Avqusta Ferdinanda - Wikipedia
Avqusta Ferdinanda (1 aprel 1825[1][2][…], Florensiya[3] – 26 aprel 1864[1][2][…], Münxen[3]) — Toskana knyazı II Leopold və onun birinci həyat yoldaşı Saksoniyalı Mariya-Anna yetkinlik yaşına gəlib çıxmış yeganə qızı idi. Avqustanın yetkin yaşa gəlib çıxmış iki qardaşı vardı. Onlardan biri, IV Ferdinand Toskana knyazı idi. Ciddi katolik tərbiyəsindən sonra o, erkən yaşlarında incəsənətə və elmlərə maraq göstərmişdi. Müasirləri onu hündürboy, gözəl və özünə inamlı biri kimi təsvir edirdilər.
Avqusta Ferdinanda | |
---|---|
alm. Auguste Ferdinande von Österreich | |
Doğum tarixi | 1 aprel 1825[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 26 aprel 1864[1][2][…] (39 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Evliliyi və ailəsi
redaktə15 aprel 1844-cü ildə Florensiyada Bavariya şahzadəsi Luitpoldla evlənmişdi. Luitpoldun atası Bavariya kralı I Lüdviq əvvəlcə Luitpoldun evlilik planlarına qarşı çıxdı, çünki Avquste nikahdan əvvəl artıq vərəmin əlamətlərini göstərirdi (bu xəstəlikdən o, nəhayət 39 yaşında ölmüşdü). Bunlara baxmayaraq onun dörd övladı olmuşdu və onlarla həmişə italyanca danışırdı. Luitpolda bütün siyasi fəaliyyətlərində böyük dəstək olmuşdu. Belə ki, 1848-ci il inqilabı zamanı o, qaynatasının məşuqəsi Lola Montezin əleyhinə danışmışdı və monarxiyanın əleyhdarlarını təcrid etməyə çalışırdı.
Övladları:
- III Lüdviq (1845–1921)
- Şahzadə Leopold (1846–1930)
- Şahzadə Tereza (1850–1925)
- Şahzadə Arnulf (1852–1907)
Ölümündən sonra o, Münhendəki Teatin kilsəsinin Vittelsbax ailə məzarlığında dəfn edilmişdi. Luitpold ondan sonra heç vaxt yenidən evlənməmişdi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Lundy D. R. Auguste Ferdinande Erzherzogin von Österreich // The Peerage (ing.).
- ↑ 1 2 3 4 Wurzbach D. C. v. Toscana, Auguste Ferdinande Erzherzogin (alm.). // Biographisches Lexikon des Kaiserthums Oesterreich: enthaltend die Lebensskizzen der denkwürdigen Personen, welche seit 1750 in den österreichischen Kronländern geboren wurden oder darin gelebt und gewirkt haben Wien: 1856. Vol. 46. S. 170.
- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #132248972 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Find a Grave (ing.). 1996.
Mənbə
redaktə- Karl Möckl: Auguste Ferdinande. In: Brigitte Hamann (Hrsg.): Die Habsburger. Ein biographisches Lexikon. Ueberreuter, Wien 1988, ISBN 3-8000-3247-3, S. 62 f.