Avstraliya Kommunist Partiyasi 1971 - Wikipedia
Avstraliya Kommunist Partiyası (AKP; ing. Communist Party of Australia; CPA) — Avstraliyada siyasi partiya. Partiya 1971-ci ildə Avstraliya Sosialist Partiyası (ASP) kimi qurulmuş və daha sonra 1996-cı ildə indiki adını qəbul etmişdir. Partiya Varşava Müqaviləsi Təşkilatının Çexoslovakiyanı işğal etməsi və partiyanın avrokommunizmi qəbul etməsi ilə bağlı fikir ayrılıqları səbəbindən partiyadan istefa vermiş və ya oradan qovulmuş orijinal Avstraliya Kommunist Partiyasının keçmiş üzvləri tərəfindən yaradılmışdır.
Sədri | Vinisio Molina |
---|---|
Qurucu |
|
Quruluş tarixi | 1971 |
Baş qərargah | Piter-Simon-Haus, Sarri Hills, Yeni Cənubi Uels, Avstraliya |
İdeologiya | |
Şüar | Bütün ölkələrin proletarları birləşin! |
Bələdiyyədə |
1 / 10 |
Mətbuat orqanı | The Guardian |
Saytı | cpa.org.au |
Tarixi
redaktəAvstraliya Kommunist Partiyası 1971-ci ilin dekabrında yaradılmışdır. Kommunist və fəhlə partiyalarının 1969-cu il Beynəlxalq Moskva müşavirəsinin platformasını müdafiə edən Avstraliya beynəlmiləlçi kommunistlərini birləşdirirdi. 1972-ci ilin sentyabr və oktyabr aylarını əhatə edən təsis qurultayında qəbul edilmiş "Sosialist proqramı"nda Avstraliyada və bütün dünyadakı vəziyyət marksist mövqedən təhlil olunur, kapitalizmin müasir inkişaf mərhələsinin xarakteristikası verilir, antiimperialist mübarizədə sosializm sisteminin həlledici qüvvə olduğu göstərilir, Avstraliya fəhlə hərəkatının mühüm problemləri ilə əlaqədar AKP-nin əsas xətti müəyyən edilir. Partiyanın nizamnaməsində qeyd olunur ki, AKP-nin son məqsədi Avstraliyada sosializm qurmaqdır. Qurultay SSRİ və digər sosialist ölkələrinin "ardıcıl sülh siyasətini" bəyənmiş və "sülh uğrunda mübarizə" sahəsində AKP-nin vəzifələrini müəyyən etmişdir. AKP-nin 1975-ci ilin iyununda keçirilən ikinci qurultayı partiyanın proqramını qəbul etmiş və zəhmətkeşlərin mənafeyi uğrunda mübarizədə AKP-nin konkret vəzifələrini müəyyənləşdirmişdi. AKP demokratik mərkəziyyət prinsipi əsasında qurulmuşdu.[1]
İstinadlar
redaktə- ↑ Австралија Сосиалист Партијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 56.
Xarici keçidlər
redaktə- cpa.org.au — Avstraliya Kommunist Partiyasının rəsmi saytı
- The Guardian Arxivləşdirilib 2021-04-11 at the Wayback Machine