Avropa Gencler Parlamenti - Wikipedia
Avropa Gənclər Parlamenti (ing. European Youth Parliament) və ya qısaca AGP (ing. EYP) qeyri-partizan, müstəqil təhsil layihəsi olub gənc avropalı vətəndaşların tələbatları üçün fəaliyyət göstərir.[1] Avropa Gənclər Parlamenti gənclərdə müstəqil düşünmə və sosial təşəbbüsləri dəstəkləyir. On minlərlə gənc Avropa Gənclər Parlamentinin regional, milli, beynəlxalq sessiyalarında iştirak edib, dostluqların əsası qoyulub və beynəlxalq əlaqələrin əsası qoyulub. Bununla da Avropa Gənclər Parlamenti Avropanın birləşməsinə öz töhfəsini verməkdədir.[2]
Avropa Gənclər Parlamenti AGP, (ing. EYP) | |
---|---|
(ing. European Youth Parliament) | |
Yaranma tarixi | 1988 |
Mərkəzi | Berlin, Almaniya |
www.eyp.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Hazırda Avropa Gənclər Parlamenti Avropada debatlar, mədəniyyətlərarası görüşlər, təhsil işləri və ideyalar mübadiləsinə xidmət edən ən geniş platformadır. Bu parlament minlərlə gəncin könüllü fəaliyyətini təmin edən 40 Avropa assosiasiyası və təşkilatını birləşdirir.[3]
Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyi
redaktəBeynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyi 2010-cu ildə təsis edilib. Təşkilat özündə vətənpərvər, dövlətin siyasətinə sadiq, intellektual səviyyəli, fəal gəncləri birləşdirir, onların ölkəmizə və cəmiyyətimizə fayda vermələri üçün imkan yaradır.[4] İndiyə qədər AGP Azərbaycan 9 Milli Seçim Konfransı, 8 Məktəb Sessiyası və 7 Üniversite Sessiyası təşkil etmişdir. Qarşıdan gələn Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası da məhz AGP Azərbaycan təşkilatçılığı ilə 2023-cü ilin Avqust ayında Bakı şəhərində baş tutacaqdır.
AGP Azərbaycan İdarə Heyəti
redaktə- Güldanə Dadaşova (Prezident);
- Möhtərəm Qasımova (Vitse-Prezident);
- Cerennil Soylu (Əhatələndirmə və İnkluzivlik üzrə idarə heyətinin üzvü);
- Əli Kərimov (Beynəlxalq Əlaqələr üzrə idarə heyətinin üzvü);
- Riyad Vəliyev (Üzvlərlə iş üzrə idarə heyətinin üzvü);
- Riad Şahbazov (Büdcə İnkişafı üzrə idarə heyətinin üzvü);
- Samir Məmmədov (Milli fəaliyyətlər üzrə idarə heyətinin üzvü);
- Jalə Ələkbərli (İctimaiyyətlə Əlaqələr üzrə idarə heyətinin üzvü);
- Mələk Rrazadə (İnsan Resursları üzrə idarə heyətinin üzvü).
Müşahidə Şurasının üzvləri:
- Məhəmməd Əliyev;
- Sevda Mansurova;
- Elmira Əliyeva.
"Mənim Parlamentim - My Parliament" layihəsi
redaktəLayihənin məqsədi Azərbaycanlı gəncləri Azərbaycan Respublikası Milli Məclisinin və deputatların fəaliyyəti ilə yaxından tanış etmək və onların maarifləndirilməsinə töhfə verməkdir. Daimi xarakter daşıyan bu layihə çərçivəsində gənclərin Milli Məclisin üzvləri və komitə sədrləri ilə görüşləri keçirilmişdir:
- Vüsal Hüseynov (Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin rəisi);[5]
- Fuad Muradov (Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri);[4]
- Azay Quliyev (Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti);[6]
- Məlahət İbrahimqızı (Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı).[7]
- Səməd Seyidov (Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri) [8]
Avropa Gənclər Parlamentinin Milli Komitələri
redaktəAGP-nin Milli Komitələri (MK):
Azərbaycan və Avropa Gənclər Parlamenti
redaktə- Avropa Gənclər Parlamentinin Seçki Konfransı (may, 2006) [9]
- AGP Ukraynanın 2-ci Sumı Regional Sessiyası (5-8 iyul, 2007, Sumı, Ukrayna)[10]: Rəşad Mehbaliyev;
- Avropa Gənclər Parlamentinin II Beynəlxalq Forumu (15-19 sentyabr, 2010, Batumi, Gürcüstan): Elçin Ağai, Ataxan Həsənov, Nadir Saraclı, Fərid Məmmədov, Turxan Əliyev, Ənvər Qurbanov, Nərmin Axundova, Fərid Osmanov, Kənan Qasımlı, Əsgər Hüseynov, Cəfər Cəfərov, Tahirə Əliyeva, Ceyhun Orucov, Duriyyə Mehdiyeva[11]
- AGP Polşanın 17-ci Krakov Regional Sessiyası[12], (5-10 may, 2011, Krakov, Polşa): Rəşad Mehbaliyev [13], Ramil Əzməmmədov.
