Axund Buzovand - Wikipedia
Axund Buzovand — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.[2]
kənd | |
Axund Buzovand | |
---|---|
40°00′ şm. e. 44°34′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Gərnibasar mahalı |
Rayon | Qəmərli rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 860 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRayon mərkəzindən 8–9 km şimal-şərqdə, Gərni çayı sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Toponim xəzər türk tayfasından olan bozal etnonimində[5] öz əksini tapan bus[6] etnonimi ilə[7] türk mənşəli abant[8] etnoniminin[9] birləşməsindən əmələ gələn etnotoponimdir. Toponimin əvvəlində işlənən «axund» dini mənada işlənən sözdür. Mürəkkəb toponimdir.
1920-ci ildə kəndin adı dəyişdirilib Bzovan qoyulmuş, sonra Berdin kimi rəsmiləşdirilmişdir.
Əhalisi
redaktəKənddə 1831-ci ildə 137 nəfər, 1873 - cü ildə 210 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cı ildə 322 nəfər, 1914 - cü ildə 385 nəfər, 1916-cı ildə 299 nəfər azərbaycanlı yaşamışdır[10].
1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İranın Xoy və Salmas bölgələrindən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra 1922-ci ildən sonra azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. Burada 1926-cı ildə 161 nəfər azərbaycanlı, 11 erməni, 1931-ci ildə 195 nəfər azərbaycanlı, 19 nəfər erməni yaşamışdır[10].
SSRİ Nazirlər Sovetin xüsusi qərarları ilə azərbaycanlılar 1948-49 - cu illərdə Azərbaycana köçürülmüşdür.
İndi burada ermənilər yaşayır.
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.49
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.23
- ↑ Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, «Элм», 1986. s.45
- ↑ boz - İbrahim Bayramovun fikrincə
- ↑ Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990. s.253
- ↑ avand – İbrahim Bayramovun fikrincə
- ↑ Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990. s.258
- ↑ 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.46-47, 126-127