhmədağalı Bələdiyyəsinə birləşdirilərək, Qərvənd Bələdiyyəsi ləğv edildi.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-11-26.
Xarici keçidlər
redaktə Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |