Avropa Hesablama Palatasi - Wikipedia
Avropa Hesablama Palatası[1] (ing. European Court of Auditors) — 1977-ci ildən etibarən Avropa İttifaqı daxilində maliyyələşmə prosesləri üzərində xarici nəzarəti həyata keçirən orqan.[1] Mərkəzi Lüksemburqda yerləşir.[2]
Avropa Hesablama Palatası | |
---|---|
| |
(ECA) | |
Ümumi məlumatlar | |
Yurisdiksiya | Avropa İttifaqı |
Yaradılma tarixi | 1977 |
Baş qərargah | Lüksemburq |
Ünvan | 12 Rue Alcide de Gasperi, 1615 |
Rəsmi saytı | eca.europa.eu |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAvropa Hesablama Palatası 1975-ci il Büdcə razılaşmasına əsasən yaradıldı və 18 oktyabr 1977-ci ildə keçirilən ilk iclasdan bir həftə sonra rəsmi olaraq quruldu. O zaman Avropa Hesablama Palatası (ECA) rəsmi bir qurum deyildi; Avropa Birliyinin maliyyəsini yoxlamaq üçün hazırlanmış xarici bir qurum idi. ECA yaranandan Maastricht razılaşmasına qədər hüquqi bir statusa sahib deyildi. Maastricht razılaşmasından sonra bir quruma çevrilərək Avropa Ədalət Məhkəməsinə (ECJ) müraciət etmək bacarığı kimi bəzi yeni səlahiyyətlər qazandı. Əvvəllər Avropa Birliyinin çox az qismində yoxlama apara bilsə də, Amsterdam müqaviləsindən sonra bütün Avropa Birliyinin maliyyəsini yoxlamaq üçün tam səlahiyyət qazandı.
Fəaliyyəti
redaktəAdına baxmayaraq Avropa Hesablama Palatasının (ECA) mühakimə etmə hüququ yoxdur. Daha çox peşəkar bir xarici istintaq-audit qurumudur[3]. ECA-nın əsas rolu Avropa Birliyinin büdcəsinin düzgün bir şəkildə həyata keçirildiyini, AB fondlarının qanuni və sağlam idarə ilə xərcləndiyini xaricdən yoxlamaqdır. ECA yoxlama apararkən, Avropa Birliyinin hər hansı bir gəlir və ya xərcləri ilə məşğul olan bütün şəxslərin sənədlərini yoxlayır və müəyyən yoxlamalar aparır. Avropa Hesablama Palatası hesabatlarındakı hər hansı bir problemi AB üzv dövlətlərinin və qurumlarının diqqətinə çatdırmaq məcburiyyətindədir, bu hesabatlar ümumi və xüsusi illik hesabatlar ilə yanaşı həm də performans yoxlamaları ilə bağlı xüsusi hesabatları da əhatə edir.[4][5]. ECA-nın qərarları Avropa Komissiyası qərarları üçün əsasdır; məsələn, ECA, İngiltərənin bəzi bölgələrində AB fondlarının idarə edilməsində problem aşkar etdikdə, Komissiya bu bölgələrə vəsaitləri dayandıra və qəbul edilən standartlara əməl etməyənləri cəzalandıra bilər.[6] ECA hər zaman tərəfsiz olmalı, digər qurumlarla daima əlaqədə olmalıdır. Bu qurumun əsas funksiyalarından biri Avropa Parlamentinə illik hesabatın təqdim olunmasıdır. Avropa Parlamentinin hər il Avropa Komissiyasına ayırdığı büdcəni imzalayıb/imzalamama qərarı ECA-nın illik hesabatından asılıdır. Avropa Parlamenti 1984 və 1999-cu illərdə büdcə ayırmaqdan imtina etdi və nəticədə Santer Komissiyasının istefasına məcbur oldu.[7]
Strukturu
redaktəECA, hər bir Avropa Birliyi üzv dövlətlərindən 1 səlahiyyətli şəxs ilə 6 il müddətində təmsil olunur. Onların hamısı altı ildə bir dəyişdirilmir, bəzən şərtlər üst-üstə düşmədiyi üçün orijinal üzvlərdən dördü bu səbəbdən dörd illik endirilmiş şərtlərlə başladı. Üzvlər milli audit orqanlarında xidmət etmiş, quruma uyğun olan və müstəqilliyi/tərəfsizliyi şübhə doğurmayan şəxslərdən seçilir. Məhkəmədə işləyərkən üzvlər başqa peşə fəaliyyəti ilə məşğul ola bilməzlər.[8] Qurum müstəqil olduğu üçün üzvlər öz təşkilatlarını və prosedur qaydalarını həll etməkdə sərbəstdirlər, lakin bu qərarlar Avropa Şurası tərəfindən təsdiqlənməlidir.[9]
Prezident
redaktəSeçki nəticəsində üzvlərdən biri üç illik müddətə ECA prezidenti seçilir. Seçki ümumi üzvlərin gizli səsverməsi ilə baş verir və prezidentliyə namizədlik verənlərin arasından seçilir. Prezidentin vəzifələri, qərarların həyata keçirilməsini və şöbələrin (və digər fəaliyyətlərin) əsaslı şəkildə idarə olunmasını təmin edərək ECA iclaslarını çağırmaq və onlara rəhbərlik etməkdir. Prezident həm də ayrıca qurumu təmsil edir və mübahisəli məhkəmə prosesində bunun üçün bir nümayəndə təyin edir.[10] Hazırkı prezident 13 sentyabr 2016-cı ildə seçilən Klaus-Heiner Lehne-dir. Onun sələfi 2007-ci ildə seçilən Vítor Manuel da Silva Caldeira-dır (Portuqaliya). Əvvəlki prezidentlər bunlardır: Sir Norman Price (1977, Birləşmiş Krallıq), Michael Murphy (1977, İrlandiya), Pierre Lelong (1981, Fransa), Marcel Mart (1984, Lüksemburq), Aldo Angioi (1990, İtaliya), André Middelhoek (1992, Niderland), Bernhard Friedmann (1996, Almaniya), Jan O. Karlsson (1999, İsveç), Juan Manuel Fabra Vallés (2002, İspaniya) and Hubert Weber (2006, Avstriya)[11]
Baş katib
redaktəBaş katib ECA-nın ən yüksək səviyyəli işçisidir. Dəyişilə bilən 6 illik müddətə təyin olunan ECA-nın işçi heyətindən və ECA-nın idarəetməsindən məsuldur. Bundan əlavə, Baş Katib büdcə, təlim və informasiya texnologiyalarından məsuldur.
Baş katiblərin siyahısı
redaktə- 1989–1994: Patrick Everard
- 1994–2001: Edouard Ruppert
- 2001–2008: Michel Hervé (Fransa)
- 2008–2009: John Speed (Birləşmiş Krallıq)
- 2009–dan (2021-ci ilə qədər namizəd göstərildi): Eduardo Ruiz Garcia (İspaniya)
İşçi heyəti
redaktəECA işçi heyəti, əsasən Avropa Kadr Seçimi Ofisi xarici əlaqəsi (EPSO) tərəfindən təşkil edilən ümumi yarışmaların ehtiyat siyahıları ilə işə götürülən məmurlardır. Bununla birlikdə, bəzi hallarda ECA müvəqqəti və ya müqaviləli işçiləri də cəlb edə bilər. ECA-da vəzifə almaq üçün Avropa Birliyi Üzv Dövlətlərindən birinin vətəndaşı olmaq lazımdır.
Audit işi
redaktəECA, audit işinin nəticələrini auditin növündən asılı olaraq müxtəlif hesabatlarda — illik hesabatlarda, xüsusi illik hesabatlarda və xüsusi hesabatlarda dərc edir. Digər nəşr olunan hesabatlara fikirlər və təhlil əsaslı nəşrlər daxildir. Ümumilikdə, ECA 2017-ci ildə 93 hesabat dərc etmişdir. Bütün hesabatlar, fikirlər və icmallar ECA-nın veb saytında AB rəsmi dillərində yayımlanır.
İstinadlar
redaktə- ↑ 1 2 Şabanov, Ağabala. “Avropa Hesablama Palatası maliyyə nəzarəti institutu kimi” mövzusunda MAGİSTR DİSSERTASİYASI (PDF) (az.). UNEC. 2018. səh. 51. 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-09.
Avropa Hesablama Palatası Avropa İttifaqını idarə edən yeddi təşkilatdan biridir
- ↑ "Arxivlənmiş surət". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-08.
- ↑ "Speech by Mr Herbert BÖSCH, Chairman of the European Parliament's Committee on Budgetary Control At the Ceremony to commemorate the 30th anniversary of the European Court of Auditors" (ingilis). ec.europa.eu. 2007-10-18. 2021-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-08.
- ↑ "The European Court of Auditors" (ingilis). europa.eu/institutions. Archived from the original on 2009-12-22. İstifadə tarixi: 2021-03-08.
- ↑ "Power of audit of the European Court of Auditors" (ingilis). cvce.eu. 2021-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-08.
- ↑ "EU may force region to repay cash" (ingilis). http://news.bbc.co.uk/. 2021-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
- ↑ "Budgetary control : 1996 discharge raises issue of confidence in the Commission" (ingilis). 2021-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
- ↑ "Composition of the European Court of Auditors" (ingilis). 2021-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
- ↑ "Organisation and operation of the European Court of Auditors" (ingilis). 2021-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
- ↑ "Organisation of the European Court of Auditors" (ingilis). 2021-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
- ↑ "Presidents of the Court of Auditors" (ingilis). 2021-03-09. 2021-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
Xarici keçidlər
redaktə- European Court of Auditors, Rəsmi saytı