- AGP Gürcüstanın III Beynəlxalq Forumu [14] (12-16 Avqust, 2011, Batumi, Gürcüstan): Toğrul Musayev, Kamal Cəfərli[15], Elşən Həsənov, Aysel Qayibxanova, Ayna Cavanşir, Türkan Vüsatlı[16]
- AGP-nin 69-cu Beynəlxalq Sessiyası,İstanbul [17] Tayfun Qüdrətli,Cavid Səmədzadə,Bədir Bayramov,Aysel Qayıbxanova
İstinadlar
redaktə- ↑ "Avropa Gənclər Parlamenti haqqında". 2011-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-15.
- ↑ "Gürcüstanın Avropa Gənclər Parlamentinin veb-saytı, Avropa Gənclər Parlamenti haqqında". 2013-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-15.
- ↑ "Türkiyənin Avropa Gənclər Parlamentinin veb-saytı, Avropa Gənclər Parlamenti haqqında". 2010-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-15.
- ↑ 1 2 https://azvision.az/news/133263/genc-deputat-avropa-gencler-parlamentinin-uzvlerile-gorusub.html[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2020-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-28.
- ↑ https://azvision.az/news/137829/azay-quliyev-avropa-gencler-parlamentinin-numayendelerini-qebul-edib.html[ölü keçid]
- ↑ https://azvision.az/news/141368/millet-vekili-avropa-gencler-parlamentinin-uzvleri-ile-gorusub.html[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.
- ↑ Avropa Gənclər Parlamenti nümayəndələrinin tanışlıq üçün Azərbaycana səfəri gözlənilir[ölü keçid]
- ↑ "AGP Ukraynanın veb-səhifəsi". 2012-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-15.
- ↑ Azərbaycanlı tələbələr Avropa Gənclər Parlamentində iştirak edib[ölü keçid]
- ↑ "AGP Polşanın 17-ci Krakov Regional Sessiyası". 2017-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-15.
- ↑ "Rəşad Mehbaliyev, E-demokratiya, e-nəsil, e-seçkilər... Avropa Gənclər Parlamenti, Krakov". 2014-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-15.
- ↑ "Eyp.org.ge - Call for participants for Batumi 3rd International Forum". 2016-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-23.
- ↑ "Today.az - Azerbaijan representation of the European Youth Parliament starts functioning". 2011-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-23.
- ↑ "Trend.az - Avropa Gənclər Parlametinin Azərbaycan nümayəndəliyi fəaliyyətə başlayıb". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-23.
- ↑ "Arxivlənmiş surət". 2011-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-19.
Xarici keçidlər
redaktə- Avropa Gənclər Parlamentinin rəsmi veb-saytı
- AGP Azərbaycanın rəsmi veb-saytı
- “Avropa Gənclər Parlamenti Azərbaycan” Məktəb Sessiyasına qəbul aparır Arxivləşdirilib 2013-06-13 at the Wayback Machine
- I School Session of the EYP (European Youth Parliament) Initiative Azerbaijan[ölü keçid]
- Bakıda gənclər Aİ Parlamentinə uyğun sessiya keçirdi[ölü keçid]
- Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin fevral ayının 16-17sində Bakı Avropa Liseyində keçirilən 1-ci Məktəb Sessiyası uğurla başa çatmışdır.