Axistir Magarasi - Wikipedia
Axıştır mağarası.
Haqqında
redaktəQafqazın üst paleolit dövrü düşərgələrindən biri də Axiştır mağarasıdır. Mağara Qara dənizin sahilində Soçi şəhərindən 15 km cənubda Mizimti çayının sol sahilində dəniz səviyyəsindən 300 m yüksəklikdə yerləşir. Mağara ilk dəfə 1936-cı ildə M. Z. Paniçkina tərəfindən qeydə alınmışdır. Abidədə 1937–1938-ci illərdə S. N. Zamyatnin rəhbərliyi altında qazıntı işləri aparılmışdır. Mağarada çöküntünün ümumi qalınlığı 6 m-dir. Abidənin çöküntülərində 7 mədəni təbəqə qeydə alınmışdır. III təbəqədən üst paleolit, aşağı təbəqədən isə Mustye mədəniyyətinə aid maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Sonrakı dövrlərin qazıntıları bu abidədə daha 2 təbəqə — mezolit və eneolit dövrü təbəqələrini üzə çıxarmışdır. Abidədən 6 minə yaxın fauna qalıqları, 4 minə yaxın daş məmulatı aşkar olunmuşdur. Əldə olunan fauna qalıqlarının 90%-dən çoxunu mağara ayılarının sümükləri təşkil edir. Düşərgənin daş məmulatlarının əksəriyyəti çaxmaq daşından hazırlanmış alətlərdən ibarətdir/
Mənbə
redaktə- İradə Avşarova, Qənirə Pirquliyeva. Qafqaz arxeologiyası. Bakı,2010
.